Jump to content
Baku365.com

Bərdə: "Kəndimizə qaz xətti çəkilib, amma biz odun sobası yandırırıq"


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

“Kəndimizə qaz xətti çəkilib, evimizin qabağından xətt keçir, amma biz odun sobası yandırırıq. Gətirib sayğacımızı quraşdırmırlar ki, biz də hamı kimi qazımızı işlədib, pulumuzu ödəyək. Gedib çöldən odun gətirib yandırırıq, onunla da nə yemək bişirmək olur, nə digər otaqları qızdırmaq”. Bərdə rayonu Cəyirli kənd sakinləri yaşadıqları “Yeni Yaşayış” massivində qaz xətti ola-ola onlara yanar qazın verilməməsindən şikayətçidirlər. Daha doğrusu, qaz kəməri məhəllədən keçsə də, sakinlərin həmin ana xətdən evlərinə xətt çəkmək, sayğac quraşdırmaq imkanı yoxdur. Bu səbəbdən də yeni məhəllənin sakinləri qışı köhnə üsulla – odunun istisində keçirməyə çalışırlar. “Hardasa 4 il olar bura köçmüşük. Köçəndən odun yandırırıq. 3-4 ay olar məhləmizə qaz xətti çəkilib, ancaq biz yenə də odun sobası yandırırıq. İmkanı olanlar pul verib çəkdirib, amma bizim imkanımız yoxdur. Çox çətindir, uşaqlarımız soyuqdan xəstələnir. Dövlətdən xahiş edirik, bizim evlərin də sayğacla təmin olunmasını təşkil etsinlər”,Mahirə Əsədova deyir. Cəyirli sakinləri deyir ki, evdə qaz olmadığı üçün təsərrüfatlardakı bütün meyvə ağaclarını kəsib odun kimi istifadə ediblər. Əhalinin əksər hissəsi işsiz olduğundan odunu pulla almaq müşkül məsələyə çevrilir. Kənd sakinləri iddia edirlər ki, onlardan sayğacı öz hesablarına almağı tələb edirlər. “Fəhlə işləyib ailəmi zorla dolandırıram. İndi isə bizə deyirlər ki, 243 manat pul ödəyin, gətirib sizin evlərə sayğac qoşaq. Bizim imkanımız çatmır o pulu ödəməyə. Mən ailəmi saxlayım, yoxsa sayğac alım? Evdə odun sobası işlədirik. İmkanı olanlar odun alır, ala bilməyənlər də mənim kimi ordan-burdan qurumuş odunlar yığıb gətirir. Prezidentə, Mehriban xanıma məktub yazmışıq, amma cavab yoxdur”, - İmamverdi Allahverdiyev deyir. Məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Meydan TV-yə bildirib ki, Bərdə rayon Cəyirli kəndi qazlaşdırılmış kənddir. Yeni yaşayış massivlərini və qazlaşmayan kəndləri dövlət proqramına uyğun olaraq SOCAR-"Azəriqaz" İstehsalat Birliyi qazlaşdırır. Belə görünür ki, Cəyirli kənd sakinləri növbə onlara gəlib çatanacan odun almağa davam edəcəklər.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   7 Members, 3 Anonymous, 35 Guests (See full list)

    • +Dex
    • +falkie
    • +Sorrel
    • +Tercel
    • +Roza Moiseyevna
    • +SBC
    • +Znaya
×
×
  • Create New...

Important Information

Terms and Conditions