Jump to content
Baku365.com

Alatava söküntünün astanasında


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

 

 

Bakının Alatava - 1 qəsəbəsinin söküləcəyi gözlənilir.

 

Toplum Tv-nin əməkdaşına danışan sakinlərin əsas qayğısı onlara ödəniləcək kompensasiya ilə bağlıdır. Darısqal yollarla gedib-gələn, hündür mərtəbəli yeni tikililərin kölgəsində yaşayan köhnə məhəllənin sakinləri söküntünün dəqiq nə zaman başlayacağından xəbərsizdirlər.

 

30 ildir Alatavada yaşayan Mətin İsmayılov deyir, təxminən iki ay əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən gəlib evlərin çoxunu ölçüblər. O, layihəni hansı şirkətin icra edəcəyindən xəbərsiz olduqlarını söyləyir:

 

Yaşar Ağayev yarım əsrdir bu məhəllənin sakinidir. Deyir, məhəllədə söz-söhbət gəzir ki, Novruz bayramından sonra söküntü başlanılacaq, amma hələlik şərtlər barədə sakinlərlə müzakirə aparılmayıb:

 

Salimad Rəcəbova vaxtilə Bakının “Sovetski” deyilən ərazisində evləri sökülən narazı sakinləri yada salır. Deyir, əgər Alatava sakinlərinə veriləcək kompensasiya ədalətli olmasa, onlar da etiraz edəcəklər:

 

Ədilə Xalıqova Alatavada 1965-ci ildən yaşayır. Deyir, bura ilə bağlı xatirələri çoxdur, başqa yerə getmək heç istəmir. Məhəllədə yararsız vəziyyətdə olan evləri də görmək mümkündür. Onlardan biri də Suğra xalanın evidir. Danışır ki, 2000-ci ildə Bakida zəlzələ olanda evi yararsız hala düşüb. 20 ildən çoxdur qəzalı evdə yaşayır, deyir, heç bir quruma şikayətçi olmayıb. İllərlə ümidlə yaşayıb ki, nə vaxtsa evləri söküləcək, özünə bir gün ağlayacaq. Dediyinə görə hələ 90-cı illərdən evlərin sökülməsi ilə bağlı xəbərlər eşidir.

 

Suğra xalanın 65 yaşı var. Uçuq-sökük evində pişiyi ilə yaşayır. Danışır, nə zaman evləri sökülsə, qurban kəsib məhəllə camaatına paylayacaq. Alatava-1 məhəlləsində ilk dəfə söküntü işlərinə iki il öncə başlanılıb. Təxminən 11 ev sökülüb. Hazırda qəsəbənin ortasında iki bina tikilir.

 

Qəsəbənin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyətindən "Turan" İnformasiya Agentliyinə bildirilib ki, artıq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətlərin biri ilə razılıq da əldə edib: "Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətə torpaq ayrılıb". Əlavə edilib ki, rayon ərazisində istismar müddəti başa çatan binalar və fərdi evlər siyahıya alınıb: SİTAT: "Evlərin bir hissəsinin bu il ərzində sökülməyi nəzərdə tutulur. Sakinlərin istəyinə uyğun olaraq bəzilərinə maddi kompensasiya ödəniləcək, bəziləri isə yeni binalarda mənzillə təmin ediləcək.

 

Tikinti zamanı sakinlər şirkət hesabına kirayə mənzillərə köçürüləcəklər". Amma icra hakimiyyətindən burda tikinti aparacaq şirkətin adını çəkməyiblər. Bundan 7 il öncə, 2014-cü ildən başlayaraq Bakının "Sovetski" deyilən ərazisi sökülməyə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri əsasən satın alınıb, sökülüb. İkinci mərhələdə isə 2 min civarında evin söküldüyü bildirilib. Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə razılaşmayan, söküntüyə etiraz edən ailələr də olub. Həmin dövrdə hər kvadrata 1500 manat ödənilirdi.

 

Etirazçı sakinlər vaxtaşırı aksiyalar da keçiriblər. Şikayətçi olan bir sıra Sovetski sakini işlərini Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərib.

 

Alatava məhəlləsi hələki söküntünün astanasındadır. Sakinlər onları nə gözlədiyini bilməsələr də, ümid etmək istəyirlər ki, köhnə evləri ilə birgə problemləri də bu məhəllədə qalacaq

  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   7 Members, 2 Anonymous, 32 Guests (See full list)

    • +Sorrel
    • +Anis
    • +Tercel
    • +Roza Moiseyevna
    • +SBC
    • +Znaya
    • +Linda
×
×
  • Create New...

Important Information

Terms and Conditions