Jump to content
Baku365.com

"Ancaq bir ay yaşamağa gücümüz çatır" - Əhali kömək istəyir

Bushido

Recommended Posts

Sör-Söhbet/Müzakire
4 minutes ago, Despina said:

Я абсолютно согласна с вами. Но вопрос в другом - как создать такую систему? С учетом того, что мы живем в полицейском государстве.

солидарность  народа  первый очередь  нужно , перед  этой  силы  ни  один  мент  не устоит ,вот  курносые  вартаны  это  показали не  давно 

  • Like 1
Link to comment
Share on other sites

Zefir
17 hours ago, Bodriy said:

Hər bir vətəndaşın borcu seçkilərdə iştirak etmək və öz iradəsini səsi ilə bildirməkdir. Vətəndaş öz təhsil, peşə, iş sahəsi və sair səbəblərdən hüquqi anlayışlardan, hüququn qorunması vasitələrindən və bunun üçün dövlətdaxili mövcud olan strukturlardan xəbərsiz ola bilər və bütün bunlardan peşəkar səviyyədə istifadə edə (o cümlədən ortaya çıxan xərcləri ödəmək imkanından) bilmək vasitələrindən məhrum ola bilər. Eyni zamanda vətəndaşın hüquqlarını pozan və bunu qanunların icrasını həyata keçirən, əksəriyyəti hüquqşünaslardan ibarət olan, vətəndaşın hüquqlarını təmin etməli qurumların özləri olduğu halda, vətəndaşın hansı fiziki imkanları qalır ki, bu cür qurulmuş sistemə qarşı qanuni yollarla çıxış etsin və nə üçün də etməlidir? 

Təşəkkür edirəm! 

mənim üçün yazınızın əsas məqamı budur- və nə üçün də etməlidir? yazmısınız. Yəni insanlar öz hüquqlarını nə üçün tələb etməlidir, qorumağa qalxmalıdır deməkdir, eləmi? Bəs nə üçün bunu etməməlidir? Yaxşı, sizin fikrinizcə nə etməlidir?  söhbət konkret Azərbaycandan gedirsə- burada (o cümlədən vətəndaşların heç nə etməməsi nəticəsində) vətəndaşın hüquqlarını və maraqlarını qorumalı olan bütün dövlət institutları, hüquq-mühafizə orqanları, məhkəmə sistemi hakimiyyəti zəbt etmiş bir qrup şəxsin korrupsyon maraqlarına xidmət edirsə, qanun əsasında deyil, yuxarıdan verilən göstərişlər əsasında fəaliyyət göstərirsə, heç bir müdafiə mexanizmi işləmirsə - bu halda nə etməliyik? gözləməliyik ki, bir gün hakimiyyət insafa gəlib xalqı düşünəcək? yoxsa qərbdən bir Sem dayı gəlib bizi xilas edəcək? bu cür düşünəcək qədər sadəlövh deyilik axı... Razılaşsaz ki, hazırki hakim rejim öz xoşu ilə heç nəyi dəyişməyəcək (hal hazırda antivirus tədbirləri də bunu sübut edir ki, hətta böhran vəziyyətdə hakimiyyət xalqı düşünmür və vətəndaşların maraqlarını deyil, öz maraqlarını qoruyur), digər tərəfdən isə siyasi institutlar mövcud deyil, siyasi partiyaların ancaq adı var, müxalifət gücsüzdür, çevik deyil, insanların müxalifətə etibarı yoxdur (mən belə görürəm), vətəndaş cəmiyyəti 2014-dən bu yana iflic vəziyyətə salınıb- bu halda nə etməli? Dəyişiklik ya yuxarıdan (hakimiyyətin içindən) ya da aşağıdan (xalq tərəfindən) olur, elə deyilmi? Uzağa getməyək, elə 2019 və 2010 göstərdi ki, yuxarılarda heç nə dəyişən deyil - rus demişkən şilo na mılo məsələsidir (hakimiyyətdə açar fiqurların dəyişməsi, son parlament seçkiləri və s). Yəni dəyişmək üçün siyasi iradə olmalıdır- o da yoxdur, olacağı da ağlabatan deyil. Qalır xalqın özü. Əhali adlandıraq hələ ki. təəssüf ki, biz toplum olaraq hələ əhalidən artıq bir şey deyilik. burada da iki yol var- güc yolu və seçki yolu. Güc yoluna əhali hazır deyil və bunu proqnozlaşdırmaq çox çətindir və şəxsən mənim fikrimcə bu yol arzuolunan deyil. Demək ki, yeganə sivil yol seçkidir. yazmısız ki, seçkiyə gedib səs vermək vətəndaşın borcudur və mən bununla tamamilə razıyam ki, bu hər kəsin vətəndaş borcudur. amma hüquqi baxımdan seçkidə iştirak vəzifə deyil, hüquqdur, yəni istəsə iştirak edər, istəməsə etməz. Bizimkilər də istəmir və iştirak etmir. İnsanlar  öz taleyinə, yaşadığı ölkənin idarəetməsinə biganədir və anlamır ki, necə yaşamasını özü həll etməlidir, seçim etməklə. bunu səsvermə hüququ olan əhalinin əksəriyyəti anlasa, artıq prosesin başlanğıcı deməkdir. amma yalnız başlanğıcdır çünki seçki komissiyaları da qanunla deyil, gösətrişlə çalışır. ona görə yazdım ki, səs verməklə deyil, gərək verdiyin səsi qoruyasan. bəli, bunun üçün küçələrə çıxmaqla, birləşməklə, toplaşmaqla, etiraz etməklə- bütün mövcud olan konstitusyon hüquqlarından istifadə etməklə. Siyasətə qarışmaqla. çünki sən siyasətə qarışmadıqca, siyasət sənə qarışacaq. Bizim insanlar  siyasətə qarışmağı öyrənməlidir, ictimai-siyasi hadisələrin tamaşaçısı yox, iştirakşısı olmalıdır ki, bugün müşahidə etdiyimiz vəziyyətdə olmasınlar. Bunun üçün isə insanlarda siyasi şuur formalaşmılı, əhali xalqa çevrilməli, hər kəs vətəndaş olmalı. Bu isə uzun yoldur, maarifçilik və dinc mübarizə yolu.

Başqa nə yol var sizcə? Siz deyin, biz də edək. Mən  başqa yol görmürəm, taleyimizlə barışıb buna da şükür demək yolunu saymasaq ((   

üzrlü sayın, uzun oldu, məhkəmə çıxışlarında uzun danışmağa öyrənmişəm )))

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

Zefir
7 hours ago, Despina said:

Я абсолютно согласна с вами. Но вопрос в другом - как создать такую систему? С учетом того, что мы живем в полицейском государстве.

то, что Вы понимаете и признаете, что мы живем в полицейском государстве, уже много значит. ведь большинство думает что так и должно быть (чего стоит одно только наше hökumətlə hökumətlik eləmək olmaz и bacarana can qurban). осталось отказаться от позиции моя хата с краю и сесть всем вместе подумать "а как изменить это?" а для этого надо научиться обьединяться, быть солидарными, быть вовлеченным в общественно-политические процессы и потихоньку научится самим лепить будущее свое и своих детей. 

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

Вредный Крыс
11 часов назад, dorian-x сказал:

Какое самоуважение у тех кто смс шлет чтоб получить разрешения хлеба купить ребенку? Каждый пусть как может сам спасается.

у них красивые машинки, много денег, они не задумываются, что их родители воры. Воруют у государства. Они думают, что на зарплату обеспечивают их

Или не думают???

Link to comment
Share on other sites

Despina
19 минут назад, Zefir сказал:

Təşəkkür edirəm! 

mənim üçün yazınızın əsas məqamı budur- və nə üçün də etməlidir? yazmısınız. Yəni insanlar öz hüquqlarını nə üçün tələb etməlidir, qorumağa qalxmalıdır deməkdir, eləmi? Bəs nə üçün bunu etməməlidir? Yaxşı, sizin fikrinizcə nə etməlidir?  söhbət konkret Azərbaycandan gedirsə- burada (o cümlədən vətəndaşların heç nə etməməsi nəticəsində) vətəndaşın hüquqlarını və maraqlarını qorumalı olan bütün dövlət institutları, hüquq-mühafizə orqanları, məhkəmə sistemi hakimiyyəti zəbt etmiş bir qrup şəxsin korrupsyon maraqlarına xidmət edirsə, qanun əsasında deyil, yuxarıdan verilən göstərişlər əsasında fəaliyyət göstərirsə, heç bir müdafiə mexanizmi işləmirsə - bu halda nə etməliyik? gözləməliyik ki, bir gün hakimiyyət insafa gəlib xalqı düşünəcək? yoxsa qərbdən bir Sem dayı gəlib bizi xilas edəcək? bu cür düşünəcək qədər sadəlövh deyilik axı... Razılaşsaz ki, hazırki hakim rejim öz xoşu ilə heç nəyi dəyişməyəcək (hal hazırda antivirus tədbirləri də bunu sübut edir ki, hətta böhran vəziyyətdə hakimiyyət xalqı düşünmür və vətəndaşların maraqlarını deyil, öz maraqlarını qoruyur), digər tərəfdən isə siyasi institutlar mövcud deyil, siyasi partiyaların ancaq adı var, müxalifət gücsüzdür, çevik deyil, insanların müxalifətə etibarı yoxdur (mən belə görürəm), vətəndaş cəmiyyəti 2014-dən bu yana iflic vəziyyətə salınıb- bu halda nə etməli? Dəyişiklik ya yuxarıdan (hakimiyyətin içindən) ya da aşağıdan (xalq tərəfindən) olur, elə deyilmi? Uzağa getməyək, elə 2019 və 2010 göstərdi ki, yuxarılarda heç nə dəyişən deyil - rus demişkən şilo na mılo məsələsidir (hakimiyyətdə açar fiqurların dəyişməsi, son parlament seçkiləri və s). Yəni dəyişmək üçün siyasi iradə olmalıdır- o da yoxdur, olacağı da ağlabatan deyil. Qalır xalqın özü. Əhali adlandıraq hələ ki. təəssüf ki, biz toplum olaraq hələ əhalidən artıq bir şey deyilik. burada da iki yol var- güc yolu və seçki yolu. Güc yoluna əhali hazır deyil və bunu proqnozlaşdırmaq çox çətindir və şəxsən mənim fikrimcə bu yol arzuolunan deyil. Demək ki, yeganə sivil yol seçkidir. yazmısız ki, seçkiyə gedib səs vermək vətəndaşın borcudur və mən bununla tamamilə razıyam ki, bu hər kəsin vətəndaş borcudur. amma hüquqi baxımdan seçkidə iştirak vəzifə deyil, hüquqdur, yəni istəsə iştirak edər, istəməsə etməz. Bizimkilər də istəmir və iştirak etmir. İnsanlar  öz taleyinə, yaşadığı ölkənin idarəetməsinə biganədir və anlamır ki, necə yaşamasını özü həll etməlidir, seçim etməklə. bunu səsvermə hüququ olan əhalinin əksəriyyəti anlasa, artıq prosesin başlanğıcı deməkdir. amma yalnız başlanğıcdır çünki seçki komissiyaları da qanunla deyil, gösətrişlə çalışır. ona görə yazdım ki, səs verməklə deyil, gərək verdiyin səsi qoruyasan. bəli, bunun üçün küçələrə çıxmaqla, birləşməklə, toplaşmaqla, etiraz etməklə- bütün mövcud olan konstitusyon hüquqlarından istifadə etməklə. Siyasətə qarışmaqla. çünki sən siyasətə qarışmadıqca, siyasət sənə qarışacaq. Bizim insanlar  siyasətə qarışmağı öyrənməlidir, ictimai-siyasi hadisələrin tamaşaçısı yox, iştirakşısı olmalıdır ki, bugün müşahidə etdiyimiz vəziyyətdə olmasınlar. Bunun üçün isə insanlarda siyasi şuur formalaşmılı, əhali xalqa çevrilməli, hər kəs vətəndaş olmalı. Bu isə uzun yoldur, maarifçilik və dinc mübarizə yolu.

Başqa nə yol var sizcə? Siz deyin, biz də edək. Mən  başqa yol görmürəm, taleyimizlə barışıb buna da şükür demək yolunu saymasaq ((   

üzrlü sayın, uzun oldu, məhkəmə çıxışlarında uzun danışmağa öyrənmişəm )))

Это очень долгий путь.. Лично я ощущаю в себе силы вступить на него. Признаюсь, никогда не голосовала, но последние парламентские выборы не пропустила. Кстати, голосовала за вашего коллегу Эльмара Сулейманова.

Но когда ВСЕ ощутят в себе силы вступить на этот путь?.. Первый вариант, вами описанный, более вероятен в наших условиях, хоть и я его не одобряю.

Спасибо за пост 💛

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Zefir
3 minutes ago, Despina said:

голосовала за вашего коллегу Эльмара Сулейманова.

Но когда ВСЕ ощутят в себе силы вступить на этот путь?.. Первый вариант, вами описанный, более вероятен в наших условиях, хоть и я его не одобряю.

Спасибо за пост 💛

хороший выбор))  Эльмар мой друг ))  Он прекрасный человек и профессионал! можете смело обращаться к нему, если понадобится- я ему скажу, что Вы его избиратель)) 

не знаю, как все будет ((  но ясно одно- так больше продолжаться не должно! надо наконец осознать ответственность за эту несчастную страну- каждый из более менее образованных и думающих людей должен понять что несет моральную ответственность за то что происходит в этой стране. каждый должен хотя бы попытаться что-то изменить, хотя бы захотеть это.. Что мы оставим своим детям? они же спасибо не скажут за вот это всё ((  

  • Like 3
  • Excellent 1
Link to comment
Share on other sites

Bodriy
1 hour ago, Zefir said:

mənim üçün yazınızın əsas məqamı budur- və nə üçün də etməlidir? 

Yazılanlardan yalnız bu hissə maraq doğurubsa və diqqətəlayiqdirsə, onda Siz məmləkətdə hüquq sisteminin olmadığını dolayısı təsdiq edirsiz. Bu olmayan sistemin aktiv iştirakçısı kimi bu cür fəaliyyətə nə cür qiymət vermək olar? Hüquq olmayan sistemdə insanlara "öz haqlarınızı qoruyun" çağırışının arxasında hansı hərəkətlər müsbət nəticə verə bilər? - hüquqi ya fiziki? Hüquq sisteminin olmadığı ölkədə hüquqi addımlarla hərəkət etmək non-sense dir. Yəni nəticəsi məlum olan uduzmaq. Əgər nəticəsi məlum olam uduzmaq yoludursa nə üçün buna çığırışlar edilməlidir?

Bir il əvvəl bu forumsa REAL-çıların seçkilərə getməsi haqda fikirlər mübadiləsi aparılanda, çox qısa olaraq fikrimi bildirdim - MSK sərbəst olmayan sistemdə "seçkilərdə" iştirak mövcud sistemin dəyirmanına su tökməkdir. Utopistlər isə "arzular buludlarında" gələcəyə səyahət edirdilər, mübarizə, parlamentə seçilib (??) oradan mövcud sistemi dəyişmək və sair və ilaxır "fikirlər" yürüdürdülər. İndi isə onların kumiri intervyu verəndən sonra bütün dedikləri yadlarından çıxıb. Bu cür uzun mündəricatla çatdırmaq istədiyim odur ki, "siyasi proseslərə qoşulub" məmləkəti dəyişmək utopik, vaxt itirmək, insanları daha da ümidsiz etmək, reallıqda isə mövcud sistemin saxlanılması üçün daha uyğun çağırışdır. Çünki bu sistemi quranlar, idarə edənlər və ondan faydalananlar heç də arzulanan qədər sadəlöhv və axmaq deyillər. Bu daxili güclərin üzərində isə daha maraqlı xarici dairələr mövcuddur. 

1) Belə çağırışlarla insanları ümidli edib vaxtlarını əllarindən almaq lazım deyil.

2) Bu cür sistemlərdən yeganə çıxış yolu var.

P.S. Bu foruma qayıtmağıma sizin ABŞ DD mükafatına layiq görülmənizi yaymaq səbəb olmuşdur. Hüquq sistemində gedən proseslərə diqqətimin xüsusi maraq dairəmdə olması ilə bağlıdır və təsadüfi deyil.

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Zefir
1 hour ago, Bodriy said:

Hüquq sisteminin olmadığını dolayısı ilə yox, lap birbaşa təsdiq edirəm. Və hüquqi yolla mübarizə dedikdə məhkəmə mübahisələndirməsini nəzərdə tutmuram, bu yoldan elə özüm uduza uduza bezmişəm :))

hüquqların tələb edilməsinin məhkəmədən kənar hüquqi yollarını nəzərdə tuturdum- məsələn qanunla bizə verilmiş sərbəst toplaşmaq hüququnu həyata keçirmək. Yəni mitinqə toplaşmaq etiraz etmək, bu hüquqi yoldur. konstitusiya ilə bizə verilmiş azadlıq. məhz bu hüquqi yolu nəzərdə tuturdum. 

Belə anladım ki, seçkiyə münasibətdə siz boykot tərəfdarısız. Boykot edən MŞ və Cəbhə də elə camaatı mitinqlərə çağırır və siz deyən o yeganə yolla vəziyyəti dəyişmək istəyir. Mən də lap bu yaxınlara kimi romantik ibqlab ruhunda idim, amma nə təəssüf ki, prosesləein içində olmağım məni tam ümidsiz hala gətirdi və mən əlimi üzdüm, etiraf etməli oldum ki, bu sadəcə bir romantik xəyaldır. İstəmir də bu millət, istəmir və bacarmır! Axı daha nə baş verməlidir ki, insanlar oyansın və ayağa qalxsın? Azmı sınağa çəkildi? Acından ölür, pulu malı oğurlanır,  təhqir olunur, söyülür, döyülür, nə bilim ee başına min oyun gətirilir- amma yenə də durmur. O qədər gözünü qırıblar ki, inqlab nədi, adi bir mitinqə gəlmir. Gəlmir də, neynəyək? Zorla deyil ki.. Cəbhə öz tərəfdaşlarının çox olması ilə öyünür, amma mitnqə 3-4 mindən artıq adam çıxarda bilmir. Niyə? Bax bunu düşünməliyik. İnsanların bir tərəfdən gözünü qırıb qorxu içinə salıblar, digər tərəfdən illərin məqsədyönlü siyasəti ilə kütləşdirib kütləyə çeviriblər, təhsilsiz, biliksiz, zombi kütlə. Baxın, ölkənin bugünki vəziyyətində on minlərlə adam hər gün ata abdullayevin, falçı bayramın və tolikin canlı efirini gözlərir. Bunu bayaq İlkin Rüstəmzadə rəqəmlərlə yazmışdı, 50 min filan... təsəvvür edirsizmi? Adam havalanır düşündükcə. 30 min 40 min adam oturub falçı bayramın efirinə baxır, dərdi səri tolikin hansı parfümu işlətməsidir. Haqqını tələb etmək üçün mitinqə isə  min adam gəlir ya yox.. Bax bu hala gətirilib millət.  Bunlarla nə etmək olar? Siz deyən yola çıxmaq üçün yüz minlərlə insan buna hazır olmalıdır. Varmı? Hanı? Bir iki dəfə yerlərdə nəsə qığılcımlar oldu, o da başlamış bitdi, Quba, İsmayıllı filan. Mən burada yaşayıram, görürəm- deyirlər biz kimik ki, buna da şükür eləyək.. Belə deməyənləri də həbsdə çürüdürlər. Ona görə realçılar da sual verir indi- boykot edənlər dedilər seçkiyə gedib oyunda alət olmayın, xalq meydanda sözünü deyəcək... nə oldu?? Niyə demədi? Niyə etmədilər inqlabı?  Seçki fürsət idi, iştirak edərdilər və elə həmin xalqla həmin meydanda  saxtalaşdırmaya qarşı duruş göstərərdilər və siz deyən yola çıxardılar. amma boykot edib nə əldə etdilər? Heç nə. 
indi siz deyin görüm, bu millət özü öz həyatını dəyişmək istəmirsə, onu inandırıb arxasınca aparan bir lider də yoxdursa, siz deyən o yeganə çıxış yolu necə baş versin? 

Edited by Zefir
  • Like 2
Link to comment
Share on other sites

Zefir
2 hours ago, Bodriy said:

P.S. Bu foruma qayıtmağıma sizin ABŞ DD mükafatına layiq görülmənizi yaymaq səbəb olmuşdur. 

Yaxşı ki qayıtdız, elə ancaq buna görə mükafat almağa dəyərdi)) Postlardan başa düşdüm ki, sizin qayıtmağınıza tək mən yox, bütün forum əhli sevinir. 

  • Like 1
  • Haha 1
Link to comment
Share on other sites

Bodriy
3 hours ago, Zefir said:

Hüquq sisteminin olmadığını dolayısı ilə yox, lap birbaşa təsdiq edirəm. Və hüquqi yolla mübarizə dedikdə məhkəmə mübahisələndirməsini nəzərdə tutmuram, bu yoldan elə özüm uduza uduza bezmişəm :))

hüquqların tələb edilməsinin məhkəmədən kənar hüquqi yollarını nəzərdə tuturdum- məsələn qanunla bizə verilmiş sərbəst toplaşmaq hüququnu həyata keçirmək. Yəni mitinqə toplaşmaq etiraz etmək, bu hüquqi yoldur. konstitusiya ilə bizə verilmiş azadlıq. məhz bu hüquqi yolu nəzərdə tuturdum. 

Belə anladım ki, seçkiyə münasibətdə siz boykot tərəfdarısız. Boykot edən MŞ və Cəbhə də elə camaatı mitinqlərə çağırır və siz deyən o yeganə yolla vəziyyəti dəyişmək istəyir. Mən də lap bu yaxınlara kimi romantik ibqlab ruhunda idim, amma nə təəssüf ki, prosesləein içində olmağım məni tam ümidsiz hala gətirdi və mən əlimi üzdüm, etiraf etməli oldum ki, bu sadəcə bir romantik xəyaldır. İstəmir də bu millət, istəmir və bacarmır! Axı daha nə baş verməlidir ki, insanlar oyansın və ayağa qalxsın? Azmı sınağa çəkildi? Acından ölür, pulu malı oğurlanır,  təhqir olunur, söyülür, döyülür, nə bilim ee başına min oyun gətirilir- amma yenə də durmur. O qədər gözünü qırıblar ki, inqlab nədi, adi bir mitinqə gəlmir. Gəlmir də, neynəyək? Zorla deyil ki.. Cəbhə öz tərəfdaşlarının çox olması ilə öyünür, amma mitnqə 3-4 mindən artıq adam çıxarda bilmir. Niyə? Bax bunu düşünməliyik. İnsanların bir tərəfdən gözünü qırıb qorxu içinə salıblar, digər tərəfdən illərin məqsədyönlü siyasəti ilə kütləşdirib kütləyə çeviriblər, təhsilsiz, biliksiz, zombi kütlə. Baxın, ölkənin bugünki vəziyyətində on minlərlə adam hər gün ata abdullayevin, falçı bayramın və tolikin canlı efirini gözlərir. Bunu bayaq İlkin Rüstəmzadə rəqəmlərlə yazmışdı, 50 min filan... təsəvvür edirsizmi? Adam havalanır düşündükcə. 30 min 40 min adam oturub falçı bayramın efirinə baxır, dərdi səri tolikin hansı parfümu işlətməsidir. Haqqını tələb etmək üçün mitinqə isə  min adam gəlir ya yox.. Bax bu hala gətirilib millət.  Bunlarla nə etmək olar? Siz deyən yola çıxmaq üçün yüz minlərlə insan buna hazır olmalıdır. Varmı? Hanı? Bir iki dəfə yerlərdə nəsə qığılcımlar oldu, o da başlamış bitdi, Quba, İsmayıllı filan. Mən burada yaşayıram, görürəm- deyirlər biz kimik ki, buna da şükür eləyək.. Belə deməyənləri də həbsdə çürüdürlər. Ona görə realçılar da sual verir indi- boykot edənlər dedilər seçkiyə gedib oyunda alət olmayın, xalq meydanda sözünü deyəcək... nə oldu?? Niyə demədi? Niyə etmədilər inqlabı?  Seçki fürsət idi, iştirak edərdilər və elə həmin xalqla həmin meydanda  saxtalaşdırmaya qarşı duruş göstərərdilər və siz deyən yola çıxardılar. amma boykot edib nə əldə etdilər? Heç nə. 
indi siz deyin görüm, bu millət özü öz həyatını dəyişmək istəmirsə, onu inandırıb arxasınca aparan bir lider də yoxdursa, siz deyən o yeganə çıxış yolu necə baş versin? 

Qısa cavab verim: - İndiki siyasi meydanda status-quo-nu dəyişəcək qurum yoxdur. MŞ, XC, Real, etc. hamısı yaxşı idarə olunan, müxtəlif mərtəbəli, əhalinin müvafiq təbəqələrini öz çevrəsinə yığan və maliyyələşdirilən qurumlardır. Hədəf isə hər bir konkret vəziyyətdə (situasiyada) belə qurumların uduzmasını - yəni status-quo saxlanılmasını təmin etməkdir. Azərbaycan elə bir məkandır ki, orada hər üç güc mərkəzinin marağı var və bu səbəbdən də hər biri dağıdıcılıq yolunu seçıb. Bu da onların maraqlarına xidmət edən geostrateji planlaşmadan yaranan zərurətdir. Yəni, məmləkəti xilas edəcək xalqın özüdür amma ki, xarici qüvvələrin maraqlarının qarşısı alınmasa və daxili qüvvələr bunu anlamasa, heç bir müvəffəqiyyətli gələcəkdən danışmaq düzgün olmaz. Bu səbəbdən insanları bu kor əzmə maşınının qarşısına aparmaq mənasızdır və xatalıdır. Əvvəlcə aparılacaq işin dərinliyini və məğzini anlamaq lazımdır. Emosiyalara qapılmamaq şərtilə.

Bir qədər Sizə qəribə gəlsə də, indiki şəraitdə toliklərin, bayramların, tahirqızlarının verilişlərinə baxan xalqımız böyük müdriklik nümunəsi göstərir, çünki bu halda əvvəlcədən MŞ, XC,  Real, etc. kimi qurulmuş tələlərə biganəliyini sübut edir. Əsil aparıcı qurumu görmür, pisi yaxşıdan ayırmağı bacardığını ortaya qoyur. Aprel 2016-da olan impuls yadınızdadır yəqin. O zaman heç kim TV-a baxmırdı, hazır idi, bir günün içində, nə çağırış vardı, nə də məcburiyyət. Ortada reallıq var idi. Necə məhv etdilər, göz qabağındadır. Aprel 2016-ya aparan yol və ondan sonra baş verənlər diqqətlə izlənilsə (cəmi 7 ildə 200 il ərzində dəfələrlə təkrar olunmuş ssenari yığcam formada icra olunub) bütün sualların cavabı masa üzərində olar, qalır onu götürüb oxuyasan.

Dərin ehtiramla.

Edited by Bodriy
  • Like 1
Link to comment
Share on other sites

dorian-x
06.04.2020 в 19:38, Sör-Söhbet/Müzakire сказал:

мой  вам всем  совет , если есть  возможности   не  думайте  даже  минуту , покиньте  страну , по  возможности    забирайте    своих  родных  тоже  собой , у нас никогда  не будет  нормальная  страна  , никогда!

Легко сказать уехать, бросить все и уехать на ура, во первых мир вступил у новую эпоху и никто никуда не уедет

Link to comment
Share on other sites

dorian-x
19 часов назад, Despina сказал:

Я абсолютно согласна с вами. Но вопрос в другом - как создать такую систему? С учетом того, что мы живем в полицейском государстве.

Никак потому что общество эгоистов эгоцентристов с нашим еще менталитетом восточным авторитаризмом не способны создать свободное общество,у нас диктатура и авторитаризм начинается еще с семьи,отсутствие самокритики и уважение к личному пространству других, это не тот фундамент на котором строится свободное общество,диктатура это наше все, я даже более скажу,если вы будете чуть мягче ,демократичнее то вы лох и вам на голову сядут и поимеют. Внутренняя Политика государства строится из менталитета большинства. Мы все маленькие диктаторы в своем мире

  • Like 1
  • Excellent 2
Link to comment
Share on other sites

Zefir
11 hours ago, Bodriy said:

MŞ, XC, Real, etc. maliyyələşdirilən qurumlardır. 

Hörmətli Bodriy (Bodriy demişkən, biz realda tanışıq?) cavab yazmamışdan öncə bu fikrinə dair bir sual verim- kim tərəfindən maliyyələşir bu qurumlar? Konkret lazım deyil, sadəcə haradan- xaricdən ya daxildən? 

Link to comment
Share on other sites

Bodriy
2 minutes ago, Zefir said:

Hörmətli Bodriy (Bodriy demişkən, biz realda tanışıq?) cavab yazmamışdan öncə bu fikrinə dair bir sual verim- kim tərəfindən maliyyələşir bu qurumlar? Konkret lazım deyil, sadəcə haradan- xaricdən ya daxildən? 

Türk demiş - fark etmez. Nəticə kimin xeyrinə işləyirsə deməli onlar da maliyyələşmənin mənbəidir.  Bu qədər partiya-qurum insanları gün ərzində 3 dəfə nəsə yeməlidir. Partiya fəaliyyətinin xərclərinin başqa detallarına varmamaq şərtilə bu insanların gəlirləri haqda məlumat çox maraqlı olardı. Amma onların heç birinin (!) nə işlə məşğul olduqları məlum deyil.

  • Like 1
Link to comment
Share on other sites

Zefir
2 minutes ago, Bodriy said:

Cəbhə və MŞ barədə bilmirəm, amma yaxından şəxsən tanıdıqlarımın, məsələn sədr müavini Seymur Həzi heç bir xüsusi maddi imkanı yoxdur, kirayə evdə qalır.. Tanıdığım onlarla sıravi üzvlər hamısı kasıb küsub adamlardı, borcun içində.. Sədrləri imkanlıdır, deyirlər, amma bilmirəm. Bilirəm ki imkanlı adamlar donation edir. Ofisləri də yoxdur. REAL barədə deyə bilərəm ki, aparıcı üzvləri ekspert qismində layihələrdə işləməlkə qazanc əldə edir, partiya olaraq heç bir maddi imkanları yoxdur, nə sədrin nə o birilərinin. Erkin Qədirli buna nümunədir. Üzvləri isə çox azdır, kim harada işləyir ordan da yeyir, fəaliyyət isə əsasən seçki dövründə oldu, onda da posterlər üçün şəkilləri telefonla çəkirdilər :)) Bizdə partiyaların fəaliyyət internetdə yazıb pozmaqdır, buna da pul lazım deyil)) 

Yəni sadəcə ehtimal etmək doğru deyil məncə. REALa deyirlər hökumətin projesi, nə bilim sədr hökumətin adamıdır.. Bu necə hakimiyyətin adamıdır ki, 6 il həbsdə yatıb ən pis şəraitdə, yarımcan çıxıb. Yəni belə ittihamları əsassız hesab edirəm. 

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

Сева ИМ
7 часов назад, dorian-x сказал:

Никак потому что общество эгоистов эгоцентристов с нашим еще менталитетом восточным авторитаризмом не способны создать свободное общество,у нас диктатура и авторитаризм начинается еще с семьи,отсутствие самокритики и уважение к личному пространству других, это не тот фундамент на котором строится свободное общество,диктатура это наше все, я даже более скажу,если вы будете чуть мягче ,демократичнее то вы лох и вам на голову сядут и поимеют. Внутренняя Политика государства строится из менталитета большинства. Мы все маленькие диктаторы в своем мире

Абсолютно с вами согласна. Пока тут не поменяется менталитет, пока не поменяются внутрисемейные отношения, пока не поменяется отношение к детям, к воспитанию детей, тут ничего не изменится. А это вряд ли когда то случится. По моим наблюдениям многие наоборот скатываются до  доисторических взаимоотношений. 

Если человек вырос в семье где отец прав по умолчанию даже когда он не прав, каким членом общества он вырастит? 

Чтобы человек требовал свои права, несправедливость по отношению к нему доджна задевать его гордость. Т.е. он должен прежде всего страдать морально а не физически. Потому что как известно, физически голод и лишения человек терпит намного легче чем моральные страдания.

А человек привыкший с детства к несправедливости со стороны старших, морально не страдает. Ну подумаешь, одна несправедливость там, одна тут...дайте мне кусок хлеба и я от вас отстану. Поэтому я даже не жду какого то сопротивления от этих людей.

Edited by Сева ИМ
  • Like 3
  • Excellent 1
Link to comment
Share on other sites

dorian-x
2 минуты назад, Сева ИМ сказал:

Абсолютно с вами согласна. Пока тут нетпоменяется ментатитет, пока не поменяются внутрисемейные отношения, пока не поменяется отношение к детям, к воспитанию детей, тут ничего не изменится. А это вряд ли когда то случится. По моим наблюдениям многие наоборот скатываются до  доисторических взаимоотношений. 

Если человек вырос в семье где отец прав по умолчанию даже когда он не прав, каким членом общества он вырастит? 

Чтобы человек требовал свои права, несправедливость по отношению к нему доджна задевать его гордость. Т.е. он должен прежде всего страдать морально а не физически. Потому что как известно, физически голод и лишения человек терпит намного легче чем моральные страдания.

А человек привыкший с детства к несправедливости со стороны старших, морально не страдает. Ну подумаешь, одна несправедливость там, одна тут...дайте мне кусок хлеба и я от вас отстану. Поэтому я даже не жду какого то сопротивления от этих людей.

Наоборот сейчас у нас больше и больше людей как мужчин так и женщин все больше и больше идут в прошлое вместо того чтобы развиваться. Поэтому менталитет не изменить,нужно смирится с этим и мимикрироваться под большинство если хотите выжить тут. У нас даже дикости сейчас больше чем при ссср было. Это голос менталитета. Не будет тут демократии,нам бы законов работающих и справедливости,там где мусульмане там не может быть англосаксонской европейской демократии,голос прошлого всегда возьмет вверх,пример Турции на лицо

  • Like 2
  • Haha 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Bodriy
5 minutes ago, Zefir said:

Cəbhə və MŞ barədə bilmirəm, amma yaxından şəxsən tanıdıqlarımın, məsələn sədr müavini Seymur Həzi heç bir xüsusi maddi imkanı yoxdur, kirayə evdə qalır.. Tanıdığım onlarla sıravi üzvlər hamısı kasıb küsub adamlardı, borcun içində.. Sədrləri imkanlıdır, deyirlər, amma bilmirəm. Bilirəm ki imkanlı adamlar donation edir. Ofisləri də yoxdur. REAL barədə deyə bilərəm ki, aparıcı üzvləri ekspert qismində layihələrdə işləməlkə qazanc əldə edir, partiya olaraq heç bir maddi imkanları yoxdur, nə sədrin nə o birilərinin. Erkin Qədirli buna nümunədir. Üzvləri isə çox azdır, kim harada işləyir ordan da yeyir, fəaliyyət isə əsasən seçki dövründə oldu, onda da posterlər üçün şəkilləri telefonla çəkirdilər :)) Bizdə partiyaların fəaliyyət internetdə yazıb pozmaqdır, buna da pul lazım deyil)) 

Yəni sadəcə ehtimal etmək doğru deyil məncə. REALa deyirlər hökumətin projesi, nə bilim sədr hökumətin adamıdır.. Bu necə hakimiyyətin adamıdır ki, 6 il həbsdə yatıb ən pis şəraitdə, yarımcan çıxıb. Yəni belə ittihamları əsassız hesab edirəm. 

Bu ittiham deyil - cavabsız qalan sualdır. Sıravi üzvlərin vəziyyəti anlaşılandır. Amma gəlin baxaq - ev kirayəsi, kommunal xərclər, ərzaq - bu minimum tələbatı 1 ay ərzində hardansa almaq lazımdır. O ki qaldı, standart "imkanlı adamlar donation edirlər" - 1) kimdir bu insanlar - Siz de-facto kənardan maliyyələşməni təsdiqləyirsiniz, 2) Mövcud total control vəziyyətində hansı yerli iş adamı-imkanlı adam hakimiyyətin rəqibini mütəmadi olaraq maliyyələşdirə bilər? Bu sual yenə də 1) sayli suala qayıdışdır. 

Fikrimcə, biz "he said - she said practice" keçirik. Bu məhsuldar fikir mübadiləsinə gətirən yol kimi görünmür. Bunun üçün forum daha uyğun mübadilə meydançası kimi görünmür. Amma fikir mübadiləsi də maraqlı olduğu üçün müvafiq format maraqlıdır. 

Bəs mənim də dediyim odur ki, əlimizdə sübut olmayınca maliyəşmə barədə fikir irəli sürə bilmərik. O ki qaldı kommunal, yemək içmək kirayə, bütün xalq necə yaşayır? Onlar da elə həmin xalqın içindən olan adamlardı da.. Orda burda işləyirlər, ya ailə üzvü işləyir.. hamı necə onıar da elə.. Məncə bu Maliyələşirlər məsələsinə toxunmaq ümumiyyətlə doğru deyil çünki aşkar dəlil yoxdur (məndə isə çoxları  şəxsi tanışlıqdan irəli gəkən əks fikir var). Bundansa müxalifət rolunda effektiv olub olmaması, səhvləri və s. müzakirə olunmalıdır. Yəni görə bildiklərimiz. 

  • Like 1
Link to comment
Share on other sites

Barbarosa
15 минут назад, dorian-x сказал:

нужно смирится с этим и мимикрироваться под большинство если хотите выжить тут. У нас даже дикости сейчас больше чем при ссср было. 

Где то я это уже слышал .....:thinking:Ах да вспомнил пару месяцев назад это были мои слова .Только надо говорить не мимикрироватся а мимикрировать )))Вобщюм маа еля гялЫр ки до людей начинает доходить очевидная истина :classic_biggrin:

Edited by Barbarosa
Link to comment
Share on other sites

Bodriy
1 minute ago, Zefir said:

Yəni görə bildiklərimiz. 

Bizim strukturlaşmış idarəetmə haqda anlayışlarımız qütbləşmiş fikirlər yönümüdür. Real Politik təsəvvürlərə söykənmir. Əgər bir ailənin aylıq dolanması haqda konkret rəqəmlərdən danışırıqsa bunun dəqiq ödənmə mənbələri bilinməlidir. "Hamı kimi" insanların siyasi fəaliyyətə vaxtları varmı? Mən sıravi üzvlərdən danışmıram, əvvəlki yazılarımda da partiya quruculuğundan və onun maliyyələşməsindən söhbət gedir. Bunun üçün partiyanın fəaliyyət strukturuna baxmaq və orada olan insanların sayına baxmaq kifayətdir. Əgər struktur formada müzakirə olacaqsa, mübadiləni müsbət istiqamətə getmiş kimi görmək olar. Şəxsi istiqamətdə - hamı necə onlar da elə - bu partiya quruculuğu və hakimiyyətə iddia yox, başqa bir fəaliyyət növüdür. Hüquqşünas kimi Siz bunları hamımızdan yaxşı bilirsiz. 

Link to comment
Share on other sites

Barbarosa

КароЦы  надо делать как в Америках начинать раздавать бабло самым самым малоимущим у которых отложенный спрос на продукты первой необходимости и крайне желательно чтобы эти продукты были местного производства . Эти чупакабры должны понять что эти деньги будут стимулировать местную экономику и в конечном итоге все выиграют .Это я говорю к тому если вдруг до их крысиного склада ума не доходят очевидные вещи.Нужно делится не для того чтобы облегчить народу жизнь а для того чтобы избежать сильных потрясений .В своё время Рузвельт во времена великой депрессии собрал самых богатых людей Америки и сказал либо вы делитесь баблом либо у нас будет революция как в СССР .

  • Like 1
Link to comment
Share on other sites

Zefir
3 minutes ago, Bodriy said:

Bizim strukturlaşmış idarəetmə haqda anlayışlarımız qütbləşmiş fikirlər yönümüdür. Real Politik təsəvvürlərə söykənmir. Əgər bir ailənin aylıq dolanması haqda konkret rəqəmlərdən danışırıqsa bunun dəqiq ödənmə mənbələri bilinməlidir. "Hamı kimi" insanların siyasi fəaliyyətə vaxtları varmı? Mən sıravi üzvlərdən danışmıram, əvvəlki yazılarımda da partiya quruculuğundan və onun maliyyələşməsindən söhbət gedir. Bunun üçün partiyanın fəaliyyət strukturuna baxmaq və orada olan insanların sayına baxmaq kifayətdir. Əgər struktur formada müzakirə olacaqsa, mübadiləni müsbət istiqamətə getmiş kimi görmək olar. Şəxsi istiqamətdə - hamı necə onlar da elə - bu partiya quruculuğu və hakimiyyətə iddia yox, başqa bir fəaliyyət növüdür. Hüquqşünas kimi Siz bunları hamımızdan yaxşı bilirsiz. 

Hə, mən səhv anlamışam, sıravi üzvləri demirsizmiş.. Partiya quruculuğu və struktur barədə heç bir fikrim yoxdur, maraqlanmamışam.  bu mənada XC və Musavatı təftiş etmək olar, oturuşmuş partiya olaraq. Amma bunu etmək üçün xüsusi maraq və həvəs olmalıdır. Siyasətçi oısaydım araşdırardım )) 

  • Like 1
Link to comment
Share on other sites

Bodriy
Just now, Zefir said:

Bu səpgidən Musavat partiyasının araşdırılması yerində edilmiş qeyddir. Deyərdim ki, olduqca simptomatik araşdırma predmetidir. 

Təşıkkürlər!

  • Excellent 1
Link to comment
Share on other sites

dorian-x

Не все окажутся в будущем, так как не учатся на ошибках прошлого, не все, кто здесь есть сейчас, останутся в живых

Link to comment
Share on other sites

dorian-x
2 часа назад, Barbarosa сказал:

Где то я это уже слышал .....:thinking:Ах да вспомнил пару месяцев назад это были мои слова .Только надо говорить не мимикрироватся а мимикрировать )))Вобщюм маа еля гялЫр ки до людей начинает доходить очевидная истина :classic_biggrin:

Какая истина ? В том что перед ,А нужно запятую ставить?))истина до людей никогда не дойдет,только малому количеству,большинство всегда будет вестись на то что ему укажут в сми

Link to comment
Share on other sites

Victor Howardsson
7 hours ago, Barbarosa said:

КароЦы  надо делать как в Америках начинать раздавать бабло самым самым малоимущим у которых отложенный спрос на продукты первой необходимости и крайне желательно чтобы эти продукты были местного производства . Эти чупакабры должны понять что эти деньги будут стимулировать местную экономику и в конечном итоге все выиграют .Это я говорю к тому если вдруг до их крысиного склада ума не доходят очевидные вещи.Нужно делится не для того чтобы облегчить народу жизнь а для того чтобы избежать сильных потрясений .В своё время Рузвельт во времена великой депрессии собрал самых богатых людей Америки и сказал либо вы делитесь баблом либо у нас будет революция как  в СССР.

Indi Amerikada Ruzvelt dovletli adamlari yigibmis basina, bes bizimkiler kimi yigacag? Her sey ele ozlerinin elindedi.

  • Like 1
Link to comment
Share on other sites

Victor Howardsson
8 hours ago, dorian-x said:

Наоборот сейчас у нас больше и больше людей как мужчин так и женщин все больше и больше идут в прошлое вместо того чтобы развиваться. Поэтому менталитет не изменить,нужно смирится с этим и мимикрироваться под большинство если хотите выжить тут. У нас даже дикости сейчас больше чем при ссср было. Это голос менталитета. Не будет тут демократии,нам бы законов работающих и справедливости,там где мусульмане там не может быть англосаксонской европейской демократии,голос прошлого всегда возьмет вверх,пример Турции на лицо

Turkiye baresinde narahat olmayin. RTEnin gunleri sayilidir.

Hetta gunumuzde, RTEnin Turkiyesine Rusiya hec vaxt cata bilmez -ne hugugi edalet terefden, ne demokratiya terefden, ne sehiyye, tehsil, elm, inkisaf terefinden, ne de ki insanlarin  rifahi terefinden.

Rusiyanin, Ukraynanin, Ermenistanin, Gurcustanin, bizim , Orta Asiyanin, Moldovanin vetendaslari Turkiye axisib hem universitetlere, hem is yerlerine, dailmi yasayisa. Ve Turkiye onlara "gara" gastarbayterlar kimi baxmir; insan huguglarini gozleyir.

Buna deyerler "S bolnoy golovi na zdoroviyu ".

Rusiya bizden el ceksin, biz bir-ike ile Saakasvilinin Gurcustanini kecib Pribaltika olkelerine, 5 ile Polsanin seviyyesine catarig.

Olkenin basinda Kemal Ataturk kimi adamlar olsa, 10 ile ozumuzun ucaklarimiz olacag.

Ta indi kimi yox, marginal rus mektebleri-filiallarinda genclerimizi bedbext etmeye, Moskvaya budcemizi axitmaga, milleti addim basi asagilmaga - bunu dikost adlandirib  xalgin ayibi bilmek haggdan deyil.

For instance:

Kut, bisavad, ermeni nevesi Sahili millet ki secmeyib, onu ele onun kimi taxtabas yarimcig hakimiyyet mafiyasi secib. (Ermeni nevesi biri men, amma hec vaxt bunlar menim kimileri secmezler ki, bu anlasilandi, bunlara milleti asagilayan bir tip lazim idi, ozunkulerinden secdiler).

Bir ovuc bizden olmayan, bize nifret eden adamlara gore xalgi niye cavabdeh bilirsiniz?

Islami sevmirsiz, amma bu gunun islam imamlari ve ruhanileri debil rus kesisleri ile mugayisede min kere pragmatik, zekali ve agilli hereket etdiler.

Indinin ozunde rus kesisleri vertoletlarda, Kamazlarda Moskvani gezir, kuceleri !supurgeler! vasitesi ile "mugeddes su" ile sepeleyirler.

Turkiyeye gulmek evezine, yadiviza salin, pandemiya vaxti, hele 1-2 hefte evvel, Rusiya kilselerinde yuz minlerle insan hansisa 10 esr evvel olmus mugeddes cesedin el-ayagini opurduler, sira ile ikonalari opurduler...

Bizi dikar adlandirmagi vicdaniniz nece reva gorur, bu anlasilmazdi.

Edited by Victor Howardsson
  • Like 3
Link to comment
Share on other sites

dorian-x
3 часа назад, Victor Howardsson сказал:

Турция все больше и больше впадает в религиозный маразм,и сегодня с Россией они союзники,есть пословица,каждый выбирает по себе,диктатор Эрдоган с Путиным найдут общий язык. К сожалению турки возвращаются в ту дремучесть откуда ее вытащили в 20 веке.  Турция все больше и больше погрязает в том болоте куда ее загнал диктатор Эрдоган,союзница России.

  • Like 2
  • Facepalm 1
Link to comment
Share on other sites

God_bless_you

@Сева ИМ Вот на Баилово помогли 15 семьям. Аллах разы олсун. 

  • Like 2
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    81 members have viewed this topic:
    Bodriy  Masusenka  Pozis  JaFlour  Victor Howardsson  Zefir  Habibi  God_bless_you  Yukiko  Дюймовочка  Sör-Söhbet/Müzakire  Сева ИМ  Outlaw  Джема  split  dorian-x  Wisdom  Bushido  Valois  Murad Ali  iНекто  Undina  gylya  Zlaw  amitola  nineliya  Barbarosa  Ulysses  Despina  лесник  Lahn-dill  ImpendingDoom  Мышка-Малышка  Ergenekon  Natali_@@@  Дождь  Kalipso  artist88  Baku2018  Gun-smith  Azeri365  Manneken Pis  114  Evol  gasiga  Kent  Вредный Крыс  Liya1101  Верующий Атеист  bacb  Arif Gurbanov  Rustam  Zema  Vorchun  www mona liza  S.T.A.L.K.E.R  Тео  Mr Yan  Работяга  Spirt  Зигфрид  Ava28  Pups.  Perkele  Хамаль  Nana  Adina  Arximed  abu Uthman  -=laziale=-  Caldogno  sahib411  Salix  SophieL  Al Pacino  Джин  R.M.  Desire  Starry Eyed  Heydar Ali  *Jolie*  
  • Who's Online   18 Members, 15 Anonymous, 54 Guests (See full list)

    • +Dex
    • Caldogno
    • +MegadriveXX
    • +Verman
    • +Pups.
    • +sapiens
    • +Чилийский диктатор
    • +Shoxrux
    • +Nazul
    • +Аналитик
    • irada14
    • +Stalkermind
    • +Artist77
    • +SaxarYa
    • +mamsy
    • +Spirt
    • +dama8080
    • +Buritas

×
×
  • Create New...

Important Information

Terms and Conditions