Jump to content
Baku365.com

Vasif Talıbovun oğulları Gürcüstanda milyonlarla sərvətə necə yiyələnib? - ARAŞDIRMA


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu üzə çıxarıb. Araşdırmaya görə, Türkiyə vətəndaşı Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın Accor şirkətilə birgə idarə etdiyi üç otel də bu sıradadır. OCCRP Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun şirkətlərinin Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq əlaqələri olduğunu qeyd edir. Uçarın vəkilləri onun sərvətini istiqrazlardan qazandığını desələr də, biznesmenin idarə etdiyi şirkətlər Azərbaycanda dövlət kontraktları əldə edib. Araşdırmada deyilir ki, Gürcüstan paytaxtı Tbilisidə opera binası yaxınlığındakı “Dinehall” restoranı, Fransanın Accor şirkəti ilə birlikdə tikilən beşulduzlu otel Uçarın biznes imperiyasına daxildir. Accor-dan OCCRP-yə bildirilib ki, Uçarın Talıbovlarla iddia olunan münasibətləri fonunda Uçarla əlaqələrə yenidən baxılır. “Azərbaycanın Şimali Koreyası” adlandırılan Naxçıvanda Talıbov idarəçiliyi dövründə çoxsaylı insan haqları pozuntularının baş verdiyi bildirilir. Naxçıvanda müstəqil media susdurulub, dissidentlər psixiatrik klinikalara salınıb, saxlananlar döyülüb, digər işgəncə növlərinə məruz qalıb. Araşdırmaçı jurnalistlər indi isə Talıbovun holdinqlərinin çoxunun Emin Uçarın şirkətləri tərəfindən maskalandığını ortaya qoyublar. Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi şirkətlərin daxil olduğu şəbəkə 2000-ci illərin əvvəllərindən Azərbaycanda onlarla dövlət kontraktı əldə edib. Hazırda “Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov istefa verəndən bir həftə sonra Gəmiqaya-nın adı dəyişdirilərək “Arkoz” olub. Bu isə Emin Uçara bağlı başqa bir şirkətin adıdır. Uçarın vəkili onun “nə keçmişdə, nə də indi özündən başqa kimsənin biznesi üçün” saxta təmsilçilik etdiyini, həmişə qanuni davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan gələn faizlərdən qaynaqlandığını vurğulayıb.

Link to comment
Share on other sites

Murad Ali

 

Link to comment
Share on other sites

Sirius191

 

SӘSSIZCӘ ...  😌

 

аtanin vasidәsi ilә :buba:

 

  • Haha 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    31 members have viewed this topic:
    человек_  Veter97  окорок  Ergenekon  BAKILI  Kent  Аджи-Мушкай  Lala NR  Lady luck  Orion 68  Anri13  Sirius191  Rufikbakinec  Aydan Mdl  Мастер без Маргариты  Drako  lady-ga  Sitka Charley  Absheron  Джо Дассен  Lee  Murad Ali  Jas mine  Джема  Deportment  Dominik_Toretto  Evol  telefonist  BaltaEtibar  Bushido  S.T.A.L.K.E.R 
  • Who's Online   9 Members, 0 Anonymous, 20 Guests (See full list)

    • +Dmitriy_İqoryevich
    • +Джема
    • +Azeri365
    • +окорок
    • +S.T.A.L.K.E.R
    • +Аджи-Мушкай
    • +Вредный Крыс
    • +Pullu qız
    • +bulava
×
×
  • Create New...

Important Information

Terms and Conditions