Перейти к публикации
Baku365.com

Arximed

+Member
  • Публикации

    704
  • Зарегистрирован

Репутация

1 143 Excellent

О Arximed

  • Звание
    Expert

Personal Information

  • Gender
    Male

Посетители профиля

Блок посетителей профиля отключен и не будет отображаться другим пользователям

  1. Tapmaq çətindir. Mən tapa bilmədim.
  2. Youtube-da təsadüfi rastıma çıxan filmin treyleri diqqətimi çəkdi. Bizim hakimiyyət səy-səy filmlərə pul ayırarkən Qazaxıstan Tomiris haqqında tarixi film çəkib. Film sentyabrda premyer olunub.
  3. Qonşu mövzuda renkinqlə bağlı söhbət yadıma bir məsələni saldı ki, onu da qeyd etməyi lazım bildim. Qazaxıstanın Al-Farabi Universiteti keçən ildən Top-200 ətrafında fırlanırdı (QS ranking), bu il artıq 207-yə gəlib çıxıb. Bu Rusiyadan sonra MDB dövlətləri arasında ən yüksək göstəricidir. Belə davam etsə, növbəti 2-3 ilə Top 200-ə düşmək şansı var. https://www.topuniversities.com/universities/al-farabi-kazakh-national-university#wurs
  4. İş elanlarında rus dili tələblərinə kifayət qədər rast gəlmək olar. Hər ilin sentyabr ayında rus bölməsinə yer çatışmazılığı barədə forumlarda mövzulara rast gəlmək olar. Orta babat şirkətlərə zəng vurduqda "rus dili üçün filan düyməni basın" eşitmək olar.
  5. Qeyd edim ki, bizim həyatda adi sandığımız bir çox şey bəzi insanlar üçün sevinc mənbəyidir. ABŞ-da rəng korluğu olan oğlan (daltonik) ilk dəfə rəngləri gördükdə göz yaşlarını saxlaya bilmir.
  6. Qeyd olunmalı xəbərdir. Azərbaycanlı xanım Almaniyada süni zəka sahəsində ilin gənc tədqiqatçısı seçildi. https://ena.az/az/news/id-17407?fbclid=IwAR0rZZ8joAoXzUEBbOOavDWNABd-j5X_m-kYBXnFgViCWnmdkYSB40KN62E
  7. Burda 1-2 dəfə moderatorlar hər hansı öz qərarlarını müzakirəyə çıxaranda fikrimi yazmışdım. Bunlar yaxşı olmayan presedentlər yaradır, moderatorun öz qərarından əmin olmadığını ifadə edir. Belə əminsizliyi müxtəlif yuzerlər görüb öz xeyirlərinə istifadə edə bilərdilər və etdilər də. Mənim aləmimdə, qaydalar açıq-aşkar olmalıdır və hamı üçün eyni tətbiq olunmalıdır. Hər hansı bir yuzerə tərəfkeşlik olunanda bunun pis fəsadları olur. Necə ki, oldu da.
  8. Özümü idarə edə biləcək həddə qədər yaşamaq istəyirəm. Yoxsa əl-ayaq əsir, gözün biri görmür, o biri də elə-belə. Ad da olsun ki, 105 il yaşamısan, nəyə lazım?
  9. Olar ki, bizim ruspərəst hakimiyyətimiz həmrəylik göstərərək özü könüllü Olimpiadalardan imtina edər.
  10. Yaltaqlar hər zaman olub və olacaq. Təbii ki, rəhbərin yanında yaltağı göstərəcəklər. Onu dəvətlərə çağıracaqlar. Amma bizim aşağıdakı misraları deyən şairlərimiz də olub. Bunları bizə öyrətməyiblər. Bizim nümunələrimiz bunlar olmalıdır. Əhməd Cavadın Susmaram şeirindən Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut! ************************************* Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!
  11. Arximed

    Azərbaycan ədəbiyyatından incilər

    Əhməd Cavadın Susmaram şeiri - mübariz insanların həyat kredosudur. Mən bir qulam, yük altında əzilmişəm, qardaşım, Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım... Damğa vurub, zəncirləyib tullamışlar zindana, Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana... Mənə «dinmə, sus!» - deyirsən, nə vaxtacan susacam? Böhranların, hicranların məhbəsində qalacam?! Niyə susum, danışmayım, insanlıqda payım var, Mənim ana Vətənimdir talan olan bu diyar?! Niyə susum, danışmayım, türk yurdudur bu torpaq?! Oğuzların, Elxanların Vətənində kimdir bax! Susmayacam!!! Qoy atsınlar yük altında ölüncə Təhqirlərə dözə-dözə düşmən mənə gülüncə... Süd verərkən doğma anam belə demişdir mənə: Səni qurban bəsləyirəm türk yurduna-- Vətənə! Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut, Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut! Sənin sevgin Vətən olsun, millət olsun, mən olum, Südüm sənə haram olsun xəyanət etsən, oğlum! Necə susum, danışmayım, mən eləyim xəyanət? Hanı sevgi, hanı Vətən, di harada qaldı millət?! Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac... Atam məhkum, anam salih, elim hər şeyə möhtac! Dil yaranıb danışmağa mən danışa bilmirəm, Aç qəlbimi, yar sinəmi ciyər vərəmdir-vərəm... Koramal tək sürünməkdə denən varmıdır məna? Nə vaxtacan çörək üçün girək hər alçaq dona? Mən Azəri övladıyam, dərin əqlim, zəkam var, Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar? Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam! Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!
  12. Milçək vızıltısından başqa bir şey deyil. İqbal Ağazadə deputat olduğu vaxt əsasən bununla tanınırdı. Nəyi dəyişə bildi ki?
  13. Baş tutan tamaşanın nə qədər Konstitusiyaya uyğun olub olmadığı müzakirə olunur. Anladığım qədər, hakimiyyət o qədər tələskənliyə yol verib ki, hətta doğru-düzgün qanuni don geydirə bilməyib.
  14. Putin day-daylıq edirsə, heç kim heç bir zad edə bilməz)). Biz indi zarafata salırıq, vəziyyət doğrudan acınacaqlıdır.
  15. Mən başqa cür olacağını gözləmirəm. Prezident BDU tədbirində Avropaya münasibətini bəyan etdi. Ölkəni yaxşı şeylər gözləmir.
×
×
  • Создать...