Jump to content
Baku365.com

GƏNCƏDƏ ÜÇ GÜN


Dinozavr

Recommended Posts

Dinozavr

Təəssüf ki, hələ səyahət etmək imkanımız yoxdur. Virtual səyahət təklif edirəm. Gəlin, olduğumuz yerlər barədə şəkillərlərlə, xatirələrələ paylaşaq. Gəlin, ikinci paytaxtımızdan başlayaq! Mənim yol qeydlərim. 

GƏNCƏDƏ ÜÇ GÜN

Hər bir azərbaycanlı azı üç gün Gəncədə yaşamalıdır

Rəfiqəmin 12 yaşlı oğlu Avropaya səfər ərəfəsində anasına etirazını bildirərək deyir ki, biz hələ heç Gəncədə olmamışıq, sən isə bizi yenə Avropaya sürüyüb aparırsan. Rəfiqəmin necə bir şok keçirdiyini təsəvvür edirsiniz? Gərginliyi  bir az aradan qaldırmaq üçün söz verdim ki, onlar qayıdandan sonra mütləq birlikdə ikinci paytaxımıza səfər edəcəyik. Mən oğlumla bir dəfə Gəncədə olmuşdum, amma yenə də ora qayıtmaq niyyətində idik.

Edited by Dinozavr
Link to comment
Share on other sites

Dinozavr

Beləlıklə, biz yola çıxdıq. Mən, rəfiqəm, tələbə oğullarımız və üsyankar yeniyetmə.

Səfərimizin ilk xoş təəssüratı Bakı-Gəncə qatarı idi. Biletləri onlayn aldıq, hərçənd ki, onları qeydiyyatdan keçirməli olduq. Qatar son dərəcə rahat, təmiz və sürətli idi.

Gəncə bizi çən-çiskinlə qarşıladı, amma ötən əsrdənqalma su qülləsi səfərimizin maraqlı olacağına ümid verirdi.

Sinema-butik hotelində qaldıq. Mərkəzdə yerləşən bu hoteldə  santexnika bərbad vəziyyətdə idi, işçiləri çox mehriban  idi, amma hər şeyi dilimizlə istəməli olurduq. Səhər yeməyini Kolorit kafesində yeyirdik,  babat idi.

Gəldiyimiz ilk gün Gəncənin mərkəzi küçələrində gəzdik. Kərpic binalar, sözün əsl mənasında təkrarsız kərpic hörgüsü bizi valeh etdi. Qədim küçələrdən keçərkən “Burada Həsən bəy Ağayev yaşamışdır”, “Burada Xəil bəy Xasməmmədov yaşamışdır” kimi lövhələri oxuduqca qəlbimizdə yaranan hissləri təsvir etmək mümkün deyil. Demokratik Azərbaycan hökümətinin yürləşdiyi bina, üzbəüzdə ADR-in muzeyi... Məmməd Əminin keçdiyi küçələrdə gəzmək. Sanki tarixlə  üz-üz qalırsan, o böyük şəxslərin yanında dayanırsan.  Bu evləri qoruyub saxlayan, uçurub yerində “rahat müasir” evlər tikməyənlərə “sağ ol” demək istəyirsən.

Link to comment
Share on other sites

Dinozavr

Gəncənin mərkəzində xeyli gəzdik, Xanbağında olduq, Cavad xanı yad etdik, Şah Abbas məscidini seyr etdik. Əfsus ki, məscidin qarşısında bizi qanqaraçılığı gözləyirdi. Biz  çinarların “bərpa edilmiş” koğuşuna baxdıq. Kaş baxmayaydıq! Ora... zir-zibil və dini ədəbiyyatla dolu idi. Diz çöküb zibilin bir hissədini çıxartdıq. Səs-küyümüzə məscidin işçiləri fökülüşdülər və söz verdilər ki, oranı təmizləyəcəklər. Yolunuz oraya düşsə, lütfən, baxın, koğuşları təmizləyiblər, ya yox. 

Link to comment
Share on other sites

Dinozavr

Axşam təsadüfən telefonumuzda şərabdadma gecəsinin reklamı peyda oldu və həmin kluba getməyi qərarlaşdırdıq. Klubda çoxlu gənc vardı, qızlar da az deyildi. Hami zövlə geyinmişdi. Burada hər şey gənclərin öz əli düzəldilmişdi: kətillər, stalüstü lampalar, asma lampalar, rəflər. Hər yerdə  qeyri-peşəkar, lakin istedadlı gənclərin işi görünürdü. Canlı musiqi səslənirdi. Gənclər gitarada, pianoda calır, oxuyurdular. Repertuarları çox  zəngin, rəngarəng və gözlənilməz idi. Bakıya qayıdanda onlaırn səhifəsinə daxil oldum, fəaliyyətləri barədə daha geniş məlumat əldə etdim. https://www.facebook.com/artgardenganca/ Tövsiyyə edirəm, bu gənclərin fəaliyyəti ilə tanış olun. Onlar yalnız klubun deyil, öz həyatlarının, hətta deyərdim ki, şəhərlərinin sahibidirlər.

image.thumb.png.ddcf86a592eeac61a4dac78ec7a106ca.png

 

Edited by Dinozavr
Link to comment
Share on other sites

Dinozavr

Səhəri günün proqramı zəngin idi: Göygöl (Xanlar) şəhəri, Çaykəndi və Göygöl. Səhər bizi yağış, çən və yerli taksi şirkətinin sürücüsü Elvin gözləyirdi.

Xanların mərkəzi küçəsi  tarixi özəlliyini saxlayır.  Evlərin girəcəyində keçmiş ev sahiblərinin-almanların adı olan lşvhələr qorunub saxlanır. Alman səliqə-sahmanı hər yerdə: memarlıqda, küçələrdə, arxlarda görünür. Kirxaya getdik. Küçədə təsadüfən Məryəm xanım adlı müəllimə ilə tanış olduq. Xanım-xatın ifadəsi məhz bu cür qadınlar barəsindədir. Məryəm xanım bizə sonuncu alman Biktor Klaynın həyatından danışdı. Təkidlə bizi çaya dəvət etdi. Gəncəlilərin qonaqpərvərliyi ilə səfərboyu həmişə üzləşirdik.  Bir dəfə Əttarlar küçəsinin niyə belə adlandırldığını soruşmaq üçüb kücədəki ağsaqqala yanaşdıq. Elə o da bizi çaya dəvət edirdi. Çay əvəzinə şirin sıhbətinə qonaq olduq. Dedi ki, vaxtilə burada ətir və şirniyyət satıldığnan bu küçədə həmişə xoş rahiyə olurdu. O söylədi ki, Həsən Həsənov şəhər partiya komitəsinin katibi olanda köhnə kərpic binaların sökülmısinə icazə vermirdi, əvəzində tikinti üçün Gəncənin kənarında ərazi ayrılmışdl. Görürsüz, xeyirxah işlər yaddan çıxmır.  Gəncəli tanışımız küçənin başındakı təzə binanı göstərib dedi: “Baxın, bu ev nə yanındakı evlə danışır, nə də üzbıüzdəki evlə”. O, yaraşmaq, uyğunlaşmaq əvəzənə “danışmaq” dedi və bu, çox gözəl səslənirdi. Biz Bakıda artıq alışmışıq ki, binalar çox yaxın tililsə də, qətiyyən bir- birilə danışmır.  Deyəsən, mövzudan uzaqlaşdım.

Link to comment
Share on other sites

Dinozavr

Havaya baxmayaraq Çaykəndə getmək qərarından dönmədik. Maraqlı, bir az vahiməli yerdir. Çox maraqlı idi. Çaykəndi uğrunda ağır döyüşlər olub. Gəncə batalyonunun döyüşçülərini yad etdik.

Nəhayət, biz Göygölə çatdıq! Amma elə çən idi ki, nə Kəpəz dağını, nə də gölü görmək olurdu! Bunun da öz gözəlliyi vardı!

Hacıkənddə üç, daha doğrusu, dörd əsrarəngiz bina var. Əslində, xarabalıq demək daha doğru olar. Amma onların acınacaqlı vəziyyəti  gözəlliyini və məhtəşəmliyini gizlədə bilmir.

Yorğun-arğın, suyun içində, ac-susuz Gəncəyə qayıtdıq. Təbii ki, üreyimizdən isti yerdə şam yeməyi keçirdi. Dedilər, İmperial ela bir yerdir. Getdik! Orada yer yox idi. Başımızdan yağış tökə-tökə Gəncə əyləncəyə getdik. Orada da bağlı otaq yox idi. Canımız isinməsə də, ləzzətli təamlardan daddıq. Odur ki, Gəncəyə gedəndə əvvəlcədən stol sifariş etməyi unutmayın!

Səhərisi gün İmamzadə məscidinə getdik. Məscidin yaxınlığında qəbiristanlıq var. Orada dəfn olunanlar arasında məşhur şəxsiyyətlərçoxdur. Mərhumlar məqbərələrdə dəfn olunub. Çox maraqlı idi.

Link to comment
Share on other sites

Dinozavr

image.thumb.png.6656df5eedfb7dd17c4e9538691b2167.png

Məsciddən təxminən 15 dəqiqəlik yolda Kolagir kəndi yerləşir. Burada bənzərsiz, tayı-bərabəri olmayan çinar bitir. Çinarın adı da var- Düldül. Ağaş böyük olduğu qədər də sağlamdır(göz dəyməsin!). Onun möhtəşəmliyini təsvir etmək mümkün deyil.

Edited by Dinozavr
Link to comment
Share on other sites

Dinozavr

Əlbəttə ki, Şeyx Nizamının məqbərəsini ziyarət etdik. Ətrafı çox gözəldir, vaxtın necə keçdiyini heç hiss etmədik. Yaxınlıqda xalça muzeyi  və diyarşünaslıq muzeyi vardı. Vaxtımız çatmadı.

Əvəzində Kukla teatrının yerləşdiyi kirxanı, qədim hamamın ətrafını gəzdik, rus kilsəsinə getdik, bərpa adı ilə pis günə salınmış Butulka evə baxdıq. Əlbəttə, Gəncə çayının ətrafında gəzdik. Vaxtilə bu çay coşaraq erməni-bolşevik birləşmələrini yuyub aparıb və bununla da Azərbaycan dövlətçiliyini dəstəkləyib.

Axşam çörəyimizi yeyib vağzala tələsdik. Orada bizi sürət qatarı gözləyirdi.

Gəncədə  3 gün beləcə başa çatdı. Xoş xatirələr və mütləq Gəncəyə qayıdacağımıza inamla evə döndük.

Link to comment
Share on other sites

Dinozavr

1369.jpg

Edited by Dinozavr
  • Like 1
Link to comment
Share on other sites

Dinozavr

1376.jpg

  • Like 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    10 members have viewed this topic:
    Abunasib114  Natiq da ne tot  August  Tenant  Sam Brag  plotophyte  Kent  Dinozavr  Arximed  Gun-smith 
  • Who's Online   3 Members, 4 Anonymous, 22 Guests (See full list)

    • +Bordertown
    • +Buritas
    • navy
×
×
  • Create New...

Important Information

Terms and Conditions