Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

"Adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur"


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

allahsukur-pasazade-foto.jpg“Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah, Miladi təqvimlə aprelin 21-nə təsadüf edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin  Ramazan bayramı münasibətilə yaydığı təbrikdə deyilir.
“Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır”, - təbrik mətnində deyilir.

allahsukur-pasazade-foto.jpg
WWW.YENIAVAZ.COM

“Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i Ramazan bayramı, inşallah...

 

  • Like 1
Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

“Adambaşına 10-15 manat fitrə verilməsi fətvası doğru deyil”Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunub.

Lakin Qazılar Şurasının fətvası cəmiyyətdə birmənalı qarşılanmayıb. Çünki, 4-5 ailə üzvü olan şəxsin 50-70 manat fitrə zəkatının çıxartması çoxları üçün bir qədər imkansız kimi görünür.

Bəs, əslində fitrə zəkatı nəylə və necə müəyyən edilir?

DİA.AZ bildirir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan imkanı olan hər kəsə fitrə zəkatı verməsinin vacib olduğunu bildirib:

“İmkanı olmayan şəxslərə bu vacib deyil. Fitrə zəkatın miqdarı isə şəriət hökmünə görə 3 kiloqram ərzağın qiymətində nəzərdə tutulur. Ərzaqlardan isə bura arpa, buğda, qarabaşaq, kişmiş, xurma və digər məhsullar daxildir.

Ərzaqların sayının çox olması isə o deməkdir ki, insanların seçim imkanı olsun. Yəni Azərbaycanda xurma yox, arpa, buğda və yaxud qarabaşaq yetişdirilir. Ona görə də fitrə zəkatın miqdarı 3 kiloqram buğda, 3 kiloqram qarabaşaq dəyərində müəyyən edilməlidir.

Amma xurmanın qiyməti ilə fitrə zəkat çıxartmaq doğru deyil. Məsələn, zamanında Məhəmməd peyğəmbər bir çox hallarda fitrə zəkatını 3 kiloqram buğda qiyməti ilə çıxarıb. Bu da ilin iqtisadi çətinlikləri ilə bağlı olub. Onu da nəzərə alaq ki, xurma ölkəmizə xaricdən gətirilir. Və qiyməti kifayət qədər bahadır.

Lakin, buğda və qarabaşaq ölkəmizdə yetişdirilir. Ramazan ayında da insanlar ən çox bu məhsullardan istifadə edib. Bu minvalla 3 kiloqram buğdanın qiymətində fitrə zəkatı çıxarılmalıdır.

Bu da təxminən adam başına 3 manat edir. 10-15 manat fitrə zəkatı vermək fətvası doğru deyil. Kim nəylə daha çox qidalanırsa onun qiyməti ilə fitrə zəkatı çıxartmalıdır”.

İlahiyyatçı onu da qeyd edib ki, fitrə zəkatı Ramazan ayının sonuncu günü ayrılır və bayram namazına qədər imkansız insanlara verilir:

“Sonrakı günlərdə də vermək olar. Amma bayram namazından qabaq vermək daha məqsədəuyğundur ki, imkansız şəxslər də bayram edə bilsinlər”.

WWW.DIA.AZ

 

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

QMİ-nin fitrə pulu açıqlaması narazılıq yaratdı9dd28afb44cefeb005dd6117158387cc.jpg

“Adam var “ikra” yeyir, demək, onun fitrə zəkatı adambaşına 100 manat olacaq?”

 Ramazan ayı bütün dünya müsəlmanları üçün müqəddəs aydır və İslam dinində bu ayda möminlərin oruc tutmaları, fitrə zəkat vermələri buyurulub. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında builki fitrə məbləği açıqlanıb. Belə ki, fətvada adambaşına 10-15 manat fitrə verilməsi tövsiyə olunub.

Qeyd olunub ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü - bayram axşamı şam namazından sonradır.

Bəs hər kəs göstərilən məbləğdə fitrə zəkat verməyə məcburdur? Cebhe.info-ya bu barədə danışan ilahiyyatçı Tural İrfan bildirib ki, şəxs orucluq ayı ərzində nə ilə qidalanıbsa, o qida növündən fitrə verməlidir: “Bizdə ildən-ilə anlaşılmazlıq olur. Hər dəfə yeni pul məbləği elan edirlər. Tutaq ki, adambaşına 15-20 manat yığırlar, bu da insanlarda narazılıq yaradır. Bəziləri deyir ki, buna imkanım yoxdur. Bunun tam təfsilatı da verilmir. Fitrə zəkatın mahiyyəti ondan ibarətdir ki, oruc tutan şəxs 30 gün ərzində günorta yemədiyi yeməkləri toplayıb həmin vəsaiti və ya qidaları kasıb, fəqir insanlara verməlidir. Ölçü məsələsinə qaldıqda, burada bir neçə seçim qoyulub. Xurma, kişmiş, buğda, qarabaşaq və sair ərzaq məhsulları siyahıda var. Bunun da səbəbi odur ki, o dönəmdə Ərəbistanda başqa ərzaq məhsulları yox, sadaladığım məhsullar vardı. Artıq bunu dövrümüzdə olan ərzaq məhsulları ilə əvəz edə bilərik”.

Onun sözlərinə görə, burada ziddiyyətli görünən daha başqa məsələ çəkidir: “Xurmanın 1 kiloqramı 15-17 manat, buğdanınkı isə 40-50 qəpikdir. Bunu necə müqayisə edək? Hər bir insan imkanına görə, xurmadan, buğdadan ayıra bilər. Adam var "ikra" yeyir, onun fitrə zəkatı adambaşına 100 manat olacaq. Adam da var, düyü qaynadıb yeyir, yeməyə heç nəyi yoxdur. Buna görə qiymət açıqlamaq düzgün deyil, hamı öz evində olan, öz qidalandığından fitrə verməlidir".

Tural İrfanın sözlərinə görə, ortaq məbləğ açıqlamaq düzgün deyil: “Bu, şəriətə, dinə, insanların sosial vəziyyətinə də ziddir. Məsələn, elan edirlər ki, builki fitrə adambaşına 15 manatdır. Bu, qətiyyən düzgün deyil. Adam var onun heç 3 manata imkanı çatmır, sən necə onun boynuna qoya bilərsən ki, 15 manat verməlisən?”Kimsə özünü şərəfə layiq bilmirsə, seçimində azaddır" - 27.07.2016, Sputnik  Azərbaycan

 Rəsul Mirhəşimli

Tanınmış ilahiyyatçı Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Ramazan ayının zəkatı hansı miqdarda və kimlərə verilməsi barədə din alimləri izah edir, həmçinin hər Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi bu qaydaları açıqlayır: “Fitrə zəkatının hikməti nədir? Bir deyim çox sadə dillə bunu izah edir: Sizə qalan aldığınız deyil, verdiklərinizdir. "Sevdiyinizdən infaq etmədikcə gerçək ehsan sahibi olmazsınız" - Ayənin hikməti də insana sevdiyindən ehsan etmək, ehtiyac sahiblərinə hədiyyə verməyi öyrədir. Ən gözəl ehsan sahibi də özü üçün qiymətli bildiklərindən ehtiyac sahiblərinə bağışlayandır. Fitrə zəkatını nə qədər səxavətli şəkildə versəniz, bilin ki, qazandığınız da o qədərdir".

İlahiyyatçı əlavə edir ki, Islamda bütün ibadətlər imkana bağlı olaraq həyata keçirilir: “Zəkat da imkanı olan müsəlmanlar üçün buyurulan ibadətdir. Zəkat vermək vacib ibadət olsa da, heç bir şey verməyə imkanı olmayan insanı buna məcbur edəcək ibadət deyil. Allah-Təala bəyan edir ki, biz ibadətləri sizin üçün asanlaşdırdıq. Zəkat da ibadətdir. Allahın asanlaşdırdığı ibadəti çətinləşdirmək düzgün sayılmaz.

Bəzən Fitrə zəkatı barədə açıqlama verilərkən zəkatın miqdarı milli valyuta ilə ifadə olunur. Bir çox hallarda Azərbaycanda yaşayan müsəlmanlar üçün zəkatın verilməsinin bu şəkildə ifadəsi çaşqınlıq yaradır. Bir dini hökm birtərəfli olaraq bir dövlətin milli valyutası ilə təyin edilə bilməz. Hansısa ərzaq məhsulunun dəyərinin nisbətində zəkat olaraq ölçü kimi qəbul edilir. Çünki dini hökm millət və dövlətlər üçün deyil, ümmət üçündür. Yəni sadə dildə məsələ bu şəkildə izah edilə bilər. Fitrə zəkatı 3 kiloqram arpa, buğda, kişmiş və yaxud xurmanın dəyərində verilə bilər. Bu məhsulların birinin qiymətini seçib, kimin hansı məhsulun qiymətinin üç misli həddində zəkat vermək imkanı varsa, o şəkildə verə bilər. Fitrə zəkatını verərkən bir məsələyə də xüsusi həssaslıqla yanaşmaq lazımdır. Zəkatı bayram namazından əvvəl vermək gərəkdir ki, bu zəkatı alan şəxslər də könül xoşluğu ilə bayram edə bilsinlər. Allah ehtiyac sahiblərini sevindirsin, zəkat verənlərin zəkatını qəbul etsin!"Elvüsal Məmmədov: “Əgər kimsə ruh görürsə, o insanın psixoloji cəhətdən  problemləri var” - MÜSAHİBƏ

Elvüsal Məmmədov

İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O qeyd etdi ki, fitrə zəkatı imkanı yetən kimsənin Ramazanın sonuncu günü orucunu açdıqdan növbəti gün bayram namazınadək olan müddət ərzində verdiyi sədəqə hesab olunur: “Bu müddət ərzində fitrə zəkatını verə bilməmək ehtimalı varsa, yaxud uzaq məsafədə yaşayan kimsələrə zəkat vermək niyyət edilibsə, bayramdan bir neçə gün əvvəl (çatdırılma şəraitini nəzərə almaqla Ramazanın ilk günündən, yaxud yarısından bu sədəqəni çıxmağın mümkünlüyü haqqında görüşlər mövcuddur. Amma indi dövr dəyişib, kommunikasiya və çatdırma işi sürətlənib, - bu fakt nəzərdən qaçırılmamalıdır) bu sədəqəni vermək mümkündür. Fitrə zəkatı hədisdə qeyd edilmiş məhsullardan (buğda, kişmiş, xurma, yağsız pendir) verildiyi kimi, bu məhsulların sayını artırmaq (ət, düyü, yağ, makaron...), eləcə də məhsulları pulla əvəzləmək mümkündür. İslam şəriətinin məqsədlərini nəzərə alsaq, vasitələrə deyil, məqsədə, qayəyə, hikmətə köklənsək, fitrə zəkatının pulla verilməsi daha münasibdir. Keçmişdə Həsən əl-Bəsri, Əta, Süfyan əs-Sövri, Ömər ibn Əbdüləziz, İmam Əbu Hənifə və Şeyxülislam İbn Teymiyyə, müasir dövrdə Şeyx Yusif əl-Qərdavi fitrənin pulla verilməsini bildirmişlər”.

Dosent əlavə etdi ki, fitrə zəkatının verilməsindəki əsas məqsədlərdən biri imkansızları, yoxsulları bayram sevincinə ortaq etmək, onları da sevindirmək, sosial bütövləşməni təmin etməkdir: “Yəni elə etmək lazımdır ki, yoxsul da bayramı keçirə bilsin. Üstəlik, Peyğəmbərin dövründə qidalanma pulla deyil, tədavüldə olan və asanlıqla əldə edilən məhsullarla təmin edilirdi. İnsanların daha tez qidalanmaları üçün pula deyil, hazır məhsula ehtiyacı vardı. Həmçinin əmtəəni əmtəə ilə dəyişmə faktı da o dövr haqqında daha düzgün təsəvvür yaradır. Bir sözlə, ehtiyacı ödəmək qidalarla, yeməklərlə yanaşı, pulla da mümkündür. İstəyən bayramı keçirmək üçün lazım olan ərzaq və qida məhsulları ilə, istəyən də pulla bu sədəqəni çıxa bilər”.Ceyhun Məmmədov - Deputat - Azərbaycan Respublikasının Milli Məclisi |  LinkedIn

Ceyhun Məmmədov

Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov isə bildirir ki, əgər fitrə zəkatı buğdanın qiyməti ilə hesablansa, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablansa daha baha olacaq: “Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 manat arasında dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə, bəzi İslam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra İslam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər. Hesab edirəm, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzağı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə imkansız insanlara verilməlidir”.

https://www.musavat.com/news/qmi-nin-fitre-pulu-aciqlamasi-naraziliq-yaratdi_972106.html

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası fitrə zəkatı ilə bağlı fətva verib. Qazılar Şurasının Fətvasına görə, Azərbaycanda adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

"Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır”,-fətvada deyilir.

Bəs fitrə zəkatı kimlərə verilməlidir və əsas meyarlar hansılardır? Adambaşı fitrə zəkatının 10-15 manat verilməsi mütləqdirmi?

Modern.az-ın suallarını Azərbaycan İlahiyyat İnstitunun İslamşünaslıq kafedrasının müdiri dosent Əhməd Niyazov cavablandırıb. 

O xatırladıb ki, zəkatın verilməsi ilə bağlı Qurani-Kərimdə konkret ayə var: "Qurani-Kərimin Tövbə surəsinin 60-cı ayəsində zəkat verilməli olan 8 sinif qeyd olunub. Zəkat məhz 8 kateqoriya üzrə verilməlidir. Bu sırada  kasıblar, borclular, yolda qalmışlar, Allah yolunda çalışanlar və digərləri var. Biz müsəlmanlar adətən kasıblara, ehtiyac sahiblərinə, xəstələrə, əməliyyat olunmalı olan, ancaq buna pulu çatmayanlara, borclulara zəkat verməyi prioritet götürürük. Bu şəxslərə zəkat verilməsi daha çox tövsiyə olunur".1681904260_117288646_716855362208389_4475516316523752785_n.jpg

Ə.Niyazov fitrə zəkatının kimlərə verilməməsinə də aydınlıq gətirib:

"İnsan öz atasına, anasına, nənəsinə, övladlarına, nəvəsinə, nəticəsinə, kötücəsinə zəkat verə bilməz. Çünki eyni ailə içərisində yaşayan bu şəxslərin bütün ehtiyaclarını təmin etməklə vəzifəlidir. Ancaq uzaq və ikinci dərəcəli sayılan qohumlara fitrə zəkatı verilə bilər".

Bir nəfər üçün fitrə zəkatının məbləğini necə hesablamaq olar?

Kafedra müdiri suala cavabında deyib: "Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər il fitrənin miqdarını açıqlayır və insanlar ona uyğun olaraq zəkatlarını verirlər. Fitrənin hesablanması məsələsində bir üsul var. Belə ki,  fitrə hesablanarkən müsəlmanın səhər və axşam yeməyinin ümumi qiymətinin ortalaması götürülür. Müsəlmanın səhər qəbul etdiyi qidanın qiyməti ilə axşam yediklərinin qiyməti toplanır. Bu gün bir nəfərin səhər və axşam yeyəcəyinin ortalama qiyməti əlbəttə 10 manatdan başlayır. Bu bəzən mətbəxə görə dəyişərsə, müsəlmanın özünün də dəyərləndirəcəyi qiymət ola bilər. Ancaq QMİ-nin bunu ümumi dəyər üzərindən hesablayaraq açıqlaması daha münasibdir".

Dinə inanmayanlar da zəkat verməlidir? 

"Müsəlman olmayanlara fitrə zəkatı verilməsi vacib deyil. Çünki zəkat vermək ibadətdir. İbadət ancaq müsəlmana şərtdir. Zəkat vermək üçün müsəlman olmaq, həddi-büluğ yaşına çatmaq və zəkat verəcək qədər mala sahib olmaq lazımdır. Bu şərtlər özündə cəmləşməyən şəxslərə zəkat düşmür".

Qeyd edək ki, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır.

9904389314625056427.png
TURKUSTAN.AZ

Bu şəxslərə fitrə zəkatı VERMƏYİN!, GÜNDƏM XƏBƏRLƏRİ, GÜNDƏM XEBERLERİ

 

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

Qafqaz Müsəlmanlar İdarəsi Qazılar Şurasının fətvasına görə, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı verilməsi tövsiyə olunur. Bəs Azərbaycanda hər kəs qeyd edilən məbləğdə fitrə zəkat ödəyə bilibmi?

Link to comment
Share on other sites

Wolfy

Наверное всех судят по своим заработкам, точнее нахапаниям. 

  • Like 2
Link to comment
Share on other sites

Sör-Söhbet/Müzakire
22.04.2023 в 07:05, Wolfy сказал:

Наверное всех судят по своим заработкам, точнее нахапаниям. 

вообще какого фига народ должен фитра садагасы давать ???

  • Like 1
Link to comment
Share on other sites

Wolfy
22.04.2023 в 08:11, Sör-Söhbet/Müzakire сказал:

вообще какого фига народ должен фитра садагасы давать ???

Не знаю,я вообще не понимаю, что эта иранофилская роде делает до сих пор в УМК. Нийя бир йолуну тапыб буну рядд елямяйбляр. Мясчидлярдя йыгылан нязирпулларыны ирана гондяряни нийя хяля дя йериндя сахлайыблар, мяня чатмыр дааа.

  • Like 2
Link to comment
Share on other sites

mokko.rocco

Kimin nəyə imkanı çatıb onu da verib. Hoqqa çıxartmasınlar

  • Like 2
Link to comment
Share on other sites

Nasta
22.04.2023 в 08:34, Wolfy сказал:

Не знаю,я вообще не понимаю, что эта иранофилская роде делает до сих пор в УМК. Нийя бир йолуну тапыб буну рядд елямяйбляр. Мясчидлярдя йыгылан нязирпулларыны ирана гондяряни нийя хяля дя йериндя сахлайыблар, мяня чатмыр дааа.

Поэтому нужно фитря пулу и не только не сдавать в мечеть, а отдавать конкретным нуждающимся  людям. Почему, да потому что для мулл это халявные доходы, прямо вечный праздник.  

  • Like 2
Link to comment
Share on other sites

Wolfy
22.04.2023 в 09:04, Nasta сказал:

Поэтому нужно фитря пулу и не только не сдавать в мечеть, а отдавать конкретным нуждающимся  людям. Почему, да потому что для мулл это халявные доходы, прямо вечный праздник.  

 Моя мама и знакомые так и делают. Я маме еще несколько лет назад сказала, что мяним пулумдан 1 гяпийи дя мясчидлярдяки нязиргутусуна вермясин, халаллыгыны вермирям. Она тогда с каким то туром на зийарятляр ездила, сказала, чтобы я дала денежку. Пока этот пялтяй будет управлять мечетями я туда даже непригодную для использования вещь не отдам. То же самое с попрошайками, так как их заработки идут на их крышевателей. 

  • Like 5
Link to comment
Share on other sites

Nasta
22.04.2023 в 09:12, Wolfy сказал:

 Моя мама и знакомые так и делают. Я маме еще несколько лет назад сказала, что мяним пулумдан 1 гяпийи дя мясчидлярдяки нязиргутусуна вермясин, халаллыгыны вермирям. Она тогда с каким то туром на зийарятляр ездила, сказала, чтобы я дала денежку. Пока этот пялтяй будет управлять мечетями я туда даже непригодную для использования вещь не отдам. То же самое с попрошайками, так как их заработки идут на их крышевателей. 

Аналогично. Мало того, с моей реальной средней зарплаты снимают всякие налоги, а эти манипуляторы растут вширь. 

  • Like 1
Link to comment
Share on other sites

Cherry5

Мы уже не светское государство??

  • Haha 1
Link to comment
Share on other sites

hanter

Отдаём соседу у него брат инвалид роботать не может,уже много лет

  • Like 3
Link to comment
Share on other sites

Sorrel

10-15 манат с человека для многих это большая сумма, если учесть, что  фитре выносят не только богачи. 

  • Like 2
Link to comment
Share on other sites

Undina

цена 3кг пшеницы минимум. Реально нет возможности,не давайте, если это во вред вашему карману.Ваш Создатель и так знает, что к чему.

Edited by Undina
  • Like 2
Link to comment
Share on other sites

Эстер

Фитре пулу кажется растет согласно росту средней зарплаты.

Link to comment
Share on other sites

Werty
22.04.2023 в 13:09, Эстер сказал:

Фитре пулу кажется растет согласно росту средней зарплаты.


И привязана к курсу американского доллара )

  • Haha 1
Link to comment
Share on other sites

Jas mine

Такое впечатление , что сумма взята с балды , кто то так посчитал более уместным , типа округлил для точности )

Надо исходить из того , что самый дешёвый сегодня продук - это мука , которая в среднем стоит 1 манат. Если исходить из расчета 3 кг муки на человека , то выходит , что минимум должен быть 3 маната , хотя все индивидуально , можно посчитать по цене трёх кг мекканской хурмы , что составит 60 -70 манат . 
Для объективности нужно указывать минимум , а максимум каждый сам посчитает 

  • Like 1
Link to comment
Share on other sites

muslim_baku
On 4/22/2023 at 11:09 AM, Undina said:

цена 3кг пшеницы минимум. Реально нет возможности,не давайте, если это во вред вашему карману.Ваш Создатель и так знает, что к чему.

Со слов Ибн 'Аббаса сообщается, что Посланник Аллаха ﷺ сказал: "Давайте закят аль-Фитр в виде одного са' еды". Абу Ну'айм 3/262, аль-Байхакъи 4/167. Хадис достоверный. См. "Сахих аль-джами'" 282.
Закят аль-Фитр следует давать в виде одного са' продуктов питания. Один са' равен четырем муддам, а один мудд - это то, что помещается в две соединенные ладони. См. "Маусу'атуль-фикъхия" 3/163.
Объем одного са' приблизительно соответствует объему пшеницы в 3 кг, как сказал это шейх Ибн Баз. В зависимости от разновидности продуктов его вес может быть различным. Так, напри-мер, объем ячменя в один са', будет весить меньше, чем 3 кг, тогда как рис или творог объемом в один са' может весить чуть больше, чем 3 кг. Тому, кто желает выплатить точный Фитр в один са', следует определить объем продуктов, равный весу пшеницы в 2,040 кг, о чем говорил шейх Ибн 'Усаймин в "Шархуль-мумти'".

  • Like 1
Link to comment
Share on other sites

muslim_baku
On 4/22/2023 at 1:57 PM, Jas mine said:

Такое впечатление , что сумма взята с балды , кто то так посчитал более уместным , типа округлил для точности )

Надо исходить из того , что самый дешёвый сегодня продук - это мука , которая в среднем стоит 1 манат. Если исходить из расчета 3 кг муки на человека , то выходит , что минимум должен быть 3 маната , хотя все индивидуально , можно посчитать по цене трёх кг мекканской хурмы , что составит 60 -70 манат . 
Для объективности нужно указывать минимум , а максимум каждый сам посчитает 

в среднем берется рассчет на человека 2,5-3 кг сыпучишь продуктов, это может быть как мука ,так и рис,макароны,гречка,булгур,мярчи а также продукты которые широко расспространнены в той местности где вы живете, например можно и хурму,творог,изюм тоже положить

 

выплачивают ее те у кого есть возможность, ценовая политика тут не играет никоакой роли , ваш закят может быть как 10 азн ,так и 100 манат все зависит от вас

 

у нас тут собрали в район неимущим семьеям с человека по 5 азн скажем, т.е собрали деньгами но потом закупили продукты и раздали , так как по сунне пришло раздавать продуктами.

Edited by muslim_baku
  • Like 1
Link to comment
Share on other sites

Jas mine
22.04.2023 в 14:22, muslim_baku сказал:

в среднем берется рассчет на человека 2,5-3 кг сыпучишь продуктов, это может быть как мука ,так и рис,макароны,гречка,булгур,мярчи а также продукты которые широко расспространнены в той местности где вы живете, например можно и хурму,творог,изюм тоже положить

 

выплачивают ее те у кого есть возможность, ценовая политика тут не играет никоакой роли , ваш закят может быть как 10 азн ,так и 100 манат все зависит от вас

 

у нас тут собрали в район неимущим семьеям с человека по 5 азн скажем, т.е собрали деньгами но потом закупили продукты и раздали , так как по сунне пришло раздавать продуктами.

Поэтому , цифры в 10-15 манат изначально вводят в заблуждение и оттталкивают желающих выплатить фитре . И также есть строе предписание , что выплату надо сделать в продуктах и  до байрам намазы , о чем многие также не знают или руководствуются  чьим то необоснованными высказываниями   по этой теме. 

  • Like 1
Link to comment
Share on other sites

Bordertown
On 4/22/2023 at 1:42 AM, Cherry5 said:

Мы уже не светское государство??

Это они для верующих людей установили. Другие же все равно не платят.  Какая разница сколько не платить.

Link to comment
Share on other sites

Эстер
22.04.2023 в 13:33, Werty сказал:


И привязана к курсу американского доллара )

 

Он как раз таки стабилен в отличии от фитре пулу, которая зависит от инфляции, ВВП, платежного баланса и настроения Аллахшюкюра.))

Link to comment
Share on other sites

Abbasov J.

И какого чёрта нам нужно знать, что назвездел этот ублюдочный афтафил Чаггалшюкюр? 

Если хочет, пускай хоть свои трусы снимет и отдаст кому хочет, а свои шизофренические советы завернёт в трубочку и засунет в свой ядерный саквояж. 

  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   3 Members, 7 Anonymous, 23 Guests (See full list)

    • +Dex
    • +ESPN
    • +Spirt
×
×
  • Create New...

Important Information

Terms and Conditions