Jump to content
Baku365.com

Azərbaycan ədəbiyyatından incilər


Bushido

Recommended Posts

Bodriy
  • Biz xerabat ehliyik, meyxanelerden çixmishiq,
  • Badeler nuş etmişik, peymanelerden çixmishiq.
  • Ateşi qemden ne qorxaq ki, Semender xisletik!
  • Şemler yandirmişiq, pervanelerden çixmishiq.
  • Indi biz ikrah edib meyden, nezerden duşmuşuk,
  • Yoxsa min-min meclisi mestanelerden çixmishiq.
  • Gah öpüb yarin ayagin, gah dolannig başina,
  • Perişan zulfler tek şanelerden çixmishiq.
  • Qedrü- qiymetsiz bizi zenn etme,
  • Vahid, arif ol Purbahə gencineyik, viranelerden çixmishiq.
  • Like 3
Link to comment
Share on other sites

Bodriy

Çox istedadlı qızdır. Mahnı və sözləri isə şedevrdir!

  • Like 4
  • Excellent 1
Link to comment
Share on other sites

Tehnokrat
10 hours ago, Bodriy said:

Çox istedadlı qızdır. Mahnı və sözləri isə şedevrdir!

Məncə, sözlər təranəni üstələyir.

Bu ifa da şedevrdir (sözlərin müəllifi sağdır):

 

 

  • Like 5
  • Excellent 1
Link to comment
Share on other sites

Tehnokrat
11 hours ago, Tehnokrat said:

Bu ifa da şedevrdir (sözlərin müəllifi sağdır):

Mahnın sözləri (şer müəllifi Dəmir Gədəbəyli):

Musiqi : Elza İbrahimova

Sən yadıma düşəndə

Gül açar, dünya gülər, aləmə nur səpilər,
Sən yadıma düşəndə.
Gül açar, dünya gülər, aləmə nur səpilər,
Sən yadıma düşəndə.

Gecə olsa, gecə olsa ay çıxar, ay çıxar,
Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.
Gecə olsa, gecə olsa ay çıxar, ay çıxar,
Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.

Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar
Sevinc dolu yüz dünya.
Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar
Sevinc dolu yüz dünya.

Kaş, əlim sənə çata, kaş, ünüm sənə yetə,
Sən yadıma düşəndə.
Kaş, əlim sənə çata, kaş, ünüm sənə yetə,
Sən yadıma düşəndə.

Mən təzədən, mən təzədən gələrəm, gələrəm
Sevmək üçün həyata, sevmək üçün həyata.
Mən təzədən, mən təzədən gələrəm, gələrəm
Sevmək üçün həyata, sevmək üçün həyata.

Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar
Sevinc dolu yüz dünya.
Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar
Sevinc dolu yüz dünya.

Mən təzədən, mən təzədən gələrəm, gələrəm
Sevmək üçün həyata, sevmək üçün həyata.
Mən təzədən, mən təzədən gələrəm, gələrəm
Sevmək üçün həyata, sevmək üçün həyata.

Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar
Sevinc dolu yüz dünya.
Gün olar, gündüz olar, şəfəq geyer düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar
Sevinc dolu yüz dünya.

 

  • Like 6
Link to comment
Share on other sites

  • 2 weeks later...
Salix
05.09.2018 в 11:33, Bodriy сказал:

 

Varlığımın hər zərrəsinə nüfuz edib lərzəyə gətirən, ruhumu titrədən misralar... Haqqıyla dərk eləmək nəsib ola...

  • Excellent 1
Link to comment
Share on other sites

Bodriy
Spoiler

 

Qağayı, axtar məni,

Bu yerdən apar məni,

Ölüm köksümü döyür,

Qorxuram açar məni...

İçim qara gecədir.

Səkisiz dar küçədir.

Qağayı, dəniz üstdə

Söylə, saat neçədir?

 

Vaqif Səmədoğlu, 1964

Link to comment
Share on other sites

  • 3 weeks later...
Salix

 

Günlər keçir ağır-ağır

səndən ayrı.

Yollarıma gecə-gündüz

çiskin-çiskin kədər yağır

Səndən ayrı.

Qulağımda gülüşünün

şəlaləsi səndən ayrı.

Xəyalımda titrək, kövrək

Dodağının piyaləsi səndən ayrı.

Dəniz gəlir dalğa-dalğa,

qıvrım-qıvrım

dönür geri

sənsiz görüb sahilləri.

Küləklər də sığallamır

Çiçəkləri səndən ayrı.

Nəğmələr də nəğmələnmir

səndən ayrı.

Şərqilər də ləpələnmir

sənsizlikdə.

Buludlar da yırğalanır

həzin-həzin.

Həsrətindən dəliləşib

qırçınları göy dənizin.

Quşlar susub, nəğmələnmir

sənsizlikdə.

Şəfəqlər də ləpələnmir

Sənsizlikdə.

İndi söylə, mən neyləyim?

Rəsul Rza 

  • Excellent 2
Link to comment
Share on other sites

Bodriy

Yeni, gənclərin ifasında. 

Link to comment
Share on other sites

Yaşar Vartan-Zadə

 

Link to comment
Share on other sites

  • 2 weeks later...
Masterboy

Müxtәsәr, biz hәr ikimiz Danabaş kәndinin sakiniyik. Mәnim sәnәtim qoltuqçuluqdu, yәni dörd-beş top çit qoltuğuma vurub, dolanıram öz kәndimizi, ya qeyri kәndlәri, çit-mit satıb, bir tövr güzәranımı keçirirәm. Yoldaşımın sәnәti baqqaldı, yәni bir daxmaya üç-dörd put duz, bir qutu kişmiş vә dörd-beş paçka maxorka tütünü qoyub satır vә o da bu сür rüzgarını keçirir.

Vәssәlam, hәr ikimiz allah-taalanın kasıb bәndәlәrindәnik.

Qәrәz, baş ağrısı da olur, amma genә gәrәk deyim; 

  • Haha 2
Link to comment
Share on other sites

Bodriy

Bu gün üçün deyilmiş sözlər.

 

Link to comment
Share on other sites

  • 2 months later...
missUnderstanding

 

  • Like 1
Link to comment
Share on other sites

MuZa
On 10/12/2018 at 1:56 AM, Bodriy said:

Bu baxışlara bax .......

Adimi sevmirem, amma bu xanim cox gozel  teleffuz edir.

  • Like 1
Link to comment
Share on other sites

Bodriy

Vətənim

Könlümün sevgili məhbubu mənim
Vətənimdir,vətənimdir,vətənim.
 
Məni xəlq eyləmiş əvvəlcə xuda
Sonra vermiş vətənim nəşvü-nüma
 
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni məncə unutmaq nə demək?
 
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
 
Südüdür kim dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
 
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
 
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
 
Vətən əcdadımızın mədfənidir.
Vətən övladımzın məskənidir.
 
Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz.
 
Abbas Səhhət
Edited by Bodriy
  • Excellent 2
Link to comment
Share on other sites

  • 2 months later...
Мира

hörmətli şeir həvəskarları, köməyinizə ehtiyacım var (xahişim bir az qəribə görünsə də)...lütfən aşağıdakı musiqini dinləyin, o şerin müəllifi kimdir görən? mən müğənninin zildən oxuduğu hissədəki şeri nəzərdə tuturam...sözün açığı, sözlər bir o qədər də yaxşı eşidilmir, ancaq ayrı-ayrı sözləri seçmək olur, və bu sözlərin əsasında tam mətni bərpa etmək çətindir.......əvvəlcədən təşəkkürlər..

 

Edited by Mira
Link to comment
Share on other sites

  • 8 months later...
Arximed

Əhməd Cavadın Susmaram şeiri - mübariz insanların həyat kredosudur.

Mən bir qulam, yük altında əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam, ahu-zardır sirdaşım...
Damğa vurub, zəncirləyib tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər məskən olmuşdur mana...

Mənə «dinmə, sus!» - deyirsən, nə vaxtacan susacam?
Böhranların, hicranların məhbəsində qalacam?!
Niyə susum, danışmayım, insanlıqda payım var,
Mənim ana Vətənimdir talan olan bu diyar?!

Niyə susum, danışmayım, türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların Vətənində kimdir bax!
Susmayacam!!! Qoy atsınlar yük altında ölüncə
Təhqirlərə dözə-dözə düşmən mənə gülüncə...

Süd verərkən doğma anam belə demişdir mənə:
Səni qurban bəsləyirəm türk yurduna-- Vətənə!
Bu dünyada azadlığı şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı, rəzilliyi sən unut!

Sənin sevgin Vətən olsun, millət olsun, mən olum,
Südüm sənə haram olsun xəyanət etsən, oğlum!
Necə susum, danışmayım, mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, di harada qaldı millət?!

Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih, elim hər şeyə möhtac!
Dil yaranıb danışmağa mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi ciyər vərəmdir-vərəm...

Koramal tək sürünməkdə denən varmıdır məna?
Nə vaxtacan çörək üçün girək hər alçaq dona?
Mən Azəri övladıyam, dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram, əzilsəm də SUSMARAM!!!

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    68 members have viewed this topic:
    Tenant  plotophyte  Mag  Arximed  Фуад Меджидов  Birdman  Salix  114  Dinozavr  Bodriy  Abbasov J.  Tehnokrat  Амариллис  PRAVDORUB  Zlaw  Lala NR  petite amie  Bushido  XuLiGaNoS  perepelka  Тундра  Turbo  Türkoğlu  S.T.A.L.K.E.R  Sör-Söhbet/Müzakire  Mes Eléphants Roses  Zafir  Мира  keaton  Меч во тьме  Wisdom  MuZa  Дюймовочка  missUnderstanding  VusalAze  Sarkhan  Vahime  Ergenekon  J.F.K.  Glock  Yaşar Vartan-Zadə  Медбрат  Elseven  Солоу  Masterboy  Guest  Alpinist  Wzor  Флегматик  A_12  Собака Баскервилей  Такая как есть  Undina  Экономист_Дед  Savonarola  pipofreelander  amitola  Messina  Evol  Editor  gasiga  Elektron  Victor Howardsson  TotEwoDisputter  Spirt  WhatsApp  April Witch  World's Local Person 
  • Who's Online   25 Members, 15 Anonymous, 44 Guests (See full list)

    • +Аджи-Мушкай
    • +Царь
    • +-=laziale=-
    • +W0lf
    • +Razario
    • +Agriae
    • +AliSa_777
    • Caldogno
    • +SaxarYa
    • +Светлый путь
    • +bulava
    • +Отче Ваш
    • +dama8080
    • +Orion 68
    • +abu Uthman
    • +falkie
    • +Золушка1935
    • +sarmat-baku
    • +Artist77
    • +Spirt
    • +Emil33
    • +MegadriveXX
    • +Darth Vader
    • Arzu777
    • +Чилийский диктатор

×
×
  • Create New...

Important Information

Terms and Conditions