Jump to content
Baku365.com

Azərbaycanın bu kəndinə su gəlməsi üçün mütləq kimsə ölməlidir


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Ağdaşın Aşağı Nemətabad kəndi əsrimizin telefonsuz və internetsiz kəndlərindən biridir. Rayon mərkəzindən 20 km aralıda yerləşən Aşağı Nemətabada ürəyi internet istəyənlər hər dəfə mobil paketlər almağa məcbur olurlar. Sakinlər deyir ki, ən böyük əziyyəti uşağı məktəbə gedən valideynlər çəkir. Çünki bütün ev tapşırıqlarını həll etmək üçün internetdən istifadə etmək məcburiyyətində qalırlar. Vətəndaşların bildirir ki, artıq problemi səsləndirməyə utanırlar. Çünki illərdir səsləndirsələr də problemin həlli istiqamətində heç bir addım atılmayıb. Sırf internet probleminə görə kənddən köçüb gedən ailələr var. Kəndin tək problemi internetlə bağlı deyil. Sakinlər susuzluqdan da əziyyət çəkirlər. Kənddə nə içməli, nə də suvarma suyu tapılır. Vətəndaşlar deyir ki, kənd sakinləri heyvanları suvardıqları sudan istifadə edirlər. Kanalın çirkli suyu xüsusi çənlərə yığılır, xlorlanır və istifadə edilir. Sakinlər deyir ki, kənddə yalnız xeyir-şər olanda su olur qalan günlərdə kanalda toz göyə qalxır. Yay aylarında kimin imkanı varsa maşınla su alır, kimin imkanı yoxdursa çirkli sudan istifadə edir. Əvvəlcə kənddəki su problemi ilə bağlı aidiyyəti qurumlara müraciət etdik. Azərbaycan meliorasiya və Su təsərrüfatı ASC-nin Ağdaş suvarma sistemləri idarəsinin baş mühəndisi Namiq Kərimov bildirdi ki, yaxın vaxtlarda ərazidəki su kanallarının lildən təmizlənməsi həyata keçiriləcək. Kənddəki içməli su probleminin həlli ilə bağlı isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, Nemətabad kəndi “Azrsu” ASC-nin xidmət ərazisinə daxil deyil. Amma kənddə yeni layihənin həyata keçirilməsi planlaşdırılır. Kənddəki internet probleminin həlli ilə bağlı aidiyyəti quruma üz tutduqda isə Ağdaş regional mərkəzin rəhbərliyinin ərazidə, digər məsul şəxslərin isə iclasda olduğu bildirildi. Vəziyyəti belə gördükdə “Aztelekom” MMC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Aldığımız cavab isə belə oldu: Sorğunuza cavab olaraq bildirirəm ki, adı çəkilən Ağdaş rayon Yuxarı və Aşağı Nemətabad kəndlərində “Azeronline” şirkəti tərəfindən fiber optic internet xidmətinin təqdim olunması 2024-cü ilin planına daxildir. İndi Nemətabad sakinləri böyük ümidlərlə 2014-cü ilin planlarının icrasını və yeni layihələrin həyata keçirilməsini gözləyirlər.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   5 Members, 4 Anonymous, 28 Guests (See full list)

    • +Wolfy
    • +Znaya
    • +Elbilir
    • cuap
    • +SBC
×
×
  • Create New...

Important Information

Terms and Conditions