Jump to content
Baku365.com

Mühəmmər Qəddafinin son şeiri


Editor

Recommended Posts

Editor

Tanrım, Liviyadan muğayat ol!

Mühəmmər Qəddafinin ələ keçdiyi kanalizasiya borusunda axtarış zamanı diktatora məxsus bir çox əşyalarla yanaşı bir dəftərçə də tapılıb.

Məlum olub ki, Qəddafi boruda olduğu müddət ərzində vəsiyyətnaməylə yanaşı, bu dəftərçəyə bir neçə şeir də yazıb. Bu şeirlərin bir neçəsi artıq dünyanın internet portallarında onun öz əlyazmasında yayımlanıb.

Oxucularımız üçün maraqlı olacağını düşünüb onun bir şerini dilimizə uyğunlaşdırdıq. Çevirmən Qəddafinin xəttinin pis olması ucbatından şeirdə bəzi dil xətalarına görə oxuculardan bəri başdan üzr istəyir.

-----

Əlvida
Quşlarına göy, göylərinə quş olduğum ölkəm 
əlvida!
əlimdən gəlsəydi, quraqlıqdan əzab çəkən
göylərinə qar yağardım.
Axtarıb tapardım yoxa çıxan Allahını.
Bütün ömrümü çaylarının sahilində ağlardım ki,
Suların bol, dəryaların dərin olsun.
Nəhəng bir ağac kimi ucalardım başın üstə
Səhraların sərin olsun.
Mən isə... mən isə vur-tut tənha hökmdar oldum;
Vəhşi xalqın vəhşi hökmdarı.
əlvida Liviya!

Uşaqlığımı sən mənə bağışlamışdın, qocalığımı mən sənə bağışlayıram.

Üşüməyi küləklərindən öyrəndim,
Çürüməyi sümüklərindən.
Qadınlarından atıb getməyi,
Kişilərindən bir də geri dönməməyi öyrəndim.
Atamdan vaxtsız ölməyi, anamdan dözməyi,
Yəni ölməməyi öyrəndim. 
Sənin olmadığın yerlər mənim üçün vətən deyil, Liviya!

Budur, quzğunların gözlərimi deşməyə hazır.
Ilanların sürünür bədənimdə
Qarışqaların yuvalarına sürüyür məni,
Milçəklərin eşir yaralarımı.
Məni sən ələ verdin, Liviya!
Ax, zalım vətən!
Halına acımadan sevməmək olmur səni. 
Əlvida!

Adəmdə sevən, Həvvada günaha batan Tanrım,
Peyğəmbərdə öyrədən, müdrikdə düşünən,
Şairdə əzab çəkən Tanrım,
Məcnunda divanə olan, Leylada darıxan Tanrım,
Qılıncda kəsən, boğazda qan axan Tanrım,
Liviyanı sənə tapşırıram,
Yurdumdan muğayat ol. 
Əlvida Liviya!

  • Excellent 3
Link to comment
Share on other sites

Editor

Qəddafinin hakimiyyəti dövründə Liviyada mövcud olan qaydalar:

- dövlət hər bir ailə üzvünə ildə 1 000 $ dotasiya verirdi;
- İşsizlik müavinəti ayda 730 $ olub.
- tibbi baсısının maaşı 1000 $ olub.
- hər bir yeni doğulmuş körpəyə 7000 $ verilirdi.
- yeni evlənənlərə mənzil almaq üçün 64 000 $ hədiyyə edilirdi.
- Liviyada şəxsi biznesin açılmasına bir dəfəlik 20 000 $ maddi yardım edilirdi.
- Liviyada iri vergi və rüsumlar sadəсə qadağan idi.
- Çox uşaqlı ailələr üçün simvolik qiymətlərlə əsas ərzaq məhsulları satan mağazalar     
  şəbəkəsi təşkil edilmişdi.
- Liviyada təhsil və tibb pulsuz olub. Həmçinin tibb işçilərindən heç kim əlavə haqq    baradə bir kəlmə belə kəsə bilmirmiş.
- Apteklərin bir hissəsi xəstələrə dərmanı pulsuz verirmiş.
- Xariсdə təhsil və ya təсrübə keçmək Liviya dövləti hesabına ödənilirmiş. Amma burada limit var idi, bir ailədən maksimum iki uşaq dövlət hesabına oxuya bilərmiş.

"Diktator"un ölkəsində tətbiq etdiyi sərt qadağalar da bunlardır:

- vaxtı keçmiş ərzaq satanlara qarşı böyük сərimələr kəsilirmiş və ya xüsusi polis tərəfindən həbs edilirmişlər;
- saxta dərman satışına görə Liviyada ölüm hökmü kəsilirmiş.
- mənzil haqqı Liviya vətəndaşları üçün sıfır olub.
- Liviya əhalisi üçün elektrik enerjisi pulsuz idi;
- Liviyada əmlakçı xidmətləri qadağan idi.
- Liviyada spirtli içki satışı və istifadəsi qadağan olub. 
O cümlədən, Qəddafinin Liviyada çoxarvadılıq qadağası da vardı. Ölümündən 3 gün sonra bu qadağa müvəqqəti hökumət tərəfindən ləğv edildi... 

Allah sənə rəhmət etsin, Qəddafi!

  • Like 1
Link to comment
Share on other sites

Экономист_Дед

Qəddafi çoxusundan kişi adam idi, çoxusunu da yerinə otuzdururdu. Sarkozi kimi əclafların iç üzünü açıq göstərirdi. Allah rəhmət eləsin və günahlarını bağışlasın

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

  • 3 weeks later...
VusalAze

Sehv etmiremse Sarkozinin seçki kampaniyasina en böyük desteyi de ele Kaddafi vermişdi..

Link to comment
Share on other sites

Дабыщ

Allah rəhmət eləsin. İnanmıram ki, şərqdə bir daha eleəsi prezident seçilə. Zəngin yaşamağını irad tutub, bütün milləti səfalətə sürüdülər. Qəddafi bir tarix və ibrət oldu, amma çoxları dərs götürməli olduqları halda analoq olmayan idarəetmə üsulu seçiblər 

Link to comment
Share on other sites

  • 2 weeks later...
Spirt

Когда в руки само падает люди думают что это так и есть.Пускай едят теперь свободу

  • Like 1
Link to comment
Share on other sites

Солоу

При Каддафи в Ливии практически ни один ливиец не работал, весь Египет и Судан кормились за их счет...Было очень много турецких ресторанов, которые загребали огромные деньги, т.к. народ любил хорошо поесть и на деньги был не жаден.  Пара азербайджанских компаний замутили там неплохие строительные проекты на очень выгодных условиях. 

Сейчас ливийцы сами ищут работу за границей...

  • Excellent 1
Link to comment
Share on other sites

MuZa

Мораль сей басни такова, построил благополучное Государство- спасибо! Не стоит сростаться с креслом, пускать корни и присваивать народное богатство.

Edited by MuZa
  • Like 1
Link to comment
Share on other sites

Ergenekon

Mənimlə bərabər Italiyada dil kurslarinda bir liviyali oğlan oxuyurdu.35-40 yaşlarında.Italya ile kofe alveri aparırdı.Mən ona soruşdum Qəddafi haqqında, mənə dedi ki çox zalim insan idi.Dedim bəs internettə çox tərifləyirlər.Dedi yalandı hamsı.Onun diktator rejimi bizə 40 il qan uddurdu.

  • Like 2
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    44 members have viewed this topic:
    Pengaturcara  Бзиканутая мадам  Birdman  plotophyte  Dinozavr  Ergenekon  MuZa  Aynur Asgerli  Elektron  Guest  Aint Nuttin Like Me  Экономист_Дед  Kent  Savonarola  Carpe Diem  Evol  Bodriy  perepelka  Дюймовочка  Liliana-Kim  Солоу  Z@Gadka  Alpinist  Wzor  Driver 571  Spirt  Unspoken  Terrakota  Undina  Бенц  Sör-Söhbet/Müzakire  Artist77  Дабыщ  J.F.K.  Waterandsun  VusalAze  Kate  Mr. Stat  DRuman  Glock  Salix  Arximed  Тео  Fidel_Castro 
  • Who's Online   8 Members, 5 Anonymous, 25 Guests (See full list)

    • Caldogno
    • +Жемчужинка
    • +Вредный Крыс
    • +satira
    • +Чилийский диктатор
    • +Agakerim
    • +Bordertown
    • +SaxaOK
×
×
  • Create New...

Important Information

Terms and Conditions