Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

Sərhədin o tayına keçə bilməyənlər: "Qazax camaatı sərhədlə dolanırdı"


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

3 il yarım bundan əvvəl bu dükanların işi yaxşı gedir, kafelərin müştərisi əskik olmazdı. Elə taksilər də müştərinin birini aparıb, o birini gətirir, günlük qazanc əldə edirdilər. Azərbaycanla Gürcüstan sərhədindəki Sınıq körpü sərhəd keçid məntəqəsində əvvəl uzun növbələr olurdu. Covid 19 pandemiyasına görə 3 ildən çoxdur bağlı qalan sərhədlərin nə vaxt açılacağı ilə bağlı nə sərhədçilərın, nə də yerli sakinlərin məlumatı var. İşlərin nə zaman əvvəlki axarına düşəcəyini bilmədiklərindən sahibkarlar ticarət obyektlərinin çoxunu bağlayıb. Kafelərin də müştəriləri əsasən elə müştərisiz qalan taksi sürücüləridir. Qazax rayonunun Gürcüstanla sərhəddə yerləşən İkinci Şıxlı kənd sakinləri deyir, quru sərhədləri bağlanandan camaatın dolanışığı çətinləşib. 63 yaşlı Məmməd Nuriyev rayonda iş yerlərinin olmamasından gileylənir. Deyir, əhali daha çox Gürcüstana gedib oradan qida, gigiyena vasitələri, tütün və spirtli içki məmulatları alıb, burada satardılar. Amma 3 ildən artıqdır ki, sərhədlər bağlı olduğundan insanların tək qazanc yeri də əllərindən çıxıb. “Azərbaycana giriş bizim kənddən başlayır. Bizdə elə bir iş yeri, zavod fabrik yoxdur ki, işləyən qüvvə gedib oradan pul qazansın. Kənd camaatı təsərrüfatla, heyvandarlıqla məşğuldur. Biz əsas “Qırmızı körpü” ilə dolanırdıq, qohum əqrəbamız o üzdədir, çətinliyimiz o üzlədir. Piyada yolu bağlıdır. Dolanışığımız da yolun bağlı olmasına görə çox zəifləyib. Sərhəd açıq olanda fəhləsindən tutmuş müəlliminə kimi xeyir-şər üçün hamı su, limonad alırdı oradan. Yaxın məsafədir, təminatımızı oradan ödəyirdik. Burdan da toyuq-cücə, təsərrüfatımızın mallarını aparıb o tərəfdə satırdıq. Bugünkü gündə buranın bağlı qalmasına görə dolanışığımız çox aşağı vəziyyətdədir. Bizə burdan Bakıya 515 km məsafə gedib malımızı satmaq sərf eləmir. Ona görə də burdakı kəndlərin burdan Qazaxa qədər hamısının dolanışığı çox aşağı vəziyyətdədir”.

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   6 Members, 3 Anonymous, 30 Guests (See full list)

    • +RuslanRD
    • +Astreya
    • +Martinika
    • +Tenant
    • +-=laziale=-
    • +Отче Ваш
×
×
  • Create New...

Important Information

Terms and Conditions