Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

"Uşaqlarım üçün tək mücadilə edəcəkdimsə, Rahib niyə şəhid oldu?"


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

aygun-babayeva-sehid-yoldasi.jpgŞəhid mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva: "Əgər mən bu gün uşaqlarım üçün təkbaşıma mücadilə edəcəkdimsə niyə həyat yoldaşım hamı üçün canından keçirdi?! Rahib şəhid olanda Əli 1 yaş 8 aylıq idi, danışa bilmirdi heç. Böyüdükcə gözünün birinin də görmədiyini öyrəndim. Bu gün Əli üçün döydüyüm dövlət qurumunun qapıları bizim üzümüzə bağlanacaqdısa, niyə mənim körpəm atasız qaldı onda?! Siz şəhid övladlarına bu cürmü dəstək olursunuz? Ən çox elə bu körpə uşaqların yaxşı məktəblərdə, bağçalarda oxumaq haqqı var. Axı bizi dövlətə əmanət edib həyat yoldaşım. Biz bu qədər kasıb dövlətdə yaşayırıq ki, bir uşağın təhsil haqqını qarşılaya bilmir? Axı ən önəmli, vacib təhsil idi. İndi nə oldu, daha 1 il keçdi deyə uşaqların atası geri qayıtdı ki, baxmırsınız? Artıq buradan müraciət edirəm dövlət başçısına. Çünki məktublarımıza baxılmır. Qəbullarda da bizi yola verirlər. İş istəyirik, vermirlər, ev istəyirik, vermirlər. Uşağımı bağçaya yazdırmışam, onun da ödənişini heç bir dövlət qurumu həll etmir. Nə edək indi biz?”. Mayor Rahib Babayev 44 günlük Qarabağ müharibəsi zamanı atılan artilleriya mərmisindən ağır yaralanıb və 2020-ci il sentyabrın 20-də şəhid olub. Oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif olunub. YAŞAT Fondundan verilən məlumata görə şəhid Rahib Bəxtiyar oğlu Babayevin ailəsi mütəmadi olaraq Fondun diqqət mərkəzindədir. Məlumata görə mayorun həyat yoldaşı Aygün Babayevanın müraciəti əsasında məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 10 000 AZN vəsait onun bank hesabına köçürüldüyü deyilir. Məlumatda bildirilir ki, şəhidin övladları İbrahim Babazadə və Mələk Babayevanın 2021-ci ildən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində təhsil almaları Fond tərəfindən təmin olunur. Aygün Babayeva isə qızının təhsil haqqının təmin olunması məlumatını təkzib edib, onu yalandan yola verib göndərdiklərini iddia edib.

aygun-babayeva-sehid-yoldasi.jpg
WWW.YENIAVAZ.COM

“Əgər mən bu gün uşaqlarım üçün təkbaşıma mücadilə edəcəkdimsə, niyə həyat yoldaşım hamı üçün canından keçirdi?!”.Yeniavaz.com xəbər verir...

 

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   8 Members, 7 Anonymous, 22 Guests (See full list)

    • Caldogno
    • +usseyn
    • +Tipsgeek
    • +W0lf
    • +Pups.
    • +S.T.A.L.K.E.R
    • +Liya1101
    • +Риночка
×
×
  • Create New...

Important Information

Terms and Conditions