Jump to content
Baku365.com

Продолжение темы с откатами в Министертве Транспорта ....

Медвежонок-Л

Recommended Posts

Медвежонок-Л

Ziya Məmmədova 100 milyon dollar “otkat” işi üzrə Stokholmda məhkəmə başladı

İsveçin paytaxtı Stokholmda Kanadanın  “Bombardier” şirkətinin törəmə şirkətinin (“Bombardier Sweden”) keçmiş vitse-prezidenti Tomas Bimer üzərində məhkəmə başlayır. virtualaz.org xəbər verir ki, Tomas Bimer 2003-cü ildə “Bombardier” şirkəti ilə Azərbaycanın o zamankı Nəqliyyat Nazirliyi arasında bağlanmış, Bakı-Böyük Kəsik dəmir yol xəttinin yenidən qurulması layihəsi çərçivəsində siqnal avadanlıqlarının təchizatını nəzərdə tutan müqavilə çərçivəsində “bəzi azərbaycanlı məmurlara” “otkat” verməkdə ittiham olunur. Bimerə qarşı rəsmi ittiham bu ilin iyun ayında irəli sürülmüşdü.

1414.jpg

Xatırladaq ki, ümumi dəyəri 350 milyon dollar olan həmin müqavilədən qiymətlərin kəskin şişirdilməsi və aralıq offşor şirkətlərdən istifadə olunması yolu ilə azərbaycanlı məmurlara 100 milyon dollar “otkat” ötürüldüyü bir neçə il əvvəl üzə çıxmışdı. Bu korrupsiya faktı böyük qalmaqala səbəb olub, “Bombardier” Kanada şirkətinin rəhbəri istefa verib. Və Dünya Bankı bu şirkətin iştirak etdiyi layihələrə kredit ayrılmasını dayandırıb. Həmin dövrdə Nəqliyyat Nazirliyinə Ziya Məmmədov başçılıq edirdi,  o vaxt nazirliyin tərkibində olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri isə nazir müavini qismində Arif Əsgərov idi.

385075_src.jpg

“Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, “Bombardier” şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub”, - prokuror Staffan Edlund ittiham irəli sürülərkən jurnalistlərə demişdi. Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. “Otkat”ın ötürülməsi üçün aralıq şirkət olaraq Rusiya Dəmir Yollarının keçmiş tərəfdaşı Vladimir Yakuninin təsis etdiyi “Multiserv Overseas Ltd.” adlı offşor şirkətdən istifadə olunub.

 366598_src.jpg

İndi Kanadanın “The Glob and Mail” qəzetinin müxbirinin Stokholmdan hazırladığı məqalədə deyilir ki, İsveç prokurorları “Bombardier” şirkətinin Kanada baş ofisinin rəhbərlərinin bu sövdələşmədən əvvəl müqavilənin kimlərlə imzalandığını yoxlamışdılar. Yəni onların korrupsiya sövdələşməsindən xəbərləri var idi.

Prokuror Staffan Edlund bildirib ki, iş üzrə əldə edilmiş sübutlar “Bombardier” şirkətinin Monrealdakı baş ofisinin rəhbərlərinin həmin Multiserv Overseas Ltd.” ilə kommersiya tərəfdaşlığına razılıq verdiyi qənaətinə gəlməyə əsas verir.

Qəzet yazır ki, Multiserv Overseas Ltd.” “Bombardier” şirkətinə Azərbaycanda 340 milyon dollarlıq kontraktı udmaq üçün istifadə edilən qurama şirkət idi. Bu şirkət həmçinin “Bombardier”in Rusiya, Monqolustan, Qazaxıstan və Türkmənistandakı layihələrində də iştirak edib.  “Bombardier” lə Multiserv Overseas Ltd.” arasında tərəfdaşlıq müqaviləsi Moskvada Rusiya Dəmir Yollarının o zamankı rəhbəri Vladimir Yakuninlə “Bombardier” şirkətinin direktorlar şurasının sədri Pyer Boduan arasında imzalanmışdı.

 366601_src.jpg

“Bu, çox nəhəng sövdələşmə idi və Stokholm üçün həddən artıq böyük görünürdü. Bu iş korporativ səviyyədə görülüb”, - prokuror deyib.

“Bombardier” isə indiyədək Azərbaycanla bağlı layihədə hər hansı korrupsiya sövdələşməsində iştirakını inkar edirdi. Lakin bildirilir ki, ABŞ-ın Ədliyyə Nazirliyi də indi bu faktı araşdırmaqdadır.

İsveç məhkəməsində baxılan işlə bağlı “Bombardier” şirkətinin mətbuat katibi Anna Kristofaro bunları deyib: “Hazırda korporasiyaya məlum olan informasiyalara əsaslanaraq bəyan edirik ki, “Bombardier” korrupsiya ödəməsinin hər hansı dövlət məmuruna ödənildiyini və ya təklif edildiyini təsdiqləyən heç bir sübut tapa bilməyib. Amma “Bombardier” daxilində yoxlama davam edir”.

385076_src.jpgProkuror Staffan Edlund

Bimerə qarşı irəli sürülmüş ittiham isə beş illik təhqiqatın nəticəsidir. Bu təhqiqatı İsveçin korrupsiya ilə mübarizə üzrə Milli şöbəsi aparıb. Azərbaycan məmurlarına 100 milyon dollar “otkat”ın verilməsi İsveç tarixində ən iri korrupsiya işlərindən biri hesab edilir.

Tomas Bimer isə ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Bu haqda “The Globe and Mail” nəşrinə onun vəkili Tomas Nilsson bildirib.

İstintaq çərçivəsində Stokholmdakı “ Bombardier Transportation” şirkətinin hüquq şöbəsinin rəhbəri Karolina Lonn da dindirilib. “Multiserv” barədə nə bildiyi haqda suala belə cavab verib ki, həmin şirkətlə “Bombardier” (Kanada) arasında tərəfdaşlıq 2010-cu ildə qurulub, tərəfdaşlıqdan əvvəl şirkətlə bağlı araşdırmalar aparılıb. Bu şirkətin Azərbaycan layihəsindəki rolu haqda suala cavab olaraq  isə Lonn deyib ki, “Multiserv” Rusiya və digər MDB ölkələrinə “Elteza” avadanlıqlarının satışı üzrə “təsdiqlənmiş təchizatçı” idi.

366600_src.jpg

Yevgeni Pavlov

2017-ci ildə Azərbaycanla bağlı həmin korrupsiya sövdələşməsi ilə bağlı “Bombardier” şirkətinin keçmiş əməkdaşı Yevgeni Pavlov üzərində (“otkat”ın verilməsində onun vasitəçilik etdiyi deyilirdi, amma məhkəmə Pavlovun günahını sübut edə bilmədi) məhkəmə zamanı bildirilmişdi ki, “Bombardier” Dünya Bankından “Multiserv” şirkətinin layihədə rolunu gizlədib (340 milyon dollarlıq layihənin 85 faizini Dünya Bankı maliyyələşdirib,-red.).

2016-cı ildə “The Globe and Mail” qəzeti araşdırmışdı ki, “Multiserv” şirkətinin nə ofisi, nə veb-saytı, nə telefonları, nə də əməkdaşları yoxdur. Ancaq Londonda qeydiyyatda olduğu ünvan aşkarlanıb.

İsveç polisi isə araşdırıb ki, 2015-2016-cı illərdə “Multiserv” şirkətinin direktoru kimi qeydiyyatdan keçmiş qadın Kiprdə yaşayan rusiyalı qadındır, orada gecə klublarında rəqqasə olub. Qadın polisə ifadəsində deyib ki, o ancaq “nominal direktor” idi və şirkətin nümayəndələrinin təlimatı əsasında hərəkət edirdi. Polis araşdırmışdı ki, “Multiserv”dən pullar tərəfdaşlarının offşor şirkətlərinin hesablarına ötürülüb.

“Nəyə görə orada Azərbaycan vergiödəyicilərinin pulları itməlidir? Bu qəribə görünür, amma hər halda bu işdə onsuz da çoxlu qəribə məqam var”, - prokuror Edlund bildirib.

Tomas Bimerə qarşı irəli sürülmüş ittihamda göstərilib ki,  həmin korrupsiya sövdələşməsi əsasında 46 ədəd “Ebilock-950″ siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan “Multiserv Overseas” adlı şirkətə köçürülüb. Daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb. Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər.

Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar.

hqdefault.jpg

Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. “Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu.

“Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub.

 virtualaz.org

385074_res_01.jpg
VIRTUALAZ.ORG

Link to comment
Share on other sites

artist88

Mən həlalliq verdim ,ona görə ki vaxtında susmuşam ,indi isə gecdi

Link to comment
Share on other sites

Медвежонок-Л

Знаменитый dialoq :

- Mən Sizə qibtə edirəm .....

- Sən maa heç zad eliyə biməzsən

Edited by Медвежонок-Л
Link to comment
Share on other sites

Ergenekon

Я не верю.. Зия сейчас Уджарда аджындан олюр.. мал гарая бахараг доланыр.. 

Link to comment
Share on other sites

Rasul Qanbayev

Bizim qaqalar işlərini təmiz görür... Prokuror da heş zad tapa bilmir... 

Link to comment
Share on other sites

Kent

  Ахаха. Кюль олуб тяпямизя. Бу ня рязиллик?

  А прокурор Штефан Эдлунд наивная душа. И задается не менее наивным вопросом - почему в этой сделке должны теряться деньги азербайджанских налогоплательщиков? Даже неудобно как-то становится от такого риторического вопроса. Ну, да ладно. Мы примыкшые.

  Зикоша да халал олсун. Знатную международную операцию провернул с пацанами - через фирму без адреса, без офиса, без сотрудников и контактных телефонов, банально возглавлявшуюся простой русской девушкой-стриптизершей из кипрского ночного клуба в качестве номинального директора, нагрелись на целых 100 миллионов. Аж гордость берет - талантов в родимом Отечестве непочатой родник.

 Одно меня смущает. Наехали на Бомбардьер незаслуженно. Сняли руководство или подали в отставку. Всемирный банк лишил их кредитования. Теперь доканают судами. Вобщем, одни неприятности. Только  Зикошу повезло в этой истории - баловень судьбы наконец-то нашел свое истинное призвание - вернулся с миллионами к тому, чем с самого начала должен был заниматься по жизни в родном селе. 

  • Like 2
Link to comment
Share on other sites

Медвежонок-Л
3 часа назад, Kent сказал:

Хотя процесс как бы на первый взгляд косвенно касается азербайджанских чинуш - они то ведь неподсудны шведскому и всем остальным международным судам, тем не менее эти все процессы и этот и многие другие (например, известный суд над американцем подкупившим местные правительственные чины когда стоял вопрос якобы о приватизации Сокара) ложатся тяжелым репутационным бременем на плечи Азербайджана. Если вина Бомбардьера будет доказана значитца будет официально доказан еще один факт коррупции в Азербайджане.

Edited by Медвежонок-Л
  • Like 1
Link to comment
Share on other sites

Kent
16 minutes ago, Медвежонок-Л said:

Хотя процесс как бы на первый взгляд косвенно касается азербайджанских чинуш - они то ведь неподсудны шведскому и всем остальным международным судам, тем не менее эти все процессы и этот и многие другие (например, известный суд над американцем подкупившим местные правительственные чины когда стоял вопрос якобы о приватизации Сокара) ложатся тяжелым репутационным бременем на плечи Азербайджана. Если вина Бомбардьера будет доказана значитца будет официально доказан еще один факт коррупции в Азербайджане.

Да черт с ней, с этой репутацией. Мы давно и безвозвратно перешли все красные линии. Просто необходимо научиться с этим жить. И планируя любой бизнес, это касается предприимчивых людей, необходимо повсеместно учитывать коррупционную составляющую. Ибо коррупция в наших реалиях давно не зло, а архиважное звено годами выстроенной  и выпестованной управленческой модели.

Link to comment
Share on other sites

Kent
M.HAQQIN.AZ

То же самое от Хаггын. Перепечатка для русскоязыцной аудитории. Страна должна знать своих героев.

Link to comment
Share on other sites

Медвежонок-Л
2 минуты назад, Kent сказал:

Да черт с ней, с этой репутацией. Мы давно и безвозвратно перешли все красные линии. Просто необходимо научиться с этим жить. И планируя любой бизнес, это касается предприимчивых людей, необходимо повсеместно учитывать коррупционную составляющую. Ибо коррупция в наших реалиях давно не зло, а архиважное звено годами выстроенной  и выпестованной управленческой модели.

Неизвестно сколько государство сможет еще выдержать пресс международных институтов с их независимыми судами, доказательствами, демонстративными вбросами в медиа и тд. Ведь так и до санкций совсем недалеко....

Поэтому все очень спорно...тем более что кейсы уже есть - процесс по нескончаемой банде из МТН, Зия на слуху, Минкультуры на пульсе, Мика вот вот в Сокаре что то да высветит, многочисленная армия уличенных и арестованных Иджра и чиновников. По-моему лед тронулся...

  • Like 1
Link to comment
Share on other sites

Kent
4 minutes ago, Медвежонок-Л said:

İnşAllah. Ваши бы слова, да Богу в уши. Как говорится, kor nə istər - iki göz, biri əyri, biri düz. А с другой стороны так и подмывает сказать - увы и ах, блажен кто верует...

  • Like 1
Link to comment
Share on other sites

Kent

@Ifti qardaşım, bəlkəm bu temaya da təşrif buyrasınız? Bilırəm, ümidlərinizi qırmayırsınız. Yaxşı olardı ürək sözlərinizi eşıdək.

  • Haha 1
Link to comment
Share on other sites

Ergenekon

любая взятка для азербайджанского чиновника непреодолимая сила... Не хотел, но не преодолел... Ирада подвела... шведы генпрокуратуре и остальным инстанциям разжевали и в рот положили.. а им все равно хоть бы хны..  несоответствие расходов и доходов для них форс мажорная ситуаСиядыр дана.. Мемурун башына откат гелер да бе.. состояние аффекта так сказать..)))))

  • Like 1
Link to comment
Share on other sites

Ifti
6 минут назад, Kent сказал:

@Ifti qardaşım, bəlkəm bu temaya da təşrif buyrasınız? Bilırəm, ümidlərinizi qırmayırsınız. Yaxşı olardı ürək sözlərinizi eşıdək.

harda pul var, orda yeyinti var. SSRİ dövründən. Düz işləyənləri də bəyənmirdilər, gözümçıxdıya salırdılar. Şəkidə yol idarəsinin rəisi var idi, Şəkiyə nə qədər qrabel, çınqıl gətizdirib, şüşə kimi yollar etmişdi. Bilirsinizmi nəyi bəhanə edib gözümçıxdıya saldılar? Nə var nə var yaşadığı doqqazın (döngənin, dalanın) yerini asfaltlaşdırıb. Halbu ki, o yoldan ən çox yararlanan adi insanlar idi o ərazidə yaşayan. Pula nəzarət olmayanda belə olur. Həm də nəzarətedicinin özü də yeyir. Gürcülərin atalar misalı var, Dünya o vaxt dağılacaq ki, keşikçiyə nəzarət etmək üçün keşikçi qoyacaqlar. Gürcülərin qısametrajlı filmi də var.

  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   29 Members, 17 Anonymous, 54 Guests (See full list)

    • +Spirt
    • +Buritas
    • +BaltaEtibar
    • +Razario
    • +Martinika
    • +Artist77
    • +sarmat-baku
    • +RuslanRD
    • Caldogno
    • +abonent7791
    • +FaridFM
    • +Светлый путь
    • +Drako
    • +Manneken Pis
    • +Vagrant
    • +Wolfy
    • +Migrant
    • +W0lf
    • +S.T.A.L.K.E.R
    • +TruePick
    • +Jasmin.G
    • +dama8080
    • +Heydar Ali
    • +Bordertown
    • +Grisbi
    • +AliSa_777
    • +Rodrigo
    • +SBC
    • +usseyn
×
×
  • Create New...

Important Information

Terms and Conditions