Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

“O dövrdə pionerlər var idi” – Bəs indi? - DƏRNƏK ARAŞDIRMASI


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Orta təhsil müəssisələrində fəaliyyət göstərən müxtəlif dərnəklərin şagirdlərin sosial aktivliyində rolu böyükdür. Dərnəklərin fəaliyyətində əsas məqsəd şagirdlərin hərtərəfli və asudə vaxtlarının düzgün dəyərləndirilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsidir. Bəs yaxşı, hazırda dərnəklərdəki vəziyyət necədir? Dərnəklər, ümumiyyətlə, fəaliyyət göstərirmi? Vəziyyəti öyrənmək üçün suallarımızı əvvəlcə valideyn və şagirdlərə yönəltdik. Sorğudan da görünür ki, məktəblərin bəzilərində dərnəklər fəaliyyət göstərsə də, bu, bəzi təhsil müəssisələrində formal xarakter daşıyır. Yəni adı var özü yox. Başqa bir problem ondan ibartətdir ki, bəzi dərnəklərin ziyarətçisi olmasa da, yəni şagirdlər dərnəyə baş çəkməsə də, orada müəllim ştatı var və nədənsə həmin pedaqoq maaş alır. Halbuki heç bir məktəbli üçün zərrə qədər faydalı iş görmür. Düzü, son vaxtlar heç valideynlər də məktəbli olan övladlarını dərnəklərə aparmırlar. Bu isə şagirdlərin müəyyən bacarıqları daha tez mənimsəməsini yubadır. Son dövrlər dərnəklərin fəaliyyətinin qənaətbəxş olmadığınının müxtəlif səbəbləri var. Dərnəklərin fəaliyyətində nəzarət mexanizmi də olmalıdır. Öncəki illərlə müqayisə etsək, əvvəllər şagirdlərin dərnəklərdə iştirakı mütləq idi. Ancaq repetitor yanına gedən şagirdlər və onların valideynləri bilməlidirlər ki, şagirdlər və tələbələr bir istiqamətdə inkişaf edirlər, onların məntiqi təfəkkürü, eyni zamanda idmana, incəsənətə marağı dar çərçivədə olur. Məktəblərdə dərnəklərin hazırki vəziyyəti, fəaliyyəti, şagirdlərin bu istiqamətə cəlbi istiqamətində layihənin olub-olmadığın Elm və Təhsil Nazirliyindən soruşduq. Nazirliyə başqa sual ünvanlasaq da, onlar cavabda bizi dərnəklərin mahiyyəti barədə məlumatlandırmağa çalışdılar. Yəni qabartdığımız problemin həlli yönündə iş görüb-görmədikləri sirr olaraq qaldı. Hər nə isə... Qeyd edək ki, ümumi təhsil müəssisəsində dərnəklər dövlət büdcəsinin vəsaiti hesabına, eləcə də ödənişli və ictimai əsaslarla təşkil oluna bilər. Təbii ki heç bir şagirdi hər hansı bir şahmat, rəqs və s. kimi fəaliyyətlərə məcbur etmək olmaz. Bu hər kəsin azad seçimidir. Mütəxəssislərin fikrincə, təhsil sistemi elə qurulmalıdır ki, dərnəklərdə də valideynlərin, şagirdlərin geniş və azad seçim fürsəti yaransın.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   3 Members, 7 Anonymous, 23 Guests (See full list)

    • +Dex
    • +ESPN
    • +Spirt
×
×
  • Create New...

Important Information

Terms and Conditions