Jump to content
Baku365.com

Эркин Гадирли выступил о законе о Медиа - ВИДЕО


Bushido

Recommended Posts

Zlaw
30.01.2022 в 18:54, Bushido сказал:

 

Çıxışın dilimizə tərcüməsi: "Yunanıstandan olan hörmətli həmkarımız Tomas Ceffersonun adını çəkdi. O, həqiqətən də ən böyük tarixi şəxsiyyətlərdən biri idi, lakin biz Nyu York şəhərinin ictimai planlama komissiyasının yekdilliklə Tomas Ceffersonun heykəlini sökmək qərarına gəldiyi bir dövrdə yaşayırıq. Çünki onlar onu Amerika tarixinin ən biabırçı səhifələrindən biri olduğu qənaətinə gəliblər. Bu, mediada və medianın tarixlə manipulyasiyasının mənfi təsirlərinin çoxsaylı nümunələrindən biridir. Bu hesabat layihəsi medianın rolunu müəyyən etmək məqsədi güdür, lakin görünən odur ki, medianın özünün dərin böhran içində olması ilə bağlı kobud gerçəkliyi nəzərə almır. Başlanğıc üçün özümüzə əsas sualı verməliyik - belə bir hesabata həqiqətən ehtiyac varmı və biz, siyasətçilər olaraq, jurnalistlərə mentorluq edə bilərikmi? Bu suallara cavablarım mənfidir, lakin hüquqşünas olduğum üçün bəzi hüquqi arqumentlərə diqqət yetirməyə çalışacağam. Təəssüf ki, bu hesabatda istifadə olunan terminologiya ya aydın məna daşıması üçün çox məcazidir, ya da hüquqi konnotasiyaya malik olması üçün çox çaşdırıcıdır. “Sağlam media ekosistemi” və ya “bu həm hüquq, həm də vəzifədir” kimi ifadələr heç bir aydınlıq gətirmir. Sitat gətirəcəyim layihədə deyilir ki, – bu sitatdır – “Media böhranın səbəbləri və mənfi təsirlərinə qarşı mübarizə aparmaq və onu aradan qaldırmaq üçün düzgün tədbirlər haqqında müzakirələri stimullaşdıra bilməlidir”. Sitatın sonu. Bu maddə, təbii ki, dərhal diqqəti cəlb edir. O, nəzərdə tutur ki, düzgün tədbirlər artıq məlumdur. Burada sual yaranır: nəyə görə media artıq məlum olan nəyinsə müzakirəsini stimullaşdırmalıdır? Və kimə məlum olan? Bu məqamda mən Assambleyanın ötən il qəbul etdiyi “ictimaiyyətin bilmək hüququ” adlı qətnaməni xatırlatmaq istəyirəm. Mən o qətnaməyə qarşı çıxdım, çünki o, zəif tərtib edilmiş və yanlış müəyyən edilmiş konsepsiyalarla dolu idi. Təəssüf ki, mən eyni əsaslarla bu hesabata da qarşı çıxmalıyam. 4-cü bənd xüsusilə narahatedicidir. Orada deyilir ki, “media siyasi liderlərin qəbul etdiyi qərarların legitimliyini gücləndirməyə köməklik edir”. Media nə vaxtdan belə bir rola malikdir? Media hər zaman liderlərin qəbul etdiyi qərarların legitimliyini sual altına almaq və onları ictimai nəzarətə çıxarmaq rolunu oynayıb. Ondan əlavə, media birdən-birə maarifləndirici rola malik olmalıymış - mən bunu sadəcə başa düşə bilmirəm. Amma bu paraqrafın öz daxili məntiqi var, çünki daha sonra qeyd edilir ki, “o, qoyulan yeni öhdəlikləri təhlil etmək və izah etmək qabiliyyətinə malik olmalıdır” və s. Doğrudur, bu paraqrafın daxili məntiqi var, amma kökündən yanlışdır. Vaxtım bitdi. Çıxışımı onunla bitirirəm ki, mən bu qətnamənin əleyhinə səs verəcəm. Çox sağ olun."

Edited by Zlaw
  • Like 1
Link to comment
Share on other sites

Zlaw
30.01.2022 в 18:54, Bushido сказал:

 

Мужчина в очках позади Эркина, зам.министр Юстиции..

как думаешь наш закон о Медиа имеет к этому отношение?

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   5 Members, 6 Anonymous, 87 Guests (See full list)

    • +Sirius191
    • +Bordertown
    • +TruePick
    • +Tipsgeek
    • +Dex
×
×
  • Create New...

Important Information

Terms and Conditions