Jump to content
Baku365.com

Сегодня день рождения Мамед Эмина Расулзаде


VusalAze

Recommended Posts

Editor
20 minutes ago, VusalAze said:

Bu gün görkəmli dövlət xadimimiz,bütün Şərqdə ilk demokratik Respublikanın banisi Məhəmməd Əmin Rəsulzadənin 137ci doğum günüdür.Bir kərə yüksələn bayraq bir daha enməz deyib öndər!Allah rəhmət etsin!

a9f326fb6bf70095f747b4872ae0a3f0.jpg

 

 

M.Ə.RƏSULZADƏNİN XATİRƏSİNƏ

 

Bu torpağın özü boyda

Bu torpağa məhəbbətlə doluydun.

Bu torpağın yolunda da

Sən öz canını qoydun.

Borclu ikən Vətən sənə, xalq sənə

Hər şey döndu tərsinə.

Bu torpaqdan verəmmədik

Bir məzarlıq yer sənə.

Zamana bax!

Bu torpağı Bir “sağ ol”a satana,

Xəyanətin kölgəsində rahat-rahat yatana

Bu milləti ölümlərlə imtahana çəkənə

Məmləkəti başdan-başa talayana, sökənə

Heykəllər ucaltmışıq.

Özümüzü bəyənməyib

“Beynəlmiləl” laylasına yatmışıq.

Yatdığımız bəs etməzmi?

Ayılaq bir, görək bir

Xeyir nədir, şər nədir?

Riyalara, boyalara yetmiş ildir uymuşuq.

Gör kimin əvəzinə kimə heykəl qoymuşuq.

Ancaq ana təbiətdə

Bir əzəli qayda var:

Bünövrəsi eşq olmayanın

Tunc olsa da tez uçar.

Heykəl-məzar!

Biri- zora söykənibdir

Biri-haqqa, şərəfə!

Davamlıdır

qəlbimizə köçüb gələn o məzar.

Postamenti nifrət olan

yüz heykəldən yüz dəfə!

 

Bəxtiyar Vahabzadə

28 may, 1990

  • Like 10
  • Excellent 1
  • Sad 1
Link to comment
Share on other sites

S.T.A.L.K.E.R

W1siZiIsIjIwMjEvMDEvMzEvMDAvMTIvMzAvMTU2ZjFmYTYtNTlmYS00MjZmLTg3NDQtYThjMGM4N2YxMjA3LzU0NC5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ?sha=7bf2f418d4797dc7

Сегодня исполняется 137 лет со дня рождения выдающегося политического и общественного деятеля - одного из основоположников Азербайджанской Демократической Республики Мамед Эмина Расулзаде.

Он родился 31 января 1884 года в бакинском селе Новханы. В 1904 году принимал участие в создании организации "Гуммет". Опасаясь преследований царского режима, в 1909 году Расулзаде покидает Баку и эмигрирует в Иран, где в 1910 году создает Демократическую партию этой страны.

Некоторое время он работал в Иране главным редактором газеты "Иране Ноу" и "Иране Ахат". В 1917 году М.Э.Расулзаде был избран депутатом Государственной Думы России от Азербайджана и Туркестана, в том же году он возглавил партию "Мусават".

27 мая 1918 года большинством голосов его избрали председателем Азербайджанского национального совета. Таким образом было создано правительство первой на Востоке республики - АДР во главе с Фатали ханом Хойским. 

После прихода к власти большевиков в 1920 году М.Э.Расулзаде покинул Азербайджан, а с 1932 года начинается период его деятельности в Европе.

В эти времена он издает в Германии газету İstiqlal и журнал Qurtuluş, а в Польше создает Азербайджанское национальное издательство, где выпускает книгу "Азербайджан и его независимость".

М.Э.Расулзаде скончался 6-го марта 1955 года в Турции, он похоронен на кладбище "Асри" в Анкаре.https://ru.oxu.az/society/462858

  • Like 9
  • Excellent 1
Link to comment
Share on other sites

Экономист_Дед

Azərbaycan milli davasının, dövlətçiliyinin, demokratiyanın atalarından biri, qurucu babamız. Ruhu şad olsun!

  • Like 10
  • Excellent 1
Link to comment
Share on other sites

Bushido

Her kecen il qedri daha cox bilinecek.♥️

 

Onun xatiresine düsmencilik edenler axirda meglub olacaqlar. 

  • Like 11
Link to comment
Share on other sites

Kent

Никто не забыт, ничто не забыто. Как жаль, что те, кто пытаются переписать историю, а тем более, уверовав себя в собственной правоте и исключительности, еще и  бороться с историей,   так и не осознали, что история такого не прощает, ибо не ведают,  если ты выстрелил в прошлое из пистолета, оно тебе ответит из пушки. Allah rehmet elesin. 

  • Like 8
Link to comment
Share on other sites

Glock
17 minutes ago, Bushido said:

Her kecen il qedri daha cox bilinecek.♥️

 

Onun xatiresine düsmencilik edenler axirda meglub olacaqlar. 

Не запомнил по никам и темам, но заметил что и среди форумчан к личности Расулзаде, основателя нашей современной государственности... - неоднозначно позитивное отношение. На разных темах в разное время и от разных юзеров, встречал негативные отклики и критику по этой личности ((

Но дяриня гетмирди хеч ким.

  • Like 1
Link to comment
Share on other sites

Bushido
2 минуты назад, Glock сказал:

Не запомнил по никам и темам, но заметил что и среди форумчан к личности Расулзаде, основателя нашей современной государственности... - неоднозначно позитивное отношение. На разных темах в разное время и от разных юзеров, встречал негативные отклики и критику по этой личности ((

Но дяриня гетмирди хеч ким.

 

 

Это нормально, можно и нужно критиковать отдельные моменты в биографии любой исторической личности.
То есть как американцы почитать отцов основателей, рисовать их портреты на валюте, ставить им памятники, одновременно историки и любители истории могут спорить о них, критиковать аспекты их биографии.

  • Like 3
Link to comment
Share on other sites

Glock
4 minutes ago, Bushido said:

 

 

Это нормально, можно и нужно критиковать отдельные моменты в биографии любой исторической личности.
То есть как американцы почитать отцов основателей, рисовать их портреты на валюте, ставить им памятники, одновременно историки и любители истории могут спорить о них, критиковать аспекты их биографии.

В целом согласен, но если идёт не обсуждение а просто вставляется коммент или фраза, а при приглашении продолжить дискуссию молчок, то по мне, это свидетельствует о клише и стереотипах/заблуждениях или просто желании запятнать и отойти в сторону.

  • Like 4
Link to comment
Share on other sites

Bushido
1 час назад, Editor сказал:

Bu torpaqdan verəmmədik

Bir məzarlıq yer sənə.

 

 

adam utanir ((

  • Like 1
  • Excellent 1
  • Sad 2
Link to comment
Share on other sites

Zaxar
3 часа назад, Bushido сказал:

 

 

adam utanir ((

Допустим "вчера" нельзя было из-за коммуняг, а теперь то?!

 

И одно другому не мешает, пора это понять!

 

Наоборот, признание истории правильно, повысить рейтинг...

  • Like 3
Link to comment
Share on other sites

Bodriy

Heykəli var bircə kənddə,

Nüfuzu var məmləkətdə...

  • Like 4
Link to comment
Share on other sites

Wolfy

Горбагор олсун большевикляр, имкан вермядиляр олкямиз йашасын, гюл кими довлят гурмушдуг. Аллях ряхмят елясин. 

  • Like 7
  • Excellent 1
Link to comment
Share on other sites

M.ALIYEV

Несколько лет назад, под конец мая, по рабочей линии находился в Турции, в составе группы из 15 человек. И вот 28-го числа, в день Республики несколько членов нашей делегации, как дань уважения, предложили посетить могилу М.Расулзаде. Однако, несколько человек принялись отговаривать прочих делегатов от этой затеи. Своё паскудство они мотивировали проблемами, которые могут возникнуть если руководство прознает о посещении могилы основателя Республики. К сожалению, неприятных картин подобного толка в нашем социуме предостаточно. Ибо навязанная обществу атмосфера изначально нездорова и пропитана ревностью к достижениям Первой Республики. Вместо гармонизации прошлого и современности, азербайджанцев будто ставят перед выбором. В итоге, токсичная идеология откладывается в умонастроениях граждан страны, доводя сиуацию до абсурда, когда люди натурально боятся почтить память Расулзаде. Очевидно, наше общество целенаправленно инфицировано страхом и фобиями известной направленности.

Edited by M.ALIYEV
  • Like 7
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

Çarizmin süqutundan sonra milli müstəqilliyini elan edən Azərbaycan, Gürcüstan, Dağlılar Respublikası və Ermənistanın İsveçrə Konfederasiyası tipli çoxmillətli    demokratik dövlətdə - Qafqaz Konfederasiyasında birləşməsi Azərbaycan siyasətçilərinin səmimi istəyi idi. Lakin M.Ə.Rəsulzadənin "rus imperializminin köləsi" adlandırdığı Ermənistanın destruktiv mövqeyi ucbatından nə 1920-ci illərdə, nə də SSRİ-nin süquta uğradığı 1990-cı illərdə həmin ideyanı həyata keçirmək mümkün olmuşdu. 
     M.Ə.Rəsulzadənin doğum günündə onun 1929-cu ildə Parisdə çıxan "Горцы Кавказа" jurnalında dərc olunmuş "Qafqazın birliyi" məqaləsini  təqdim edirəm. (Ruscadan tərcümə mənimdir).

                            QAFQAZIN    BİRLİYİ

  Azərbaycanın, eləcə də Qafqaz xalqlarının azadlıq uğrunda mübarizədə əsas  ilhamverici stimullarından biri də Qafqazın birliyi ideyasıdır. Ümumi düşmənə qarşı mübarizədə uğur qazanmaq üçün Qafqaz sıra dağlarının hər iki tərəfində, habelə Qara dəniz və Xəzər dənizi arasında yaşayan insanların ümdə vəzifəsi  vahid cəbhə halında birləşməkdir. Günümüzdə belə birliyin  parlaq nümunəsi İsveçrə konfederasiyasıdır. “Qafqazın birliyi” anlayışında da başlıca amil artıq region xalqlarının qəbil etdikləri Qafqaz konfederasiyası ideyasıdır.
 Yerləşim baxımından Qafqaz vahid coğrafi anlayışdır. Bu vahid ərazi siyasi müstəqilliyini təmin edən andan dünya miqyasında fövqəladə əhəmiyyət qazanacaq. Russayağı idarəetmə və təsərrüfatçılıq metodlarından cana yığılmış gözəl ölkəmiz  məhz o zaman mədəni dünya sistemi ilə qaynayıb-qarışaraq bolluq və zənginlik diyarına çevrilə bilər. 
 “Odlu yurd” jurnalının müdafiə etdiyi prinsiplər arasında bu fikir mühüm yer tutur. Gerçəkləşəcəyi  təqdirdə onun gətirəcəyi faydaları bir məqalədə sadalamaq olduqca çətindir. Ümid edirəm ki, yaxın gələcəkdə məsələyə müxtəlif yönlərdən yanaşmaq və ortaya çıxan suallara cavab vermək məqsədi ilə silsilə yazılar ortaya qoyulacaq. Təqdim olunan kiçik qeydlərdə biz  məsələyə hazırkı dövrün reallıqları baxımından yanaşacağıq.
 Rusiya dərin böhran içindədir.  Bolşevik sistemi özü öz dayaqlarını dağıdır. Sovet birliyi pərdəsi yırtılıb. Kommunist inqilabını meydana çıxaran sosial səbəblər artıq aradan qalxır. Aydın məsələdir ki, vaxtı ilə bu səbəblərdən  yararlanıb bolşevik sistemi quranlar da tarix səhnəsini tərk etməyə məhkumdurlar. 
 Leninin ikinci, yaxud üçüncü apostolu sayılan diktator Stalin fəhlə sinifinin Trotski, Radek, Buxarin, Zinovyev və s. kimi tanınmış nümayəndələrini sıradan çıxarandan sonra  indi hər tərəfdən “fəhlə -kəndli hökumətinə düşmən kəsilən proletariatın” arasında qalıb və öz əlaltıları ilə birlikdə ölkə idarəçiliyində böyük çətinliklərlə üzləşir.
 Stalin partiyanın sağ qanadı – kəndlilərə böyük güzəştlər istəyən təmayüllə birləşib Trotskinin permanent inqilab tərəfdarlarını darmadağın etdi. Eyni zamanda Trotskinin bəzi tezislərindən yararlanıb Rıkov və Buxarin yanlılarına zərbələr endirir. İndi də fantaziya məhsulundan başqa bir şey olmayan sənayeləşdirmə planı və avqustun 1-də bütün dünya proletariatının blef xarakterli kütləvi çıxışı ilə ictimai fikri aldatmağa çalışır. Amma bütün bu bleflərə baxmayaraq Rusiyadakı proseslərin mahiyyətinə yaxşı bələd olan insanlar sovet rejiminin məhvə məhkum olduğunu yaxşı başa düşürlər.  Yalnız qırmızı bürokratiyaya arxalanıb hakimiyyətini sürdürən Stalin dörd bir tərəfdən bolşevik rejiminə düşmən kəsilmiş qüvvələrlə əhatə olunub. Bu mühasirə həm xarici, hə də daxili xarakter daşıyır.
 Daxili cəbhədəki vəziyyət artıq bəllidir. Bunlar ilk növbədə partiyanın öz içində olan müxalifətdir – ilk növbədə ziyalıların yad fikirliliyini və kəndlilər arasındakı müxalifəti nəzərdə tuturuq.  Bunun da nəticəsində iqtisadi böhran genişlənir, müxtəlif yerlərdə kəndli üsyanları baş qaldırır.  Cərəyan edən proseslər qırmızı rejim üçün ölümcül təhlükədir. Xarici cəbhədəki vəziyyət də kifayət qədər aydındır. 
 Bütün kapitalist dünyasını inqilab alovları ilə təhdid edən Rusiya  siyasi korafəmliyi və köməksizliyi nəticəsində Uzaq Şərqdə güclü zərbə aldı. Məgər bu ibrətamiz deyilmi?
 Sovet rejimini daxildən didib-parçalayan ən güclü amillərdən biri milli hərəkatlardır. Kommunist kollektivçiliyinə qarşı çevrilmiş fərdiyyətçi kəndli hərəkatı ilə bir sırada qırmızı imperializmin bütün ölkə miqyasında həyata keçirməyə çalışdığı mərkəzləşdirmə siyasətinə qarşı qeyri-rus ünsürlərin separatçı hərəkatı da getdikcə genişlənir və böyüyür.
 Hər iki amil az qala hər gün daha da inkişaf edir, dərinləşir və onların bolşevizmin süqutunda əsas rol oynayacaqları artıq heç kəsə sirr deyil. Separatçılar kəndlilərin müqavimətindən və kəndli müxalifətindən istifadə edərək təşəbbüsü öz əllərinə ala biləcəklərmi? Və bu yolla da bolşevizmin qələbəsindən sonra hakimiyyətə gələn yeni rusların təcavüzkarlığı qarşısında duruş gətirməyə qadir olacaqlarmı? Yoxsa rus cəmiyyətinin bolşevizmə zidd qüvvələri qırmızı hakimiyyətə qarşı çevrilmiş  kəndli müqavimətinin başında dayanaraq Rusiyada milli hərəkatı boğacaqlar? Bu ikinci imkanın gerçəkləşməsinə yol verməmək separatçıların müqəddəs borcudur. Milli hərəkatlar müqəddəs borclarını yerinə yetirmək üçün aralarındakı bütün fikir ayrılıqlarına son qoyub vahid cəbhə halında birləşməlidir. Bu birlik yalnız bütün Qafqaz xalqlarının Qafqaz konfederasiyası ideyasına tərəfdar çıxacaqları təqdirdə həlledici amilə çevriləcək.  Qafqaz konfederasiyası çərçivəsində bütün millətlər müstəqillik və milli xüsusiyyətlərini tam şəkildə qoruyub saxlamaqla öz birlikləri ilə suveren hüquqlarını qorumaq üçün qüvvələrini daha da artıra bilərlər. Qafqaz xalqlarının belə birliyi qonşu İran və Türkiyə tərəfdən də xüsusi rəğbətlə qarşılanar. Məgər müstəqil Qafqazın eyni coğrafiyadakı bu iki müsəlman dövləti üçün nə qədər önəmli olduğunun sübuta ehtiyacı varmı? Bütün digər yanaşmaları bir tərəfə buraxaraq sadəcə Baş Qərargahın (Polşa ordusunun Baş Qərargahı nəzərdə tutulur – V.Q.) istənilən zabitinə müraciət etmək kifayətdir ki, o, sizə Qafqaz kimi bir bufer dövlətin mövcudluğunun həmin ölkələr üçün nə qədər faydalı və əhəmiyyətli olması ilə bağlı geniş izahat versin.  Keçmişin acı səhvlərindən dərs götürən və gələcəklə bağlı ibrətamiz dərs alan Qafqaz xalqlarında birlik hissi get-gedə daha da qüvvətlənir. Aydın məsələdir ki, bu təbii prosesdən istifadə etmək və onun bütün mümkün yollarla  xalqlarımız arasında hakim ideyaya çevrilməsinə nail olmaq lazımdır. Həm də bu zaman belə bir fikrə əsaslanmaq lazımdır ki, gələcəkdə Qafqazın siyasi birliyini nəzərə almadan atılmış hər bir addım  yalnız  Rusiyaya fayda gətirəcəkdir. Biz inanırıq ki, Qafqaz xalqları birlik naminə hər cür güzəşt və qurbanlara hazırdır. Rusiya ilə ümumi sərhədi olmasını istəməyən ölkələr bu ideyanı xüsusi rəğbətlə qarşılamalıdır. Digər tərəfdən əgər müharibədən sonrakı köhnə Avropa qitə xalqlarının konfederasiyasını yaratmaq fikrini gündəlikdə tutursa, Qafqaz xalqlarının bir konfederasiyada birləşməsi kifayət qədər təbii və həlli mümkün  məsələ təsiri bağışlayır.

                      “Горцы Кавказа”, 1929, № 8-9,

  • Like 3
Link to comment
Share on other sites

God_bless_you

Tatul Akopyan adlı erməni tədqiqatçısı “Qarabağ gündəliyi: yaşıl və qara” kitabında Rəsulzadənin bir yazısından sitat verib.

Siz Qarabağı yarımçıq yox, tam azad edəndən sonra Cümhuriyyətin növbəti hədəfinə fikir verin.

Günümüzün ən aktual problemi haqda onun hələ 100 il qabaq yazdığını erməni müəllifin kitabından oxuyaq. 

Tərcüməyə vaxt olmadı, rusca oxuya bilməyən dostlar bağışlasın.

"В газете «Азербайджан» лидер «Мусават» Мехмед Эмин Расулзаде пишет: «Карабах освободился, наконец, от притязаний наших упрямых соседей. Армянский народ встал на путь мирного решения проблемы и признал верховенство Азербайджана. Нахиджеван, благодаря патриотизму своих героических сыновей, воспользовался правом на бунт и присоединения к отечеству. Нахиджеван  вышвырнул прочь из своих границ армянскую армию. Что касается Зангезура, то мы можем надеяться, что в ближайшее время он также окажется в безопасности, и с реки Астара и Самурского моста до Аракса и моста Джульфы откроется беспрепятственная дорога». 

Demək istəyirəm ki, 
Rəsulzadə Azərbaycanın səmt ulduzudur!  Yolumuzun bələdçisi,  hədəflərimizin nişan verənidir.

Doğum günün mübarək, bütün zamanların lideri Əmin bəy!

  • Like 3
Link to comment
Share on other sites

God_bless_you

"Stalin Məhəmməd Əmin Rəsulzadəni Bakıda həbsxanadan xilas edib Moskvaya aparanda, qatarda M.Ə.Rəsulzadənin köynəyinin altında gəzdirdiyi üç rəngli Azərbaycan Bayrağını görür və deyir: O bayrağı yandırarsan, daha Azərbaycan bir daha müstəqil olmayacaq.
M.Ə.Rəsulzadə isə deyir ki:
BAYRAQ MƏSLƏKDİR,MƏSLƏK YANMAZ,YANDIRAR.!"
NUR İÇİNDƏ YAT, BÖYÜK İNSAN!

72F25B21-103B-4F82-AF3C-5AB640FD7A08.jpeg

  • Like 3
Link to comment
Share on other sites

God_bless_you

Ah, Azərbaycan! Biz sənin haqqını  tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.

*  *  *

Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!

*  *  *

Səfir bulundurmaya haqqı olmayan bir istiqlalı istəməyiz!

*  *  *

Bakı, Azərbaycan atəşkədəsinin ocağı olduğu kimi Azərbaycan fikrinin də mənbəyi idi.

*  *  *

Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır.

*  *  *

Gələcək – millətləri süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır.

*  *  *

Azərbaycan dövri-istiqlalına bolşeviklər “MÜSAVAT DÖVRÜ” deyirlər. Fəqət xalq bu dövrə AZƏRBAYCAN DÖVRÜ deyir. ...Xalqın düşüncəsində AZƏRBAYCAN məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm ediyor. İstiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur.

  • Like 2
Link to comment
Share on other sites

VusalAze

Üzeyir Hacıbəyli-"Məhəmməd Əmində özgə bir hal var idi ki,o da getdikcə qızışıb sözlərinin dəruni qəlbdən söylədiyini eşidənlərə hiss etdirməklə dərin bir təsir oyatmaq idi.Bunda ürəyi təmizlik qəlb və səmimiyyətlə bərabər,deyilən kəlamda bir də böyük bir ciddiyyət mövcud olduğuna hər kəs inanıb natiqin hər bir sözünə lazımınca əhəmiyyət verirdi.O idi ki,hər bir cümlənin axırında alqışlar yağırdı"

  • Like 2
Link to comment
Share on other sites

VusalAze

-"Məhəmməd Əmin bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım,mübaliğəsiz söyləyə biləcəyim fövqəladə,nadir insanlardan biri idi.O tərbiyəli,qüvvətli və sağlam məntiq sahibi,doğru sözlü,mətanətli,fikir və yoluna dərin bir inam bəsləyən fədakar və mücahid bir insan idi.Belələrinə zamanımızda hələ bizim tərəflərdə rastlaşmaq həmən həmən imkansız olduğu kimi bütün dünyada da rastlanmaz" Seyid Həsən Tağızadə,Iran Senatının sədri.

  • Like 3
Link to comment
Share on other sites

VusalAze

Zəki Vəlidi Toğan,Başqırdıstan Respublikasının ilk rəhbəri-"Biz Rusiya əsiri Türklər 1917ci il inqilabına qüvvələri bir zümrə olaraq girdik.Bunu təmsil edən M.Ə.Rəsulzadə oldu...Inqilab başlandıqdan sonra Azərbaycan türk mərkəziyyət "Müsavat" partiya proqramı bizə gəldi,Peterburqda proqram və məktub bomba kimi partladı...Əgər bu mühit əzizləri seçən bir mühit olsa idi mən Rəsulzadənin əziz olaraq seçilməsinə rəy verərdim..Rəsulzadəni öldükdən sonra da yaşatmaq üçün azərbaycanlılar onun yolunu davat etdirməlidirlər.."

  • Like 1
Link to comment
Share on other sites

VusalAze

Cəfər Seyidəhməd Krımər,Krım tatarlarının lideri-"Bir gün həyatınızı yazacaq bəxtli bir türk gənci,ya da şəxsiyyətinizi canlandıracaq bir türk sənətkarı,ömrünüzün hər dövrünü qavrayıb anladıqca "nə şərəflidir mənə ki,bu yaşamağa dəyər səhifələri canlandırıram" deyə sevinəcəkdir,bunların əsərlərini oxuyan ya seyr edənlər də Sizi sonsuz məhəbbət,hörmət və rəhmətlə anacaqlar"

  • Like 1
Link to comment
Share on other sites

VusalAze

Abdulla Battal Taymas,Kazan türklərinin lideri-"M.Ə.Rəsulzadə yalnız azərbaycanlılar üçün deyil,bütün türklər üçün böyük bir dəyərdir.O inandığı mübarizə uğrunda hər şeyini,ailəsini,rahatlığını,səhhətini,nəhayət həyatını fəda etmişdir..Özü də nadir olan bir idealist idi.O bu dünyadan ayrılmışsa da,tarix səhifələrimizdə,beynimizdə və qəlblərimizdə daima yaşayacaqdır..Məhəmməd Əminin apardığı mübarizə və ideal ölməyəcəkdir,yaşayacaq və irəli gedəcəkdir..

  • Like 2
Link to comment
Share on other sites

Bushido
1 час назад, God_bless_you сказал:

Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.

 

 

👍

Link to comment
Share on other sites

Bushido
8 часов назад, Zaxar сказал:

Допустим "вчера" нельзя было из-за коммуняг, а теперь то?!

 

И одно другому не мешает, пора это понять!

 

Наоборот, признание истории правильно, повысить рейтинг...

 

 

Resulzade Ankarada 

Topcubashov Parisde 

Xoyski Tiflisde 

 

hele de mühacirdiler.

 

 

 

 

 

 

 

 

 

  • Like 2
  • Sad 1
Link to comment
Share on other sites

VusalAze

Rəsulzadənin 1925ci ildə Istambulda nəşr edilmiş " Istiqlal məfkurəsi və gənclik" əsərindən-Rusiya idarəsindəki müsəlmanlara türk dedirtmək artıq qazanılmış bir davadır.Yalnız türk adı deyil,Azərbaycan adı da qazanılmışdır..Yəni bir əsr boyunca Çar Rusiyasında hüquqsuz təbəə kimi yaşayan bizlərə vətəndaşlîq qüruru bəxş etməklə bir millət olaraq imzamızı da imzalar içinə daxil edib.Ona görə qurucudur,qurtarıcıdır və nə yaxşı ki,varımızdır!

  • Like 2
Link to comment
Share on other sites

Старый майор

Он с того света, очень ругается на тех кто, его на старых  1000манат напечатал 

  • Haha 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   9 Members, 5 Anonymous, 92 Guests (See full list)

    • +Рюзаки
    • +TruePick
    • +Gogi
    • +Sirius191
    • +Dex
    • +Гамлет
    • LKA
    • +Tipsgeek
    • +Agriae
×
×
  • Create New...

Important Information

Terms and Conditions