Jump to content
B∀ku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür


Recommended Posts

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 135 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib.

1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə. Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib.

1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

  • Like 10
  • Excellent 1
Link to comment
Share on other sites

 

12303.jpg.2b6306b218372359a894500c10dc1b33.jpgAzerbaijani_intellectuals.jpg.1c48a2348593b221e6ac844142b487d8.jpg

 

 

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Evet gönüllər coşdu bir sevincin gücüylə
Istiqlal sevinciylə, istiqlal sevinciylə…
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal, o vətənın göğsünden yüksələn ay.
İstiqlal, o sümüktən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır,
Hansı bir erkek onu düşmənlərə qaptırır?
Anaların saçından ördüğü bir bayrağı
Hansi erkek çıxıb edəcək baş aşağı?!

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa – yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Ə.A.Gültəkin

 

 

  • Like 10
  • Excellent 1
Link to comment
Share on other sites

Həbs edilən qohumları[redaktə | əsas redaktə]

1937-ci il hadisələrində M.Ə.Rəsulzadənin nəinki ailəsi, eyni zamanda əksər qohumları da həbs edildi, sürgünə göndərildi. Bacanağı, tanınmış yazıçı Seyid Hüseynə 1937-ci ildə 10 il həbs cəzası verildi, sonradan isə güllələndi. Seyid Hüseynin həyat yoldaşı şairə Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edildi, uzaq Mordovaya göndərildi. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində yaşadı. M.Ə.Rəsulzadənin digər qohumunun - Məhəmməd Əli Rəsuloğlunun da ailəsinin aqibəti acınacaqlı olub. M.Ə.Rəsulzadənin yaxın əqidə dostu olan M.Ə.Rəsuloğlu onun əmisi oğlu və Müsavat Partiyasının qurucusu idi. Özü mühacirətə getdikdən sonra həyat yoldaşı Raziyə xanımı üç övladı ilə birgə Qazaxıstana sürgünə göndərdilər.

M.Ə.Rəsulzadə böyük cəhdlə ailəsini xilas etməyə – Türkiyəyə gətirməyə çalışıb. Oğlu Azərin dediyinə görə, hətta bir dəfə (bu təxminən 1925-1926-cı illərdə olub) qatara minib getməyə də hazırlaşıblar. Lakin M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər məsləhət bilməyib və onlar Bakıda qalıblar. 1932-ci ilə qədər isə M.Ə.Rəsulzadə müxtəlif adamlarla ailəsinə maddi yardımlar göstərib, hətta geyim, paltar da alıb göndərib. Sonradan sərhədlər bağlandığından bu mümkün olmayıb. Bakıda gizli fəaliyyət göstərən müsavatçılar isə imkan daxilində M.Ə.Rəsulzadənin ailəsinə müəyyən köməklik edib.

M.Ə.Rəsulzadə ailəsinin sürgünə göndərildiyini və həyat yoldaşının da vəfat etdiyini öyrəndikdən sonra polyak əsilli Vanda xanımla ailə qurub, birgə yaşayıb. Hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Onların bu evlilikdən övladları olmayıb. Vanda xanım 1885-ci ildə Varşavada anadan olub, Varşava Universitetini bitirib. Onun Marşal Pilsudski ilə, eyni zamanda 1930-cu illərdə Polşanın Xarici İşlər Naziri olmuş Beklə qohumluq əlaqəsinin olduğu bildirilir. O, 1974-cü ildə dünyasını dəyişib və Ankara şəhərindəki “Cəbəçi” (Əsri) qəbirstanlığında dəfn edilib.[7]

  • Like 4
  • Excellent 1
  • I don't like it 2
Link to comment
Share on other sites

Rəsulzadə ömrünün sonlarına yaxın, 1951-ci il 26 avqust, 1952-ci il, 1953-cü il 28 may olmaqla Azərbaycan xalqına 3 dəfə müraciət etmişdir.[22]

26 avqust 1951[redaktə | əsas redaktə]

" "Mən Məhəmməd Əmin Rəsulzadə "Amerkanın Səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz Vətəninə xitab edə bilmək üçün buna mütəşəkkirəm. Bu radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokrasi fikirlərini yayır. Bu fikirlər başlıca 2 əsasa dayanır: İnsanlara azadlıq, millətlərə istiqlal!

"Bundan 33 il əvvəl Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çöktü; Vətənimizi istila və istibdadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər:milli və müstəqil bir Cümhuriyyət qurdular...

Demokratiyanın bu yüksəs əsaslarını həyata keçirmək üçü qurulan milli hökumət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə hərbdən və hərc-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabit və ədalət müəssisələri qurtuldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyası ilə təmasa gəlindi. Qonşularla yaxşı münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri və Birləşik Amerika tərəfindən Cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzaları ilə müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl Ordunun üstün qüvvələri ilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəti ilə savaşdı; fəqət, heyhat məğlub oldu. Nəticədə milli ordunu dağıtdılar, milli ziyalıları kəsdilər, milli sərvəti yağma edərək Moskvaya götürdülər. Bir sözlə məmləkəti sovetləşdirdilər.

Tarixin ən qəddar bir istibdadını quran bolşeviklər sovet rejiminə utanmadan demokratiya deyirlər.Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır,vətəndaşlar!

Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı bolşevik propaqandaçıları sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayınız qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz-özlərini idarə edirlər.

Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan bəyannaməsi elan etmişdilər. Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gərçəkləşməsinə bağlıdır.Təkrar edirəm - İnsanlara azadlıq, Millətlərə istiqlal!" [23]

  • Like 2
  • Excellent 1
  • I don't like it 2
Link to comment
Share on other sites

28 may 1952

" "Əziz vətəndaşlar!Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm.34 il əvvəl bu gün Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalı bütün dünyaya bildirdi.Bu böyük hadisə ilə biz 100 il sürən çar əsirliyindən qurtulduq.Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm etdi.

Azərbaycanın 19-cu əsrin başlarında Rusiya çarlığına qarşı göstərdiyi mübarizə həyəcanlı səhnələrlə doludur.Cavad xanın rus işğalçılarına qarşı "ölmək var,dönmək yoxdur" deyərək şəhid olması Azərbaycan mərdliyinin bir nümunəsidir.

Tarixin hər dövründə iləri fikirləri mənimsəyən Azərbaycan xalqı əsrimizin hakim ideologiyasına uyaraq qurduğu müstəqil dövlətə cümhuriyyət şəklini verdi.Türk və müsəlman dünyasının birinci cümhuriyyəti Milli Şura tərəfindən nəşr olunan istiqlal bəyannaməsindəki əsas prinsiplər üzərində quruldu.Bu prinsiplərə görə: 
1-Azərbaycan xalqı hakimiyət haqqına malik,Azərbaycan da tam hüquqlu bir dövlətdir 
2-Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyətidir. 
3-Azərbaycan Xalq Cümhuriyəti bütün millətlər,xüsusəndə qonşulu millət və dövlətlərlə yaxşı münasibətlər qurmaqdadır. 
4-Azərbaycan Xalq Cümhuriyəti millət,məzhəb,sinfi və cinsi fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni hüquqları təmin edir." [24]

  • Like 2
  • Excellent 1
  • I don't like it 2
Link to comment
Share on other sites

28 may 1953[redaktə | əsas redaktə]

" "Əziz Vətəndaşlarım!

Amerikanın Səsi Radiosunun verdiyi imkanlardan istifadə edərək bu gün Azərbaycan tarixinin ən böyük günü olan 28 Mayısda Sizlərə xitab edirəm. 100 il sürən Çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır. Mədəni bütün bir tərəkəyə (mirasa) malik olan vətənimiz siyaset sahəsində çox böyük və dəyərli həmlələr göstərmişdir. İstiqlal uğrunda yapılan tarixi savaşların ən qanlısı 19-cu əsrin başlarında Rusiya Çarlığına qarşı yapılmışdır. 30 il qədər sürən bu savaş qəhrəmanlıqlarla doludur. Cavad Xanın 1804-də Gəncədəki şanlı qəzası dillərdə dastandır. "Ölmək var, dönmək yoxdur". Bu həqiqi vətənpərəstlərin tətbiq etdikləri ən müqəddəs bir şüardır.

28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi. Eyni zamanda, o zəmanəyə hakim olan əsrin böyük şüarından istifadə edirdi. Hər millət öz müqəddəratını özü hall etməyə səlahiyyətdardır, düsturunu xalqın ümumi rəyinə uyaraq istiqlalını elan edirdi. Istiqlal elanı üzərinə qurulan milli Azərbaycan Hökuməti, az zamanda məmləkətdə çox böyük işlər gördü. 100 ildən bəri əsgərlikdən mənedilən (qadağan edilən) Azərbaycanda bir ordu yaratdı. Çarlıq zamanında Dövlət idarəsinə yaxın buraxılmayan Azərbaycanlılardan zabita və əmniyyət qüvvətləri vücuda gətirdi. Sosial sahədə əsaslı islahata girişdi. Kəndlilərə torpaq vermək üçün qanunlar hazırladı. Fəhlələrin haqlarını qorumaq üçün tədbirlər aldı. Xalqı az zamanda oxutmaya başladı. Türkcəyi dövlətin dövlətin rəsmi dili elan etdi. Orta və Ali məktəblər açdı. Qərbi Avropa demokrasiyaları tipində, xalq nümayəndələri cavabdeh bir hökumət üsulu idarəsi yaratdı. Hakimiyyət, Millət Məclisinin əlində idi. Parlamentodan etimad almadıqca heç bir Hökumət iş başında qala bilməzdi. Məmləkətdə tam bir azadlıq vardı. O zaman indi Sovet zamanında olduğu kimi terror deyilən şeydən heç bir əsər yoxdu. Şahıslarda, məskənlərdə əmin və əmanda idi. Vətənin qapıları indi olduğu kimi bütün dünyaya qapalı deyildi. Hər azərbaycanlı, istədiyi zaman hara istərsə gedərdi. Qonşu və Avropa Dövlətləri ilə dostluq münasibətləri təsis edilmişdi. Bütün millətlərlə alış-veriş vardı. Bütün bunların nəticəsində idi ki, Cümhuriyyətimizin istiqlalı Avropa Dövlətləri ilə Birləşik Amerika tərəfindən tanındı. Onları təqibən böyük bir çox dövlətlər dahi istiqlalımızı tanıdılar. Türkiyə ilə İran, Azərbaycanla münasibətə gəldilər. Aralarında dostluq və qardaşlıq muahədələri (əhdnamə, bağlaşma) imzalandı. 12, Yanvar, 1920, Cümhuriyyətin dövlətlər tərəfindən tanınması günü idi. Bu günü, Azərbaycan xalqı, candan bayram etdi. Bu həqiqətən böyük bir bayramdı. Çünki bu gündən etibarən Azərbaycan Davası, Rusiyanın bir iç məsələsi olmaqdan çıxmış, millətlər arası bir məsələ olmuşdu. Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşdi və bu illəri dünya demokrasiyası tərəfindən təqdir ilə qarşılandı. 100 ildən bəri üstümüzə çökən istibdad və istila həyulası (xəyal) artıq bizdən uzaqlaşdı.

Heyhat!, qədər (tale) imtahanları tamam deyildi. Qanlı Çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Bala azadlıq istiqlalımız, qızıl istilaçıların ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl 28 Apreldə Sovet propaqandaçıları bu qanlı istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sizdə, sizə dünyanın ən azad və demokrat rejimi kimi kəlama verilən Sovet quruluşu, işdə qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız bunun nə qədər doğru olduğunu gözünüzlə görürdünüz. Azadlığımızı əlimizdən alan millətdən qorxmurlarsa dəmir pərdəni qaldırsınlar, azadlık elan etsinler. Edəbilməzlər. Çünki ağla-qara meydana çıxar. Onlar səptərə (yarasa) kimidilər, günəşdən qaçarlar.

Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi, qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, Vətəndaşlar! Üç rəngli İstiqlal Bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər dürlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqiylə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları huzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti, şairin deyişiylə dilə gətirirəm:Azərbaycan, onunla bərabər bütün Qafqasya Cümhuriyyətləri həqiqi azadlık ve istiqlalına 1918-in Mayısında qovuşdular. 1920-də isə bu azadlık və istiqlal, qızıl Rus ordusu tərəfindən üstün qüvvətlərlə, qanla ve ateşlə basdırıldı. Faciələr və qəhrəmanlıqlarla dolu olan bu mücadilədə on minlərcə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı, 1918 istiqlal haqqını müdafiə edən Kafqasya millətləri, indi 33 ildir ki, müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alan bu mücadilədə vaxtı ilə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə, bu gün haqqı milliyyətçilər və vətənpərvərlər cəbhəsinə keçmişlərdir. Yabançı istilası üzərinə əcnəbi məmləkətlərə çıxmış olan Qafqasya mühacirləri, milli istiqlal davasını, mədəni dünya əfkarı ümumiyyəsinə (ictimaiyyətin fikri) anlatmakdadırlar. Bu vəzifəni ifada, nə kimi müşküllərə uğradığımızdan bəhs etməyin burada yeri deyildir. Bu qədər demək lazımdır ki, Sovetlərdə kommunist rejiminə düşən millətlərin hər dürlü haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halinə gəldiyini azad dünyaya anlatmaq çox çətin olmamışdır. Şükür ki, hadisələr bizə kömək edir. Dünya Sovet həqiqətini görməyə başlayır. 8 ildən bəri hərbi bitirmişkən sülhə qovuşa bilməyən dünya, artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər, müəzzəm (böyük) bir dövlət halında ayaqda durduqca və dünya inqilabı atəşi ilə yandırmaq üçün könlü çəkdikcə yer üzündə heç bir zaman sülh və asayiş buluna bilməyəcəkdir. Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tek əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz. 1918 Mayısındakı tarixi qərarları ilə azadlıq denən (deyilən) millətlər cəbhəsində yer alan Qafqasya millətlərinin müqəddəratları, azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanın bir inqilab olduğunu söyləyən Sovet diktatoru Stalin ölmüşdür, amma, onun iki üzlü sistemi Stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikcə dünya həqiqətləri dah qarşılaşmaqda, haq ilə batil, yalan ilə doğru üz-üzə gəlməkdədir.

Sən bizimsən, bizimsən durduqca bədəndə Can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!"

  • Like 2
  • Excellent 2
  • I don't like it 2
Link to comment
Share on other sites

  • Xronoloji fəaliyyəti[redaktə | əsas redaktə]

  • 1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb.
  • 1903-cü ilin 2 mayında ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini qurub.
  • 1903-cü ilin 14 mayında “Şərqi-Rus” qəzetində əmisi oğlu və yaxın mücadilə dostu Məhəmməd Əli Rəsuloğlu ilə birlikdə “Hümmət və qeyrət vaxtıdır” məqaləsi çap edilir.
  • 1903-cü ilin 18 mayında “Şərqi-Rus” qəzetində “Öz müxbirlərimizdən” başlığı ilə elmin vacibliyindən bəhs edən yazısı və sonda “Elm tərifində deyilibdir” adlı müxəmməsi (şeri) çap edilir.
  • 1904-cü ilin iyununda İ.V.Stalin inqilabi iş aparmaq üçün Bakıya gəlir. Qeyd edək ki, Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi müsəlman gəncləri arasında fəal iş aparan, onları maarifləndirən və milli dirçəliş fikirləri yayan 20 yaşlı M.Ə.Rəsulzadəni və onun başçılıq etdiyi “Azərbaycanlı Gənc İnqilabçılar” təşkilatını öz təsiri altına salmağa çalışırdı. İ.V.Stalinlə M.Ə.Rəsulzadəni ilk tanış edən isə əmisi oğlu M. Ə .Rəsuloğlu olmuşdu. Bakının Balaxanı bölgəsində fabrik işçilərinə məxsus bir otaqda keçirilən görüş sonradan onların yaxın dostluq münasibətlərinə çevrilir. Sonrakı dövrdə M.Ə.Rəsulzadə Stalinin Bakının Bayıl həbsxanasından qaçırılmasında önəmli rol oynayır.
  • 1904-cü ilin oktyabr-noyabr aylarında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində yaradılan “Hümmət” Sosial-Demokrat Təşkilatının yaradıcılarından biri olur. Qeyd edək ki, bu həm də Zaqafqaziyada yaradılan ilk müsəlman sosial-demokrat qrupuidi. “Hümmət”in baniləri arasında onda başqa N.Nərimanov, M. Əzizbəyov, M.H.Mövsümov, M.H.Hacınski, eyni zamanda sonradan Müsavatın yaradıcılarından olan A.Kazımzadə və K.Mikayılzadə var idi.
  • 1904-cü ildə M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Hümmət” qəzeti çap edilir. M.Ə.Rəsulzadə qeyd edirdi ki, “Hümmət” Qafqazda türk (Azərbaycan) mətbuatı arasında partiya orqanı olmaq üzrə ilk qəzet olub. 1904-1905-ci illərdə bu qəzetin 5-6 sayı çap edilir. 1917-ci ilin iyulun 3-də isə qəzet N.Nərimanovun redaktorluğu ilə yenidən Bakıda nəşrə başlayır.
  • 1905-ci ildə “Hümmət” qəzetinin 3-cü sayında “Hümmətür-rical” (yəni, “Kişilərin hümməti dağları qoparar”) adlı məqaləsi çap edilir. Və həmin yazıda birləşməyin, islama bağlılığın vacibliyini göstərir. M.Ə.Rəsulzadə həmin məqalədə yazırdı: “Hərəmiz bir küncdə bir xüsusi cəmiyyət qayırıb (yaradıb) da müxtəlif yollar ilə getməkdənsə birləş-məli, öz fikir və fellərimizdən bir-birimizi halı etməliyiz”.
  • 1906-cı ilin 5 yanvarında “İrşad” qəzeti ilə əməkdaşlığa başlayır, orada “Kənddə müsibət” məqaləsini çap etdirir. Bu məqaləsində o, erməni-müsəlman qırğınından bəhs edir, insanların bir-birini öldürməyindən, malını, əmlakını qarət etməsindən yazıb sonda bu fikri söyləyir: “Ey vətəndaşlar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!”
  • 1906-cı ilin 16 fevralında “İrşad” qəzetində çap edilən “Qara pul”şerində ilk dəfə olaraq “Razi” təxəllüsünü işlədir.
  • 1906-cı ilin 20 fevralında “İrşad” qəzetində ilk dəfə olaraq İran haqqında və buradakı proseslərdən yazır, “ədalətxana” məclisinə toxunur, məqaləsini bu sözlərlə bitirir: “Yaşasın İranda hürriyyət! Yaşasın İranda qanuni əsası!”
  • 1906-cı ilin 3 martında “İrşad” qəzetində “Çin müsəlmanları” adlı məqaləsini çap etdirir. Tehranda nəşr edilən qəzetlərin birinə istinadən bir doktorun Çinə səyahətində buradakı çoxlu bölgələrdə müsəlmanların yaşadığını, onların adət-ənənəsindən bəhs etdiyini yazır.
  • 1906-cı ilin 8 martında Bakıda “Nicat” mədəni-maarif cəmiyyəti təşkil edilir. M.Ə.Rəsulzadə cəmiyyətin əsas üzvlərindən biri olur. Bu cəmiyyətin üzvləri arasında Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Sultan Məcid Qənizadə, Mehdi bəy Hacınski, Sidqi Ruhulla və digər tanınmı şəxsiyyətlər vardı. Cəmiyyətin başlıca məqsədi azərbaycanlıları savadlandırmaq və maarifləndirmək, yoxsul uşaqlarına kömək etmək, onları məktəblərə cəlb etmək, ehtiyacı olanlara isə maddi kömək göstərmək idi. Cəmiyyət Bakıda və bəzi Bakı kəndlərində kitabxana, qiraətxana açmışdı. Balaxanıda açılan məktəbdə isə tanınmış şair M.Ə.Sabir dərs demişdi. 1908-ci ildə “Leyli və Məcnun” operası Bakıda məhz “Nicat” cəmiyyətinin fəallığı ilə göstərilmişdi. Cəmiyyət həftədə bir dəfə “Nicat” adlı qəzet buraxırdı. Qəzet İsa bəy Aşurbəyovun vəsaiti və redaktorluğu dərc olunurdu. Cəmiyyət benefislər keçirir, şəhər bağında arabir gəzintilər təşkil edir, toplanan vəsaiti xeyriyyə işlərinə sərf edirdi. M.Ə.Rəsulzadənin rəhbərliyi ilə təşkil olunan belə gəzintilərin birindən toplanan 200 rubl vəsaitlə İ.V.Stalini həbsxanadan qaçırmaq mümkün olmuşdu.
  • 1906-cı ildə yaratdığı “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” bu dövrdən başlayaraq “Müsəlman Demokratik Müsavat Cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərir. Bu təşkilatın bir xətti də İranda başlanan Məşrutə inqilabı və inqilabçıları ilə sıx əlaqə qurur.
  • 1906-cı ilin 19 iyulunda Bakıda nəşr edilən “Dəvət-Qoç” qəzetində “Mərəzimizin çarəsi” adlı yazısı çap olunur. Bu yazısında erməni-müsəlman qırğınına mənfi münasibət bəsləyir. Mövcud bürokratik rejimi tənqid edərək yazır: “İki milləti bir-biri ilə vuruşdurub, nahaq qanlar içində inqilabı qərq etmək istədilər”
  • 1906-cı ilin 16 dekabrında “Təkamül” qəzetinin ilk sayında “Şeytan işinin nəticəsi” adlı məqaləsi çap edilir. Bu yazısında o, baş verən qırğın nəticəsində həm müsəlmanların, həm də ermənilərin fəlakət və səfalətə düçar olduqlarını qeyd edir.
  • 1906-cı ilin 20 iyulunda “Dəvət” qəzetində “Bəlayi-əzim” adlı məqaləsi çap edilir. Bu yazısında o, Rusiyanı əhatə edən bəlalardan, təcavüzlərdən, zülmlərdən bəhs edir, çar məmurlarını kəskin tənqid atəşinə tutur: “Bəsdir, bəsdir içdiyiniz insan qanları, bəsdir iki milləti bir-biri ilə çalışdırıb, sonra hər ikisini də badi-fənaya verdiniz!”
  • 1907-ci ilin 3 fevralında “Təkamül” qəzetinin 7-ci sayında məişətdən bəhs edən “Nagəhan bəla” adlı məişət mövzulu səhnə əsəri çap edilir. Bu əsərdə o, elmin əhəmiyyətini xüsusi qeyd edir, fəhlə tətillərindən danışır.
  • 1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.
  • 1908-ci ildə İranda çalışıb (1908  1911), Səttar xan hərəkatında yaxından iştirak edib.
  • 1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
  • 1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
  • 1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edib.
  • 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
  • 1917-ci ildə Müsavat Partiyasının sədri olub.
  • 1918-ci ilin may ayının 28-də Azərbaycanın İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib. ADR-i (Azərbaycan Demokratik Respublikasını – Müsəlman Şərinqdə ilk demokratik dövlət) qurub.
  • 1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.[32]
  • 1920-ci il 27 aprel işğalından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib.
  • 1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
  • 1923-cü ildə İstanbula qayıdıb.
  • 1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
  • 1938-ci ildə Polşada (1938-1940);
  • 1940-cı ildə Rumıniyada olub (1940-1943)
  • 1947-ci ildə Ankaraya dönüb.
  • 1952-ci ildə Ankarada "Azərbaycan" dərgisini yaradıb.
  • 1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.
Edited by God_bless_you
  • Like 2
  • Excellent 1
  • Haha 1
  • Facepalm 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Не вижу ни одного повода гордится этим человеком. Поясню свою позицию. После оккупации АДР(идеологом создания которого, он - был), со стороны большевистской РСФСР, он - бросив семью уехал в Москву работать в одном из министерств и стал гражданином и госслужащим большевистской РСФСР. Дальше ездил от одному диктатору в лице Пилсудского к другому в Антоанеску, а под конец и вовсе искал контактов с нацистским Рейхом. Как можно им гордится и считать его героем?! Какой герой примет гражданство и будет работать в стране, которая оккупировала твоё государство?! Многие тут вообще задумывались об этих фактах биографии Расулзаде?!

  • I don't like it 5
Link to comment
Share on other sites

1 minute ago, Ergenekon said:

Общенациональный лидер Азербайджана .. 

 

Əbədi-Öndər.jpg

  • Like 4
  • Excellent 2
  • Facepalm 1
Link to comment
Share on other sites

Mustafa Kamal Atatürk Məhəməd Əmin Rəsulzadə haqqında deyirdi:

"Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan.
Bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!"

  • Like 1
  • Excellent 3
  • Facepalm 1
  • I don't like it 1
Link to comment
Share on other sites

наблюдал, как на парапете группа молодых людей (около 10) надев маски Мамед-Эмина Расулзаде раздавала прохожим шоколад.

буквально через 20 минут возвращаясь заметил, что вся территория была зачищена от "нарушителей общественного порядка", зато повсеместно стояли кучки и кучи правоохранителей и ишверенов.

замечу, что уже многие годы я, в принципе, не могу отличить правоохранителей от ишверенов, а ишверенов от правоохранителей.

шо делается, нет, шо делается :classic_love:

  • Like 4
  • Excellent 1
  • Haha 1
  • I don't like it 1
Link to comment
Share on other sites

наблюдал, как на парапете группа молодых людей (около 10) надев маски Мамед-Эмина Расулзаде раздавала прохожим шоколад.

буквально через 20 минут возвращаясь заметил, что вся территория была зачищена от "нарушителей общественного порядка", зато повсеместно стояли кучки и кучи правоохранителей и ишверенов.

замечу, что уже многие годы я, в принципе, не могу отличить правоохранителей от ишверенов, а ишверенов от правоохранителей.

шо делается, нет, шо делается :classic_love:

  • Like 3
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

6 минут назад, PRAVDORUB сказал:

наблюдал, как на парапете группа молодых людей (около 10) надев маски Мамед-Эмина Расулзаде раздавала прохожим шоколад.

буквально через 20 минут возвращаясь заметил, что вся территория была зачищена от "нарушителей общественного порядка", зато повсеместно стояли кучки и кучи правоохранителей и ишверенов.

замечу, что уже многие годы я, в принципе, не могу отличить правоохранителей от ишверенов, а ишверенов от правоохранителей.

шо делается, нет, шо делается :classic_love:

Провокаторы из НФА, которые преследуют мысль дестабилизировать внутриполитическую ситуацию в стране под соусом ультра-правого национализма. Таких негодяев нужно сажать на 30 суток.

  • Facepalm 1
  • I don't like it 3
Link to comment
Share on other sites

чем и как дестабилизируют? празднованием дня рождения одного из великих сынов страны?

или шоколадом?

и кто после этого негодяи? дагыл дунЪя

  • Like 8
  • Excellent 2
  • I don't like it 1
Link to comment
Share on other sites

Если посчитать количество постов здесь и в темах от ........ становится понятно,что кровь всё-таки красного цвета,причём у всех .А вот мысли,сердце и голова .....как лебедь, щука и рак...

  • Like 5
  • Excellent 1
  • Haha 1
  • Facepalm 1
  • I don't like it 1
Link to comment
Share on other sites

1 hour ago, ataman said:

Если посчитать количество постов здесь и в темах от ........ становится понятно,что кровь всё-таки красного цвета,причём у всех .А вот мысли,сердце и голова .....как лебедь, щука и рак...

А здесь пишут всего-то несколько патриточных азербайджанцев,  5-6-7 человек, и пишут изредка. Но интересно, если бы нас не было, то с кем бы вели переговоры многочисленные сварливые и нахрапистые тролли?
На день рождения Мамед Эмина шоколад  -эхсан раздавать нельзя, ведь он отец-основатель, и памятников ему не ставят (как и Мубаризу, Фариду, Хойскому, Талят-паше, Энвер-паше), а вот у соседей десятки (!) памятников нацистскому палачу Гарегину Нжде (о которых мы случайно узнали благодаря последнему огромному памятнику в 2017 в центре Иревани)
Желаю моему народу реальной независимости и сотен тысяч таких сыновей как Мамед Эмин Расулзаде -ондер и отец-основатель нашей государственности.

 

  • Like 4
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

может бы на русском писали?а то в википеии накидали а вдруг кто зайдет не зная Азербайджанский?))+ гугул на совсем верно переводит с Азербайджанского на Русскийю

я вот не знаю кто это.знаю что на 1 мамеде было его лицо и то что щас про него стремяться чтоб народ забыл ну кто знал его забыл кто не знал еше лучше)

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.



×
×
  • Create New...

Important Information

Terms and Conditions