Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

“Bu 6 min elə bil söyüş oldu mənə” - Şuşa aksiyasında göyərçinlə məşhur olan QHT sədri


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

1685460501_65.jpg"15 min manatlıq layihə söz vermişdilər, ayırmadılar. Şuşa şəhidi ilə bağlı sənədli film üçün isə 6 min manat ayırdılar. Bu 6 min elə bil söyüş oldu mənə". Bu sözləri AzadlıqRadiosuna Şuşa-Xankəndi yolunda etiraz aksiyası zamanı əynindəki kürkü və əlində sıxdığı göyərçinin havaya buraxılanda yerə düşməsi ilə gündəm olan Qeyri-Hökumət Təşkilatı (QHT) rəhbəri Tahirə Məmmədova deyir.
Tahirə Məmmədovanın sədri olduğu "Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin 2007-ci ildə Azərbaycanla İraqı siyasi, sosial və mədəniyyət sahələrində bir-birinə tanıtmaq məqsədilə yaradılıb.

Təşkilat son illər Qarabağ münaqişəsi haqda məlumatlandırma ilə də məşğul olduğunu bildirir. Məmmədova vətənpərvərlik mövzusunda layihələrə görə dövlətdən, bu il də daxil olmaqla, dörd dəfə maliyyə yardımı alıb.

O, maliyyənin azlığından gileylənib: "İraqda təntənəli şəkildə təqdimatını keçirmək istədiyim, 100 illiyə həsr ediləcək "Heydər Əliyev və Şərq dünyası" adlı kitab çapı haqda layihəm qəbul edilməyib".

"İkinci layihəm Şuşa şəhidləri barədə ötən illərdən start götürən film layihəsi idi. Üçü haqda elə dövlət vəsaiti ilə sənədli filmi təhvil verdim, birinci yer tutan oldu, bir təşəkkür də etmədilər. Dördüncü film haqda layihəyə 6 min manat pul ayırıblar. Şəhidim də Beyləqan rayonundandır. Bu 6 min manat mənə söyüş oldu. 15 min manatlıq layihə sözü verilmişdi, hətta mən genişləndirib sənədli film və kitab çapı nəzərdə tutmuşdum, xaricdə tanıtımlar var idi. Əfsuslar olsun ki, işləyən adamları önə getməyə qoymurlar", – Məmmədova söyləyir. O, maliyyə sıxıntısı barədə Agentliyə müraciət edəcəyini də əlavə edir.

"Yol xərci, filmin çəkilişi, prodüserin və mühasibin maaşları, bank vergisi, hökumətin vergisi və digər xərcləri necə çatdıracam, onu düşünürəm. Hətta istədim ki, etiraz kimi qrantı qaytarım da. Düşünməsinlər ki, acgözlük edirəm, yox, söhbət yaxşı iş üçün lazımlı puldan gedir", – deyən Məmmədova agentliyin "elə də yaxşı işləməyən" QHT-lərə çox pul ayırdığını iddia edirВозможно, это изображение пуховик и текст

1685460501_65.jpg
AMIA.AZ

"15 min manatlıq layihə söz vermişdilər, ayırmadılar. Şuşa şəhidi ilə bağlı sənədli film üçün isə 6 min manat ayırdılar. Bu 6 min elə bil söyüş oldu mənə"...

 

Link to comment
Share on other sites

114
01.07.2023 в 15:24, S.T.A.L.K.E.R сказал:

15 min manatlıq layihə söz vermişdilər, ayırmadılar. Şuşa şəhidi ilə bağlı sənədli film üçün isə 6 min manat ayırdılar. Bu 6 min elə bil söyüş oldu mənə

Получается, что голубь сел в 9 000. 

  • Haha 3
Link to comment
Share on other sites

Astreya

Yenede dava pul davasıdı , yazığ şəhidlər pul əldə etmək üçün  bir fürsət olub bunların əllərində ((( 

  • Like 3
Link to comment
Share on other sites

114
01.07.2023 в 16:00, Astreya сказал:

Yenede dava pul davasıdı , yazığ şəhidlər pul əldə etmək üçün  bir fürsət olub bunların əllərində ((( 

За бесплатно там разве что пару человек стояло бы и вообще за идею тут мало кто способен трудиться. 

  • Excellent 2
Link to comment
Share on other sites

Гамлет
01.07.2023 в 16:00, 114 сказал:

за идею

Смотря какая идея. За идею обогащения, здесь трудятся как следует 

Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   13 Members, 7 Anonymous, 21 Guests (See full list)

    • +Антихимик
    • +Operator85
    • +Stalkermind
    • +Rufikbakinec
    • +Buritas
    • +Чилийский диктатор
    • cuap
    • +Sirius191
    • +Светлый путь
    • varra
    • +Nicola Tesla
    • +Leysan
    • +Vagrant
×
×
  • Create New...

Important Information

Terms and Conditions