Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Əlillik dərəcəsi niyə kütləvi ləğv olunur?


Zlaw

Recommended Posts

Zlaw

Əlillik dərəcəsi niyə kütləvi ləğv olunur? - "Komissiya müxtəlif vasitələrlə...

"Təxminən 4 il ərzində 250 mindən yuxarı əlillik dərəcəsi ləvğ edilib. Bu səbəbdən pensiyaçıların sayı azalır”.

 

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ölkədə pensiyaçıların sayının azalmasından danışarkən deyib. 

 

Ekspert bildirib ki, hazırda əlilliklə pensiyaya çıxmaq çətinləşir:

 

"Çox ciddi bariyerlər qurulub. Sosial şəbəkələrdən, mətbuatdan görürük ki, hətta 44 günlük müharibədə əlil olan şəxslərin əlilliyi çox çətinliklə təsdiqlənir. Bu vətəndaş hüquqlarının pozulmasıdır. İstər müharibə iştirakçısı olsun, istərsə də adi vətəndaş, əgər əlildirsə, heç bir maneə olmadan əlilliyi təsdiq edilməlidir”. 

 

Akif Nəsirli qeyd edib ki, vətəndaşlar yaş həddi çatdıqda mütləq pensiyaya çıxır: 

 

"Bunun qarşısını heç kim ala bilməz. Yaşı tamam olan vətəndaşlar ya əmək pensiyası alır, ya da sosial müavinət. Sığorta kapitalı və əmək ştajı buna imkan verirsə əmək pensiyasını alır, yox əgər satjı və sığorta kapitalı buna imkan vermirsə, o, sosial müavinat alır, yəni 220 manat. Burada pensiyaçıların sayının azalmasına təsir edən bir amil var, o da pensiya yaşının 2017-ci il iyul tarixində qadınlar və kişilərin 65 yaşa çatdırılmasıdır. Ondan əvvəl kişilər 63, qadınlar isə 60 yaşında pensiyaya çıxırdı. Artıq kişilərin pensiya yaşı iki il uzadılıb. Qadınlar isə 60 yaşda pensiyaya çıxırdılarsa, indi hər il 6 ay onların pensiya yaşı uzadılır. Hazırda qadınlar 63 yaş yarımda pensiyaya çıxırlar”.

 

Ekspert 2027-ci ildə qadınların da artıq 65 yaşdan pensiyaya çıxacağını vurğulayıb: 

 

"Yaşla bağlı olan pensiyaçıların pensiyaya çıxması vəziyyəti belədir. Pensiya yaşının uzadılmasına görə pensiyaya çıxanların sayı azalır. İkinci bir tərəfdən, məlumatda 23%-i əlilliyə görə göstərilib. Pensiyaçıların azalmasının əsas səbəbi bu seqmentin üzərinə düşür. Yəni, əlilliyə görə pensiya alanların sayı son 3-4 ildə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təyin edildikdən sonra kəskin şəkildə azalıb. Kütləvi şəkildə komissiya vaxtı çatan bütün pensiyaçıların pensiya verilməsi dayandırılıb, əlilliyi ləvğ edilir, komissiya müxtəlif vasitələrlə əlillərin yenidən əlillik müddətinin uzadılmasını təmin etmirlər. Bunlardan bəziləri bəhanədir, amma bəziləri də müxtəlif yollarla əlillik dərəcələri formalaşdırılmışdı. Artıq onları aradan qaldırıblar”. 

 

Akif Nəsirli "saxta əlillik ovu” altında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həm də real əlillərin pensiyalarını dayandırmışdı: 

 

"Hələ elələri var ki, onu bərpa edə bilmir. Mənim tanıdığım onlarla adam var ki, bu adamlar doğrudan da əlildir. Onlar heç cür əlilliklərini bərpa edə bilmirlər”. 

 

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. 

Link to comment
Share on other sites

Birdman
On 8/30/2023 at 11:48 AM, Zlaw said:

"Çox ciddi bariyerlər qurulub. Sosial şəbəkələrdən, mətbuatdan görürük ki, hətta 44 günlük müharibədə əlil olan şəxslərin əlilliyi çox çətinliklə təsdiqlənir. Bu vətəndaş hüquqlarının pozulmasıdır. İstər müharibə iştirakçısı olsun, istərsə də adi vətəndaş, əgər əlildirsə, heç bir maneə olmadan əlilliyi təsdiq edilməlidir

После этого иди и воюй за нас говорят...и ноги теряешь, и пенсию не дают и девушки богатых хотят...

Link to comment
Share on other sites

Zlaw
30.08.2023 в 15:28, Birdman сказал:

После этого иди и воюй за нас говорят...и ноги теряешь, и пенсию не дают 

тут несколько причин..

1. бюрократия..нужно слишком бумаг собрать с различных инстанций

2. одно время, в бытность прошлом министра соц обеспечения, многие дав взятки сделали себе фальшивые удостоверения, пришел Сахиль, устроил массовые проверки и выяснилось, что огромное количество выданных удостоверений на инвалидность не имеют под собой никаких законных оснований.

 

  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   10 Members, 11 Anonymous, 28 Guests (See full list)

    • +W0lf
    • +El Mirage
    • Caldogno
    • +Spirt
    • +Martinika
    • +usseyn
    • +Mr. TANNER
    • +Razin
    • +АнтиФейк
    • +Джема
×
×
  • Create New...

Important Information

Terms and Conditions