Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Görün bizə ət adı ilə satılan əslində nə imiş


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Marketlərdə bişirilməsi daha praktik olan qiymə normal ətdən 20-25% ucuz satılır. Bu da alıcıların ciddi narahatlığına səbəb olur. Sual yaranır, qiymənin tərkibi təmiz ətdirsə, niyə ətdən bu qədər ucuzdur? Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qiymə ilə bağlı çox sayda şikayət var. Onun sözlərinə görə, qiymənin tərkibinə heyvanın digər orqanlarını, aldadıcı olması üçün isə müxtəlif ədviyyatlar, dadlandırıcı, rəngləndirici maddələr qatırlar. Eyyub Hüseynovun sözlərinə görə, alıcılar marketdən ət aldıqda onun qiymə halına salınmasını istəyirlər. Lakin ət maşınından gün ərzində bir neçə dəfə ət çəkilir. O tövsiyə edib ki, alıcılar ət maşınının bir neçə dəqiqə işlək qalmasını xahiş etsinlər. Belə olduqda, maşının içərisində öncədən yığılanlar təmizlənəcək və müştəri də qiymənin tərkibini görəcək. Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova isə heyvan ətindən insanlara qidalanma yolu ilə bəzi xəstəliklərin keçdiyini bildirib. Məsələyə aydınlıq gətirməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə müraciət etdik. Qurumdan bildirildi ki, ətin heyvanın hansı hissəsindən əldə olunmasına görə qiymətinin fərqlilik göstərməsi təcrübədə qarşılaşıla biləcək haldır. Qiymə də heyvanın nisbətən ucuz hissələrindən əldə olunan və sümüklərdən mexaniki yolla ayrılmış ətlərdən, eyni zamanda heyvan yağından hazırlandığı üçün heyvanların digər hissələrindən əldə olunmuş ətlərlə müqayisədə ucuz olması anlaşılandır. Ət və ət məhsulları yüksək risk daşıyan məhsullar olduğundan Agentlik tərəfindən bu sahədə mütəmadi olaraq nəzarət tənzimləmə tədbirləri həyata keçirilir. Əgər istehlakçılarda bu kimi məhsulların təhlükəsizliyinə hər hansı şübhə yaranarsa, bu barədə Agentliyin 1003 Çağrı Mərkəzinə məlumat vermələri xahiş olunur.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   19 Members, 19 Anonymous, 40 Guests (See full list)

    • +Пчела Майя
    • Arzu777
    • +Риночка
    • +DigitalFilms
    • +Agriae
    • +Pups.
    • +Crocoos
    • +Рюзаки
    • firerooster81
    • +QRFRA
    • +Золушка1935
    • Caldogno
    • +Вредный Крыс
    • +Rufikbakinec
    • +Wolfy
    • +Sorrel
    • +Manneken Pis
    • +Светлый путь
    • +Buritas
×
×
  • Create New...

Important Information

Terms and Conditions