Jump to content
Baku365.com

Azərbaycan ədəbiyyatından incilər


Bushido

Recommended Posts

Bushido

Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

 

Şah İsmayıl Xətai

  • Like 2
  • Excellent 2
Link to comment
Share on other sites

www mona liza

Biz xerabat ehliyik, meyxanelerden 4ixmishiq,
Badeler nush etmishik, peymanelerden 4ixmishiq.

Ateshi qemden ne qorxaq ki? Semender xisletik!
Shemler yandirmishiq, pervanelerden 4ixmishiq.

Indi biz ikrah edib meyden, nezerden dushmushuk,
Yoxsa min-min meclisi mestanelerden 4ixmishiq.

Gah opub yarin ayagin, gah dolannig bashina,
Perishan zulfler tek shanelerden 4ixmishiq.

Qedri qiymetsiz bizi zenn etme Vahid,
Arif ol, pur baha gencineyik, viranelerden 4ixmishiq.

  • Like 1
  • Excellent 2
Link to comment
Share on other sites

A_12

Canda ki eşq olmadı, dildə xəbər nə fayda?

Gözde ki görmək olmadı, nur-i-bəsər nə fayda?

Hər kişi kim əzəldən o binəsib oldu mə'nidən

Ayət-ü təfsir-ü kəlam, ona xəbər nə fayda?

Gövhərin üştə qiymətin sərraf olan arif bilir

O ki mübəssir olmadı görə gövhər nə fayda?

Tutidür bu şəkərin dadını, ləzzətini bilən

Garğa nedər bu güəni, zağə şəkər nə fayda?

Dərd ilə sən Nəsiminin gövhərini gəl almagil

Aşiq olan kişilərə eşqə süpər nə fayda?

 

Edited by A_12
  • Like 1
  • Excellent 2
  • I don't like it 1
Link to comment
Share on other sites

PRAVDORUB

VETEN... (Abbas Sehhet)

Konlumun sevgili mehbubu menim
Vetenimdir,vetenimdir,vetenim.
Vetenim verdi mene nanu-nemek,
Veteni mence unutmaq,ne demek?

Anadir her kishiye oz veteni,
Besleyib sinesi ustunde onu.
Sududur ki,dolanib qanim olub,
O,menim sevgili cananim olub.

Saxlaram gozlerim uste onu men,
Olerem elden eger getse veten.
Vetenin nemeti nisyan olmaz,
Naxelefler ona qurban olmaz.

Veten ecdadimizin medfenidir.
Veten ovladimizin meskenidir.
Veteni sevmeyen insan olmaz,
Olsa da ol shexsde vicdan olmaz.

  • Like 4
  • Excellent 3
  • I don't like it 1
Link to comment
Share on other sites

Salix

Canda ki,eşq olmadı,dildə xəbər nə faidə?

Gözdə ki,görmək olmadı,nuri-bəsər,nə faidə?

Hər kişi kim,əzəldə ol binəsib oldu mə'nidən

Ayətü təfsirü kəlam,ana xəbər nə faidə?

Gövhərin üstə qiymətin sərraf olan arif bilir,

Ol ki,mübəssir olmadı görə göhər nə faidə?

Tutidürür bu şəkkərin dadını, ləzzətin bilən,

Qarğa nedər bu gülşəni, zağə şəkər nə faidə?

Dərd ilə sən Nəsiminin gövhərini gəl almağıl, 

Aşiq olan kişilərə eşqə süpər nə faidə?

 

  • Excellent 1
Link to comment
Share on other sites

Salix

İdrakda yol açmış gecədən gündüzə Allah, 
Güldürməsən öz könlünü, gülməz üzə Allah. 
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş, 
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah. 

Allah! Bilirik cisim deyil, bəs nədir Allah? 
Ən yüksək olan haqda, həqiqətdədir Allah. 
Dondunsa təkamül və gözəllik qabağında, 
Dərk et bu, təəccübdə, bu heyrətdədir Allah. 

Bildik, bilirik, gizlidir insandakı qüdrət, 
Hər kəs onu fəhm etməsə, acizdir o, əlbət. 
İnsanın əzəl borcudur insanlığa hörmət, 
İnsanlığa hörmətdə, ləyaqətdədir Allah. 

Gerçək də budur: gizlidir hər zərrədə vəhdət. 
Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət. 
Gördüklərimiz zahirdir, bətnə nüfuz et! 
Bətndəki, cövhərdəki fitrətdədir Allah. 

Fitrət də yatır sözdə, sözün öz yükü fikrim. 
Seçmiş, seçəcək daima tükdən tükü fikrim. 
Mən bir ağacam, yarpağı sözlər, kökü fikrim, 
Sözlərdə deyil, sözdəki hikmətdədir Allah. 

İnsan! Təpədən dırnağa sən arzu, diləksən, 
Nəfsində doyumsuz, fəqət eşqində mələksən. 
Zülmün üzünə haqq deyilən şilləni çəksən, 
Şilləndə möhürlənmiş o qeyrətdədir Allah. 

Cahil enər alçaqlığa, öz qəlbinə yenməz, 
Vicdandan əgər dönsə də, xeyrindən o dönməz. 
Zülmətdə, cəhalətdə, ədavətdə o görünməz, 
İlqarda, sədaqətdə, məhəbbətdədir Allah!
                                                  Bəxtiyar Vahabzadə
 

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Elseven

Azərbaycan

       Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan
                Xoş günlərin getməz mudam xəyalımdan Azərbaycan

       Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
                Yaralanmış qelbim kimi, qelbi viran Az
ərbaycan

      Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə,
                Abad olub, azat olub, mülkü-İran, Azerbaycan

       Bisütuni-İnqilabda Şirin-Vətən için Fərhad,
                Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan

       Vətən eşqi məktəbində can verməyi öyrənmişik,
                Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan

       Qurtarmakçun zalımların əlindən Rəy şumşadını,
                Öz şumşadın başdan-başa olup al qan, Azərbaycan

       Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin?
                Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan ?

       İgidlərin İran üçün şəhid olmuş, əvəzində,
                Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan

      Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
                Əl-ələ ver, usyan elə, oyan oyan Azərbaycan

      Yetər fəraq odlarından od ələndi başımıza,
                Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan

     Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
                Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan

Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar)

  • Excellent 2
Link to comment
Share on other sites

Elseven

ƏSİR AZƏRBAYCANIM

Hanı məni göl qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran, 
Beşiyimdə "layla balam" çağıran... 
Azərbaycan, mənim baxtsız anam oy... 
Neçə ildir həsrətinlə yanam oy...

Salam desəm, ruzgar alıb götürsə,
Ağrı dağından Alagözə ötürsə, 
Gur səsimi göy Xəzərə yetirsə, 
Xəzər coşub zəncirini qırsa oy... 
Hökm etsə, bu sərsəm gediş dursa oy...

Könlümə tək Kə'bə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən, 
Sənsiz neylim Allahı mən, dini mən... 
Azərbaycan, mənim tacım, taxtım oy... 
Oyanmazmı kor olası baxtım oy... 

Almas İldırım 

  • Excellent 2
Link to comment
Share on other sites

Shimon Israeli
1 באוגוסט 2018 в 03:55, Bushido сказал:

Əridi iliyim, qaldı sümüyüm,
Bu təni tərk edər canım, nə dersən?

Əgər yatsam min il torpaq içində
Dürüstdür əhdü peymanım, nə dersən?

Xətai can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?

 

Şah İsmayıl Xətai

Şah İsmayıl Xetayi Sefeviler sülalesinden olaraq heqiqetende azeri-türkçesinde özel olaraq şedevral eserler ve şeyrler yazardı.Ancaq o bir türk Sefeviler sülalesinin nümayendesi olaraq İran Şahlığının hökmdarı idi.Nezere alsaq ki müasir Azerbacan adlı dövlet ve siyası yaranmasını 1918-ci ilde Müsavat partiyasının liderlerinden biri Feteli xan Xoyski yaradmışdır,esas ideoloqu ise Mehemmed Emin Resulzade idi,onda türk meişeli İran şahına,ve İran edebiyatına aid edilen eserlere: "Azerbaycan edebiyatı" adı vermek neqeder düzdür? Axı o illerde ne bele bir xalq ne de siyasi xeritede dövlet olmayıb axı.Zemnimce müasir Azerbaycan edebiyatının esasın Çar Rusiyasında,19 esrin ikinci yarısında qoyulmuşdur.Herçen ki "azerbaycan xalqı" ve "azerbaycan milleti" ise Azerbaycan SSR-isinde qoyulmuşdur.Çünki Çar Rusiyası zamanı indiki azerbaycanlılar: "Zaqafqaziya tatarları" adlandırılırdı.Ehali özü ise özünü mensub olduqları dini teriqete göre identifikasiya ederek özlerini: "müselman" adlandırdı ve islam ümmesinin şiye mezhebine aid olan bir "müselman xalqı" kimi görürdü. 

  • Excellent 1
  • Haha 1
Link to comment
Share on other sites

A_12

Xalqimiza dushmencilik edenler oz emellerinnen usanmadi ki usanmadi.

Hara elleri catir ora vurmaga daima hazirdirlar.

Shahimiz aman vermir, tariximiz narahat edir, ecdadimiza paxilliqlari syonmur.

Nesiminide Seyx Fuzulinide alin eleimizden, gyorum nece ala bilirsiniz ))))

Shielikden-sunnulukden biz ozyumuz hec danismiriq, bizim evezimize bize ad qoyanlara bir bax. Car Rusiyasi imis bizi millet eden )))) Car Rusiyasi imis bize edebiyat dersi kecen ))) 19-cu esrin ikinci yarisi ha... ele bilmeyin ki gedim ve zengin edebiyyatiniz var. Ele bilmeyin ki bu dilde danisan, yazan, dushunen olub. Yashasin Car Rusiyasi... )))) Bilmirsen bu veziyyet gyulmelidir yoxsa aglamali.

 

  • Excellent 3
  • I don't like it 1
Link to comment
Share on other sites

Shimon Israeli
1 минуту назад, A_12 сказал:

Xalqimiza dushmencilik edenler oz emellerinnen usanmadi ki usanmadi.

Hara elleri catir ora vurmaga daima hazirdirlar.

Shahimiz aman vermir, tariximiz narahat edir, ecdadimiza paxilliqlari syonmur.

Nesiminide Seyx Fuzulinide alin eleimizden, gyorum nece ala bilirsiniz ))))

Shielikden-sunnulukden biz ozyumuz hec danismiriq, bizim evezimize bize ad qoyanlara bir bax. Car Rusiyasi imis bizi millet eden )))) Car Rusiyasi imis bize edebiyat dersi kecen ))) 19-cu esrin ikinci yarisi ha... ele bilmeyin ki gedim ve zengin edebiyyatiniz var. Ele bilmeyin ki bu dilde danisan, yazan, dushunen olub. Yashasin Car Rusiyasi... )))) Bilmirsen bu veziyyet gyulmelidir yoxsa aglamali.

 

Sizi anlayıram heqiqeti qebul etmek çox çetindir,çünki acı olur.Şah İsmayıl ise türk soylu ve köklü İran Şah'ı idi.Bunun bütün dünya elmi bele qebul edir ve etmektedir.Britaniya ensiklopediyasına ve diger ciddi elmi menbelere nezer yetirin.Biliyinizde olan boşluqları doldursanız,boş-boş gülünc hissini ifade eden smayl(möhterze şeklinde) qoyub menası olmayan şerhler yazmaqdan daha tedbire layiq olardı.Dini mezhebe geldikde ise,hazırki Azerbaycan respublikası dünyevi bir dövletdir,amma ehalisinin 88% İslamın şiye mezhebine mensubdurlar.Bu size sir idi?

  • Excellent 1
  • Haha 1
Link to comment
Share on other sites

A_12

Beh beh beh ... menim biliklerimde boshluqlari dolduran tapildi.... Ne Britaniya ensiklopediyasi ne Rus/Sovet ensiklopediyasi, ne sizin meshhur ve taninmish alimleriniz ve ne de diger "ciddi elmi menbeler" menimchun subut-delil deyil. Men chox shukur hem o menbelerden hem bashga menbelerden bildiyimi bilirem. Ve hech kime ixtiyar vermerem ki menim milletimi oz Shahindan, oz edebiyatindan, oz gedim tarixinden ayirmaga cehd gyostersin. Duzdur, dushmensen dyushmenliyivi edeceksen, amma ele bilme ki cavab veren de olmayacaq.

Shah Ismail menim shahimdir, shexsen menim. Iranda, Azerbaycanda, Mervde, Heratda, Iraqda onun dovletinin terkib hisseleri olmushdur. Bunu siz bilmirdiniz? Inandirim sizi Osmanli dovleti mane olmasaydi ele Shamda (Suriya), Filistinde o dovletin terkibinde olardi. Ve belke indiki Yaxin Shergin problemleri ele o vaxtda oz hellini tapardi.

Sizin bu me'nasiz, oz menfeetine (Azerbaycanin dushmenlerinin menfeetine) qulluq eden postlari oxuyanda adam gyulmesin ne etsin?

  • Like 1
  • Excellent 4
  • I don't like it 1
Link to comment
Share on other sites

A_12

Bu movzu siyasi ve ya tarixi meseleleri muzakire etmek uchun achilmayib. Edibiyatdan nese bilirsiniz buyurun qelsin. Sizin tarixden/siyasetden olan fikirleriniz bu movzuya aid deyil.

  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Shimon Israeli

Size kim ixtiyar verir ki meni düşmen adlandırasınız?! Belke forum qaydalarını ve diskusiya aparmaq medeniyetini unudmusunuz?! Şah İsmayıla geldikde ise o türk soylu ve köklü Sefeviler sülalesinden olan İran şahıdır.Bunu danmaqla özüvüzü gülünc bir veziyete qoymuş olursunuz.İstinad etdiyim nüfuzlu elmi-akademik menbelere geldikde ise,Britaniya ensiklopediyası ise,sizin şexsi fantaziyalarınızdan ve tarixi faktları saxtalaşdırmaq cehdlerinizi puça çıxarır! Ona göre de bele esebi reaksiya ile fikrinizi şerhde bildirirsiniz.Heqiqet ne qeder acı olsa bele çalışın onu qebul etmeye ve hezm elemeye öyreşesiniz.

  • Excellent 1
  • Haha 1
Link to comment
Share on other sites

Shimon Israeli
10 минут назад, A_12 сказал:

Beh beh beh ... menim biliklerimde boshluqlari dolduran tapildi.... Ne Britaniya ensiklopediyasi ne Rus/Sovet ensiklopediyasi, ne sizin meshhur ve taninmish alimleriniz ve ne de diger "ciddi elmi menbeler" menimchun subut-delil deyil. Men chox shukur hem o menbelerden hem bashga menbelerden bildiyimi bilirem. Ve hech kime ixtiyar vermerem ki menim milletimi oz Shahindan, oz edebiyatindan, oz gedim tarixinden ayirmaga cehd gyostersin. Duzdur, dushmensen dyushmenliyivi edeceksen, amma ele bilme ki cavab veren de olmayacaq.

Shah Ismail menim shahimdir, shexsen menim. Iranda, Azerbaycanda, Mervde, Heratda, Iraqda onun dovletinin terkib hisseleri olmushdur. Bunu siz bilmirdiniz? Inandirim sizi Osmanli dovleti mane olmasaydi ele Shamda (Suriya), Filistinde o dovletin terkibinde olardi. Ve belke indiki Yaxin Shergin problemleri ele o vaxtda oz hellini tapardi.

Sizin bu me'nasiz, oz menfeetine (Azerbaycanin dushmenlerinin menfeetine) qulluq eden postlari oxuyanda adam gyulmesin ne etsin?

Bir terefden türk soylu Sefeviler sülalesinden olan İran Şah'ı İsmayılı ağız dolusu terif edirsiniz,amma avatarınızda Osmanlı imperiyasının reqasını qoymusunuz.Bu ziddiyatı nece izah ede bilersiniz? Axı türk Sefeviler sülalesinden olan İran Şah'ı İsmayıl sevdiyiniz Osmanlı imperiyası ile amansız savaşlar ve müharibeler aparırdı.Özüde mehs mezheb davası,ve şiye-sünni muharibeleri.Hansısa bir şeyri yazmağa geldikde,öyrendiyim heleki "Ala bula boz keçi" şeyridir.Oda düşünmürem ki oxuculara maraqlı olsun. 

  • Excellent 1
  • Haha 1
Link to comment
Share on other sites

A_12
20 minutes ago, Shimon Israeli said:

Bir terefden türk soylu Sefeviler sülalesinden olan İran Şah'ı İsmayılı ağız dolusu terif edirsiniz,amma avatarınızda Osmanlı imperiyasının reqasını qoymusunuz.Bu ziddiyatı nece izah ede bilersiniz? Axı türk Sefeviler sülalesinden olan İran Şah'ı İsmayıl sevdiyiniz Osmanlı imperiyası ile amansız savaşlar ve müharibeler aparırdı.Özüde mehs mezheb davası,ve şiye-sünni muharibeleri.

Avatari mizakire etmek qaydalara ziddir, bu bir.

Avatardaki hechde Osmanli remzi deyil, sadece Allah ashiqinin bir sheklidir. Teshekkur etmeye bilersiz, lazim deyil.

Osmanli imreriyasini sevdiyimi ve yaxud sevmediyimi ne demishem ne gostermishem bir yerde. Avatardan bele netice chixdi? )) Ne qeder mentiqlidi sizce?

Sevmeye/sevmemeye qeldikde - her ikisine sebeblerim var. Istesem severem istesem soyerem, bunu Shimon Izraeli adli birisine demeye ehtiyac duymuram. Bu bizim turk ailesinin ichindeki meseledi, ve bashqalarin buna burnlarin soxmaqlari da terbiyesizlikdir.

Quote

Hansısa bir şeyri yazmağa geldikde,öyrendiyim heleki "Ala bula boz keçi" şeyridir.Oda düşünmürem ki oxuculara maraqlı olsun. 

Onda belke biliylerinizin boshluqlarini doldurandan sonra qelesiniz bura?

Edited by A_12
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Salix
20 часов назад, A_12 сказал:

 

Bağışlayın,  yazdığınız qəzəli təkrar yazmışam, diqqətsizlik edib.

Link to comment
Share on other sites

A_12
1 minute ago, Salix said:

Bağışlayın,  yazdığınız qəzəli təkrar yazmışam, diqqətsizlik edib.

Chox qozel etmisiniz. Chunki, birincisi, men onu ozyum latinlashdirdim ve eminem ki sehflerim var. Ve ikincisi de ki ))) tekrarda hemishe fayda var, qoy birdefe oxuyanlar birde oxusunlar belke me'nasini daha yaxshi derk edeller )))

  • Excellent 2
  • I don't like it 1
Link to comment
Share on other sites

Shimon Israeli
2 минуты назад, A_12 сказал:

Avatari mizakire etmek qaydalara ziddir, bu bir.

Avatardaki hechde Osmanli remzi deyil, sadece Allah ashiginin bir sheklidir. Teshekkur etmeye bilersiz, lazim deyil.

Osmanli imreiyasini sevdiyimi ve yaxud sevmediyimi ne demishem ne gostermishem bir yerde. Avatardan bele netice chixdi? )) Ne qeder mentiqlidi sizce?

Sevmeye/sevmemeye qeldikde - her ikisine sebeblerim var. Istesem severem istesem soyerem, bunu Shimon Izraeli adli birisine demeye ehtiyac duymuram. Bu bizim turk ailesinin ichindeki meseledi, ve bashqalarin buna burnlarin soxmaqlari da terbiyesizlikdir.

Onda belke biliylerinizin boshluqlarini doldurandan sonra qelesiniz bura?

Qaydaları pozmağı sevmem,ona göre avatarınızın müzakeresine göre üzür dilememi bilesiniz.Sizde esebleşmeyin ve bir az bu yayın cır ha cırında serin ayran ve yaxud kumıs için,her ikisi serinleşdirici türk içkileridir.Biliyimde Azerbaycan edebiyatı sahesinde boşluq heqiqetende çoxdur,ve bunu yaxın vaxtlarda mütaliye edib düzeltmem gerek. 

  • Like 1
  • Haha 1
Link to comment
Share on other sites

A_12
1 minute ago, Shimon Israeli said:

Qaydaları pozmağı sevmem,ona göre avatarınızın müzakeresine göre üzür dilememi bilesiniz.Sizde esebleşmeyin ve bir az bu yayın cır ha cırında serin ayran ve yaxud kumıs için,her ikisi serinleşdirici türk içkileridir.Biliyimde Azerbaycan edebiyatı sahesinde boşluq heqiqetende çoxdur,ve bunu yaxın vaxtlarda mütaliye edib düzeltmem gerek. 

Chox gyozel. Ugurlar size.

Avatari muzakire etmeyinize gyore de narahat olmayin.

  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Salix
9 минут назад, Shimon Israeli сказал:

 

Vətəndaş, mən sizə çox minnətdaram, vaxtınızı, enerjinizi sərf edib  bizi "məlumatlandırdığınız" üçün. Sizin və sizin kimi millətimə tarix öyrədənlərin "haqqı"  ödənməz. Çox sağ olun. Amma mən bura tarix yox, ədəbiyyat oxumağa girirəm. Xahiş edirəm, mövzunu kirlətməyin. 

  • Excellent 3
Link to comment
Share on other sites

Salix
Только что, A_12 сказал:

Chox qozel etmisiniz. Chunki, birincisi, men onu ozyum latinlashdirdim ve eminem ki sehflerim var. Ve ikincisi de ki ))) tekrarda hemishe fayda var, qoy birdefe oxuyanlar birde oxusunlar belke me'nasini daha yaxshi derk edeller )))

Orası elədir,amma şifahi xalq ədəbiyyatından bir nümunədə deyildiyi kimi " Anlayana milçək səsi saz olar, anlamaza zurna-qaval az olar" )) 

  • Excellent 4
Link to comment
Share on other sites

Salix

Qoca dünya çoxun yola salıbdı,
Köçən köçüb, köçməyənlər köçəcək.
Qafil, içmə bu gün əcəl şərabın,
İçən içib, içməyənlər içəcək.

Necoldu var üçün qanlar tökənlər?
Əziz canın al qumaşa bükənlər,
Unutmasın şərmü-xəta əkənlər,
Biçən biçib, biçməyənlər biçəcək.

Yazıq Alı, nə tez düşdün həvəsdən,
Sərraf olan seçər qızılı misdən,
Arif olan kəslər, yaxşını pisdən
Seçən seçib, seçməyənlər seçəcək.

  • Excellent 3
Link to comment
Share on other sites

J.F.K.

Odlar Yurdu! Nə çox səni bölən belə?
Od üstündə yağlı tikə bilən belə, 
Əsrlərdir tarixin qan, çilən belə, 
Yüz yerindən parçalanmış, yaralı can, 
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN... 

Təbrizinin gözləri yaş, qəlbi talan, 
Baxar sənə həsrət ilə Dərbənd qalan, 
Borçalı tək, səndən ayrı düşən balan, 
Zəngəzurun, Gözəl Göyçən, Xan İrəvan, 
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...

Qarabağın yağmalandı, talan oldu, 
Laçın, Şuşa, Ağdam dərdən solan oldu,
Xocalıda ən dəhşətlər olan oldu, 
Dağların qan, düzlərin qan, ağladın qan,
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...

Qalx məzardan Şah İsmayıl, yetiş dada, 
Odlar yurdu səndən sonra düşüb oda, 
Yüz illərdir öz elində kölə yada, 
Yetər, yetər, yetər artıq, oyan, oyan, 
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN ...

Odlar Yurdu! Nə çox səni bölən belə?
Od üstündə yağlı tikə bilən belə, 
Əsrlərdir tarixin qan, çilən belə, 
Yüz yerindən parçalanmış, yaralı can, 
AZƏRBAYCAN, AZƏRBAYCAN, AZƏRBAYCAN...
Yaşar Süleymanlı

  • Excellent 2
Link to comment
Share on other sites

J.F.K.

Allah-allah, deyin, ğazilər,
Ğazilər, deyin, şah menəm.
Qarşu gəlin, səcdə qılın. 
Ğazilər, deyin, şah mənəm.

Uçmaqda tuti quşuyam,
Ağır ləşkər ər başıyam’
Mən sufılər yoldaşıyam,
Ğazilər, deyin, şah mənəm.

Nə yerdə əkərsən bitərəm,
Xanda çağırsan yetərəm,
Sufilər, əlin tutaram,
Ğazilər, deyin, şah mənəm.

Mensur ilə darda idim,
Xelil ilə narda idim,
Musa ilə Turda idim,
Ğazilər, deyin, şah mənəm.

Qırmızı taclı, boz atlı,
Ağır ləşkər nisbətli,
Yusif peyğəmbər sifətli,
Ğaziler, deyin, şah menəm.

Xətaiyem al atlıyam,
Sözü şəkərdən dathyam,
Murtəza Əli zatlıyam,
Ğazilər, deyin, şah mənəm.

Şah Xətai .

  • Excellent 2
Link to comment
Share on other sites

Baku2018

Bərəyə bax bərəyə, neyçin baxdin dərəyə?
Babamin parasi yox, məni evləndirməyə.
Ey nazli yar, nisgilli yar.
Onu burax bana gəl, olarmi yar?

İki sevda çəkənlərin cəzası var, ay aman...

İki sevda çəkənlərin cəzası var, ay aman...

  • Excellent 2
Link to comment
Share on other sites

Elseven

Ayrılmayaq

Gəl ört pəncərəni, qalaq üzzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra... Sonra yen
ə biz ayrılmayaq...

R
əsul Rza

Link to comment
Share on other sites

A_12
14 hours ago, Salix said:

Qoca dünya çoxun yola salıbdı,
Köçən köçüb, köçməyənlər köçəcək.
Qafil, içmə bu gün əcəl şərabın,
İçən içib, içməyənlər içəcək.

Necoldu var üçün qanlar tökənlər?
Əziz canın al qumaşa bükənlər,
Unutmasın şərmü-xəta əkənlər,
Biçən biçib, biçməyənlər biçəcək.

Yazıq Alı, nə tez düşdün həvəsdən,
Sərraf olan seçər qızılı misdən,
Arif olan kəslər, yaxşını pisdən
Seçən seçib, seçməyənlər seçəcək.

Dostum, bu gozel sheyrin muellifinin adini bexsh edermisiniz bize, bizde taniyaq.

  • I don't like it 1
Link to comment
Share on other sites

Elseven
6 минут назад, A_12 сказал:

Dostum, bu gozel sheyrin muellifinin adini bexsh edermisiniz bize, bizde taniyaq.

Aşıq Alı.

Yazıq Alı, nə tez düşdün həvəsdən,
Sərraf olan seçər qızılı misdən,
Arif olan kəslər, yaxşını pisdən
Seçən seçib, seçməyənlər seçəcək.

 

Verrəm dəsmalımı, silisən, – dedi.  
  
Dedim: ay qız, qəmdən dəftər bağlaram».  
Dedi: baxma, nişanını saxlaram.  
Dedim: həsrətindən, bil ki, ağlaram,  
Qorxma, yaxın vaxtda gülüsən, – dedn..  
  
Dedim: ay qız, nə gözəldir şamama,  
Dedi: dərmə, ömrün yetər tamama.  
Dedim: ay qız, əl uzadım butama,  
Özünü hörmətdən salısan, – dedi.  
  
Dedim: xəstələrin can dərmanısan,.  
Dedi: aşiqlərin kərəm kanısan.  
Dedim: ay qız, mənim adım tanısan,  
Əvvəldən bilirəm, Alısan, – dedi. 

Link to comment
Share on other sites

A_12

(1-ci hisse - sechilmish misralar)

Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.

- - - -

Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sora sənin başın sağ olsun,
Dünya qəzəv-qədər, ölüm-itimdi,
Dünya boyu oğulsuzdu, yetimdi.

Heydərbaba, yolum sənnən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədirn gözəllərin nec oldu,
Bilməz idim döngələr var, dönüm var,
İtginlik var, ayrılıq var, ölüm var.

Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.

- - -

Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sərneviştin yazdırıb,
Salıb xalqı bir-birnin canına,
Barışığı bələşdirib qanına.


Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan, xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.

- - -

Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib alıbdı,
Əflatundan bir quru ad qalıbdı.

Heydərbaba, yar-yoldaşlar döndülər,
Bir-bir məni çöldə qoyub çöndülər,
Çeşmələrim, çıraqlaım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,
Dünya mənə xərabəyi-Şam oldu.

- - -

Heydərbaba, gül qönçəsi xəndandı,
Amma heyif, ürək qəzası qandı,
Zindəganlıq bir qaranlıq zindandı,
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.

Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!


Bir uçaydım bu çirpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.

Heydərbaba, qeyrət qanın qaynarkən,
Qaraquşlar sənnən qopub qalxarkən,
O sıldırım daşlarınan oynarkən,
Qovzan, mənim himmətimi orda gör,
Ordan əyil, qamətimi darda gör.

Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayınca yatmaram.

Heydərbaba, mərd oğullar döğginən,
Namərdlərin burunların ovginən,
Gədiklərdə qurdları tut boğginən,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.

Heydərbaba, sənin köylün şad olsun.,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə: mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qatar.

 

Edited by A_12
  • Excellent 2
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    68 members have viewed this topic:
    Tenant  plotophyte  Mag  Arximed  Фуад Меджидов  Birdman  Salix  114  Dinozavr  Bodriy  Abbasov J.  Tehnokrat  Амариллис  PRAVDORUB  Zlaw  Lala NR  petite amie  Bushido  XuLiGaNoS  perepelka  Тундра  Turbo  Türkoğlu  S.T.A.L.K.E.R  Sör-Söhbet/Müzakire  Mes Eléphants Roses  Zafir  Мира  keaton  Меч во тьме  Wisdom  MuZa  Дюймовочка  missUnderstanding  VusalAze  Sarkhan  Vahime  Ergenekon  J.F.K.  Glock  Yaşar Vartan-Zadə  Медбрат  Elseven  Солоу  Masterboy  Guest  Alpinist  Wzor  Флегматик  A_12  Собака Баскервилей  Такая как есть  Undina  Экономист_Дед  Savonarola  pipofreelander  amitola  Messina  Evol  Editor  gasiga  Elektron  Victor Howardsson  TotEwoDisputter  Spirt  WhatsApp  April Witch  World's Local Person 
  • Who's Online   9 Members, 8 Anonymous, 18 Guests (See full list)

    • +Spirt
    • +Вредный Крыс
    • +Razario
    • Caldogno
    • nikotrissa
    • +Grisbi
    • +dvijok
    • Adik
    • +Agakerim
×
×
  • Create New...

Important Information

Terms and Conditions