Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

QOCALAN AZƏRBAYCAN - Gənclər ölkəni niyə tərk edir?


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

Bunun bir səbəbi də 60 il öncə yaşanan uşaq bumudur. İkinci dünya müharibəsi zamanı 27 milyondan çox insan itkisi SSRİ rəhbərliyini doğumun təşviqi üçün addımlar atmağa sövq etdi. Çoxuşaqlı analara verilən “qəhrəman ana” mükafatları, təqaüdlər, subayların vergi ödəməsi çoxuşaqlılığı dəbə mindirdi.. İndi çoxuşaqlılıq dəbdə deyil. 19 yaşa qədər olan azərbaycan vətəndaşlarının sayı təxmini 2 faizədək azalıb. İqtisadçı Rövşən Ağayev apardığı araşdırmada bu nəticəyə gəlib. Amma əhali qocalmasının səbəbi təkcə doğumun azalması deyil. Gənc nəslin ölkədən getməsi də nəsillər arasında balansı pozur. 5 il öncə yaşadığı Lerik rayonunu tərk edib Almaniyaya gedən Azər Kazımzadə deyir, Almaniyaya gələn azərbaycanlıların sayı hər il getdikcə artır. Mən sizə deyim, bunun təkcə iqtisadi səbəbləri yoxdur. Psixoloji, siyasi səbəbləri də var. ölkə nə dərəcədə yaşanıla bilər? Uzun müddət hakimiyyətin dəyişməməsi, insanlarda çox böyük xəyal qırıqlığı, ümidsizlik yaradır. Insanlar həmişə dəyişimə bir ümid kimi yanaşırlar. Bu hakimiyyətin dövründə özüm üzü tapmadıq, bəlkə yeni sistemdə taparıq. Yaşlı əhalinin çox olması həm də dövlət büdcəsində balansı pozur – işləyib, vergi verənlərin sayı azalır, pensiya və müavinət alanların sayı artır. Bəs əhalinin sürətlə qocalmasının yaratdığı fəsadların qarşısını almaq üçün Azərbaycan hökumətinin önləyici tədbirləri varmı? Əmək və əhalinin sosial müdafiəsi nazirliyi Toplum TV-nin sorğusuna göndərdiyi cavabdan belə anlayırıq ki, onların fikrincə, Azərbaycanda əhalinin qocalması ahıllara göstərilən qayğının nəticəsidir. Ekspertlər nəsil balansını qorumaq üçün islahatlara ehtiyac olduğunu deyir. Ailələrin sosial durumunu yaxşılaşdırmaq üçün uşaqpulu müavinətinin verilməsi tələbilə müxalifət partiyaları dəfələrlə aksiya keçiriblər. Hökumət hələ ki doğum təşviqi ilə bağlı islahatlar barədə heç bir vəd vermir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində gənclərin azalması ilə bağlı ciddi problem görmürlər. Nazirlik qeyd edir ki, Azərbaycan Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda ölkələrdən biridir, əhalinin sabit artım tempi mövcuddur.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   27 Members, 19 Anonymous, 46 Guests (See full list)

    • +QRFRA
    • +Гамлет
    • +BaltaEtibar
    • +Leysan
    • +Sagarmatha
    • +Protitip
    • +Manneken Pis
    • +Agriae
    • +Mechta2020
    • +STOIC
    • +Miranda
    • Caldogno
    • +Pashayev
    • +Shvabodniy
    • +Spirt
    • +vugel
    • +Nazul
    • +Wolfy
    • +Grisbi
    • +monarflex
    • +Buritas
    • Xazar
    • +Martinika
    • +W0lf
    • +Azeri365
    • +bongo
    • Kюбра Гасанова
×
×
  • Create New...

Important Information

Terms and Conditions