Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Bakıda “moyka” açmağın ən asan yolu: Bunu edin, həyatınız dəyişsin - Cib Dostu


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

 

Bakıda “moyka” açmağın ən asan yolu: Bunu edin, həyatınız dəyişsin - Cib Dostu Bu gün az büdcə ilə biznes qurmaq deyəndə, insanın ağlına ilk gələn şeylərdən biri də avtomobil yuma məntəqələridir. Bəs bu biznes növü nə qədər gəlir gətirir? İşimizi qurmaq üçün bizə nə qədər vəsait lazımdır?

 

“Cib dostu” bütün suaallarınıza cavab tapmağa kömək edəcək. Bu biznes növünə başlamaq üçün bizə hansı sənədlər lazımdır?

 

Sualımıza cavab tapmaq üçün KOB İnkişaf Mərkəzinin biznesə dəstək üzrə mütəxəssisi Arzu İbrahimovanı dinləyək. Bunu da mütləq vurğulamalıyıq ki, avtoyuma məntəqələri qeyri-əhali qrupu abonentlərinə daxildir. Buna görə də onlara suyun bir kub metri 2 manatdan satılır. Uzun illərdir bu biznes növü ilə məşğul olan Rasim Şirəlizadə deyir ki, ərazidən, müştəri sıxlığından, keyfiyyət və təmirindən asılı olaraq avtoyuma məntəqələrinin alış-satış qiyməti 30 mindən 300 minədək, kirayə qiymətləri isə 500 manatdan 5 min manatadək yüksələ bilir.

 

Onun sözlərinə görə, bu sahədə çox qazanmaq istəyən şəxs mütləq keyfiyyətli xidmətə diqqət etməlidir. Əks təqdirdə qazandığı müştəriləri də tezliklə itirəcək. Məsələn, bəzən müştərilər avtomobillərinin yuyulma prosesi zamanı boyanın cızılması, tökülməsi, boya və şüşə üzərində ləkələrin qalmasından şikayətlənirlər. Bəzən də avtomobillərin arxa görüntü kameraları, radar sistemləri, işıqları suyun təzyiqindən zədələnir.

 

Bəs uğurlu bir avtoyuma məntəqəsində yuma prosesindən başqa hansı xidmətlər göstərməlidir? Rasim Şirəlizadə onu da bildirdi ki, fəsillə əlaqədar olaraq qiymətlərdə fərq olmur. Sadəcə yağışlı havalarda daha çox avtomobilin salonunun təmizliyi ön plana çıxır. Bəs avtomobilin daxili hissələrini təmizləyərkən nəyə diqqət etmək lazımdır, sonra müştəri qaçmasın?

 

Avtomobilin yuyulmasında qiyməti onun növü tənzimləyir. Məsələn, “Sedan” tipli avtomobillərdə sadə yuyulma salonu və çölü daxil olmaqla, 10 manat, “Jeep” tipli avtomobillərdə isə 15 manatdır. Əlavə xidmətlər qiyməti artıra bilər. Bir sözlə... Avtoyuma məntəqəsi açmaq fikrindəsinizsə, mütləq məsuliyyətli, həvəsli və təmizkar bir işçiyə ehtiyacınız var. Diqqətli və təmiz xidmət sizə uğur gətirəcək. Keyfiyyətli kimyəvi vasitələrdən istifadə avtomobilə zərər verməz.

 

Bununla yanaşı, avtoyuma məntəqəsinin yerləşdiyi ərazi də xüsusi önəm kəsb edir. İnsanların sıx yaşadığı ərazilərdə açılan məntəqələr daha çox gəlir gətirir. Digər başlıca şərt isə məntəqənin məşhurluq qazanmasıdır. Bunun üçün reklam işlərinə xüsusi diqqət ayırmalısınız.

 

Bu dediklərimizi nəzərə alıb avtoyuma məntəqəsi açsanız, mütləq uğur qazanacaqsınız. Aylıq gəliriniz isə 6-7 min manatadək qalxa bilər.

Link to comment
Share on other sites

Murad Ali

Эксбердное мнение)) а что не посоветовал тейк евей кофе ? О гюн отурдуг 3 кофе 1 чай 30 манат... и миллета битком и место нелюдное и время было позднее.... мойка это прошлый век ай эгсберд гардаш

Edited by Murad Ali
  • Like 2
  • Haha 1
Link to comment
Share on other sites

Abunasib114

Arzu xanım KOB ofisindən çıxıb Əhmədliyə gəlsin. 1000 dənə moyka var, qiymət də 5-10 manat.

Rayon yerlərində adam qalmayıb hamısı Bakıda..... parkovşik, moyşik, ofisiant, çayçı, ən yaxşı halda ərəblər üçün tərcüməçi işləyir. İqtisadiyatı düzgün idarə etmək lazımdır. 1 monopolistin oğurlayıb qazandığının əvəzinə minlərlə ailə dolana bilər. Ən azından emal,çörəkbişirmə, gündəlik tələbat malları və bu cür sadə texnologiya tələb edən sahələr böyük şirkətlərə verilməməlidir. Pullu şirkətlər kompleks işlər, istehsalla məşğul olmalı, kiçik təchizatçılardan asılı olmalıdır.

  • Like 2
Link to comment
Share on other sites

черно-синий

Главная проблема мойки это сам мойщик. 90% авара, тюремщики, наркоманы и просто дети Соны...подведут в любой момент

Link to comment
Share on other sites

Editor

Я несколько лет в начале 2000-х мечтал, чтобы у меня была мойка....

  • Haha 1
Link to comment
Share on other sites

Dominik_Toretto
18.12.2022 в 22:42, черно-синий сказал:

Главная проблема мойки это сам мойщик. 90% авара, тюремщики, наркоманы и просто дети Соны...подведут в любой момент

Поэтому надо брать желательно знакомых, чтобы были адекватными. 

 

19.12.2022 в 07:19, Editor сказал:

Я несколько лет в начале 2000-х мечтал, чтобы у меня была мойка....

В начале нулевых мой кузен разбогател на мойке, когда их в городе ещё мало было. 

  • Like 2
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   25 Members, 18 Anonymous, 108 Guests (See full list)

    • +Spirt
    • +Dervish
    • +Birdman
    • +PlayPlus
    • +Vagrant
    • +Grisbi
    • +Риночка
    • +Nazul
    • +Brc
    • +Pups.
    • +Rebell
    • +usseyn
    • +-=laziale=-
    • +I am gonna hell
    • +Чилийский диктатор
    • movcon
    • +Аджи-Мушкай
    • +Nicola Tesla
    • +Rufikbakinec
    • +Operator85
    • Arzu777
    • +invariant
    • +Elbilir
    • +Dex
    • +Отче Ваш
×
×
  • Create New...

Important Information

Terms and Conditions