Jump to content
Baku365.com

Seçici siyahısında adı olmayanlar nə etsin?


Bushido

Recommended Posts

Bushido

Xəbər verdiyimiz kimi, bu ilin dekabrın 23-də bələdiyyə seçkiləri və 2020- ci ilin fevralın 9-da isə növbədənkənar parlament seçkiləri keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, hər iki seçki ilə bağlı, xüsusilə də növbədənkənar parlament seçkilərinə cəmiyyətdə maraq artıb. Artıq  bir neçə tanınmış şəxslər seçkilərə namizəd kimi qatılmaq qərarı veriblər. Namizədlər təmsil olunacaqları dairələrdən seçiciləri aktiv olmağa və səsvermədə iştirak etməyə çağırırlar. 

Bu məsələdə seçiciləri əsas maraqlandıran məsələ adlarının seçici siyahısında olub olmaması ilə bağlıdır. Bunu bilmək üçün ilk növbədə seçici Mərkəzi Seçki Komissiyasının seçicilər informasiya mərkəzinə müraciət etməlidir. Yəni MSK-nın saytında sözügedən bölməyə daxil olmaq lazımdır. 

Bundan sonra “Adınızı seçici siyahısında axtarın”  bölməsinə daxil olub ad, soyad, ata adı, doğum tarixi və qeydiyyatda olduğunuz ərazi üzrə dairəni yazmaqla axtarış düyməsinə basın. Hansı dairədə qeydiyyatda olduğunuzu bilmirsizsə, həmin hissəni boş saxlaya bilərsiz. 

Bu arada bildirək ki, sözügedən formadan istifadə edib adını seçici siyahısında tapmayan vətəndaşlar da var. Belə şəxslər Mərkəzi Seçki Komissiyasının Qaynar Xəttinə müraciət etməlidirlər. 

msk(1).jpg

 

Redaksiyamızla əlaqə saxlayan vətəndaş müraciətlərində bildirilir ki, onlar qurumun 115 nömrəli “Qaynar Xətti” nə düşə bilmirlər:

"Qaynar xəttə düşə bilmədiyimiz üçün MSK-nın "im@cec.gov.az" mail ünvanına müraciət etdik. Bizimlə əlaqə saxladılar və bildirdilər ki, bu seçkilərdə adımız siyahıya salınmayıb, indi müraciət etsək də, yalnız növbəti seçkilərdə bu nəzərə alınacaq. Parlament seçkilərində şəxsiyyət vəsiqəmizi göstərib səs verə bilərik". 

Ümumiyyətlə isə, adı seçici siyahısında olmayanların səsvermədə necə iştirak edəcəkləri barədə sual aktual olduğundan bu barədə “Qafqazinfo” Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinə müdiri Şahin Əsədliyə müraciət edib. 

O qeyd edib ki, hər hansı səbəbdən kiminsə adı seçici siyahısına daxil edilməyibsə, həmin şəxs də səsvermə hüququndan istifadə edə bilər: “Belə ki, vətəndaş qeydiyyatda olduğu ərazi üzrə seçki məntəqəsinə şəxsiyyət vəsiqəsini təqdim etməlidir və istədiyi namizədə səs verməlidir. Həmin şəxslərin adı əlavə seçki siyahısına daxil ediləcək”.

Qeyd edək ki, parlament seçkiləri ilə bağlı seçici sayı tam dəqiqləşməsə də, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı 4 milyon 973 min 47 nəfərdir.  Bu siyahı məcburi köçkünlərə aid deyil. Çünki məcburi köçkünlərin qeydiyyatda olduqları yer işğal altında olduğuna görə onlar bələdiyyə seçkilərində iştirak edə bilmirlər.

 

qafqazinfo.az

  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   29 Members, 16 Anonymous, 48 Guests (See full list)

    • +Отче Ваш
    • +Хамаль
    • +TruePick
    • +Светлый путь
    • +Чилийский диктатор
    • +Steelin
    • +Чомбе
    • +Zefir
    • +EUROLUX SHOPPING 2018
    • +окорок
    • +I am gonna hell
    • +Пчела Майя
    • +Razario
    • cuap
    • +Heydar Ali
    • Fantomas1
    • +Sirius191
    • +Addict
    • Arzu777
    • +Glock
    • +Spirt
    • +Царь
    • +BAKILI
    • +Mr. TANNER
    • +Pups.
    • +Жемчужинка
    • +Nazul
    • +invariant
    • +Artist77
×
×
  • Create New...

Important Information

Terms and Conditions