Jump to content
Baku365.com

Ucar sakinləri acınacaqlı vəziyyətdə: “Qurbağaların səsi götürür aləmi”


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Ucarda kanalizasiya ilə bağlı problem yaşanır. Rayonun Azərbaycan, Mirzə Fətəli Axundov, Nizami və bir neçə mərkəzi küçəsinin sakinləri uzun müddətdir ki, yaşanan kanalizasiya problemindən şikayətçidirlər. Sakinlər deyir ki, Ucar rayonunda kanalizasiya sistemi qurulanda çox seviniblər. Güman ediblər ki, onların da kanalizasiya dərdində çarə tapılacaq. Amma heç də gözlədikləri kimi olmayıb. Uzun müddətdir ki, rayon mərkəzinə kanalizasiya sistemi qurulsa da küçələrin kanalizasiyası ana xəttə qoşulmayıb. Qoşulan xətlərdə də borulardan istifadə edilməyib. Çirkab sular yerüstü ərazidən aparıldığından və vaxtında təmizlənmədiyindən çox acınacaqlı vəziyyət yaranıb. Sakinlərin ən böyük qorxusu qarşıdakı qızmar yay günlərində bir-on artacaq olan üfunət iyi ilə yaşamağa davam etmək məcburiyyətində qalmaqlarındandır. Yay aylarında burda nəfəs almaq belə mümkün olmur. Camaat deyir ki, imkanı olan şəxslər məhz bu üfunət iyi səbəbindən yay aylarında evlərini tərk edib, yaxın qohumlarının evlərinə köçürlər. Şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəsi Abdulla İbrahimov şifahi olaraq bildirdi ki, adı çəkilən küçədəki vəziyyətdən xəbərdardırlar: “Sakinlər də haqlı olaraq narazılıq edirlər. Artıq rayonun bir çox küçələrində kanalizasiyaların təmizlənməsinə başlanılıb. Təxminən 10 gün müddətinə adı çəkilən küçələr də daxil olmaqla bütün kanalizasiyalar təmizlənəcək”- deyə, icra nümayəndəsi qeyd edib.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   6 Members, 5 Anonymous, 101 Guests (See full list)

    • +Sirius191
    • +Bordertown
    • +TruePick
    • +Tipsgeek
    • +Dex
    • +Рюзаки
×
×
  • Create New...

Important Information

Terms and Conditions