Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Özünüməşğulluq proqramından imtina edən qaziyə niyə sosial yardım vermirlər?


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Vətən müharibəsində Cəbrayıl, Füzuli, Xocavənd və Şuşa uğrunda döyüşlərdə iştirak edən, Saatlının Əliabad kənd sakini, 34 yaşlı qazi Rauf Ağayev sosial vəziyyətindən narazıdır. Qazimiz deyir ki, özünüməşğulluq üçün müraciət edir, əmək qabiliyyəti yoxdur deyə, imtina edirlər, sosial yardım üçün müraciət edəndə isə həyat yoldaşının işləmədiyini əsas gətirib, yardım ala bilməyəcəyini deyirlər. Rauf Ağayev döyüşlərə sentyabrın 27-də qatılıb. Cəbrayıl, Füzuli və Xocavənddən sonra Şuşa döyüşlərinə qatılan Rauf noyabrın 2-də artilleriya mərmisinin zərbəsindən qapalı kəllə-beyin travması alıb. Hospitalda müalicələrdən sonra ordu sıralarından tərxis olunub. Aldığı xəsarətlər onun sağlamlığına ciddi təsir edib və ona 3-cü qrup əlillik dərəcəsi verilib. 150 manat əlilliyə görə, 330 manat prezident təqaüdü alır. Müharibə onun danışığında ciddi izlər buraxıb. Hazırda başında ağrılar olur, əsəblərinə sahib ola bilmir, əlləri əsir, yerişində çətinliklər var. Bu günə kimi psixotrop dərmanlar qəbul edən qazimiz bildirir ki, dərmanlar ona pulsuz verilsə də, tez-tez müalicə müəssisələrinə getməyə çox xərci çıxır. İki şagird atası olan Rauf Ağayev deyir ki, 4 nəfərlik ailənin xərclərini yeganə gəlir mənbəyi olan 480 manatla qarşılamaq çətindir. Elə bu səbəblə də özünüməşğulluq proqramına yazılıb və təlimlərdə iştirak edib. Adına avadanlıq da göndərilib. Lakin sonra Saatlı Məşğulluq İdarəsindən imtina gəlib, bildiriblər ki, o, əmək qabiliyyətli deyil. Sosial yardım üçün etdiyi müraciəti də həyat yoldaşı işləmədiyi üçün yaxşı nəticələnməyib. Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan regional filialına müraciət etdik. Qurumun müdir müavini Nəsimi Musayev bildirdi ki, qazi sosial yardım almaq üçün öz ərizəsi ilə özünüməşğulluq proqramından imtina edib. Bəli, qurum rəsmisinin cavabı belə oldu. Bəs görəsən imtina edəcəkdisə, vətəndaş niyə bu qədər get-gələ düşüb? Qazimiz iddia edir ki, ona sosial yardım veriləcəyini vəd etdikləri üçün özünəməşğulluq proqramından imtina edib. Bax belə... Kiçik araşdırmamızdan məlum oldu ki, qazimiz 702 manat 83 qəpik müavinət alsa da, bu rəqəmi bilərəkdən 480 manat kimi təqdim edib. Bu da insanda istər-istəməz təəssüf hissləri yaradır. Əslində bir qazinin öz statusundan yalan məlumat üçün istifadə etməsi başqa qazilərimizə qarşı haqsızlıqdır. Bu sui-istifadənin yaratdığı inamsızlıq digər qazilərimizin real problemlərinin həllində çətinliklər yaradır. Qazilərimiz cəmiyyətimizin baş taclarıdır. Odur ki, hər bir addımlarında bunu nəzərə almalıdırlar.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   18 Members, 11 Anonymous, 37 Guests (See full list)

    • +usseyn
    • +Razario
    • +STOIC
    • +Чилийский диктатор
    • +Znaya
    • +Spirt
    • Marusya
    • +-=laziale=-
    • +Аджи-Мушкай
    • +Риночка
    • +Светлый путь
    • +Wolfy
    • +MegadriveXX
    • +Astreya
    • +Vagrant
    • +Crocoos
    • +bulava
    • +Простолюдин
×
×
  • Create New...

Important Information

Terms and Conditions