Jump to content
Baku365.com

Azərbaycan ədəbiyyatından incilər


Bushido

Recommended Posts

A_12

(2-ci hisse - sechilmish misralar)

Mən gördüyüm karvan çatıb köçübdü,
Ayrılığın şərbətini içibdi,
Ömrümüzün köçü burdan keçibdi,
Keçib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara.

Burda şirin xatirələr yatıblar,
Daşlarıylan başı başa çatıblar,
Aşnalığın daşın bizdən atıblar,
Mən baxanda qavzanıllar, baxıllar,
Bir də yatıb yandırıllar, yaxıllar.

- - -

Zaman keçir, üfüqlərdə toz qalır,
Karvan kimi uzaqlarda toz salır,
Duman gəlir, yürəkləri çulğalır,
Ürək deyir: Zaman, keçmə, amandur,
Keçənlərdə gözüm var, bir dayan, dur!

Ruzigarın dəyirmanı firlanır,
Məxluq onun dişlərinə tullanır,
Bax ki, bəşər yenə necə allanır,
Həmişəlik şadlıq umur özünə,
Qəbri görür, toz qondurmur üzünə.

- - -

İndi bəşər ac qurd kimi uduxub,
Çömbələnti göz qıcırdıb duruxub,
Baxırlar ki, görsünlər kim sınıxıb,
Tökülsünlər onun leşin yırtsınlar,
Hərə bir diş ənsəsindən qırtsınlar.

Heydərbaba, səndə dəfinələr var,
Dağlar vədiəsi xəzinələr var,
Amma sənə bənzər də sinələr var,
Bu sinələr dağlar ilə danışır,
Dağlar kimi göylər ilə qonuşur.

Gör hardan mən sənə saldım nəfəsi,
Dedim qaytar sal aləmə bu səsi,
Sən də yaxşı simurq etdin məgəsi,
Sanki qanad verdin yelə, nəsimə,
Hər tərəfdən səs verdilər səsimə.

Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.

Kim qaldı ki, bizə buğun burmadı,
Altdan-altdan bizə kələk qurmadı,
Bir mərd oğul bizə havar durmadı,
Şeytanları qucaqlayıb gəzdiz siz,
İnsanları ayaqlayıb, əzdiz siz.

Divar ucaldı, gün bizə düşmədi,
Zindan qaraldı, göz-gözü seçmədi,
Gündüz gözü mənim lampam keşmədi,
Sel də basdı, əmmiz dolub göl oldu,
Çox yazığın evi çönüb çöl oldu.

Əvvəl başı məndən istiqbal etdiz,
Sondan çönüb işimdə ixlal etdiz,
Öz zənnizcə ustadı iğfal etdiz,
Eybi yoxdur, keçər gedər ömürdür,
Qış da çıxar, üzüqara kömürdür.

Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz yox,
Siyasət adlı məndə bir mərəz yox.

Haqq nə deyir? Küfrə qarşı getməyiz,
Nurdan çıxıb zühnət içrə itməyiz,
Fırıldağa fırfıratək bitməyiz,
Gördüz də ki, olmadı küfrün dibi,
Pul da versə, almağa tikmiş cibi.

Şeytan bizim qəlbimizi çöndərib,
Allah deyən yoldan bizi döndərib,
İlanlı çeşməyə bizi göndərib,
Minnət qoyur ki, arxınız nəhr olub,
Biz görürük sular bizə zəhr olub.

Heydərbaba, gileylikdən nə çıxar?
Zülmün evin səbrli təhəmmül yıxar,
Dərviş olan səbrin əlin bərk sıxar,
Gəl qayıdaq, çıxaq Ağa düzünə,
Keçək yenə məhəbbətin sözünə.

Deynə uşaq bir-birilə saz olsun,
Bəlkə bu qış bir də çönüb yaz olsun,
Çay, çəmənlər ördək olsun, qaz olsun,
Biz də baxıb fərəhlənib bir uçaq,
Sınıq-salxaq qanadları bir açaq.

- - -

Evlər qalır, ev sahibi yox özü,
Ocaqların ancaq işıldar közü,
Gedənlərin az-çox qalıbdır sözü,
Bizdən də bir söz qalacaq, ay aman!
Kimlər bizdən söz salacaq, ay aman!

- - -

Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı, sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.

Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın!

 

http://manera.az/edebiyyat/6905-heyderbabaya-salam-mehemmedhuseyn-shehriyarin-poemasi.html

Edited by A_12
  • Excellent 1
Link to comment
Share on other sites

World's Local Person

Bu şer çox xoşuma gəlir:

 

  • Like 1
Link to comment
Share on other sites

Мира

Спасибо за тему.

Пара стихов моего любимого М.П. Вагифа.

---

Еy məni еyləyən aləmdə pərişan, saqqal,

Səni yоx еyləsin оl qadiri-sübhan, saqqal.

Görəyim kim, оlasan xak ilə yеksan saqqal,

Ki, еdibsən еvimi sən bеlə viran, saqqal,

Dəydi səndən mənə yüz illətü nöqsan, saqqal.

Var idi bundan əvvəl məndə ki, ta vəchi-Həsən,

Bir binaguşi-zənəxdani-səmən, sadə zəğən,

Həmdəm idi mənə hər ləl-ləbü qönçə dəhən,

Tüf sənin üzünə kim, xublar içində məni sən,

Bir kəs idim, еlədin nakəsü nadan, saqqal.

Bəs ki, bədşəklsənü başdan ayağa murdar,

Dəmbədəm səndən оlur buyi-nəcasət izhar,

Nеcə еtsin sənə rəğbət sənəmi-gülrüxsar,

Abirudan məni sən saldın еlə, еy idbar,

Nagahan taki оlub üzdə nümayan, saqqal.

Sən dеyilsən bеlə bir şеy ki, çıxasan üzə sən,

İstər hər bir tеlinə dürrü cəvahir düzəsən,

Yardən mеylini bilmərrə gərəkdir üzəsən,

Girəməzsən daxı bir çəngə samanca gözə sən,

Filməsəl, gər оlasan sünbülü rеyhan, saqqal.

Qaradır, bеlədi, Vaqif, gələ gör kim, ağara,

Adəmi döndərəcək ağzı ağarmış zağara,

Bu sifətdə gələ gör kim, gеdə tоya, mağara.

Nоvcəvanlar еdə söhbət, çala kusü nağara,

Еdə aləmdə səni didəsi giryan, saqqal.

Link to comment
Share on other sites

Мира

Bir gözəl ki, şirin оla binadan,

Yüz il gеtsə оnun dadı əksilməz.

Təzəliyi, köhnəliyi bir оlur,

Gövhər tək qiymətdə adı əksilməz.

Gözəllikdən düşməz hеç əsilzada,

Günbəgün qaməti dönər şümşada,

Mеhrü məhəbbəti оlur ziyada,

Еtibarı, еtiqadı əksilməz.

Nə qədər ki, yüzə yеtirsə yaşı,

Ta ki, həkdən düşə, titrəyə başı,

Gеnə can almağa gözilə qaşı,

Qəmzəsinin hеç cəlladı əksilməz.

Cövhəri pak оlur təzə cavandan,

Hərgiz əl götürməz şövkətü şandan,

Müjgan xədənglərin kеçirir candan,

Pеykanının hеç pоladı əksilməz.

Vaqif, istər isən görəsən ləzzət,

Gəl sеv bir dərd bilən, əhli-məhəbbət.

Növcavanlar sеvən hеç оlmaz rahət,

Gеcə-gündüz hеç fəryadı əksilməz.

Link to comment
Share on other sites

Elseven
23138233
Xublar arığından yarımaq оlmaz, 
İgidin həmdəmi gərək çağ оla. 
Bəstə bоylu gərək, mina gərdənli, 
Zülfi siyah, var əndamı ağ оla. 
 
Səhər dura sürmə çəkə gözünə, 
Birçəklərin həlqə qоya üzünə, 
Cilvələnə, sığal vеrə özünə, 
İşi, gücü gülüb-оynamaq оla. 
 
Döşün açıb, əl dəyəndə yaxıya, 
Ağ gülün bağrına pеykan tоxuya, 
Bədənindən müşkü ənbər qоxuya, 
Zülfü gərdənində bir qucaq оla. 
 
Bir mayabud gərək, baldırı yоğun, 
Sərasər ət basa dizin, tоpuğun, 
Əl dəyəndə dura buğunbabuğun 
Titrəyə, quyruqdan çоx yumşaq оla. 
 
Həyası üzündə, əqli başında, 
Öldürə Vaqifi gözü qaşında, 
Ya оn üç, ya оn dörd, оn bеş yaşında, 
Nə оndan böyükrək, nə uşaq оla. 

Molla Pənah Vaqif
  • Excellent 1
Link to comment
Share on other sites

Elseven

Xumar gözlərini sevəndən bəri,
Dəxi özgəsinə uymanam, gelin!
Xoryat ilə belə can-can olmusan,
Megər ki, mən onu duymanam, gəlin!

Cefridar sürməni çekibdir gözə, 
Havalamb dəxi endirmez bizə,
Men ha billəm, qanın qaynar tüksüze, 
Men tutduğum eldən qoymanam, gəlin!

Başına döndüyüm, suların yolu, 
Gedəndə boş gedər, gələndə dolu. 
Məmələrin üstdən çatının zolu, —
Sən qıysan, mən sənə qıymanam, gəlin!

Başına döndüyüm, telli, toqqalı, 
Qaşların canımı haq-nahaq ah, 
Ağarıbdır, qırxmaq olmaz saqqah 
Vallah, üzün üstə qoymanam, gelin!

Taxtına çıxmanam, taxtm ucadır, 
Qoynuna girmənəm, yarı gecədir, 
Deməginən Molla Pənah qocadır 
Səni tamam yesem doymanam, gəlin!

  • Excellent 1
Link to comment
Share on other sites

Elseven

Öpəydim

Əldə ayna, gözə sürmə çəkəndə
Ala gözün bulağından öpəydim
Zənəxdanın çevrəsindən, xalından
Qələm qaşın qabağından öpəydim

Zülf ilən bəzənib gələndə üzün
Yenə can almağa qəsd edir gözün
Vəsfi-zəbanından çıxanda sözün
Dilin, dişin, dodağından öpəydim

Alaydım yaşmağın, açıb kəmərin
Çıxarıb əynindən zərbafın, zərin
İyləyb-iyləyib zülfi-ənbərin
Üzdən sonra buxağından öpəydim

Vaqifin bağrını döndərib közə
Yar odur yarının gövrünə dözə
Yarım sallanıban gələndə bizə
Düşübən əl-ayağından öpəydim



 

Link to comment
Share on other sites

Elseven

GƏLİRƏM.

Cavan oldum, yeyib içdim, kefə meydan elədim,
Kiminin canını candan, kimi yardan elədim.
Sevgiyə möhtac olan könülləri qan elədim.
İndisə çox qocayam, qalmayıb taqət, gəlirəm
Yolumu gözləginən, sən daha arvad, gəlirəm.

Keçirib caynağıma Anyaları, Tanyaları,
Arabir əl uzadıb yoldan etdim Sonyaları.
İndisə tək qalıram ,lənətə gəlsin buları,
Bu zalım qızlar əlinnən çəkirəm dad, gəlirəm
Yolumu gözləginən, sən daha arvad, gəlirəm.

Qəlbimə saz elədi, nazını zalım balası
Olmadı rahət ürək də, daha oldu qalası
İndisə çox qocayam, qoy sənə gəlim qadası
Aç qolun, ağrılara eyləməyib tab, gəlirəm
Yolumu gözləginən, sən daha arvad, gəlirəm.

Gör necə haxladı birdən məni zalım qocalıq
Qəflətən çırpdı yerə, qalmadı başda ucalıq.
Dənizə yan baxıram, olmuşam səhrada balıq
Gözün aydın, ürəyin oldumu bax şad, gəlirəm
Yolumu gözləginən, sən daha arvad, gəlirəm.

Bu günahmı nə qədər könlümə gör yar elədim
Kiminin hisslərilə oynayıb tar mar elədim.
Yenə də doymadı gözlər, nə namus-ar elədim
Sən demə cananım səndin, dadi bidad, gəlirəm
Yolumu gözləginən, sən daha arvad, gəlirəm.

Mən yeyib keyf elədim, ağladı ac yoldan ötən
Təki qarnım tox ola, nəyimə lazım ki Vətən.
Bilmirəm, evdəkilərdən varmıdır ölüb itən?
İndisə Vətənimə söyləyib imdad gəlirəm
Yolumu gözləginən, sən daha arvad, gəlirəm.

QADININ ƏRİNƏ CAVABI.

Yolunu gözləmişəm həm gecə, həm gündüz ilə,
Günlərim ayə dönüb, aylarım çevrilmiş ilə.
Gəlmədin, qəmli gözüm döndü yaşa ,döndü selə
Bir ömür gözləmişəm yolunu, gəlmə qadası
Nə mənim ərim olub, nə də övladım atası.

Sən cəm etdin başına Anyaları, Tanyaları,
Mən isə burda yudum ayaqyolu banyoları.
Sənin övladın üçün etmiş idim mən buları
İndisə istəyirsən hazıra nazir, çatası?
Nə mənim ərim olub, nə də övladım atası.

Nə gözəl keyf eləyib, güldün hər yoldan ötənə
Daş atıb yetməyənə, gah da ki yetdin yetənə.
De görüm, hansı üzünlə qayıdırsan Vətənə?
Deyirəm, dönməginən, yoxsa çıxacaq xatası
Nə mənim ərim olub, nə də övladım atası.

Nə qədər oynamısan, söylə görüm hisslər ilə,
Aldadıb neçə gözü döndəribsən suya selə?
Demədinmi, qadınım var mənim də, düşər ələ?
Sənə yalnız yaraşar torpaq, altında yatası,
Nə mənim ərim olub, nə də övladım atası.

Bir daha dönməginən, namus arın varsa sənin
Sənin tək övladı varsa, olmaz olsun Vətənin.
Xəbərin varmıdır heç, çox olub ölüb itənin?
Nə qədər uzaq imiş bu xəbər sənə çatası
Nə mənim ərim olub, nə də övladım atası.

Daha mən də qocayam, gözdə eynək, əldə çəlik
Unudubsan adımı bəlkə də sən birdəfəlik.
Övladın şəhid olub, el oban düşübdü perik -
İndi gəl, varsa əgər, üzdə həya utanası
Nə mənim ərim olub, nə də övlaım atası.

Müəllif.Mətanət Duyğulu.

Link to comment
Share on other sites

A_12

Indiki kechdik lirikaya bu da Mikail Mushfiqden bir gozel sheir (Allah rehmet elesin)

- - -

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim…

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim

Edited by A_12
  • Like 1
  • Excellent 2
Link to comment
Share on other sites

A_12

***
Mən ki, bilməz idim nədir məhəbbət.
Bu sirri sən mənə anlatmadınmı?
Dünyaya sığmayan şair könlümü
Köksümdən çıxarıb oynatmadınmı?

Mən ki, nəğmə deyib bənövşələrdən
Peşəm zövq almaqdı bir şux dilbərdən.
Məndən uzaq gəzib,dolanıb hərdən,
Qəlbimi sıxmağa can atmadınmı?

Min hicran könlümü alanda ələ,
Zərrəcə halıma yanmadın belə.
Müşfiqin qəlbini tez alıb ələ,
Onu röyalardan oyatmadınmı?

Edited by A_12
  • Excellent 4
Link to comment
Share on other sites

pipofreelander

Eşq əlindən yandı canım, ya Əli səndən mədəd.
Mən qəribe binəvayam, ya Əli səndən mədəd.

Sən mənə lütf və kərəmdən dərdimə bir çarə qıl, 
Şah sənsən mən gədayəm, ya Əli səndən mədəd.

Həq Təala öz nurundan xoş yaratmış şahım, 
Qüdrəte sirri xudasan, ya Əli səndən mədəd.

Kim Məhəmmədi Əlidən ayrur, lənət ona,
Ləhmikə ləhmi deyilmi, ya Əli səndən mədəd.

Həm Xədicə Fatimə ibni bəni binti Əsəd,
Mədəne dürre həqiqət, ya Əli səndən mədəd.

Bəndeye xəlqe Həsən oldum əzəldə ta əbəd, 
Nure eyne Mustafasan, ya Əli səndən mədəd.

Hər Rəcəb ayında gördüm neçə möcüz göstərir,
Şah Hüseynin səduqində, ya Əli səndən mədəd.

Cümlə övlaye dini səndən zühur oldu tamam,
Adı Zeynəlabidindür, ya Əli səndən mədəd.

Baqir və Sadiq yolunda öyündüm mən canimi,
Musa Kazım inayət, ya Əli səndən mədəd.

Bər təvafe kəbə Şahe Xorasan eylədim,
Yetmiş iki həcce Əkbər, ya Əli səndən mədəd.

Həm Təqi və həm Nəqi və varise dine Nəbi,
Dövləte Ali-əbasan, ya Əli səndən mədəd.

Ol İmam Əsgəridir yəni ki, xəlqe Həsən, 
Könlüm onda şad oldu, ya Əli səndən mədəd.

Ol Məhəmməd Mehdi Sahibe Zəman ilə zühur,
Aləmi kəffar tutdu, ya Əli səndən mədəd.

Səd hezaran lənət dadar davər hər zaman,
Bər Yezid toxme mərdan, ya Əli səndən mədəd.

Ey Nəsimiye şekəste, Həqdən istərsən nicat, 
Coreye tövhid meyindən, ya Əli səndən mədəd.

  • Excellent 3
Link to comment
Share on other sites

pipofreelander

Ey könül hər bivücuddan can umursan, nə əcəb.

Bikərəmdən lütfilən, ehsan umursan, nə əcəb.

Bişəriətlər nə bilsün ənbiyanın şərtini,

Bitəriqətdən rəhe ərkan umursan, nə əcəb?!

Bibəsrdən məniye şövqe kəmale mərifət,

Bixəbərdən söhbəte ürfan umursan, nə əcəb?! 

Hər qayanın ləli olmaz, hər dənizin gövhəri,

Hər sədəfdən loloye mərcan umursan, nə əcəb?!

Çun Əzrayil əhsəne təqvimə baş endirmədi,

Onda sirre kəbeye Hənnan umursan, nə əcəb?!

Divuna məhrum ke, tutmaz isme Əzəmdən xəbər, 

Əhriməndən rəhməte Rəhman umursan, nə əcəb?!

Heçmiş zöhdü və zerqi, zahidin əfsanəsi.

Şul fəqihdən məniye Quran umursan, nə əcəb?!

Umma hər qəlbi zoğaldan aşiqin əsrarını.

Kafirin könlündə sən iman umursan, nə əcəb?!

Ey Nəsimi, bivəfadan umma gəl rəsme vəfa.

Bivəfadan əhdilən peyman umursan, nə əcəb?

  • Like 1
  • Excellent 2
Link to comment
Share on other sites

pipofreelander

Arif-i La-məkan otuz ikidir,

Sahib-i cism-ü can otuz ikidir.

Aç könül gözünü və üzünə bax,

Kim yaxın bi-güman otuz ikidir.

Üzün Ümmül kitabın ayətı,

Nə sayırsan, həmən otuz ikidir.

Sidrəttül-mantəha anın əqsamı,

Nə sayarsan, əyan otuz ikidir.

Vahyü ilham, ya Nəbiyyü vəlî,

Aşikaru nihan otuz ikidir.

İndi isə götürdü şirkü nifaq,

Bil ki sahib-zaman otuz ikidir.

Der Nəsimi ki, surətü məna,

ərh ilə həm bəyan otuz ikidir.

*** 

Yeddidür, dörd yeddidən bir yeddidür,

Yüz iyirmi dörd yenə üç yeddidür,

Evi bir, bacəsi yeddi, bab üç,

Əhli Beyt ilə özü on yeddidür.

***

Ol nədir kim hay və huy altıdır,

Kim görübdür bir sədəfdə altıdır,

Siyo dodan yuxarı hiç nəsnə yox,

Fövq başın, təht ayağın altıdır.

***

Yeddi yerdə otuz ikidür üzün,

Otuz iki göstərər iki gözün,

Qamətin səksən səkkiz edər bəyan,

Yetmiş iki bildirər nitqe sözün.

 

Seyid Nəsiminin bu sirrli rəqəmli  misralarin izahini oxumaq maraqli olardi

  • Like 1
  • Excellent 3
Link to comment
Share on other sites

Мира

Sübhün çağı mah camalın görəndə,
Xəstə könlüm gəldi saza, Müşgünaz!
Sona tək silkinib, gərdən çəkəndə,
Bənzəyirsən quya, qaza, Müşgünaz!

Camalın görəndə, aya bənzəyir,
Sallanışın Zülеyxaya bənzəyir,
Qabaq ayna, qaşın yaya bənzəyir,
Qiymət yoxdu ala gözə, Müşgünaz!

Dörd tərəfin bənövşəli bağ olsun!
Həmişə yеdiyin bal-qaymağ olsun!
Sağ-solunda qardaşların sağ olsun!
Corabları yaxşı bəzə, Müşgünaz!

Könül qəmgin, ürək dərdli, vərəmli,
Səni gördüm səxavətli, kərəmli.
Bir mirzə lazımdı əli qələmli,
Mən dеyəm, vəsfini yaza, Müşgünaz!

Ötkün sözüm, kəskin baxtım olaydı,
Ağ otağım, zərrin raxtım olaydı.
Ələsgərəm, cavan vaxtım olaydı,
Qəddim əyib qəhri-qəza, Müşgünaz!

---

Aşıq Ələsgər

  • Like 1
  • Excellent 2
Link to comment
Share on other sites

A_12

Mən ki, dərvişəm, fəqirəm, padişahi-aləməm,

Ruhi-birəngəm, əgərçi rəngə girdim, adəməm.

Şeş cəhətdən çar ənasirdir məni faş eyləyən,

Yoxsa mən gəncineyi-vəhdətdə nuri-əbkəməm.

Aləmül-qeybin süfatı məndən oldu aşikar,

Ey bəsirətsiz, məni gör kim, nə zati-ə’zəməm.

Söyləyən həqdir mənim dilimdə hərdəm, yoxsa mən,

Çar ənasirdən mürəkkəb bilisanü əbkəməm.

Ümmühat ilən nə var abaya olmasa xələl,

Aləmi təhqiqə baxsan cümləsindən əqdəməm.

Cənnəti-firdövs üçün bir ləhzə qəmgin olmazam,

Talibi-didari-yaram, şadimanam, xürrəməm.

Ey Nəsimi, çünki iş təqdir əlindən işlənir,

Fariğəm dünyadavü üqbada qəmdən, biqəməm.

Edited by A_12
  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

A_12
4 hours ago, pipofreelander said:

Seyid Nəsiminin bu sirrli rəqəmli  misralarin izahini oxumaq maraqli olardi

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,
Zülali-zövq şövqün təşneyi-didar olandan sor.

Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma,
Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor.

Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil,
Kəvakib seyrini şəb ta səhər bidar olandan sor.

Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən,
Xəbərsiz məstlər bidadını hüşyar olandan sor.

Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım,
Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor.

Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım,
Xərabat əhlinin halini bir xummar olandan sor.

Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil,
Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.

Edited by A_12
  • Excellent 3
Link to comment
Share on other sites

J.F.K.

Nəsimi şeirlərində Əhli-Beyt. Çox çətin bir dövrdə, Əhli-Beyt(ə) məsumlarının adını çəkən şəxslərin təqib olunan vaxtı Nəsimi qorxmadan iftixar hissi ilə “ Kim Məhəmmədi Əlidən ayrur lənət ona, Ləhmikə ləhmi deyilmi, ya Əli səndən mədəd” demiş və 14 məsuma onlarla şeirlər yazmışdır. Aşağıdakı şeiri bunun tam təsdiqidir.

Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, mərhəmanımdı Əli,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli. 
Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər, 
Həmdülillah, biz gədanı məhrəmi-raz etdilər,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Canu dildən bəndəye Baqir, qulami Cəfərəm,
Museyi-Kazım, İmam Rzaya kəmtərəm
Şah Təqi, Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır, bu gün layiqdir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli.

  • Excellent 1
Link to comment
Share on other sites

Bodriy
On ‎8‎/‎2‎/‎2018 at 10:39 AM, A_12 said:

Avatari mizakire etmek qaydalara ziddir, bu bir.

Avatardaki hechde Osmanli remzi deyil, sadece Allah ashiqinin bir sheklidir. Teshekkur etmeye bilersiz, lazim deyil.

Osmanli imreriyasini sevdiyimi ve yaxud sevmediyimi ne demishem ne gostermishem bir yerde. Avatardan bele netice chixdi? )) Ne qeder mentiqlidi sizce?

Sevmeye/sevmemeye qeldikde - her ikisine sebeblerim var. Istesem severem istesem soyerem, bunu Shimon Izraeli adli birisine demeye ehtiyac duymuram. Bu bizim turk ailesinin ichindeki meseledi, ve bashqalarin buna burnlarin soxmaqlari da terbiyesizlikdir.

Onda belke biliylerinizin boshluqlarini doldurandan sonra qelesiniz bura?

Alqışlar Vətən oğluna!

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

A_12
3 hours ago, Bodriy said:

Alqışlar Vətən oğluna!

Uzaq - uzaq ellərdə adım var, ünvanım var, 

Dastanlara sığmayan şöhrətim var, şanım var. 

Qəhrəmanlar içində neçə qəhrəmanım var. 

Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam- 

Azərbaycan oğluyam… 

Nizamilər övladı, Nəsimilər nəsliyəm, 

Yurdum Odlar yurdudur, atəş, od nəfəsliyəm. 

Təbiətim belədir toy- bayram həvəsliyəm, 

Ürəyi dost soraqlı, süfrəsi qonaqlıyam- 

Azərbaycan oğluyam. 

Göy göl dərin düşüncəm, Dəlidağ vüqarımdır, 

Kür, Araz coşqun qanım, Xəzər şah damarımdır. 

Can dərmanı istəsən, istə,  ey dost, varımdır. 

Torpağım bol, suyum bol, aranlıyam, dağlıyam- 

Azərbaycan oğluyam. 

Vətən olub əzəldən söhbətim də, sözüm də, 

Vətənlə ucalırıq övladım da, özüm də, 

Qoy dünya başdan - başa cənnət olsun gözümdə. 

Ürəyimlə, qanımla bu torpağa bağlıyam- 

Azərbaycan oğluyam! 

  • Like 1
  • Excellent 2
Link to comment
Share on other sites

London

Eshqdir mehrabi uca göylerin

Eshqsiz ey dünya nedi deyerin?

  • Excellent 1
Link to comment
Share on other sites

A_12

Həqiqət bir gizli sirdir,
Aça bilirsən, gəl bəri.
Küfr içində iman vardır,
Seçə bilirsən, gəl bəri.

Açıldı cənnət qapusu,
Ləlü gövhərdir yapusu,
Qıldan incədir körpüsü,
Keçə bilirsən, gəl bəri.


Canımız mələk canıdır,
Tənimiz Səlman tənidir,
İçdiyim arslan qanıdır,
İçə bilirsən, gəl bəri.

Pirimdən öyüd almışam,
Ustadımdan dərs almışam,
Mən qanadım bağlamışam,
Uça bilirsən, gəl bəri.

Mən bağçaların güleyəm,
Ayini-cəm bülbülüyəm,
Qırx qapunun kilidiyəm,
Aça bilirsən, gəl bəri.

Şah Xətayim eydür: həman,
Dağları bürüdü duman,
İştə İncil, iştə Quran,
Seçə bilirsən, gəl bəri.


Şah İsmayıl Xətayi

  • Excellent 2
  • I don't like it 1
Link to comment
Share on other sites

J.F.K.
23 часа назад, London сказал:

Eshqdir mehrabi uca göylerin

Eshqsiz ey dünya nedi deyerin?

Eşqsiz bir günüm olmasın mənim .

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

TotEwoDisputter

Bir kəs ki, qəm ducan ola, ağlar, ağlamaz?
Ənduhu qussə yan ola, ağlar, ağlamaz?

Şaxi-murada murği-dili qonmamış hənuz,
Səyyadi-qəm şikarı ola, ağlar, ağlamaz?

Zülfün əsiri oldu könül sərneviştdən,
Kim tirəbəxti-tarı ola, ağlar, ağlamaz?

Vəsli-nigarə adəl edib şadkam olan,
Dərdi-fəraq zarı ola, ağlar, ağlamaz?

Bir bülbülün ki, gülşəni pamali-xar olub,
Misli-xəzan baharı, ola ağlar, ağlamaz?

Məhnət oxu dəyibdi dili-dərdiməndimə,
Ha böylə zəxmkan ola, ağlar, ağlamaz?

Yoxdur könüldən özgə həyatımda bir güman,
Hər kim ki, boylə yarı ola, ağlar, ağlamaz?

Hər kim əsiri bir gülün ola mən kimi,
Yarı dilində xan ola, ağlar, ağlamaz?

Bidil Fəna vəfa diləyib, yara can verib,
Əğfara yar yarı ola, ağlar, ağlamaz?

  • Like 1
Link to comment
Share on other sites

A_12

Mən dərvişəm deyə köksün gərərsən,
Həqqi zikr etməyə dilin varmıdır?
Kəndini görsənə, eldə ararsan,
Halın hal etməyə halın varmıdır?

Bir gün balıq kimi ağa sararlar,
Mürşiddən, rəhbərdən xəbər sоrarlar,
Tüstü yaxıb guşə-guşə ararlar,
Mən arıyam dersən, balın varmıdır?

Dərdli оlmayanlar dərdə yanarmı?
Sadiq dərviş iqrarından dönərmi?
Hər bir uçan gül dalına qоnarmı?
Mən bülbüləm dersən, gülün varmıdır?

Şah Xətayi, sənin dərdin deşilməz,
Dərdi оlmayanlar dərdə tuş оlmaz,
Mürşidsiz, rəhbərsiz yоllar açılmaz,
Mürşid ətəgində əlin varmıdır?

  • Like 1
  • I don't like it 1
Link to comment
Share on other sites

A_12

Məndən təzə şeir xəbər alan dost,
Bəs yazın gəlməsi şeir deyilmi?!
Gəzməyə çıxanda - çölün, çəmənin
Üzünə gülməsi şeir deyilmi?!

Yenə gözüm qalıb bağçada, bağda,
Min-min gül açıldı aranda, dağda.
Eyvana əyilən çarpaz budaqda
Bülbülün nəğməsi şeir deyilmi?!

Seyr elə hüsnünü göydə durnanın.
Qayada kəkliyin, göldə sonanın.
Aynabənd otaqda gəlin anamın
Şirin laylay səsi şeir deyilmi?!

Dərədə moruq dər, döşdə çiyələk.
Gah yağış xoş gəlir, gah sərin külək.
Yaş ötür, doymayır dünyadan ürək, -
Yaşamaq həvəsi şeir deyilmi?!

Kim deyir şeirin meydanı dardır?
Sonu görünməyən bir ilk bahardır.
Neçə ki, həyat var şeir də vardır,
Həyatın nəfəsi şeir deyilmi?!

Hüseyn Arif

  • Like 1
  • Excellent 2
  • I don't like it 1
Link to comment
Share on other sites

A_12

Gövhərin keçməyən yerdə,
Satma, qardaş, kərəm eylə.
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə.

Gördün bir yerdə aşina,
Hər nə dersən öz başına,
Yоl daşını yоl quşuna
Atma, qardaş, kərəm eylə.

Gördünsə bir yerdə rəqib,
Neylərsən yüzünə baxıb,
Münkiri qatara çəkib
Getmə, qardaş, kərəm eylə.

Xətayim çağırır, irə,
Dünya belə gəlmiş zirə,
Arif, оxun əbəs yerə,
Atma, qardaş, kərəm eylə.

  • Like 1
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

J.F.K.

"Ayrılır" Qəzəli... 
Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi . 

Ey müsəlmanlar, bugün ol yari- 
pünhan ayrılır, 
Ağlamayım neyləyim, çün 
gövdədən can ayrılır. 
Ey sənəm, hicran əlində naleyi-zar 
eylərəm, 
Gözlərimdən sanasan dəryayi- 
ümman ayrılır. 
Ol səbəbdəndir ki, mən bimarü 
rəncur olmuşam, 
Xəstə könlüm mərhəmi şol dərdə 
dərman ayrılır. 
Rəngi-çöhrəm zərd olubdur, 
qamətim həm çün hilal, 
Ol günəş üzlü həbibim, ləli 
xəndan ayrılır. 
Taqətim, səbrim tükəndi,yarsız 
mən neylərəm? 
Əqlimi şeyda qılan ol çeşmi fəttan 
ayrılır. 
Məhşəri-yovmül- hesab qopdu 
qiyamət başıma, 
Ey Yusif surətli, məndən piri- 
Kənan ayrılır. 
Ey cigərsuz nari-firqətdən Nəsimi 
çarə nə? 
Hər kimə "nəhnü qəsəmna" çün 
əzəldən ayrılır....

  • Like 1
Link to comment
Share on other sites

Bodriy

Qəlbimdən uzaqlara Açılıb bir pəncərə. Ayrılıqdan o yana Dünya olurmu görən?! Gözlərimin önündə Eşqimiz pərən-pərən... İnandım ayrılığa... Eşqimiz elə bu qədərmiş, Məhəbbət qürbətə gedərmi? Bilməzdim, bilməzdim, bilməzdim... Bu illərin içində Mən də qocaldım tamam. Sənsiz nəğmələrim də Yalan, hamısı yalan... Ayrılığın havası, Ağır olurmuş yaman... İnandım ayrılığa... Eşqimiz elə bu qədərmiş, Məhəbbət qürbətə gedərmi? Bilməzdim... Bilməzdim... Bilməzdim!

 

 

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    68 members have viewed this topic:
    Tenant  plotophyte  Mag  Arximed  Фуад Меджидов  Birdman  Salix  114  Dinozavr  Bodriy  Abbasov J.  Tehnokrat  Амариллис  PRAVDORUB  Zlaw  Lala NR  petite amie  Bushido  XuLiGaNoS  perepelka  Тундра  Turbo  Türkoğlu  S.T.A.L.K.E.R  Sör-Söhbet/Müzakire  Mes Eléphants Roses  Zafir  Мира  keaton  Меч во тьме  Wisdom  MuZa  Дюймовочка  missUnderstanding  VusalAze  Sarkhan  Vahime  Ergenekon  J.F.K.  Glock  Yaşar Vartan-Zadə  Медбрат  Elseven  Солоу  Masterboy  Guest  Alpinist  Wzor  Флегматик  A_12  Собака Баскервилей  Такая как есть  Undina  Экономист_Дед  Savonarola  pipofreelander  amitola  Messina  Evol  Editor  gasiga  Elektron  Victor Howardsson  TotEwoDisputter  Spirt  WhatsApp  April Witch  World's Local Person 
  • Who's Online   8 Members, 8 Anonymous, 24 Guests (See full list)

    • +Emil33
    • +Отче Ваш
    • +Sirius191
    • +bulava
    • +Konan-from Canada
    • +Чилийский диктатор
    • +Wolfy
    • Caldogno
×
×
  • Create New...

Important Information

Terms and Conditions