Jump to content
Baku365.com
  • advertisement_alt
  • advertisement_alt
  • advertisement_alt

"Vətənpərvərlər" niyə artıb?


S.T.A.L.K.E.R

Recommended Posts

S.T.A.L.K.E.R

"Vətənpərvərlər" niyə artıb?  - Seymur Baycan yazır...

Kütləvi repressiyalar, kütləvi nəzarət, kütləvi qorxu sovet vətəndaşlarını o qədər yormuş, o qədər əldən salmışdı ki, xeyli adam almanların hücumuna, müharibənin başlamağına sevinmişdi. Repressiyalardan, kütləvi nəzarətdən bezmiş, yorulmuş adamlar almanların hücumunu, müharibənin başlamasını bir az dincəlmək, bir az rahat nəfəs almaq fürsəti kimi qiymətləndirirdi. Təsəvvür edin repressiyalar, kütləvi nəzarət, qorxu mühiti adamları o qədər yorub və bezdirib ki, onlar müharibənin başlamağına seviniblər. Həddindən artıq absurd, qəribə görünsə də, həqiqətən, belə bir hal olubdur. Bu barədə hətta Konstantin Simonov "Dirilər və ölülər" əsərində yazıb. Əlbəttə, xeyli üstüörtülü şəkildə.

 

İndi Azərbaycanda da, təxminən, buna bənzər bir vəziyyət yaranıb. O məşhur sözü bir az vəziyyətə uyğunlaşdırsaq, belə bir "resept" alınar:

 

“Əgər səni təhqir edirlərsə, əgər səni alçaldırlarsa, əgər sənin bir insan, bir vətəndaş kimi bütün hüquqların əlindən alınıbsa, sərhədlərini bağlayıb səni qoyun sürüsü kimi tövləyə doldurublarsa və sən səsini çıxarıb “mıqq” da edə bilmirsənsə, qorxursansa, acizsənsə, nəyəsə görə susursansa, çalış alovlu vətənpərvər ol”.

 

Acizlik, qorxu və laqeydlik nəticəsində son vaxtlar ölkədə "vətənpərvərlərin" sayı yaman artıb. Bu "vətənpərvərlər" vaxtaşırı bir "günah keçisi", "qurban", "vətən xaini", "düşmən dəyirmanına su tökən" tapıb onun üstünə nifrət, qəzəb püskürürlər. Özlərinə insan, vətəndaş olduqlarını sübut etmək istəyirlər. Guya bunların da bir insan, bir vətəndaş kimi hissləri, qırmızı xətləri var. Guya vətən dardadır, bütün umu-küsüləri kənara qoyub bir yumruq kimi birləşmək lazımdı.

 

Amma müharibə veteranı intihar edəndə bu adamlardan səs çıxmır. Çünki "günah keçisi"nin, "vətən xaini"nin üstünə nifrət, qəzəb püskürmək onlara sərf edir, onlara xal gətirir. "Vətən xaini"nin, "günah keçisi"nin üstünə xoruzlanmaq təhlükəsizdir. Bununla onlar həm də bir insan, bir vətəndaş kimi öz acizliklərinə, qorxaqlıqlarına legitimlik qazandırırlar. Müharibə veteranının intiharına reaksiya vermək isə onlara sərf etmir. Beləliklə onların vətənpərvərliyinin nə qədər saxta olduğu asanlıqla üzə çıxır. Belə saxta vətənpərvərlərin bu qədər çoxalması yaxşı heç nə vəd etmir.

 

Təhqir olunmuş cəmiyyətlər çox qorxuludur. Hər dəqiqə bir xəstə təxəyyülü adam ortaya çıxıb təhqir olunmuş cəmiyyətin boğazına xalta bağlayıb istədiyi istiqamətə apara bilər. Ötən əsrin 30-40-cı illərində Almaniyada baş verənlər buna sübutdur. Hitler bəşər mədəniyyətinə neçə-neçə dahilər bəxş etmiş almanları heyvan sürüsünə çevirdi. Almanlar heyvan sürüsünə çevrilməyə tam hazır idi. Çünki almanlar özlərini təhqir olunmuş hiss edir və "Versal" dan sonra oturub öz “hitlerlərinin” yolunu səbirsizliklə gözləyirdilər.

 

Orduda olanlar, yəqin ki, belə halları çox müşahidə ediblər. Ən çox döyülən və təhqir olunan əsgərlər fürsət yarananda ən qəddar, ən amansız adama çevrilirlər. Fağırın qeyrətə gəlməyi çox pis olur. Xülasə, təhqir olunmuş və aciz görünən cəmiyyətlər hazır barıt çəlləyidir. Təhqir olunmuş cəmiyyətlərdə hətta ayıq-sayıq, ağıllı adamlar belə asanlıqla kütləyə qoşulur, könüllü olaraq kütləyə əsir düşürlər. Kütlə isə hər zaman düşündüyümüzdən də səviyyəsiz, düşündüyümüzdən də qorxuludur.

 

  • Like 3
Link to comment
Share on other sites

Undina
08.09.2023 в 01:13, S.T.A.L.K.E.R сказал:

Amma müharibə veteranı intihar edəndə bu adamlardan səs çıxmır. Çünki "günah keçisi"nin, "vətən xaini"nin üstünə nifrət, qəzəb püskürmək onlara sərf edir, onlara xal gətirir. "Vətən xaini"nin, "günah keçisi"nin üstünə xoruzlanmaq təhlükəsizdir

зачем проводить такие параллели?И зачем слово патриот представлять всем,как понятие нарицательное.На радость врагам..

Давно пора понять,что в любой среде есть любые ..в любом обличии и с любыми намерениями.Начните с себя например.И не надо систематизировать людей по каким то понятиям.

  • Facepalm 1
Link to comment
Share on other sites

Bushido
09.09.2023 в 15:50, Undina сказал:

зачем проводить такие параллели?И зачем слово патриот представлять всем,как понятие нарицательное.На радость врагам..

Давно пора понять,что в любой среде есть любые ..в любом обличии и с любыми намерениями.Начните с себя например.И не надо систематизировать людей по каким то понятиям.

 

 

Он разделяет здоровый патриотизм от фейк патриотизма.

 

Проявлять патриотизм только в вопросах где есть и так консенсус (например против армянского сепаратизма) дело легкое. 

 

А проявлять патриотизм в не таких консенсусовых делах требует настояшего, здорового патриотизма, например открыто возмушаться из за суммы пособия ветеранам, инвалидам, бороться за чистоту природы своей страны против золотодобываюшей фирмы, поднимать голос против полицейского произвола. Вот где истинный патриотизм 

  • Like 3
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who's Online   12 Members, 12 Anonymous, 41 Guests (See full list)

    • Caldogno
    • +Crocoos
    • +Spirt
    • +Martinika
    • +W0lf
    • +usseyn
    • +Mr. TANNER
    • +Razin
    • +АнтиФейк
    • +Джема
    • +falkie
    • +Operator85
×
×
  • Create New...

Important Information

Terms and Conditions