Jump to content
Baku365.com

Тема о Победе - 21:0

Ifti

Recommended Posts

Экономист_Дед

Vətən Müharibəsinin ildödönümündə xatırlayaq: savaşın ilk günündə Tərtər-Ağdərə-Murov cəbhəsində nələr baş vermişdi? Hərbi blogger Tofiq Şahmuradov yazır:

27 sentyabr səhər saat 06:00-da düşmən ard-arda yaşayış olan kəndlərimizi vuranda, mən Tərtərdə idim. Partlayış səsindən sonra oyandım,tez maşına oturub Tərtər Polis İdarəsinin qarşısına gəldim. Gördüyüm mənzərə belə idi: mülki əhali şəhəri tərk edirdi, hərbi texnikaların, kolonların intensiv hərəkəti var idi. Bərdə korpusunda (1-ci Ordu Korpusu) komandir müavini, polkovnik Babək Səmidli (sonradan, noyabrın axırlarında Suqovuşanda minaya düşərək şəhid oldu) ilə əlaqə saxladım. Polkovnik olanlardan xəbərdar idi, hadisə ilə əlaqədar Tərtərə gəlirdi, dedim mən də burdayam, məni də özünlə götür.

Saat 06:45 olardı. Rahim müəllimlə idarənin qarşısına gəldilər və birlikdə Goranboy istiqamətinə yola düşdük.

Saat 07:30-da bütün cəbhə boyu şiddətli raket, artilleriya atəşi başladı, bizim atəşdən 20 dəqiqə sonra ermənilərin cavab atəşi gəldi.

Təqribən 38 dəqiqə davam edən artilleriya atəşindən sonra Azərbaycan Silahlı qüvvələrinin 1-ci Ordu Korpusunun bölmələri Tapqaraqoyunludan Talış kənd istiqamətində şərti adı “99” və “Polad”postu deyilən yerdən Goranboy briqadası və Mingəçevir briqadası, onların önündə Korpusun Əlahiddə tank taboru, Murovdağ 3340 yüksəkliyi istiqamətdə korpusun Əlahiddə Kəşfiyyat taboru və Həmlə taboru, Tərtər istiqamətindən Ağdərə Göyarx (Yüksəklik 530) istiqamətində Tərtər briqadası, Goranboyun Gülüstan Kəhirlər (yüksəklik 1444) istiqamətində Ağcakənd briqadası düşmənin müdafiə xəttini yarmaq üçün hücuma keçdi.

Şiddətli döyüş gedirdi,qan su yerinə axırdı elə bil.

Artıq ilk yaralı və şəhid xəbərləri gəlməyə başladı.

İlk şəhid və yaralını şimal-şərq cəbhəsində eyni anda 13 istiqamətdən böyük qəhrəmanlıq göstərərək, güllə yağışının altında Ohanyan xəttini yarıb keçid açan Mühəndis-istehkam taboru verdi.

Həmən an onların rəisi Polkovnik-leytenant Hüseynov Xalidi görmək lazım idi. Onun rəhbərliyi altında istehkamçılarımız keçidi açıb qoşunlarımızın irəlləməsi üçün dəhliz yaratmışdılar. Xalid həm sevincli idi, həm də şəhid və yaralılarına görə elə bil canından can getmişdi. Qəhər boğmuşdu onu. Özünü güclə saxlayırdı. Məni tutub silkələdi, dedi: qəhrəmanlarım canı bahasına keçidi açdılar, bunlardan yaz, Tofiq.

Vəziyyət çox çiddiləşdiyinə görə, korpus komandiri (H.Həsənov) əsas Komanda-idarəetmə məntəqəsindən çıxaraq, birbaşa döyüşləri vizual müşahidə edib idarə edə biləcəyi Goranboy istiqamətinə getdi.

Polkovnik Babək Səmidli, Rahim müəllim və mən döyüşü izləyirdik. Ən mükəmməl peşəkarlıqla çəkilən Hollivud müharibə filmi belə bu səhnənin yanında heç nə idi. “Sıravi Rayanın xilas edilməsi” filmində müttəfiq qoşunların dənizdən üzü yuxarı düşmənin gücləndirilmiş beton mövqelərinə qarşı hücum səhnəsi ilə eyni səhnə yaşanırdı.

Canlı qüvvəmiz və tanklarımız, BTR 82-A, BMP-3-lərimiz düşmənin 27 ildə tikib möhkəmləndirdiyi mövqelərə qarşı döyüşə-döyüşə irəliləyirdi.

Ermənilər möhkəm tikdikləri dotlardan yağış kimi güllə yağdırır, snayper silahlarından və pulemyotlardan, bir tərəfdən də minnaatanlardan atəşi dayanmır, həm texnikaya, həm də şəxsi heyətə "Kornet" və "Faqot"dan durmadan atırdılar.

Düşmənin qazdığı xəndəyin qabağında vurulan texnikalarımız alışıb-yanır, qışqırıq səsləri aləmi bürüyür, yanan texnikaların içində tam heyət olanlar da var idi.

Gözümüzün qabağında illərdir bir yerdə olduğumuz qardaşlarımız alışıb yanırdı, çox dəhşətli səhnə idi, vəziyyət çox pis idi.

Düşmən çox güclü, şiddətli müqavimət göstərirdi.

Bir anlıq adamın ağlına "yox.. biz bacarmırıq, bacarmayacağıq" kimi fikirlər gəlirdi.

Polkovnik Babək Səmidli Korpus komandirinə məruzə elədii: “Cənab general, icazə verin gedim uşaqların yanına, onlara döyüş meydanında kömək edim, arxadan gələn ehtiyat qüvvələri düzgün yönləndirim”.

Korpus komandiri Babəkin üzünə baxdı-baxdı, dedi: “Get, amma ehtiyatlı ol, tək getmə, polkovnik Həbib Şıxıyev də səninlə getsin”.

Gərgin vəziyyət davam edir, düşmənin müqavimətinin qırılacağı mümkünsüz görünürdü. Elə bu vaxt, həmən çətin anlarda ilk qələbə xəbərini polkovnik Nəsimi Şıxəliyev verdi. O, ratsiyada məruzə etdi ki, Murovdağ 3340 yüksəkliyi Tərtər əlahiddə kəşfiyyat taboru tərəfindən götürüldü, erməni bayrağı endirilib, Azərbaycan bayrağı dalğalanır

(həmən yüksəkliyin götürülməsində 1-ci Ordu Korpusunun Həmlə taboru da iştirak etdi).

Ratsiyada kimsə qışqırdı ki, “ura-ura... eşq olsun sənə Nəsimi,eşq olsun!

Sən Murov Qartalısan!”

Nəsimi soyuq səslə cavab verdi ki, başqa ad fikirləşin, Murov Qartalı şəhid qardaşımız Raquf Orucovdur.

Polkovnik Nəsimi Şıxəliyev məruzə edəndə saat 18:00 olardı,bir az sonra N saylı briqadanın komandiri polkovnik-leytenant Səxavət Baxışov (Vətən Müharibəsi Qəhrəmanıdır) məruzə etdi ki, Talış kəndin solundakı 482 yüksəkliyi İbişin rəhbərliyi ilə kəşfiyyat bölüyü tərəfindən götürülüb, bizdədi (İbiş deyəndə kəşfiyyat rəisi Polkovnik-leytenant İbişov Bayramı nəzərdə tuturdu).

Əsas hücum istiqamətində isə çox güclü döyüş gedirdi. Ordumuz iki istiqamətdən cəbhəni yarmışdı.

Bir istiqamətdə döyüş meydanında ümumi rəhbərliyi korpus komandirinin müavini Polkovnik Teymur Məmmədov edirdi.

Bir istiqamətdə Goranboy briqadasının komandiri Polkovnik-leytenant Səxavət Baxışov öz briqadası ilə irəliləyir, yanında briqadanın qərargah rəisi polkovnik-leytenant Elxan Hüseynov, polkovnik-leytenant Əfqan Əbdürrəhmanov (oktyabrın 10-da Suqovuşan istiqamətində şəhid olub, ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adını alıb), tabor komandirləri polkovnik-leytenant Soltan Məmmədov, mayor İntiqam Əmirov var idi (adların unutduğum qardaşlarımız üzürlü saysın).

Digər istiqamətdə N saylı briqadaya polkovnik-leytenant Orxan Rzayev rəhbərlik edirdi. Orxan Rzayevin briqadası yanında korpus komandirinin müavini polkovnik Teymur Məmmədov, taborun qərargah rəisi, Baş leytenant Rzayev Gülməmməd, polkovnik-leytenant Zeynalov Cabir, döyüş meydanında korpusun artilleriya bölmələrin idarə edən polkovnik-leytenant Mövlanov Tərlan, mayor Bağıyev Mirdamət (Spike ilə erməni tanklarının qənimi kəsilmiş, Vətən Müharibəsi Qəhrəmanı) də var idi.

Hər iki briqadamız hərəsi 2 taborla günün sonuna yaxın düşmənin 3 eşalonlu müdafiə xəttini yarıb, texnikalarımızı düşmənin qazdığı xəndəklərdən keçirdə bildilər. Düşmənin Talış kənd istiqamətində müdafiə xətti yarılandan sonra, polkovnik-leytenant Orxan Rzayevin bölmələri 831 yüksəkliyinə doğru, digər bölmələr isə polkovnik Teymur Məmmədovun rəhbərliyi altında 701 yüksəkliyinə doğru hərəkət edirdilər.

Hər iki yüksəklik artilleriya, aviasiya ilə vurulsa da, elə bil heç nə olmamışdı, çünki ermənilər orda beton bunkerlərdən böyük sığınacaqlar tikmişdilər. Ermənilərin ən ciddi müqaviməti Ağ uçuq deyilən yerdə oldu.Təqribən 100 -ə yaxın erməni xüsusi təyinatlıları o istiqamətdən bölmələrimizi iki yerə ayırmaq üçün əks həmləyə cəhd edirdilər.

Briqada komandiri polkovnik-leytenant Orxan Rzayev tanklarla 831 yüksəkliyinə irəliləyərkən dar dağ yolunda təsadüfən ermənilərin 1 bölük qüvvəsi ilə rastlaşdı.

Ermənilər 10-a yaxın „Kamaz“, „Ural“la ön xəttə köməyə gəlirmişlər. Qəhrəman döyüşçülərimiz hamısın əzib keçmişdilər (çəkilişi var).

Ermənilər əsas hücum istiqamətinin Ağdam-Ağdərə tərəfdən olacağını güman etdiyi üçün,  onların əsas elit bölmələri bu istiqamətdə idi.

Separatçıların müdafiə naziri Cəlal Harutunyan Ağdamda Çobandağ yüksəkliyindən döyüşləri idarə edirdi.

Ermənilər tez bir zamanda Xocalıda yerləşən 77-ci tank taborunu, Ağdərədə yerləşən 10-cu dağ atıcı diviziyasını, 193-cü əlahiddə hücum-desant taborunu və 022 Xüsusi təyinatlı qüvvələrinin bu istiqamətdə atıb hücumu saxlıya bildilər.

Döyüşün bu anında ani ortaya çıxan vəziyyəti qiymətləndirən döyüşü idarə edən Korpus komandiri tez bir zamanda vəziyyətə uyğun, düşmən üçün gözlənilməz ola biləcək bir qərar qəbul etdi.

Komandirin göstərişi ilə anidən Goranboy briqadasının bir taboru sağ cinaha çəkilərək, incəçayın solu ilə düşmənin 6-cı və 7-ci dağ atıcı alaylarının stıkından meşə zolağı ilə sızdıb düşmənin arxasına keçib Arakəsər dağına çıxmalı, 1353 yüksəkliyini tutaraq, ordan 1208 yüksəkliyinə düşərək, Talış-Suqovuşan istiqamətində düşmənin 6-cı dağ atıcı alayını tam mühasirəyə salıb, düşmən qüvvələrin parçalamalı idi. Məqsəd düşmən bölmələri arasında xaos yaradıb, bu istiqamətdə müqavimətlərini qırmaq idi.

Komandanlığın əmri ilə tabor yaradılacaq arxadan verilə atəş dəstəyi ilə  az itki verərək, çox qısa zamanda təyin olunmuş hədəfi tutmalı idi.

Korpus Komandirininin rabitədə "Vaşaq 1, əmr edirəm" atəş komandası eşidildi. Yer-göy elə bil lərzəyə gəldi həmən an. Ardınça "Vaşaq-2, Vaşaq-3" əmrləri eşidildi.

Goranboy briqadasının taboru bu istiqamətdə düşmən qüvvələrini darmadağın edərək, Arakəsər dağına çıxaraq 1353 yüksəkliyin tutdu. Tabor cinahları düşmənin mümkün həmləsindən qorumaq üçün 2 bölüyü orda yerləşdirərək, 1208 yükləkliyinə düşdü.

Düşmən qısa bir müddət sonra Azərbaycan ordusunun arxadan dolanaraq, artıq 1353 və 1208 yüksəkliklərind olduğundan duyuq düşdü.

İlk öncə dığaların 022 Xüsusi təyinatlılarının köməkliyi ilə 1208 istiqamətində güclü əks-həmləsi başladı....

Ardı var....

Kino deyil bu, əsl tarixdi, müasir hərb tarixi. Heyf ki, normal professional çəkilişi aparılmayıb çox əməliyyatların...

243012762_169178795368406_8451956647851148328_n.thumb.jpg.ab98cfcab502f8ffc3f2cb077e0db1a2.jpg242941153_169179038701715_4431416436711471198_n.thumb.jpg.1cc26e926bbc3d3a3865bd390747da46.jpg243000429_169179155368370_6128328163552570243_n.thumb.jpg.5b331923a6ecae6da25d6de6e790aef3.jpg243007210_169179248701694_4019405682366567156_n.thumb.jpg.0e50e141c06cd6a9e59f2859ece64d73.jpg

243053896_169179532034999_4205443896350333257_n.jpg.1b9979ebc3a0c6f28913488094730317.jpg

  • Like 6
Link to comment
Share on other sites

Экономист_Дед

Məqalədə adı çəkilən zabitlərimiz. 243014046_169180222034930_4845415195983343274_n.thumb.jpg.840595fdbeee5a6901382741367d2205.jpg243015381_169180155368270_1487448244377201794_n.thumb.jpg.b30f24532c433aa6d39ff89080c906e6.jpg243008003_169179475368338_8406161365156320845_n.thumb.jpg.045cc7e66b60d5dacd374549d38062ae.jpg243055451_169179595368326_2308653035570606633_n.thumb.jpg.ddaf0a30a4bad565d2db0fa2c105e6ed.jpg243076192_169178895368396_387838171382063393_n.thumb.jpg.ab2e73552d367e4d783ec05b7fdc6786.jpg

  • Like 6
  • Excellent 1
Link to comment
Share on other sites

Экономист_Дед

Ordumuzun azad etdiyi ilk ərazi - 3340 yüksəkliyini alan igidlərimiz. Bəziləri sonradan şəhid olub...

243019143_169179828701636_7334196638063931435_n.thumb.jpg.e5299fdaf42c03ce025b869f92da3319.jpg

Tanklarla əzib keçdiyimiz dığaların texnikası və leşi.

242998331_169179888701630_5181689963950725071_n.jpg.5383bbe6ab5f1be5f73cedbc6d2e74e1.jpg243008885_169179965368289_5774594563133754200_n.jpg.b38a782204d846989cd5953c6843ce7e.jpg

  • Like 8
  • Excellent 1
Link to comment
Share on other sites

Sör-Söhbet/Müzakire

Bagiyeve halali olan muharibe qehramani verildi , eslindi 2016 ilde uje verilmeli idi 

  • Like 1
Link to comment
Share on other sites

Alpinist
1 час назад, Ifti сказал:

не удивляюсь ни этой швабре, ни каналу французскому. Я удивляюсь тем кто удивляются когда я крою матом Францию и проклинаю французов. 

Обычный француз по большому счету вообще не в теме, то что происходит во Франции и от имени большинства французов всё - работа армянской диаспоры и она эта работа идет сто лет уже, да и помимо этого политика играет роль, особенно внутренняя, армян полно во Франции и их голоса играют на руку любому политику, а мы тратили деньги на Лувры и по большому счету ничего там не делали, да и сделать трудно, хотя вот та же Франция голосовала за те же 4 резолюции ООН в свое время, вот оно противоречие.

  • Like 1
Link to comment
Share on other sites

Ifti
1 час назад, Alpinist сказал:

да, Вы правы. 

  • Like 2
Link to comment
Share on other sites

Ifti
W1siZiIsIjIwMjEvMDkvMjgvMTIvNTUvMzgvN2E2
OXU.AZ

İllər sonra Şuşaya gedən Xalq artisti Rasim Balayev Cıdır düzündə torpağı öpüb, duyğulu anlar yaşayıb. Həmin anları Xəzər TV-də yayımlanan “Birinci...

  • Like 2
Link to comment
Share on other sites

Ifti
15950-1595073522.jpg
POLIQON.AZ

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərin  mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi...

  • Like 1
Link to comment
Share on other sites

Al Pacino

арм тг

️Президент Арцаха будет допрошен, прокуратура Армении предъявит обвинение 800 лицам. 

Генпрокуратура Армении ведет более двух тысяч уголовных дел, связанных с боевыми действиями в Арцахе осенью 2020 года. В частности, расследуются возможные нарушения, допущенные при призыве и пополнении воинских формирований, случаи самовольного оставления мест службы, назаконного приобретения оружия и боеприпасов, а также взрывчатых веществ, их доставки из Арцаха в Армению, случаи уклонения от призыва, невыполнения приказов, членовредительства, нарушения правил боевого дежурства. Расследуются и эпизоды управления подразделениями на южном направлении и наступления азербайджанских ВС к границам Армении и центру Арцаха, к городу Шуши. В частности, обсуждаются эпизоды боевых действий у высоты "Нжде" ("Леле-Тепе"), городов Мехакаван и Гадрут, сел Мец Тахер, Тагавард, Сгнах, Карин Так, а также города Шуши. Кроме того, расследуются эпизоды вымогательства сумм у родственников военнослужащих, пропавших без вести или оказавшихся в плену, а также о переговорах между руководителями Азербайджана и Армении об уступке территорий Арцаха в обмен на несколько миллиардов долларов. По всем этим делам проводятся масштабные следственные оперативно-розыскные действия, назначены экспертизы. Только по делу о событиях на юге Арцаха и по направлению к Шуши проходит около 150 человек, включая президента Арцаха и его советника, командующих Армии обороны Арцаха, бывшего секретаря Совета безопасности Арцаха и других. Проведено около двух десятков осмотров и конфискаций. На основе полученных доказательств приняты решения привлечь в качестве обвиняемых более 800 человек.

Link to comment
Share on other sites

Sör-Söhbet/Müzakire
W1siZiIsIjIwMjEvMDkvMjgvMTMvMDkvMTkvNTI0
RU.OXU.AZ

Прошел год со дня начала второй Карабахской войны. Представитель Бакинской...

великолепный ответ ! 

дай бог долгих лет этому искренному человеку !

Edited by Sör-Söhbet/Müzakire
  • Like 4
Link to comment
Share on other sites

Kent
512926_crop_0.jpeg
M.HAQQIN.AZ

Лавруша сделал интересное заявление. Опять запрягают минскую группу и планируют многолетние вояжи в регион противостояния? Тут что-то не так...

  • Like 1
Link to comment
Share on other sites

Ifti
15 минут назад, Kent сказал:
512926_crop_0.jpeg
M.HAQQIN.AZ

Лавруша сделал интересное заявление. Опять запрягают минскую группу и планируют многолетние вояжи в регион противостояния? Тут что-то не так...

вопрос статуса и прочей лабуды закрыт. Будут обсуждать гуманитарные вопросы, донорство для развития региона, создание условий для возвращения азербайджанских беженцев, разминирование территорий и пр. Наши за год оседлали все что надо в том регионе, только потом допустили других для решения гум вопросов. Военные значит готовы, все что надо было перебросить перебросили, все что надо было строить построили, все что надо было укомплектовать и доукомплектовать укомплектовали и доукомплектовали, в общем военная инфраструктура создана в нужном объеме. Раньше модерировала Москва и Анкара, сейчас наши с турками дали возможность поиграть и Вашингтону с Парижем (главная скрипка Вашингтон), это не сужает наши возможности с турками, а вот возможности Москвы сужается. Мое субъективное мнение. Главный момент на которую хотел бы обратить внимание, это то, в какой временной промежуток совпадает допущения группы сюда для решения гум вопросов - прямо к созданию союза между Лондоном-Вашингтоном и другими англосаксами. 

  • Like 1
Link to comment
Share on other sites

Экономист_Дед
17 minutes ago, Kent said:
512926_crop_0.jpeg
M.HAQQIN.AZ

Лавруша сделал интересное заявление. Опять запрягают минскую группу и планируют многолетние вояжи в регион противостояния? Тут что-то не так...

 Потому что у этих 3-х стран-сопредседателей до сих пор на уме вот что: Да Азербайджан победила, да, есть сегодня реалии, но все-таки, надо получить хоть какой-то статус для "Нагорного Карабаха", для армян, которые живут там. 

Yəni Azərbaycan əslində Şuşa və Hadrut istisna olmaqla, elə bunların nəzərdə tutduğu planı reallaşdırdı, əraziləri azad elədi, amma bunlarsız, təkcə. Başa düşürlər ki, keçmiş Dağlıq Qarabağda hər-hansı müstəqil dövlət yaratmaq planı getdi işinin dalınca, bu söhbət bağlandı. Maksimum hər hansı status - mədəni muxtariyyət tipli bir şey qopartmaq istəyirlər. Aydın məsələdir ki, biz buna razı deyilik, sadəcə maraqlıdır bunlar gəlib görüş keçirdib nə nəticə əldə edəcək? Hə, birdəfəlik Ermənistanla sülh sazişi məsələsini razılaşdıracaqlarsa, nəsə ola bilər. Amma o sülh sazişi üçün də bunlara ehtiyac yoxdu.  Sadəcə həyasız pozğun qadınlar kimi tutduğunu buraxmaq istəmirlər. 

  • Like 1
Link to comment
Share on other sites

Экономист_Дед
3 minutes ago, Ifti said:

вопрос статуса и прочей лабуды закрыт. Будут обсуждать гуманитарные вопросы, донорство для развития региона, создание условий для возвращения азербайджанских беженцев, разминирование территорий и пр. Наши за год оседлали все что надо в том регионе, только потом допустили других для решения гум вопросов. Военные значит готовы, все что надо было перебросить перебросили, все что надо было строить построили, все что надо было укомплектовать и доукомплектовать укомплектовали и доукомплектовали, в общем военная инфраструктура создана в нужном объеме. Раньше модерировала Москва и Анкара, сейчас наши с турками дали возможность поиграть и Вашингтону с Парижем (главная скрипка Вашингтон), это не сужает наши возможности с турками, а вот возможности Москвы сужается. Мое субъективное мнение. Главный момент на которую хотел бы обратить внимание, это то, в какой временной промежуток совпадает допущения группы сюда для решения гум вопросов - прямо к созданию союза между Лондоном-Вашингтоном и другими англосаксами. 

Mən bu qədər optimist olammıram, vurun, öldürün, olammıram. Minsk Qrupu özünün başlıca funksiyasını 30 ildə yerinə yetirə bilmədi, bundan sonra yuxarıda sadaladığınız məsələləri də edə bilməyəcək. 30 ildə Minsk Qrupu açıq şəkildə Ermənistanı ittiham etməyib, birbaşa, konkret tələb qoymayıb, ancaq ortalığı yatızdırmaqla, siyasi alverlə məşğul olub. 30 il heç nə edə bilmədilərsə, bundan sonra ümumiyyətlə onlardan heç bir xeyir gözləmirəm. Qaldı ki qaçıqnlar məsələsi - BMT Ali Komissarlığı var, mədəni-tarixi abidələr - UNİCEF var, digər məsələlər - 3 tərəfli bəyanat var. 

Kabab yeməyə gəlirlərsə yenə, zəhər-zəqqum olsun.

  • Like 2
Link to comment
Share on other sites

Экономист_Дед
50 minutes ago, Al Pacino said:

арм тг

️Президент Арцаха будет допрошен, прокуратура Армении предъявит обвинение 800 лицам. 

Bu barədə rəsmi məlumat dərc olunacaqsa, baxmaq lazımdı. Əgər söhbət ancaq insan və texnika itkisinə görə cinayət işindən gedirsə, cəhənnəm. Əgər söhbət ərazi itkisindən gedirsə, onda deməli bu xiyarlar düzəlməyəcək, istəyir Paşinyan olmur Van Dam olsun orda. 

Onsuz da mən demişəm dəfələrlə - Paşik də eyni zibildi, sadəcə medalın o biri tərəfidi - guya demokrat, praqmatik tərəfi. Amma ideologiya eynidi - "Sarsax", Miatsum.

  • Like 2
Link to comment
Share on other sites

Kent
6 minutes ago, Экономист_Дед said:

 Aydın məsələdir ki, biz buna razı deyilik, sadəcə maraqlıdır bunlar gəlib görüş keçirdib nə nəticə əldə edəcək? Hə, birdəfəlik Ermənistanla sülh sazişi məsələsini razılaşdıracaqlarsa, nəsə ola bilər. Amma o sülh sazişi üçün də bunlara ehtiyac yoxdu.  Sadəcə həyasız pozğun qadınlar kimi tutduğunu buraxmaq istəmirlər. 

Belə halda məsələni uzada-uzada minsk qrupunu sadəcə yola vermək lazımdır)))) Hə-hə deyib, öz işimizi görməıiyik. Dığaların da başına 30 ildə çəkdiyimizi gətirməıiyik. Bundan sonra,    döyüş meydanindan savayı, kəntdə demişkən, dığaları çərrədib amansızcasına  moralnı  öldurmək lazimdır.

  • Like 2
Link to comment
Share on other sites

Ifti
19 минут назад, Экономист_Дед сказал:

Mən bu qədər optimist olammıram, vurun, öldürün, olammıram. Minsk Qrupu özünün başlıca funksiyasını 30 ildə yerinə yetirə bilmədi, bundan sonra yuxarıda sadaladığınız məsələləri də edə bilməyəcək. 30 ildə Minsk Qrupu açıq şəkildə Ermənistanı ittiham etməyib, birbaşa, konkret tələb qoymayıb, ancaq ortalığı yatızdırmaqla, siyasi alverlə məşğul olub. 30 il heç nə edə bilmədilərsə, bundan sonra ümumiyyətlə onlardan heç bir xeyir gözləmirəm. Qaldı ki qaçıqnlar məsələsi - BMT Ali Komissarlığı var, mədəni-tarixi abidələr - UNİCEF var, digər məsələlər - 3 tərəfli bəyanat var. 

Kabab yeməyə gəlirlərsə yenə, zəhər-zəqqum olsun.

2 минуты назад, Kent сказал:

Belə halda məsələni uzada-uzada minsk qrupunu sadəcə yola vermək lazımdır)))) Hə-hə deyib, öz işimizi görməıiyik. Dığaların da başına 30 ildə çəkdiyimizi gətirməıiyik. Bundan sonra,    döyüş meydanindan savayı, kəntdə demişkən, dığaları çərrədib amansızcasına  moralnı  öldurmək lazimdır.

çox tərəfli oyun gedir. Kimin nəyi kimi harasındadı bəllidi. Bizimkilər ortalıqda tək olsa idi, narahat olmağa dəyərdi. Türkiyə var. İngilislər var (ehtiyatla yanaşmaq lazımdı). İzrail var (İran məsələsi ilə bağlı Türkiyə və bizimlə maraqları üst üstə düşür). Başqaları da var. Mən elə də narahat deyiləm. Amma ehtiyatı əldən vermək lazım deyil. Siz deyən məsələlərin hamısına qatılıram. Anlayıram dediklərinizi. 

  • Like 2
Link to comment
Share on other sites

Экономист_Дед

Rus yenə hoqqa verir. 2-3 gündür yayılan xəbərlərdən sonra (ermənilər Ağdərə və Xocavənddəki postlardan çıxır, yerinə ruslar dayanır), 18 sentyab və 24 sentyabrdakı xəritədə fərqə baxın. Xocavənd və Hadrutun ərazisini "DQR"-ə aid olmaqdan çıxardıb, mənasız çəhrayı xətti silib.242705146_1783242858532870_2803335712497829890_n.thumb.jpg.2a3ca1847c70a6e6b312410fae20365a.jpg

Sonra da dünənki xəritədə təzədən Tərtərin Qapanlı kəndini öz məsuliyyət zonalarına salıblar

2800efafewefwefew.jpg

  • Like 2
Link to comment
Share on other sites

Ifti

bir də, Lavrov oğr yekəsidir, həmişə söhbəti fırlayır, fikir öyrənmək üçün ortalığa söz atır və qıraqdan reaksiyaları izləyir. Sözün kökündə nə var, yaxın vaxtlarda bəlli olacaq.

İndi Suriya məsələsi aktiv fazaya keçib. Bu gün sabah orada rus+iran cütlüyü türklərlə cəng edəcək. Türklər yaxşı hazırlaşıb. Suriya (oxu: rus) təyyarələrini vurub, zibil gününə qoyacaq. Yerdə aviasiya dəstəyi olmadan İran bicbalaları və Rus vaqner bir zibil deyil. PKK aktivləşəcək, türklər güman ki onları da xosumvay edəcək. Böyük müharibə gözlənilir. Görək sabah bunkerdə nə danışırlar. 

  • Like 1
Link to comment
Share on other sites

Ifti
379576_res_01.jpg
VIRTUALAZ.ORG

  • Like 1
Link to comment
Share on other sites

lane
5 hours ago, Al Pacino said:

арм тг

️Президент Арцаха будет допрошен, прокуратура Армении предъявит обвинение 800 лицам. 

Генпрокуратура Армении ведет более двух тысяч уголовных дел, связанных с боевыми действиями в Арцахе осенью 2020 года. В частности, расследуются возможные нарушения, допущенные при призыве и пополнении воинских формирований, случаи самовольного оставления мест службы, назаконного приобретения оружия и боеприпасов, а также взрывчатых веществ, их доставки из Арцаха в Армению, случаи уклонения от призыва, невыполнения приказов, членовредительства, нарушения правил боевого дежурства. Расследуются и эпизоды управления подразделениями на южном направлении и наступления азербайджанских ВС к границам Армении и центру Арцаха, к городу Шуши. В частности, обсуждаются эпизоды боевых действий у высоты "Нжде" ("Леле-Тепе"), городов Мехакаван и Гадрут, сел Мец Тахер, Тагавард, Сгнах, Карин Так, а также города Шуши. Кроме того, расследуются эпизоды вымогательства сумм у родственников военнослужащих, пропавших без вести или оказавшихся в плену, а также о переговорах между руководителями Азербайджана и Армении об уступке территорий Арцаха в обмен на несколько миллиардов долларов. По всем этим делам проводятся масштабные следственные оперативно-розыскные действия, назначены экспертизы. Только по делу о событиях на юге Арцаха и по направлению к Шуши проходит около 150 человек, включая президента Арцаха и его советника, командующих Армии обороны Арцаха, бывшего секретаря Совета безопасности Арцаха и других. Проведено около двух десятков осмотров и конфискаций. На основе полученных доказательств приняты решения привлечь в качестве обвиняемых более 800 человек.

Или Араик всех сдаст и откупиться, или убежит в Москву. Но маловероятно, что его там не достанут. Кажется vaxtı çatıb. Они все знают, что он своровал бабки диаспоры и вывез в РФ.

Edited by lane
  • Like 1
Link to comment
Share on other sites

lane
39 minutes ago, Ifti said:

Есть мнение, что Вану, который не говорил ни слова в своих видео в YouTube о том, что наши применяли боевиков из Сирии, позволили говорить у Армена только при условии, что он будет это утвержать с большой уверенностью.

  • Like 2
Link to comment
Share on other sites

Ifti
37 минут назад, lane сказал:

Есть мнение, что Вану, который не говорил ни слова в своих видео в YouTube о том, что наши применяли боевиков из Сирии, позволили говорить у Армена только при условии, что он будет это утвержать с большой уверенностью.

смотрел последнее видео от калибера. По услышанному - 1) Ван изначально спецпроект в инфо поле, что бы использовать по назначению. либо 2) Его во время длительного отсутствия на своем канале (Это было после интервью проекту Калибер.аз) сильно обработали, что бы использовать по назначению нынче. 

3) Ему пару слов передам, сниму видео и задам ему вопросы. Это вряд ли что то изменит в его видении вопроса, тем более если он выполняет заказ спецслужб Армении. Но ради истории. Он мой канал наверное смотрит. Хотя не уверен.

  • Like 2
Link to comment
Share on other sites

Spirt
36 минут назад, Ifti сказал:

там в конце ясно изложили. Попытка оправдать небоеспособность суперпупердронами, высокими технологиями и краважадными бисчилавечными яшмистами))

Link to comment
Share on other sites

Sör-Söhbet/Müzakire
16 минут назад, Ifti сказал:

смотрел последнее видео от калибера. По услышанному - 1) Ван изначально спецпроект в инфо поле, что бы использовать по назначению. либо 2) Его во время длительного отсутствия на своем канале (Это было после интервью проекту Калибер.аз) сильно обработали, что бы использовать по назначению нынче. 

3) Ему пару слов передам, сниму видео и задам ему вопросы. Это вряд ли что то изменит в его видении вопроса, тем более если он выполняет заказ спецслужб Армении. Но ради истории. Он мой канал наверное смотрит. Хотя не уверен.

я  с  Гейдаром не  согласен , особенно  по пводу  того  "почему  Ваан  до войны не  говорил  с  слабости армянской  армии "  справедливости  ради ,  Ваан  еще  с  2016  году  говорил что случае  войны  армяне  проиграют с треском , он был единственный  армянский  эксперт  кто  говорил об   этом 

несколько раз  его статьи  было  опубликованные  как в сатгыне  так  и  армия.азе  и  в разных  соцсетях 

  • Like 1
Link to comment
Share on other sites

Azeri365
12 hours ago, Ifti said:

не удивляюсь ни этой швабре, ни каналу французскому. Я удивляюсь тем кто удивляются когда я крою матом Францию и проклинаю французов. 

А причем здесь французы , рядовому французы даже не известно про это войну и ему паралельно на все это так же как и русскому и иранцу, но власть их на их стороне, можно крыть матом макрона и их сенат а рядому гражданину вообще наплевать на это  

Link to comment
Share on other sites

lane
37 minutes ago, Ifti said:

смотрел последнее видео от калибера. По услышанному - 1) Ван изначально спецпроект в инфо поле, что бы использовать по назначению. либо 2) Его во время длительного отсутствия на своем канале (Это было после интервью проекту Калибер.аз) сильно обработали, что бы использовать по назначению нынче. 

3) Ему пару слов передам, сниму видео и задам ему вопросы. Это вряд ли что то изменит в его видении вопроса, тем более если он выполняет заказ спецслужб Армении. Но ради истории. Он мой канал наверное смотрит. Хотя не уверен.

Армяне не смогли предъявить ни одного трупа боевиков. Это более, чем странно при таких заявлениях. Он говорит, что у него есть железобетонные доказательства того, что сюда были переброшены боевики. Пусть покажет их.

Всё это вы можете это ему предъявить. А если он не может это предоставить, значит это просто ложь. Серьёзно его после этого не сто́ит воспринимать.

Edited by lane
  • Like 1
Link to comment
Share on other sites

Azeri365

Завтра судьба региона решается как Сирии та и наша 

  • Like 2
Link to comment
Share on other sites

Guest
This topic is now closed to further replies.
  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    123 members have viewed this topic:
    AliSa_777  Хамаль  RAINMAN  God_bless_you  Jamilla.J  Manneken Pis  user-code  Ceka72  gasiga  Bodriy  artist88  Mehri23  ZAVR  lane  Salix  Azeri365  Obozrevatel  Руслан моделист  Barbarosa  Orion 68  Ifti  Masusenka  Adina  Al Pacino  sapiens  Толстяк  Свой  Халлы  Dafna  Tercel  Victory  iНекто  Sör-Söhbet/Müzakire  Alpinist  Дюймовочка  ВЕЛИКИЙ  R.M.  JLin  Wisdom  Wolfy  Azer  Spirt  Outlaw  bacb  Kent  wazzari  Chumudan  Gun-smith  345  Rauℓ  Yukiko  S.T.A.L.K.E.R  Timich  Coronavac  Baku2018  Ergenekon  Arximed  Экономист_Дед  baku365  Guest  Luna  Nana  Джема  Zlaw  Liya1101  Bushido  mars.electro  Perkele  Dorf  просто ник  Светлый путь  Azrail  Addeliya  Peris  Риночка  ImpendingDoom  Starry Eyed  Da Vinci  капуtчина  Бенц  BAKILI  dama8080  BurlaXatun  Artist77  Адамян  Se7even  Уфьдядявай  Вредный Крыс  DRuman  muzzy555  Natali_@@@  ul_TIMA_tum  harop  nikotrissa  Sirius191  Uriah  Nkek  Гамлет  abu Uthman  Медвежонок-Л  and 23 more...
  • Who's Online   10 Members, 6 Anonymous, 28 Guests (See full list)

    • Caldogno
    • +lex-mix
    • +Vagrant
    • +Manneken Pis
    • +Чилийский диктатор
    • Фабрицио
    • +dama8080
    • +Artist77
    • +Гамлет
    • +Agriae

×
×
  • Create New...

Important Information

Terms and Conditions