Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Hər şeirindən sonra yolu polisdən keçən 21 pişikli şair


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Misralarında insanların sosial və siyasi problemlərinə toxunan şair İbrahim Xudai Salyanda peşə liseyinin yataqxanasında yaşayır. Satirik şair şeirlərində sadə insanları qayğılandıran problemləri bəzən polisə düşmək bahasına yazır. Elə özü də qələmə aldığı həyatı yaşayır. 98 manat əmək haqqı ilə yaşıllaşdırma idarəsində fəhlə kimi çalışır. “Heç bilmirəm necə dolanmalıyam. Necə dolanıram? Ayda 98 manatla artıq 4 cü ildir ki , dolanıram. Yəqin ki , ayda 98 manat, hamamı, ayaqyolusu, qazı, suyu olmayan biri üçün, eyni zaman da sosial biri üçün 98 manat hər halda “zubaçistka”- filan puludur. Şair Xudainin ilk şeirini yazması ilə bağlı sarsıdıcı hekayəsi var. "Həyatımın ən ağır travması, elə ən ağır şillə ilə başlayıb. Mən bunu istəmirəm bir az dilə gətirim. Biz 95-ci ildə tək yaşayırdıq, qardaşım təzə dünyaya gəlmişdi. Atam bizi Çuxanlı kəndində taxta evlərə aparmışdı. Ayda bir-iki dəfə gəlirdi. 1 km aralıda hərbi hissə var idi, tabor deyək. Günlərin bir günü gecə saat 2-yə işləyib, - anam hər gün barmaqlarını təbaşir kimi havada oynada oynada hərf öyrədirdi - birdən guppultu gəldi, anam digər otağa keçdi. Pəncərənin şüşəsi yox idi, oraya karton vurulmuşdu. Anam elə çıxan kimi geri-geri gəlməyə başladı. Əvvəl anamı gördüm, sonra bir bıçaq boğazında, sonra bir əl. Əlin sahibi hərbçi idi bilmirəm, indi uşağam, əsgərdi, ya zabitdi, bıçağı dirəyib anamın hulqumuna ki, bəs soyun. Üzr istəyirəm, yatağın altında uşaq üçün "karşok" var idi, onun qapağı ilə cumdum adama, o da ovucu ilə vurdu məni. Elə bir iki addım atıb yıxılıb yerdə qalmışdım. Bir də iki gün sonra oyanmışdım. Elə ilk şeirim də bu travma aldığım ərəfələrə rast gəlir. Bilmirəm onunla nə qədər əlaqəlidir. “Oğlum getdi hərbiyə düşməni öldürməyə, Qayıdacaq sağ-salamat, Qoy vətən olsun abad". Şair yaşadığı bu bir otaqda sahibsiz pişiklərə qucaq açıb. Deyir ki, ona mənəvi rahatlıq verən, pislik etməyən tək varlıq pişiklərdir. “Elə 1-2 yaralı pişik götürüb gəlirdim. Sonradan bunlar çoxalmağa başladı. 21 pişik oldu, mən də kiçik bir otağda, heç bir şəraitim yox, qalmışam 21 pişiklə. Ona görə qonşularla bir az problemlər yaşadım. Bəs onlar dəhlizi bulaşdırır, onların iyi gəlir… Mən pişiklərdən əl çəkə bilmirəm. Keçən il kirayə ev tutub çıxdım burdan, orada da ev yiyəsi dedi pişik olmaz”. Şair deyir ki, astma, bronxit və qaraciyər xəstəliklərindən əziyyət çəkir. İndiki qazancı ilə dərmanlarının yarısını belə ala bilmir. “Əvvəl nəyə imkanım çatırsa, alıram. “Məsələn, 8 dərman almalıyamsa, 2 dənə dərman alıram, elə bilirəm hamısını almışam. Elə də özümü aparıram, guya bütün hamısı yerindədir, müalicə qaydasında gedir. 2 dənə dərmanla digər 6 dərmanı psixoloji əvəz etməyə başlayıram”. Satirik şair ötən il Mehriban Əliyevanın ad günündə yazdığı şeirdən sonra polisə çağırılıb, onunla profilaktik söhbət aparılıb. O, səsləndirdiyi şeirində satirik tərzdə Mehriban Əliyevanın ad gününü təbrik edib.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   34 Members, 22 Anonymous, 49 Guests (See full list)

    • Norarosa
    • +Buritas
    • +Nazul
    • +Grisbi
    • +W0lf
    • +telefonist
    • +Эхо
    • navy
    • +Джо Дассен
    • +Чёрный подснежник
    • eigen
    • +Mymimika
    • +ul_TIMA_tum
    • +Miranda
    • +STOIC
    • +invariant
    • +Leysan
    • +Чилийский диктатор
    • +Manneken Pis
    • +QRFRA
    • +Риночка
    • +Wolfy
    • +Гамлет
    • +Pashayev
    • +Mechta2020
    • +BaltaEtibar
    • +Protitip
    • +Agriae
    • Caldogno
    • +Shvabodniy
    • +Spirt
    • +vugel
    • +monarflex
    • Xazar
×
×
  • Create New...

Important Information

Terms and Conditions