Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Mövzuya adı siz seçin


Ifti

Recommended Posts

Ifti
12.04.2023 в 07:24, Abbasov J. сказал:

@Ifti, oxu gör necədir?

 

Düşündüm: "Çoxdandır şeir yazmıram..."
Qələmi götürdüm... Yaxşı, nə yazım?
Ay qələm, özün yaz!
Deyir "Yazmıram". 
-Yazmırsan? Bəs niyə?
- Nəyimə lazım?

 

Bir vaxtlar yazırdın... Nə oldu axır?
Bütün yazdıqların rəflərdə qalıb, 
Ordan məlul-məlul üzünə baxır. 
O vaxtkı hisslərin hərflərdə qalıb. 

 

Yenə xəyallara dalıb düşünsən,
Bədbin fikirlərin sıxacaq səni.
Sən Allah, qoy görək... Yekə kişisən!
Xəyalpərəstliyin yıxacaq səni.

 

Artıq gecə keçir... İkidir saat...
Sabah iş günüdür, sənsə oyaqsan. 
Yaxşısı budur ki, başını at, yat. 
Təzədən "gənc şair" olmayacaqsan.

 

Cavid Abbasov

05.04.2023.

Mənim kimi cahillik etmə, cırma, atma, yandırma. Yığ. Misralardan görünür ki, yazmaq xətrinə yazmırsan. Ürəyinə sağlıq. İmkan olsa, çap etdir. Gələcək nəsillərə qalsın. Şeri mütaliə edən neçə-neçə qız və oğlan xəyallara dalacaq, düşünəcək, bəlkə özləri də hisslərini dəftərə-vərəqə köçürmək istədilər və tanınmış ədiblərdən oldular.

Şairin cavanı-qocası olmur. Sən artıq fəlsəfədən yazırsan, əvvəl yalnız hisslər idi, indi işə yaş, həyat təcrübəsi və fəlsəfə qarışır. Əladı, boşboğazlıq deyil. Yaz, qardaş, ürəyinə gömmə. Ürəyimizə gömə-gömə xarabalığa, bəyquşxanaya, qəbristanlığa döndərmişik iç dünyamızı.

Link to comment
Share on other sites

Ifti

otpeçatka - şeiri.

Link to comment
Share on other sites

Ifti

 

Link to comment
Share on other sites

Ifti

 

  • Like 1
Link to comment
Share on other sites

Ifti

yarımçıq qalmış misralar, 2000-2001, əsgər gündəliyi. O vaxt bikef vaxtlar idi. Avtobusda görmüşdüm sevdiyim xanımı. Nə o məni görməmişdi, nə mən onu. O eynək taxmışdı gözlərinə, balaca bir kitab mütaliə edirdi. Orta sıralarda, pəncərənin yanındakı yerdə əyləşmişdi. Daha da arıqlamışdı. Üzündə əvvəlki təbəssüm yox idi, yanaqlarındakı qəmzələri itmişdi. Mən ayaq üstə dayanmışdım, dəmir tutacaqdan möhkəm yapışıb, pəncərənin o tərəfində ötüb qaçan mənzərəyə, dağlara baxırdım. Öz aləmimdə idim. Beynimi qurcalayan min bir fikir var idi. Hərbi hissəmə yaxınlaşdıqca, əsgər və zabit yoldaşların salamlaşması məni uzun fikirdən oyatdı. Sağımda-solumda olan insanlara fikir verib daha hansı tanışların avtobusda olub-olmamasını anlamağa çalışdım. Önümə baxanda, onu gördüm. Və o dəqiqə yenidən başladı. Ürəyim ağzımın içində döyünü ayağımın altına getdi, qayıtdı, dördnala çapırdı. Amma səsimi çıxarmadım. O hələ də kitab mütaliə edirdi. Həmin vaxt zaman çox ləng getməyə başladı. Növbəti dayanacaq hərbi hissəmizdən öncəki axırıncı böyük dayanacaq idi. Çatmağa başlayanda səliqə ilə kitabı örtdü, çantasını açıb öncə kitabı çantaya qoydu. Daha sonra eynəyini çıxardı, eynək qabına qoyub, onu da çantasına gömdü. Ürəyim sancdı, istəmirdim ki gözləri vaxtsız-günsüz əldən getsin. Ayağa qalxıb, önünə baxdı və məni gördü. Çaşıb qaldı, dondu. Elə bildi ki, yenə dalınca kölgə kimi gəzirəm. Amma yanılırdı. Mən əsgər idim, ixtiyarım öz əlimdə deyildi, yola izinlə çıxırdım başqa əsgərlər kimi. Yol verdim. Salamlaşmadım. Özümü çığırmaqdan zorla saxlayırdım. Yavaş-yavaş önümdən keçib, önə, qapıya doğru irəliləməyə başladı. Gediş haqqını ödəyib düşəndə, az qaldı ki yıxılsın. 

Avtobus yeni sərnişinləri götürüb yerindən tərpənənə qədər gözüm tutduqca arxasınca baxdım. Çox hüzünlü, çaşıb qalmış, dərdli insanın yerişinə bənzəyirdi. O bir neçə dəqiqədə olub bitənləri sözlərlə ifadə etməyə çalışsam, çox vaxt aparacaq. Hərbi hissəyə qayıdıb birbaşa otağıma keçdim. Aşağıdakı sözləri yazıb, qələmi masanın üstünə qoydum.

 

öləndə gözündən düşən damla yaş

qəbrimin üstündə bitən lalədir

 

Yaza bilmirdim. Fikirlər ildırım sürəti ilə bir-birini dəyişirdi. Bir neçə ay ürəyim başıma açmadığı oyun qoymadı. Qətiyyən mənə yazığı gəlmədi. İndi düşünürəm, ayağın qırılmasın İfti, niyə, nə üçün düşüb ardınca getmədin? Bəlkə hekayə gözəl sonluqla bitəcəkdi.

Əsgərlikdən sonra universitetdəki tanış müəllimdən onun harada yaşadığını, işlədiyini öyrənməyə çalışdım. Xətrimi çox istəyən müəllim idi, maraqlanıb iş yerini dedi. 

Getmədim. 

Səhv etmişəm. Qəbul edirəm. Amma artıq gecdi. Tarix pozulmayan qələmlə yazılıb. Keçmişə qayıdıb sıfırdan başlamaq, ayrı seçimlər etmək olmur. Heyf. Çox təəssüf.

Link to comment
Share on other sites

  • 2 weeks later...
Ifti

 

Link to comment
Share on other sites

Ifti

 

Link to comment
Share on other sites

Ifti

biz büyüdük, 

kirlendi dünya (c)

 

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   12 Members, 9 Anonymous, 29 Guests (See full list)

    • Caldogno
    • +Liya1101
    • +Buritas
    • +Dervish
    • eigen
    • +Хамаль
    • varra
    • +Spirt
    • +Astreya
    • +наргизахундова
    • +BaltaEtibar
    • Простолюдин
×
×
  • Create New...

Important Information

Terms and Conditions