Jump to content
Baku365.com

Как уходили азербайджанские земли

Editor

Recommended Posts

Spaun_78

Тему надо было назвать как продавали азербайджанские земли,по крайней мере с 91 года.

  • Like 1
  • I don't like it 2
Link to comment
Share on other sites

Bodriy
view_60022126_2416362291715840_477246202
WWW.KAVKAZ-UZEL.EU

А что - мне нравится грузинское оригинальничанье. Два грузинских туриста приехали в Баку, в знаковом, то есть известном миру месте быстро...

Вот так

Link to comment
Share on other sites

Lochte
23 часа назад, Yukiko сказал:

А почему это одним  многострадальным можно стонать и плакать,мечтая создать Великую Страну от моря до моря и, прибегнув к поддержке союзников оттяпать куски чужой территории,другим же тож не мешает в 21 веке взять и присоединить к себе полуостров.Представляю как изменится карта мира,если каждый начнет нахально, силой передел уже существующих территорий.:evilgrin1:

Так карта мира и без того ежегодно меняется  с 1991 года, в том числе и стараниями Азербайджана. Моя же реплика касалась стойкого нежелания смотреть в будущее: Ваша "обида" лишь подтверждает глубину проблемы

Link to comment
Share on other sites

God_bless_you

QARABAĞ: KÜRƏKÇAYDAN BOLŞEVİK İŞĞALINA QƏDƏR (1)

Tarixçi alim Cemil Hasanli yazır : XIX əsrin əvvəllərindən başlayaraq Rusiyanın Qafqaza g irməsi ilə bölgədə nələr baş verib? 1805-ci ildə Qarabağ xanlığı ilə Kürəkçayda imzalanmış andlı öhdəlik tarixin arxivinə necə verilib və Rusiya bölgəni hansı yollarla ilhaq edib? 1920-ci ilin aprel işğalına qədər Qarabağın taleyində və tarixində hansı maraqlı hadisələr baş verib? Araşdırmada bu suallara cavab axtarılır. 
Cəmil HƏSƏNLİ 
Tarix elmləri doktoru, professor

Azərbaycan tarixinin bütün mərhələlərində Qarabağ vilayəti müstəsna coğrafi mövqeyə malik olub. Hazırda Ermənistanın işğal etdiyi və münaqişə obyektinə çevrilmiş bu vilayət, bir çox tədqiqatçılarının fikrincə, artıq erkən orta əsrlərdən bəri türklərin yurdu kimi tanınır. Bu diyarın adı bir toponim olaraq Qarabağın kimə məxsusluğuna çox aydın şəhadət verir. Bir sıra mənbələrə görə, bölgə Azərbaycanın ən qüdrətli türk tayfalarından biri olan “Qarabağ” (qüdrətli hökmdar) tayfasının adı ilə adlandırılıb. Digər mənbələrə görə, “Qarabağ” “Qara” və “bağ” sözlərinin birləşməsindən əmələ gəlib “Böyük bağ” mənasını verir. Bu haqda Bizans imperatoru Konstantin Baqryanarodnının eramızın X əsrinə aid olan əsərində də danışılır. Bu toponimə yalnız Azərbaycanda deyil, Orta Asiyada, Anadoluda, hətta Əfqanıstanda belə təsadüf edilir.

Ərəb hökmranlığına son qoyulduqdan dərhal sonra isə vilayət Azərbaycanın Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi feodal dövlətlərinin tərkibinə daxil olub. Səfəvilər dövründə ölkə bir sıra bəylərbəyiliklərə bölünmüşdü ki, bunlardan biri də Qarabağ bəylərbəyi idi.

XVI əsrin 40-cı illərində özlərini bu diyarın irsən sahibləri sayan qacarların başçısı Ziyadoğlu Qarabağ bəylərbəyi təyin edildi. XVIII əsrin I rübündə Səfəvilər sülaləsinin süqutundan və bunun ardınca baş verən daxili müharibələrdən sonra keçmiş Qarabağ bəylərbəyiliyinin ərazisində iki müstəqil xanlıq yarandı. Şimalda Ziyadoğlu sülaləsi Gəncə xanları oldu, cənubda - Tərtər, Kür və Araz çayları arasında isə müstəqil Qarabağ xanlığı yarandı.

Qarabağ xanlığı şimal-qərbdə Kürəkçay boyunca Gəncə xanlığı ilə, Göyçay çayı boyunca Şəki xanlığı ilə, Kürdən şərqə doğru Şamaxı xanlığı ilə, cənubda muğan düzü boyunca Qaradağ xanlığı ilə, cənub-qərbdən Naxçıvan, qərbdən isə İrəvan xanlığı ilə həmsərhəd idi. XVIII əsrdə xanlığın əhalisi 130 min nəfər idi.

Bu Azərbaycan xanlığının banisi Pənah xan oldu. O, 1754-cü ildə əlçatmaz dağ zirvəsində Pənahabad şəhər-qalasını tikdirdi ki, bir qədər sonra onun adını dəyişib Şuşa qoydular. 1895-ci ildə Peterburqda buraxılmış ensiklopedik lüğətdə göstərilirdi: “Qarabağ (Karabaq) - indiki Yelzavetpol quberniyasının Şuşa, Cəbrayıl, Cavanşir və Zəngəzur qəzalarını əhatə edən keçmiş xanlıq”.

Bir sıra müasir rus və erməni alimləri iddia edirlər ki, guya bütün XVIII əsr boyu Qarabağın erməni əhalisi regionun əhalisinin 97 faizini təşkil edib. Onda belə bir sual meydana çıxır: doğrudan da Qarabağın erməni əhalisi bütün XVIII əsr boyu regionun əhalisinin 97 faizini təşkil edirdisə, niyə həmin əsrin ortalarında Qarabağda erməni dövləti deyil, məhz məşhur türk tayfalarından olan Cavanşir nəslinin idarə etdiyi Qarabağ xanlığı yaranırdı? Axı tarixdə elə bir analogiya yoxdur ki, əhalinin 3 faizini təşkil edən bir toplum (hətta əgər o 3 faizin olduğu etiraf edilirsə) 97 faizi üzərində öz dövlətini qursun.

  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

Rus qoşunları 1722-ci ildə Azərbaycanın Xəzəryanı bölgələrini ilk dəfə istila etsələr də, artıq 1735-ci il üçün onlar Qafqazı tərk etməyə məcbur oldular. Bu uğursuzluğa baxmayaraq Rusiyanın hakim dairələri Zaqafqaziyada hadisələrin axarını diqqətlə izləyirdilər.

XVIII əsrin sonunda II Yekaterina dövründə yenidən qüvvətlənən Rusiya 100 ildən artıq İranın nüfuz dairəsində olmuş bu bölgənin ələ keçirilməsinin ikinci mərhələsinə rəvac verdi. İranlıların növbəti hücumu və Şuşanın daha bir mühasirəsindən dərhal sonra İbrahimxəlil xan 1796-cı ildə öz oğlunu məktubla rusların yanına göndərdi - kiçik dövlət qurumunun özünüqoruma duyğusu üstün gəldi. Lakin II Yekaterinanın ölümü hadisələrin axarını dəyişdi - rus ordusu təcili Rusiyaya qayıtdı, iranlılar isə dərhal hücuma keçib Şuşanı viran qoydular. Yerli xristianlara, ilki növbədə isə Rusiyanın yardımı ilə öz dövlətçiliyini bərpa etmək arzusunda olan ermənilərə arxalanmaq siyasəti də məhz elə bu dövrdən başlandı.

Lakin bir amili də unutmaz olmaz - XIX əsrin astanasında Azərbaycanın bəzi xanlıqları Rusiya ilə yaxınlaşmaq meylinə müqavimət göstərmirdilər, çünki onu xanlıqların müstəqilliyi ilə hesablaşmayan Türkiyəyə, xüsusilə də İrana alternativ sayırdılar. Üstəlik, o dövrkü Rusiya hökumətinin Azərbaycan xanlıqlarına münasibətdə kifayət qədər ehtiyatlı siyasət yürütməsinin də təsiri nəzərə alınmalıdır. Bu mərhələdə Rusiya Azərbaycan xanlıqlarını birbaşa istila etməyə can atmır, müxtəlif müqavilələrlə onları özündən asılı vəziyyətə salmağa üstünlük verirdi.

1801-ci ildə Gürcüstanı qəti şəkildə istila edən Rusiya Azərbaycan sərhədlərinə yetişdi. Qafqazdakı rus qoşunlarının komandanı Sisianov 1803-cü ilin mart ayında o dövrdə Azərbaycanın ən böyük şəhəri olan Gəncəni mühasirəyə aldı. Cavad xanın başçılıq etdiyi əhalinin şiddətli müqavimətinə baxmayaraq şəhər 1804-cü il yanvarın 3-də rus qoşunlarının əlinə keçdi.

Bundan sonra Azərbaycan üzərində hökmranlığını tam bərqərar etmək niyyəti ilə Sisianov Zaqafqaziyanın ən güclü xanlıqları sayılan Şəki, Qarabağ və Şirvan xanlıqlarını hər hansı bir yolla ələ keçirməli idi, çünki buna nail olmadan bölgəni fəth edilmiş saymaq mümkün deyildi. Bu xanlıqlar içərisində ən güclüsü Qarabağ xanlığı idi ki, zərurət olduqda bu xanlıq 10-15 min döyüşçü səfərbər edə bilirdi. Xanlığa daxil olan hər oymağın öz atlı döyüşçü dəstələri var idi.

Sisianov bu xanlıqlarla uzun-uzadı danışıqlar zamanı onları hədələyir, Gəncədən ibrət alaraq müqavimət göstərmədən Rusiyanın hərbi qüdrəti ilə hesablaşmağa və onun himayəsi altına keçməyə təhrik edirdi. Bu zaman Sisianov İranın bölgədəki mənafelərinə toxunduğunu çox gözəl anlayır və bu səbəbdən də hadisələri bir o qədər tələsdirməməyə çalışırdı. Üstəlik, həmin xanlıqların kifayət qədər hərbi potensiala malik olduqlarını da nəzərə alırdı. Lakin daim “çəkiclə gürz arasında” olan Qarabağ xanı İbrahim xan 1805-ci ildə Rusiya ilə “Andlı öhdəlik” adlandırılan müqavilə imzalamaq qərarına gəldi ki, bu da, əslində Rusiyanın Azərbaycanı ilhaq etməsinə dair ilk hüquqi sənəddir.

  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

Müqavilə Kürəkçay hərbi düşərgəsində imzalandığından “Kürəkçay müqaviləsi” adlanır və 11 maddədən ibarətdir. Bu müqavilə Rusiyaya açıq-aşkar birtərəfli üstünlüklər verirdi. Müqaviləyə görə, Qarabağ xanlığı Rusiyanın himayəsi altına keçərək onun xeyrinə hər hansı bir üçüncü ölkə ilə müstəqil beynəlxalq əlaqədən imtina edirdi. Üstəlik, Qarabağ xanlığının artıq qonşu xanlıqlarla da müstəqil əlaqələrə girmək hüququndan məhrum olduğu ayrıca vurğulanırdı. Bundan savayı, Qarabağ xanı hər il Rusiya xəzinəsinə o dövr üçün çox böyük məbləğ - 8000 çervon qızıl (24 000 rus rublu) göndərməli və baş komandanın Tiflisdəki iqamətgahında girov saxlanan nəvəsinin də xərclərini ödəməli idi. Müqavilənin ən ağır şərtlərindən biri də xanlığın mərkəzində – Şuşa qalasında toplarla təchiz edilmiş 500 nəfərlik rus qoşun dəstəsinin yerləşdirilməsi barədə razılığın əldə olunması idi.

Kürəkçay müqaviləsində İbrahim xanın mənafelərini müəyyən qədər əks etdirən yeganə maddə Qarabağın daxili işlərinə həsr olunmuşdu. Maraqlı faktlardan biri də o idi ki, bu sənəd imzalanandan az sonra, 1805-ci ilin iyul ayının 8-də I Aleksandrın fərmanı ilə İbrahim xana general-leytenant rütbəsi verilmiş və bir general kimi o, Qafqazda rus qoşunlarının baş komandanına tabe edilmişdi. Məhz bu müqavilə bitkin bir diplomatik sənəd olaraq, Qarabağ xanlığının, məhz Azərbaycan dövləti olaraq Rusiya protektoratlığına girməsini özündə ehtiva edirdi.

Strateji baxımdan mühüm olan Qarabağ xanlığının ələ keçirilməsi, əslində, Azərbaycanın tam istilasının başlanğıcı demək idi. Bu xanlığın dağlıq hissəsi Azərbaycanın bütün qərb bölgələrinə real nəzarət etmək imkanı verirdi. Bundan sonra ölkənin işğalı Rusiya üçün o qədər də mürəkkəb bir problem deyildi. Həm də ki, xalqların tarixi talelərini fərqli şəkildə qiymətləndirən xanlıqlar da vahid ittifaqda çıxış edə bilmədilər. Qarabağın Rusiya tərəfində ilhaq edilməsinin əhəmiyyətini dəyərləndirən knyaz P.D.Sisianov Kürəkçay müqaviləsindən az sonra, 1805-ci ilin may ayının 22-də Rusiya imperatoruna bildirirdi ki, Qarabağ öz coğrafi vəziyyətinə görə Azərbaycanın qapısıdır və Qarabağ Gürcüstanı, payızda tutulmasını güman etdiyimiz Bakı ilə yaxınlaşdırır.

Kürəkçay müqaviləsinin əks-sədasından yararlanmaq istəyən Sisianov 1805-ci il mayın 21-də Şəkili Səlim xanı da müvafiq müqavilə imzalamağa məcbur etməyə cəhd göstərdi. Şirvan xanına da eyni ultimatum verildi və rədd cavabı alındıqdan sonra xanlığa müharibə elan olundu. Təzyiqə duruş gətirə bilməyən Şirvan xanı Mustafa xan elə həmin il dekabrın 25-də bəzi kiçik dəyişikliklərlə (müqavilədə Şamaxıda rus qoşunu yerləşdirmək nəzərdə tutulmadı) yenə də əvvəlki 11 maddədən ibarət Traktatı imzaladı.

Azərbaycan xanları I Rus-İran müharibəsinin (1804-1813) başa çatmasını diqqətlə izləyib cənub qonşularının qələbəsini həm arzulayır, həm də bundan qorxur, amma bu halda müstəqillik paylarının artacağına da ümid edirdilər. Öz növbəsində rus ordusu da yerli müsəlmanlara bir o qədər də inanmırdı. 1806-cı ildə İran qoşunu Şuşaya həmlə edərkən Qarabağ xanının İran tərəfinə keçəcəyindən ehtiyat edən qarnizon komandiri mayor Lisaneviç xanın oğlu Mehdiqulu ağa istisna olmaqla İbrahim xanıın bütün ailəsini qətlə yetirdi. Bu hadisə çar fərmanı ilə xana general-mayor rütbəsinin verilməsinin sırf simvolik səciyyə daşıdığını inandırıcı şəkildə sübut edirdi.

Bununla belə, İbrahim xana divan tutan Rusiya xanlığın statusunu dəyişmədi və İbrahim xanın oğlu Mehdiqulu Ağa atasının yerini tutdu.

1806-cı ilin sentyabrında imzalanmış imperator fərmanında deyilirdi: “Biz, ali məqamlı və ali cəlallı, ehsanı ümumə şamil olan allahın mərhəmət və köməyi ilə bütün Rusiya məmləkətlərinin, habelə başqa vilayət və ölkələrin istiqlal və rifahını təmin edən imperator Birinci Aleksandr, bildiririk: Qoy bizim şahanə lütf və qayğımıza – imperatorluq qüdrət və mərhəmətimizə ümid bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri, görkəmli və şərafətli əyanları, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və bütün rəiyyətləri bilsinlər ki, keçən il - 1220-ci (1805) ildə mərhum İbrahim xan bizim şahlıq canişinimiz olan general knyaz Sisianovla birlikdə bir “Əhdnamə” tərtib etmişlərdi və general onu dərhal imperatorluq dərgahına çatdırmışdı. Biz həmin “Əhdnamə”nin tələb və şərtləri ilə tanış olduqdan sonra mərhum xanın irəli sürdüyü bütün arzu və tələbləri, öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə qarşılayıb, onu bütün Qarabağ xalqı ilə birlikdə himayəmizə alıb, onları ali Rusiya dövlətimizin qədim sədaqətli təəbələri sırasına daxil edərək, mərhum İbrahim xanı xüsusi imperatorluq Fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi elan etdik. Və təminat veririk ki, Qarabağın imperatorluq təəbəliyinə daxil olan bütün rəiyyətləri, mərhum xanın varisləri daima imperator tərəfindən lazımınca mühafizə olunacaq və dünya durduqca bu ocaqdan çıxan onun varisləri nəsildən-nəslə Qarabağın xanlıq taxtında oturub müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar.

  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

İbrahim xanın bir iğtişaş nəticəsində qətlə yetirilməsi kimi hüznlü bir hadisədən sonra yenə sədaqətli rəiyyətlərinin məişətlərini təmin etmək sahəsində əlahəzrətin xeyirxah fikirləri və münasibəti dəyişilməmiş qalır. Əlahəzrət verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qayğısı ilə yüksək rütbəli vərəsə general-mayor Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar edib, Qarabağ vilayətinin xanlıq taxtında oturdub və bu qərarı imperatorluq tuqrası (fərmanı) ilə təsdiq etdi. Eyni zamanda lazım bilindi bu fərman məlumat üçün bütün Elbrus və Gürcüstan əyalətlərində şahlıq canişini olan qraf Qudoviçə göndərilsin. Ali məqam Mehdiqulu xana da bildiririk o, Qarabağ vilayətində qüdrətli Rusiya dövlətinin himayəsi və mərhəməti sayəsində xalqı möhkəm ələ alsın. Onun atası mərhum İbrahim xana verilmiş bütün xoş vədlər və şərtlərin hamısının təmini eynilə qüvvədə saxlanılsın.

Belə bir mövqedə əlahəzrət imperatorun fərmanı ilə lazım görüldü ki, haman bu şahanə fərman və elamnamə vasitəsi ilə Qarabağ xalqının böyük üləma fazilləri, görkəmli şəxsləri, əyan-əşrəfləri, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və başqa əhalisinin hamısı bilməlidir ki, ali məqam general Mehdiqulu xan Əlahəzrət imperatorun mübarək fərmanı ilə xanlıq rütbəsi alıb Qarabağ vilayətinə müstəqil hakim təyin edilmişdir. Lazımdır ki, bütün əhali ona tabe olub baş əyərək sözündən çıxmasın. Xanın əmrinə və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməl etsinlər. Xalqın xeyrinə olan işlərdə ona kömək edib zərərli hərəkət və əməllərdən uzaq olsunlar. Eyni zamanda əmin olsunlar ki, imperatorluq öz ali mərhəməti və qayğısı ilə həmişə onlara lazım olan köməyi əsirgəməyəcək.

Paytaxt Peterburqda, 10 sentyabr, 1806-cı miladi ilində müvafiq hicri tarixi 1221-ci ildə rəcəb-ül mürəkkəb ayının 9-da yazıldı və əta olundu. Sənədin əslini Fələk Cəlallı Əlahəzrət imperator belə imzalayıb: ALEKSANDR”.

Xanlığın idarə edilməsi üçün imperator fərmanı bayraq və üzəri qiymətli daşlarla bəzədılmış qılınc çar I Aleksandr tərəfindən Mehdiqulu ağaya göndərildi. Həm Kürəkçay müqaviləsində, həm də onun hüquqi davamı kimi Mehdiqulu ağanın Qarabağ hakimi təyin edilməsi haqqında 1806-cı ilin imperator fərmanında Rusiya tərəfindən tədricən ilhaq edilən Qarabağda, onun hüdudları, dağı və aranında söhbət yalnız və yalnız Cavanşır nəslinin hakimiyyətindən gedir və əhaliyə, onun bütün zümrələrinə tövsiyə edilirdi ki, Mehduqulu ağanın idarəçiliyinə tabe olsunlar. Yeni xan iranlılara nifrətlə, ailəsini qıran ruslara isə inamsızlıq arasında qalmışdı. Lakin xan elan edilməsi onun üzərinə müəyyən təəhhüdlər qoyurdu və son nəticədə antiiran əhval-ruhiyyəsi üstün gəldi.

Rusiyanın Napoleon üzərində qələbəsi onun Şərq siyasətini daha da sərtləşdirdi. 1816-cı ildə Qafqaz qubernatoru təyin edilən general A.P.Yermolov elə ilk gündən Azərbaycan xanlarına şübhə ilə yanaşır, onları potensial düşmən sayırdı. Məhz bu səbəbdən o, daim müstəqillik hərəkatının özəyinə çevrilə biləcək xanlıqların formal baxımından ləğvi üçün imkanlar axtarırdı. Yermolovun Şimali Azərbaycandakı valisi, milliyyətcə erməni olan general V.Q.Mədətov bu işdə ona fəal yardım göstərirdi. Onların niyyəti tədricən, lakin durmadan həyata keçirdi.

1819-cu ildə Şəki xanlığı ləğv edildi. Rus təzyiqlərinə tab gətirməyən Mehdiqulu xan İrana qaçdı. Qarabağ xanlığı isə Rusiyanın əyaləti elan olundu. Qriboyedov həmin vaxt xanla birlikdə Qarabağdan üç min müsəlman ailəsinin İrana getdiyini yazır. Bundan iki il əvvəl isə sonuncu Şirvan xanı Mustafa xan İrana qaçmışdı. Müvafiq müqavilələrin bəndlərinin ziddinə olaraq, xanlıqların ləğvi prosesi başa çatdırıldı.

  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

Gürcütanın prezidenti Salome Zurabişviliyə xatırlatma .

Azərbaycan – Gürcüstan ərazi məsələlərinin növbəti, həm də ən ağrılı və ədalətsiz qərarı 1926-cı il dekabrın 5-də Zaqafqaziya MİK Rəyasət Heyətinin qəbul etdiyi qərar (37,i.1451, 27-28) (protokol №22) oldu. Milliyyətcə erməni olan S.Xanoyan həmin iclas protokolundan aydın olur ki, sədr idi. Bu daşnaq erməninin sədrliyi ilə qəbul edilən qərar olduqca ağrılı bir qərar oldu. Həmin qərar «mübahisəli ərazilər» hesab olunan yerləri müəyyən edən Zaqafqaziya MİK-in torpaq komissiyası 1926-cı il noyabrın 12-də hazırladığı sənəd (38,i.1451, 27-28)əsasında qəbul edilmişdi. Həmin sənədə görə aşağıda adları qeyd olunan ərazilərimiz əlimizdən alındı, Gürcüstana verildi:
a) Çatma ərazisi 16.667 desyatindir.
Bu sahə 2 hissəyə ayrılır:
11.799,4 desyatin ərazi Gürcüstana verilir;
4.867,8 desyatin ərazi Azərbaycanda qalır.
b) Prior rayonu: Bu rayonda olan 7.851 desyatin torpaq sahəsinin hamısı Gürcüstana verilir. Ancaq Ceyrançöl düzündə azərbaycanlı əhaliyə ərazidə yerləşən çay sularından istifadə etmək hüququ verilir (ağlamalı və ələ salınmalıdır, deyilmi – N.M.)
c) Vaşlovan və Buğa – Meydan: Ümumi sahəsi 7.667 desyatin hesablanır və hamısı Gürcüstana verilir (39, i.1451, 28).Həmin ədalətsiz qərara Az.MİK-in etdiyi etirazların hamısı rədd edildi. Bədnam iclasın qərarına görə Azərbaycan və Gürcüstan arasında sərhədlər “müəyyənləşdirildi”. Eldar, DüzEldar,
Nanaş, Kubatlı, Xazna və Samux. Bu məsələnin 2 ay müddətində həll edilib Zaq.MİKin Torpaq Komissiyasının ixtiyarına verilməsi qərara alınır. Bunlardan əlavə həmin iclasda ikinci məsələdə müzakirəyə çıxarılır və o da Gürcüstanın xeyrinə həll olunur (40, i.1451, 28). Beləliklə, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1926-cı il dekabrın 5-də olan iclasının ədalətsiz qərarı ilə Azərbaycanın 27.317, 4 desyatin torpaq sahəsi qeyd-şərtsiz Gürcüstana verildi (41, i.1451, 28). Ümumiyyətlə, 20-ci illərdə 63 min hektardan artıq ərazi Gürcüstana verilmişdi .

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

Gəncə qapıları
Gürcülərə xatırlatma .

Gəncə qapıları XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Bu nadir sənət incisini 1139-cu ildə faciəvi zəlzələnin nəticələrindən faydalanmaq fikrinə düşən Gürcü çarı I Demetri müdafiəsiz Gəncəyə basqın edərək xeyli qənimətlə geri dönür. O, Gəncə qalasının dəmir darvazasını da özü ilə apararaq Kutaisidəki Gelati monastırına qoyur. Bu gün də həmin darvazanın bir tayı sözügedən monastırın həyətində çar IV Davidin qəbri qarşısındakı divara bərkidilib. hazırda bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat monastırında saxlanılır.Darvazanın digər tayının aqibəti haqda isə Azərdaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir: «XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyünə istifadə olunmuşdur».Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yazılmış belə ifadələr (tərçüməsi) var: "Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin. Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri" (1063-cü il).Horizontal bəndlərin arasında ikinci və üçüncü boşluqlarda verilmiş kufi xətli yazını hələ 1835-ci ildə F.M.Fren oxumuşdur.Məhz akademik Frenin məlumatına görə Çar Solomon Gelati monostırının bərbası haqqında gösətiş vermişdi .Mismarları qurtaran ustalar darvazanın bir tayını əridib mismar kimi monastırın tavanında istifadə ediblər .

Maraqlıdır ki, Gelati monastırına gələnlərə guya Gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır. Əslində o vaxt gürcülərin Səlcuq hökmdarlarına qarşı qoya biləcəkləri qüvvələri yox idi.

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you
16 hours ago, Сева ИМ said:

Больше все же подходит сатылыб. 

Görün Sovetlər tarixi Azərbaycan ərazilərini erməni və gürcülərə necə "peşkəş " edir.

Heç bir əsası olmadan ,ictimaiyyətdən gizli olaraq 7 may 1969-cu ildə Ali Sovetlərin birgə qərarı ilə Qaragöl və Qaragöl yaylaqlarının 250 hektar sahəsi ermənilərə növbəti bəxşiş olmuşdur .Ermənilər ilk xəritələri Bakı , Tiflis və Moskvadakı arxiv sənədlərini oğurlayıb ,onun yerinə başqa tarixlə yeni sənədlər qoymuşlar.Bu sənədlərə qol çəkən Azərbaycandan Respublika MİK-in o vaxtki işlər müdiri Qadaqçayan , Moskva və İrəvan tərəfdən isə Qriqoryan ,Isaxanyan , Qalustyan , Çerekeşvili ,Metreveli , Akopcan ,Karkaşadze ,Matekeviç ,Kotyuk ,Tatulov və Komarovski olmuşlar . Həmin dönəm yiyəsizlik ucbatından torpaqlarımız peşkəş edilirdi

  • Like 1
  • Excellent 1
  • Sad 1
Link to comment
Share on other sites

God_bless_you

Azərbaycanın Şimali -qərbindən qoparılıb Dağıstana və Gürcüstana verilən torpaqlar

İtirilmiş Azərbaycan ərazilərinin tarixini uzun zamandı sistemli araşdırıram .Dəhşətli faktlar var .İnanmıram ki ,dünyada hər hansı bir millətə məxsus ərazi bu qədər bölünmələrə məruz qalıb (Bu faktları toplayıb sizlərə təqdim etməkdə məqsəd unuturulmuş tariximizi millətimizə tanıtmaqdı.Bu parçalanmış ,qoparılmış ərazilər tarixi Azərbaycan torpaqlarıdı.
.
1830-cu il üsyanının yatırılmasından sonra Car -Balakən caamatlığının dağ kəndlərinin də Azərbaycandan ayrılması planlarının reallaşdırılmasına başlandı.1839-cu ildə Car -Balakən vilayəti inzibati cəhətdən '' yenidən təşkil edildi '' .Keçmiş Car və Tala mahalları ( ən iri camaatlıqlar ) ləğv olundu .Vilayətin ərazisində mahal rəisləri tərəfindən idarə olunan yeni Car ,Tala ,Yenisel ,Balakən ,Dağ mahalları yaradıldı .Vilayətin kəndləri bu mahallar arasında yenidən bölüşdürüldü. Yeni bölgü zamanı xüsusi məqsədlə yaradılmış Dağ mahalına yeddi kənd daxil edildi : Kələl ,Qüsur ,Baş Muxax ,Baş Cınıx ,Korş ,Meşleş ,Suvagil .( icma torpaqlar desyatinlə 42.085) .Qeyd edək ki ,keçmiş Car -Balakən cammatığının çox mühüm dağ keçidləri bu kəndlərin ərazisinə düşürdü .Və çox keçmədən Dağ mahalı yeni yaradılmış Dağıstan vilayətinin Samur dairəsinə qatıldı .Yenə də Şimali -qərbdə Car-Balakənin Katex icmasına məxsus yaylaqların Dağıstan vilayətinin Qunib dairəsinin Tleyserux kəndinə verildi .( Maalarota dağından Katex kəndinin yuxarısındakı meşəyə qədər olan ərazilərə də ( Maurov dağ ,Qori dağ ,Röçe göl ,həmçinin Balatlul avağı adlanan otlaq sahələri bu əraziyə daxil idi ) iddia etməyə etməyə başladılar .

1868-ci ildə həmin ərazilərdə aparılan araşdırmalardan sonra ,Orta Dağıstanın hərbi rəisi general -mayor N.N Karmalin bu ərazilərin katexlilərə məxsus olduğunu təsqid edən əmr verdi .Əmrə əsasən baş silsilənin suayrıcı Katex kəndi ilə Dağıstan vilayətinin Qunib dairəsinin Tleyserux kəndi arasında sərhəd müəyyən olundu .Lakin erməni əsilli çar generalı L.İ.Melikov N.N.Karmalinin əmrinin həyata keçməsinə mane oldu .Məsələyə yenidən baxıldı .1871-ci ildə tərtib edilmiş akta əsasən Maurov dağ və Çedaksitrax yamacı katexlilərə ,Maurov dağından şimal ərazilər ( əslində bu ərazilər də Car -Balakən caamatlığına məxsus idi ) isə tleyseruxlulara verildi .Sonra 1867-ci ildə Balakənə məxsus 27.000 desyatin məhsuldar torpağın Sığnaq qəzasına birləşdirilərək Gürcüstana ''bağışlanıb '' .

Arzu Əşrəf qızı '' Car -Balakən camaatlığı '' Bakı -2009 .

xerite.jpg

Edited by God_bless_you
  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

ermenistan fasizmi.jpg

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you

1920-ci illərdə Gürcüstana verilən Azərbaycan torpaqları .

1.Çiaur meşəliyi -5000 ha -30 mart 1925-ci il 
2.Şirək çölü -18000 ha -30 mart -1925-ci il 
3.Eldar düzü -16387 ha -18 fevral 1929-cu il 
4.Vaşlovan və Buğa -8376 ha -5 dekabr 1926-cı il 
5.İorri -(Qabırrı ) yanı rayonu -8577 ha -5 dekabr 1926-cı il 
6.Çatma çölü -12890,85 ha ( Azərbaycanın tərkibində cəmi 5318 ha qaldı ) -7 dekabr 1926-cı il 
7.Aramdərə və Bodbi pay torpaqları - 7 dekabr -1927 -ci il 
8.David Qareci monastırı rayonu -2884,2 ha -18 fevral 1929 -cu il

Ümuniyyətlə ,Azərbaycanla Gürcüstan arasında mövcud torpaq mübahisələri haqqında 20-ci illərin ortalarında və ikinci yarısında qəbul edilmiş qərarlar nəticəsində 63 min hektardan artıq ərazi Gürcüstana verilmişdi .Bu zaman 20 -ci illərin əvvəllərində Azərbaycana qaytarılmış və yaxud Azərbaycanın obyektiv haqlarının tanındığı bir sıra torpaqlar da müxtəlif bəhanələrlə Gürcüstana güzəşt edilmişdi .

Mənbə Şimali -Qərbi Azərbaycan tarixi ,Bakı 2011 ,səh 389
 
  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Stolz
9 минут назад, God_bless_you сказал:

Мне действительно очень интересно, а вся информация что выше в постах и эта, есть на русском языке, я бы почитал.

Link to comment
Share on other sites

Вредный Крыс
23 минуты назад, Stolz сказал:

Мне действительно очень интересно, а вся информация что выше в постах и эта, есть на русском языке, я бы почитал.

Вопрос опять в другом. Вы идете с женой по темному переулку, подходят пять гопников, на их стороне сила, да.

Бросите жену? Убежите? или будете смотреть как ее насилуют?

Или возьмете осколок трубы, камень и разорвав все защитите свою кровь?

  • Like 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Вредный Крыс

Блин, все так пишут, что хотим возврата земли, хотим справедливости.

Просто поменяйте президента, этот уже политический труп(

  • Like 2
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

Stolz
10 минут назад, Вредный Крыс сказал:

Вопрос опять в другом. Вы идете с женой по темному переулку, подходят пять гопников, на их стороне сила, да.

Бросите жену? Убежите? или будете смотреть как ее насилуют?

Или возьмете осколок трубы, камень и разорвав все защитите свою кровь?

Мне трудно такое представить. Покрайне мере в Германии или Азербайджане, разве что в России где нибудь и то в провенциальном городишке и на пьяную голову, что я буду делать - ситуативно, если например в Германии, то буду попытаться позвонить в полицию вызвать помощь и пытаться разрулить ситуацию, при этом тянуть время. Если в России, интуицией буду искать стену, чтобы спиной стать к стене, и договориться, если слова не бдут помогать, труба в помощь, но я уверен во всех ситуациях есть хыход.

  • Like 1
Link to comment
Share on other sites

Вредный Крыс
1 hour ago, Stolz said:

Я просто аналогию привел со страной, Азербайджаном.

В 2005 году этот же президент говорил, что в течении года решит проблему? 

  • Like 1
  • Excellent 2
  • I don't like it 1
Link to comment
Share on other sites

Stolz
1 hour ago, Вредный Крыс said:

Я просто аналогию привел со страной, Азербайджаном.

В 2005 году этот же президент говорил, что в течении года решит проблему?

Если он сказал, он решит ! Его умная и взвешанная политика скоро даст свои плоды. Я всегда голосовал уза его отца и за него, дай Бог ему здоровья и процветания.

Link to comment
Share on other sites

Вредный Крыс
Только что, Stolz сказал:

Если он сказал, он решит ! Его умная и взвешанная политика скоро даст свои плоды. Я всегда голосовал уза его отца и за него, дай Бог ему здоровья и процветания.

Он сказал,  что решит в 2005 году. Сказал, что решит в этом 2005 году.

Ну не может он, да. Ну не всем дано руководить. Почему страна должна страдать изза этого?

  • Like 1
  • Excellent 1
  • I don't like it 1
Link to comment
Share on other sites

artist88
55 minutes ago, Stolz said:

Если он сказал, он решит ! Его умная и взвешанная политика скоро даст свои плоды. Я всегда голосовал уза его отца и за него, дай Бог ему здоровья и процветания.

хорошо любить Родину и власть на расстоянии ...я например живя в Баку .попал на выборы и проголосовал не за него...да и многие так же поступили..но каким то чудесным образом оказалось что его поддержали больше 80 процентов избирателей..

  • Like 2
  • Excellent 1
Link to comment
Share on other sites

God_bless_you
2 hours ago, Stolz said:

Мне действительно очень интересно, а вся информация что выше в постах и эта, есть на русском языке, я бы почитал.

Азербайджанские земли, переданные Грузии в 1920-х годах.

1.Чиаурский лес -5000 га-30 марта 1925 г.

2. Ширек  - 18000 га - 30 марта 1925 г.

3. Эльдарская равнина  - 16387 га - 18 февраля 1929 г.

4. Вашлован и Бога- 8376 га - 5 декабря 1926 г.

5.Иорри - (Кабирри), а также район - 8577 га - 5 декабря 1926 г.

6. Чатма  - 12890,85 га (в Азербайджане осталось только 5318 га) - 7 декабря 1926 года.

7. Арамдере и Бодбийские земли - 7 декабря 1927 г.

8. Район монастыря Давида Гаречи - 2884,2 га - 18 февраля 1929 г.

 В целом, более 63 000 гектаров земли были переданы Грузии в результате решений, принятых в середине и второй половине 20-х годов по существующим земельным спорам между Азербайджаном и Грузией. В этом случае некоторые земли были возвращены Азербайджану в начале 20-го века или признаны объективными правами Азербайджана, Грузия была в привилегированном положении и не вернули эти территории Азербайджану.

Источник История Северо-Западного Азербайджана, Баку 2011, стр. 389

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Stolz
26 минут назад, artist88 сказал:

хорошо любить Родину и власть на расстоянии ...я например живя в Баку .попал на выборы и проголосовал не за него...да и многие так же поступили..но каким то чудесным образом оказалось что его поддержали больше 80 процентов избирателей..

Я не люблю Азербайджан, я уважительно отношусь. И не прзнаюсь в любви. Я уважаю народ, президента, территориальную целостность, традиции, флаг, герб, гимн.

Link to comment
Share on other sites

God_bless_you
2 hours ago, God_bless_you said:

Azərbaycanın Şimali -qərbindən qoparılıb Dağıstana və Gürcüstana verilən torpaqlar

İtirilmiş Azərbaycan ərazilərinin tarixini uzun zamandı sistemli araşdırıram .Dəhşətli faktlar var .İnanmıram ki ,dünyada hər hansı bir millətə məxsus ərazi bu qədər bölünmələrə məruz qalıb (Bu faktları toplayıb sizlərə təqdim etməkdə məqsəd unuturulmuş tariximizi millətimizə tanıtmaqdı.Bu parçalanmış ,qoparılmış ərazilər tarixi Azərbaycan torpaqlarıdı.
.
1830-cu il üsyanının yatırılmasından sonra Car -Balakən caamatlığının dağ kəndlərinin də Azərbaycandan ayrılması planlarının reallaşdırılmasına başlandı.1839-cu ildə Car -Balakən vilayəti inzibati cəhətdən '' yenidən təşkil edildi '' .Keçmiş Car və Tala mahalları ( ən iri camaatlıqlar ) ləğv olundu .Vilayətin ərazisində mahal rəisləri tərəfindən idarə olunan yeni Car ,Tala ,Yenisel ,Balakən ,Dağ mahalları yaradıldı .Vilayətin kəndləri bu mahallar arasında yenidən bölüşdürüldü. Yeni bölgü zamanı xüsusi məqsədlə yaradılmış Dağ mahalına yeddi kənd daxil edildi : Kələl ,Qüsur ,Baş Muxax ,Baş Cınıx ,Korş ,Meşleş ,Suvagil .( icma torpaqlar desyatinlə 42.085) .Qeyd edək ki ,keçmiş Car -Balakən cammatığının çox mühüm dağ keçidləri bu kəndlərin ərazisinə düşürdü .Və çox keçmədən Dağ mahalı yeni yaradılmış Dağıstan vilayətinin Samur dairəsinə qatıldı .Yenə də Şimali -qərbdə Car-Balakənin Katex icmasına məxsus yaylaqların Dağıstan vilayətinin Qunib dairəsinin Tleyserux kəndinə verildi .( Maalarota dağından Katex kəndinin yuxarısındakı meşəyə qədər olan ərazilərə də ( Maurov dağ ,Qori dağ ,Röçe göl ,həmçinin Balatlul avağı adlanan otlaq sahələri bu əraziyə daxil idi ) iddia etməyə etməyə başladılar .

1868-ci ildə həmin ərazilərdə aparılan araşdırmalardan sonra ,Orta Dağıstanın hərbi rəisi general -mayor N.N Karmalin bu ərazilərin katexlilərə məxsus olduğunu təsqid edən əmr verdi .Əmrə əsasən baş silsilənin suayrıcı Katex kəndi ilə Dağıstan vilayətinin Qunib dairəsinin Tleyserux kəndi arasında sərhəd müəyyən olundu .Lakin erməni əsilli çar generalı L.İ.Melikov N.N.Karmalinin əmrinin həyata keçməsinə mane oldu .Məsələyə yenidən baxıldı .1871-ci ildə tərtib edilmiş akta əsasən Maurov dağ və Çedaksitrax yamacı katexlilərə ,Maurov dağından şimal ərazilər ( əslində bu ərazilər də Car -Balakən caamatlığına məxsus idi ) isə tleyseruxlulara verildi .Sonra 1867-ci ildə Balakənə məxsus 27.000 desyatin məhsuldar torpağın Sığnaq qəzasına birləşdirilərək Gürcüstana ''bağışlanıb '' .

Arzu Əşrəf qızı '' Car -Balakən camaatlığı '' Bakı -2009 .

xerite.jpg

Земли, переданные Дагестану и Грузии с северо-запада Азербайджана

История потерянных азербайджанских земель систематически исследуется в течение длительного времени. У меня есть замечательные факты. Я не верю, что территория, принадлежащая какой-либо нации в мире, подверглась такому разделению (чтобы собрать эти факты и представить нашу историю нашей нации.

После восстания 1830 года Кар-Балакен начал осуществлять планы отделения горных сел от Азербайджана.  В 1839 году регион Кар-Балакен был восстановлен «в административном отношении». Прежние районы Джар и Тала (самые большие общины) были упразднены. На территории участка были созданы новые Джар, Тала, Енисель, Балакен, Горные районы, управляемые районными руководителями. Деревни были перераспределены между этими районами. Во время нового деления Горных территорий состояла из семи деревень: Калаул, Кусур, Баш Мухах, Баш Джыных, Корш, Мешлит, Сувагил (общинные земли с десятин 42.085). Напомним, что наиболее важные горные переходы бывшего Джар -Балакен Дагестан Самурского района вновь образованной Дагестанской провинции. Вскоре после этого плато, принадлежащее общине Карате-Балакен-Катекс на северо-западе, было передано деревне Тлейсерукс в Гунибском районе Дагестанской области (от горы Маатарота до леса в районе деревни Катекс (Мауров).  

В 1868 г. командующий Центральным Дагестаном генерал-майор Н. Н. Кармалин приказал, чтобы эти территории принадлежали Катехцам. Действительно, была определена граница между затопленной деревней Катех главной линии и деревней Тлейзерукс в Гунибском районе Дагестанской губернии. Но армянин генерал царя Л.И. Меликов предотвратил исполнение приказа Н.Н.Кармали. Пересмотрели заного. Пересмотр был основан на склонах горы Мауров и Чадаситракс, к северу от горы Мауров (фактически эти территории принадлежали Джар-Балакену) ) были переданы Тлеерсухлю. Затем, в 1867 году, 27 000 десятин территории Балакана присоединились к аварии в Сигнаки (Сыгнаг) и были переданы Грузии.

Арзу Ашрафкызы "Джар Балаканское сообщество"  Баку -2009.

  • Like 2
  • Excellent 1
  • Sad 1
Link to comment
Share on other sites

God_bless_you
3 hours ago, God_bless_you said:

Görün Sovetlər tarixi Azərbaycan ərazilərini erməni və gürcülərə necə "peşkəş " edir.

Heç bir əsası olmadan ,ictimaiyyətdən gizli olaraq 7 may 1969-cu ildə Ali Sovetlərin birgə qərarı ilə Qaragöl və Qaragöl yaylaqlarının 250 hektar sahəsi ermənilərə növbəti bəxşiş olmuşdur .Ermənilər ilk xəritələri Bakı , Tiflis və Moskvadakı arxiv sənədlərini oğurlayıb ,onun yerinə başqa tarixlə yeni sənədlər qoymuşlar.Bu sənədlərə qol çəkən Azərbaycandan Respublika MİK-in o vaxtki işlər müdiri Qadaqçayan , Moskva və İrəvan tərəfdən isə Qriqoryan ,Isaxanyan , Qalustyan , Çerekeşvili ,Metreveli , Akopcan ,Karkaşadze ,Matekeviç ,Kotyuk ,Tatulov və Komarovski olmuşlar . Həmin dönəm yiyəsizlik ucbatından torpaqlarımız peşkəş edilirdi

Посмотрите, как Советы дарили территории Азербайджана армянам и грузинам.

7 мая 1969 года совместным решением Верховного Совета 250 га Гарагёльских и Гарагёльских пастбища стали очередными подарками для армян. Армяне украли первичные карты в архивах Баку, Тбилиси и Москвы и заменили их новыми документами. Документы подписаны нижеслудующими : бывший глава архива МИКС Азербайджана Гадагчян, Григорян, Исаханян, Галустян, Черешвили, Метревели, Акопкан, Каркашадзе, Матекевич, Котюк, Татулов и Комаровский были из Москвы и Еревана.

 Эти земли были подарены из-за безхозности страны.

27 minutes ago, Stolz said:

Я не люблю Азербайджан, я уважительно отношусь. И не прзнаюсь в любви. Я уважаю народ, президента, территориальную целостность, традиции, флаг, герб, гимн.

Мы знаем, что вы нас не любите а армян почему, то по особенному любите.. так и не поняла за что...)))))  У меня нет столько времени переводить весь материал.. Несколько основных перевела.. Может вы не будете читать армянскуюю и российскую пропаганду и глаза раскроются правде..

Edited by God_bless_you
  • Like 1
  • Excellent 2
Link to comment
Share on other sites

Stolz
2 минуты назад, God_bless_you сказал:

Посмотрите, как Советы дарили территории Азербайджана армянам и грузинам.

7 мая 1969 года совместным решением Верховного Совета 250 га Гарагёльских и Гарагёльских пастбища стали очередными подарками для армян. Армяне украли первичные карты в архивах Баку, Тбилиси и Москвы и заменили их новыми документами. Документы подписаны нижеслудующими : бывший глава архива МИКС Азербайджана Гадагчян, Григорян, Исаханян, Галустян, Черешвили, Метревели, Акопкан, Каркашадзе, Матекевич, Котюк, Татулов и Комаровский были из Москвы и Еревана.

 Эти земли были подарены из-за безхозности страны.

Мы знаем, что вы нас не любите а армян почему, то по особенному любите.. так и не поняла за что...)))))  У меня нет столько времени переводить весь материал.. Несколько основных перевела.. Может вы не будете читать армянскуюю и российскую пропаганду и глаза раскроются правде..

Спасибо Вам что много перевели, я всё прочитал. Мне очень интересно, если будут ссылки и на другие источники, то публикуйте здесь. Я буду с удовольствием читать.

Link to comment
Share on other sites

Spirt

РУСКАЯ ПРАВОСЛАВНАЯ ЭЛЕМЕНТАРНАЯ СИСТЕМА ЕДИНСТВА ПЕРИОДИЧНОСТИ ЭЛЕКТРОАТОМОВ ВСЕЛЕННОЙ © Рыбников Ю.С., 1997 НЕЗАКОНЧЕННАЯ - В РАЗРАБОТКЕ

Проблемы не только у нас, увы.Можете посмотреть лекции этого придурка на Тубке. И он там не один такой,замечу.Как и то,что это тоже целенаправленная политика

Link to comment
Share on other sites

Дюймовочка

Советы дарили наши земли еле бил адж дядяляриндян галмышды. Разделяй и властвуй.

ненавижу совок.

  • Like 1
  • Excellent 1
Link to comment
Share on other sites

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Guest
Unfortunately, your content contains terms that we do not allow. Please edit your content to remove the highlighted words below.
Reply to this topic...

×   Pasted as rich text.   Paste as plain text instead

  Only 75 emoji are allowed.

×   Your link has been automatically embedded.   Display as a link instead

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

  • Recently Browsing   0 members

    • No registered users viewing this page.
  • Who Viewed the Topic

    87 members have viewed this topic:
    Stolz  Poor Yorick  God_bless_you  Zema  ImpendingDoom  Spirt  Вредный Крыс  gasiga  Bodriy  Дюймовочка  Aint Nuttin Like Me  nineliya  split  nekka  Heydar Ali  Зигфрид  Victor Howardsson  PRAVDORUB  Ленц  Сэм  Alpinist  Gun-smith  Natali_@@@  Arximed  Yukiko  Spaun_78  Аджи-Мушкай  artist88  Zloy22  ℳ∑Đ\/ĒD๖ۣۣۜ  gylya  Artist77  Al Pacino  E_not11  Wisdom  Сева ИМ  Lochte  David865  Zlaw  DRuman  Бакылы  eminently  Бенц  Атмосфера  Masusenka  -=laziale=-  Отче Ваш  dama8080  Evol  Baku2018  Carpe Diem  Bushido  perepelka  Perfect Man  Bubusik  kisliy365  Komsneft  Turbo  Valois  Terrakota  Ромашка  Walter White  Антихимик  RAINMAN  Kent  Царь  Провокация  Джема  Salix  Дождь  Mar de Sad  Тео  Neon  Nana  abu Uthman  fransuz  Glock  Arif Gurbanov  Tehnokrat  Paprika  R.M.  Аквилон  SophieL  Valide  Облигация  Хамаль  WOLF 
  • Who's Online   7 Members, 9 Anonymous, 8 Guests (See full list)

    • +-=laziale=-
    • +Razario
    • +Чилийский диктатор
    • +SaxarYa
    • +Риночка
    • +ESPN
    • +Nazul
×
×
  • Create New...

Important Information

Terms and Conditions