Jump to content
Baku365.com

“Bizim market” rəhbərliyi işçilərin sənədlərini alıb, onları şantaj edir? - ŞOK İDDİA


Recommended Posts

S.T.A.L.K.E.R
Posted

 

“Bizim Market” MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsi başqa şirkətə həvalə edilib.

 

Şirkət gələcək fəaliyyətlərini “Grandmart”, “Bolmart” və “Megastore” supermarketlər şəbəkələri ilə birgə davam etdirmək qərarı alıb. Elə bəzi əməkdaşların problemləri də bundan sonra başlayıb. Şirkət əməkdaşları iddia edirlər ki, məhz bu qərardan sonra marketlərdə əskik gələn malların pulları mağaza müdirlərinin ayağına yazılıb.

 

Onlardan biri də “Bizim Market”in Suraxanı rayon filialını müdiri Mirəziz Seyidovdur: “Mənim mağazamın təhvilindən sonra “Bizim marketin” icraçı direktoru Fərid Ələkbərov məni çağırıb dedi ki, 5800 manat ver.

 

Ondan sonra əmək kitabçanı sənə qaytaracağıq. Verməsən, nə əmək kitabçanı nə də əmək haqını sənə verməyəcəyik. Hətta səni başqa şirkətə keçməyə də qoymayacağıq. Açıq-aşkar hədə-qorxu gəldilər”.

 

Şəbəkənin Badamdar filialının müdiri Turqay İskəndərov da iddia edir ki, mağazanın təhvil-təslim prosesi zamanı ondan müxtəlif yollarla 7800 manat tələb olunur: “Təhvil-təslim prosesində mən əmin idim ki, artığım var. Yekun etibarı ilə mənə dedilər ki, guya 7800 manat, 78 qəpik əskiyim var. Bu süni şəkildə rəqəmlərin şişirdilməsindən yaranan prosesdir. Mənim burada heç bir payım yoxdur.

 

Sentyabrın 23-də bizdən işdən çıxmaq üçün ərizə aldılar. Ərizədən sonra məni ofisə çağırdılar ki, gəl 7800 manat 78 qəpiyi bizə ver. Verməyəcəyin təqdirdə biz sənin əmək kitabçanı vermirik. Məni Fərid Ələkbərov ailəmlə də hədələdi. Adam deyir ki, hara istəyirsən şikayət et, burada ağa da mənəm, xan da”.

 

Şirkətin digər əməkdaşı Orxan Hüseynov isə iddia edir ki, ondan tələb edilən məbləği məcburi şəkildə ödəyərək sənədlərini alıb, bundan sonra başqa işlə təmin edilib: “Məndən 600 manat pul tələb etdilər, dedilər guya şirkətin əskiyi var mən də verdim. Daha sonra dedilər get maaş kartına pul oturub onu çıxar gətir sənin əmək kitabçanı qaytaraq. Mən elə də etdim və aldım”.

 

Məsələ ilə bağlı münasibətlərini öyrənmək üçün “Bizim Market” MMC-nin baş ofisinə yollandıq. Mühafizə xidməti direktorun yerində olmadığını bildirdi. Elə ərazidəcə Fərid Ələkbərovla əlaqə saxladıq. Hazırda təhvil-təslim prosesi olduğu üçün sahədə olduğunu bildirdi. İddialarla bağlı suallarımızdan isə yayındı.

 

Bir az sonra özünü şirkətin hüquqşünası kimi təqdim edən Eldəniz Alxasov adlı şəxs bizimlə əlaqə saxladı: “Mənə xəbər gəldi ki, sizinlə danışım. Heç kimin əmək kitabçası əlindən alınmayıb.

 

Onlar bizə işdən çıxma ərizəsi də təqdim etməyiblər. Yoxlamamız nəticəsində 3000-5000 çıxa bilər. Ola bilər ki, orada 5-10 manat əskik və ya artıq olsun. İş prokurorluqda olanda audit təşkil edib araşdırırlar. Bu son nəticədə bəlli olacaq”.

 

Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Aynur Osmanqızı APA TV-yə bildirdi ki, hazırda məsələ araşdırılır: “Həmin şəxslər tərəfindən oktyabr ayında

 

Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciətlər daxil olub. Müraciətlər hazırda araşdırma mərhələsindədir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən qarşı tərəfə sorğular göndərilib. Araşdırmanın nəticələrinə dair qanunauyğun tədbirlər görüləcək”.

 

Şikayətçilər onu da bildirdilər ki, “Bizim Market” MMC-nin tərkibində yerləşən “Bizim Market” və “Novas Home” mağazalar şəbəkəsinin işlədilməsinin başqa şirkətə həvalə edilməsinə əsas səbəb yoxlamalar nəticəsində üzə çıxan külli miqdarda vergi yayınmalarıdır.

 

 

  • Like 1
Deportment
Posted
04.11.2022 в 20:15, S.T.A.L.K.E.R сказал:

Mənim mağazamın təhvilindən sonra “Bizim marketin” icraçı direktoru Fərid Ələkbərov məni çağırıb dedi ki, 5800 manat ver. Ondan sonra əmək kitabçanı sənə qaytaracağıq. Verməsən, nə əmək kitabçanı nə də əmək haqını sənə verməyəcəyik.

Какой то фырылдаг , ищет (простите) лошков не видящих реальное положение дел людей , что бы доить. Был такой фильм "новая земля" . Там зеков на остров сбросили и предоставили им саморегулирование. Вот таких фырылдагов тоже нужно на какой то остров собрать , поставить скрытые камеры для реалити шоу, дать припасов и пусть пол года год там друг другу "варианты кидают" . Оставшегося через год "крысинного короля" , которого вся страна уже будет знать , можно отпускать на волю с волчьим билетом и запретом на управление транспортным средством. Пусть вагоны разгружает.

Vagrant
Posted

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    65 members have viewed this topic:
    nissan  Lala NR  sapiens  Lee  Золушка1935  Экономист_Дед  Бенц  человек_  maks25.8  White City  Иосиф  MeriMir  Хамаль  swallow_bird  Старый майор  Buqalemun  farahaliyeva  trr  movcon  wazzari  Veronik  AVA  Starik Starikov  Dalğıc  Ринчин Падма  malenkaya pakost  RAINMAN  hanter  Жеглов  vent  Джо Дассен  Wolfy  Pullu qız  Светлый путь  Luna  Timemaster  Vagrant  Confident  Bushido  Alpinist  Deportment  Anri13  Evol  MacNeil  Brc  Maksmilla  Lezgin.b.y  Искатель  Salix  Pups.  Protitip  Bordertown  M.7  Kamil  Nell  Аджи-Мушкай  Marsianin  Гранатовый браслет  E_not11  gun4ik  Nazen  Джема  Newsmaker  kingsize  S.T.A.L.K.E.R 
  • Who's Online   18 Members, 14 Anonymous, 19 Guests (See full list)

    • +SBC
    • +Brat
    • cuap
    • +114
    • +-=laziale=-
    • +Bordertown
    • +sapiens
    • +INCREDIBLE
    • +Ага
    • +Udarnik
    • +Dominik_Toretto
    • +RuslanRD
    • +Crocoos
    • Dalğıc
    • +Чомбе
    • +Светлый путь
    • Arzu777
    • +dama8080
×
×
  • Create New...

Important Information

Terms and Conditions