+Экономист_Дед 12,459 Share Posted October 12, 2018 at 06:01 AM Eşqin Əsrlərdən süzülüb gələn ifadəsi... 6-cı əsr: İncə bellim, yer basmayıb yeriyən, Başım baxtı, evim taxtı, sevgilim! 11-ci əsr: Bax, yenidən bu könül dərdin ilə yar olub, Ömr çatanda başa eşqi giriftar olub. Verdi həyat, sevgilim, bir gülüşün qəlbimə, Şöleyi-hüsnünlə can yurdu şərərbar olub 12-ci əsr: Ay üzlü Nigarım, kimə mehman olacaqsan? Bir söylə, kimin şəninə şayan olacaqsan? Şəkər demərəm mən sənə, ondan da şirinsən, Dilbər, necə bir bəxtəvərə can olacaqsan? 14-cü əsr: Nagəhan könlümə düşdü şurişi-qovğayi-еşq, Aqili divanə qıldı aqibət sеvdayi-еşq. Еşqə düşənlər bilir həm yеnə еşqin qədrini, Ol aşiq aşiqmidir kim, olmadı rüsvayi-еşq. 15-ci əsr: Can vermə qəmi-eşqə ki, eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır! Eşq içrə əzab olduğun ondan bilirəm kim, Hər kimsə ki, aşiqdir, işi ahü fəğandır! 16-cı əsr: Qızıl gül, bağü bustanım, nə dersən? Fəda olsun sənə canım, nə dersən? Qərarü səbrü aramım tükəndi, Kəsildi külli-fərmanım, nə dersən? Əridi iliyim, qaldı sümüyüm, Bu təni tərk edər canım, nə dersən? Əgər yatsam min il torpaq içində Dürüstdür əhdü peymanım, nə dersən? 18-ci əsr: Yеnə məni yanar-yanar оdlara, Dağılmış ayrılıq saldı, sеvdiyim! Mən ha gеtdim möhnət ilə, dərd ilə, Can sənin yanında qaldı, sеvdiyim! 19-cu əsr: Olmasaydı qəmi-eşqin dili-viranımda, Saxlamazdım onu bu izzət ilə yanımda. O qara xalı mənə versələr qanın içərəm, Nə üçün mənzil edib arizi-cananımda. 20-ci əsr Əvvəli: Rəssam, sevgilimin rəsmini gəl çək, Sevgilim gözəldir, sən də gözəl çək. Nazına çatanda fırçadan əl çək, Qoy onun nazını mən özüm çəkim… Ortası: Sənindir bu dövran, bu böyük ölkə. Qəm mizrabı vurma telə, sevgilim Desəm, görüşərik, sən demə, "bəlkə"… Cavab ver: - Elədir, elə, sevgilim!.. Sonu: Gəl əl-ələ tutub gedək Gedək biz olmayan yerə. Hər dərdi unudub gedək, Dərdimiz olmayan yerə. Bir kimsə tutmasın xəbər, Gəl çıxıb gedək birtəhər. Bu ev, bu küçə, bu şəhər, Bu dəniz olmayan yerə.... 3 Quote Link to comment Share on other sites More sharing options...
+Bodriy 25,739 Share Posted October 12, 2018 at 06:06 AM XXI əsr 1 2 Quote Link to comment Share on other sites More sharing options...
+J.F.K. 58 Share Posted October 26, 2018 at 07:13 PM Qaş-göz atma mənə, biganə paxıllıqdan ölür, Az qalır, bağrına girsin o əyilmiş qəmələr. İncimə, göz yaşı axsa, səni gördükdə, gülüm, Gül göründükdə bahar fəsli bulud şəbnəm elər. Nazü qəmzən, yerişin, şux baxışın aləmdir, Bir də zülfün üzə töksən, o da bir aləm elər! Heyfsən, gəzmə, yaraşmaz sənə, biganə ilə, O açıb sirrini dünyaya, səni məhrəm elər. Vahidəm, ö mr ümü mən eşqlə sərf eyləmişəm, Eşq ya öldürər axır məni, ya adəm elər. Vahid . Quote Link to comment Share on other sites More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.