Jump to content
Baku365.com

Bu kənd sürətlə boşalır: Gələn 1 gün belə qalmaq istəmir


Recommended Posts

S.T.A.L.K.E.R
Posted

Zərdab rayonunun Məmmədqasımlı kəndinin sakinləri yol, məktəb və bağça ilə bağlı yaranmış problemlərdən narahatlıqlarını bildirirlər. APA TV-nin yerli bürosunun xəbərinə görə, cəmi 4-5 kilometr uzunluğu olan kənd yolu uzun müddətdir ki, bərbad vəziyyətdədir. 50 il bundan əvvəl asfaltlanan yol tamamı ilə dağılıb. Camaat deyir ki, nə vaxt problemlə bağlı bələdiyyəyə üz tuturuq, gətirib yolun çox dağılan hissələrinə çınqıl töküb gedirlər. Qışda palçıq, yayda toz yaşamağa imkan vermir. Nə təcili yardım, nə də taksilər kəndə girmək istəmir. Sakinlər deyir ki, problemlər bununla bitsə dərd yarıdır. Kəndin məktəbi də, uşaq bağçası da yararsız vəziyyətdədir. Məktəb odun sobası ilə qızdırılır. Dərsdən qayıdanda his iyindən uşaqlara yaxın durmaq olmur. Məktəbdə odun olmadığından şagirdlər dərsə gedəndə odun aparırlar. Kəndin yol problemi ilə bağlı bələdiyyə sədri Şaban Qədirov bildirdi ki, 2024-cü ilə kimi adı çəkilən yolun asfaltlanması nəzərdə tutulub. Sakinlərin məktəblə bağlı şikayəti ilə əlaqədar üz tutduq məktəbə. Girişdə mühafizə olmadığından rahatlıqla məktəbin həyətinə daxil olduq. Burada özünü məktəb direktoru kimi təqdim edən şəxs çəkilişə icazə vermədi. Dəfələrlə cəhd etməyə çalışsaq da nə məktəb rəhbərliyi, nə də təhsil şöbəsi bizim cəhdlərimizə heç bir cavab vermədi. Məsələ ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovla əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, ölkədə hər il 100-ə yaxın təhsil ocağı əsaslı təmir olunur və ya yenisi tikilir. Adı çəkilən məktəbdə də plana uyğun olaraq işlər görüləcək. Sakinlərin şagirdlərin məktəbə odun aparması ilə bağlı iddiasına da münasibət bildirən mətbuat katibi qeyd etdi ki, ehtiyac yaranan bütün məktəblər odunla təmin olunur. Məktəbdə mühafizəçinin olmaması, şagirdlərin təhlükəsizliyinin təmini ilə bağlı məsələyə isə cavab vermək istəməyən Cəsarət Valehov telefonu söndürdü. Sonrakı zənglərimizə isə ümumiyyətlə cavab vermədi. Vəzifə borcu olmağına baxmayaraq, 3 suala cavab verməyə hövsələsi çatmayan təhsil qullquçusundan fərqli olaraq, Məmmədqasımlı kəndinin sakinləri səbirlə problemlərinin həll olunacağı günü gözləyirlər. Adamı dinləməyə belə dözümü çatmayan bu cür kəmhövsələ qulluqçularla problemin aradan qaldırıldığı günü görəcəklərmi, açığı, buna cavab vermək çətindi

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    26 members have viewed this topic:
    GAhir  Deva  Искатель  Eva_J  Хамаль  Abbasov J.  Marijuan  Marsianin  MIK  AVA  Pups.  Maks1974  Светлый путь  Доктор Грант  Sanarey  Manaman  Brc  Gamer  Deportment  Ergenekon  Spunkmeyer  Пчела Майя  Bushido  trefoil  Murad Ali  S.T.A.L.K.E.R 
  • Who's Online   25 Members, 18 Anonymous, 38 Guests (See full list)

    • +Klarissa Starling
    • +Zefir
    • +Гамлет
    • +Dominik_Toretto
    • +Padre
    • +Cain
    • +sarmat-baku
    • +Аналитик
    • +Gulchatai
    • +Ласка
    • Kamil
    • +Darth Vader
    • +Udarnik
    • +INCREDIBLE
    • +Жемчужинка
    • Дырт Вэйдер
    • +Protitip
    • +TruePick
    • +I am gonna hell
    • Arzu777
    • +Mishina
    • +W0lf
    • +Nazul
    • +Ага
    • +Grisbi
×
×
  • Create New...

Important Information

Terms and Conditions