Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Azərbaycanda pensiyaçıların sayı niyə azalıb?


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

pensiya.jpg

 

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.


Ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı isə 5,4 faiz azalıb. Yəni, ötən ilin iyul ayında Azərbaycanda pensiya alanların sayı daha çox idi. Pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri əlilliyə görə pensiya alanların sayında qeydə alınan iki rəqəmli düşüşdür”.


Yeniavaz.com xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
“Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlər ilə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərmişdir. Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da azalma qeydə alınıb: 9,7 faiz.

 

Bütün bunlar ilə yanaşı, DSMF-in məlumatına görə, həmin dövrə yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb. Bu yaşa görə pensiya alanların sayında kiçik də olsa artımın qeydə alınması anlamına gəlir. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.


Qeyd edək ki, pensiya islahatları çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə, minimum kapital yığımı ilə yanaşı orta həddin müəyyənləşdirilərək kaptialın həcmindən asılı olaraq daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi, pensiya kapitalının bir hissəsinin vərəsəyə transfer olunması hallarının müəyyənləşdirilməsi, qadın pensiyaçıların pensiya kapitalının xüsusi əmsala vurularaq artırılması kimi təkliflərimizi təqdim etmişik”, - V.Bayramov qeyd edib.

 

pensiya.jpg
WWW.YENIAVAZ.COM

“Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul traixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub...

 

Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

Улыбательные картинки и тексты

  • Like 2
Link to comment
Share on other sites

Venseremos

Народ оказался чересчур живучим.

  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   6 Members, 13 Anonymous, 21 Guests (See full list)

    • +Царь
    • +Astreya
    • +Buritas
    • +W0lf
    • +Azeri365
    • +usseyn
×
×
  • Create New...

Important Information

Terms and Conditions